|
MƏRAMIMIZ
“Azərbaycanda Təhsil” web səhifəsi artıq 5 ildir ki, İnternetdə
yerləşdirilib. Keçən illər ərzində səhifənin minlərlə ziyarətçisi olmuşdur.
Onlarla insanlar səhifə yeniliklərinə əbunə olmuş, vaxtaşırı səhifədəki
yeniliklərdən xəbərdar olmuşlar. Bu ildən “Azərrbaycanda Təhsil” internet
səhifəsini, “Vətənpərvər Azərbaycanlılar” portalına köçürməyə başlamışıq.
Yeni hostinq bizə daha keyfiyyətli materialların hazırlanmasına yardım
edəcəkdir. Vaxtilə obyektiv səbəblərdən qoşulmamış bölmələr də yeni
serverdə realizə olunacaqlar. Səhifəmizdə dəyişikliklər çoxdur, amma bir şey
dəyişməz qalıb: “Azərbaycana və Azərbaycan xalqına təmənnasız xidmət etmək”
...
Məqsədlərimiz haqqında...
Bu Web səhifə Azərbaycanda təhsil sisteminin inkişafına xidmət etmək üçün
nəzərdə tutulmuş müstəqil analitik-informasiya xidmətidir.
Bu səhifədə:
· ölkəmizdə
gedən təhsil islahatlarının vəziyyəti araşdırılacaq təhsil sisteminin
müxtəlif səviyyələrinə məxsus problemlərin həlli haqqında fikir mübadiləsi
aparılacaq;
·
Azərbaycanda təhsil sistemində aparılması vacib olan islahatlar, xarici
təcrübə, təhsil qanunvericiliyi və təhsil sistemi qarşısında (təhsilin
keyfiyyəti, idarəolunması, iqtisadiyyatı və s. kimi sahələrdə) duran qlobal
problemlər və onların həll olunması ilə bağlı təkliflər, məlumatlar,
məqalələr, araşdırmalar;
·
Yeni təhsil texnologiyaları;
·
Dərslik, metodika, proqramlarla araşdırmalar və təcrübə mübadiləsi;
·
kompüter texnologiyalarının imkanlarından istifadə edərək şagird və
tələbələrimiz virtual təhsil sistemi xidmətlərindən istifadə edəcəklər;
·
ana dilində müxtəlif elm və informasiya texnologiyaları sahəsində ən yeni
məlumatları əldə edəcək;
·
tələbələr kitabxanamızda ioplanmış çoxlu miqdarda materiallardan öz
təhsillərini artırmaq üçün istifadə edə biləcək;
·
şagirdlərimizin sərəncamına geniş təfsirli test bankları veriləcək və s.
Hörmətli müəllimlər,
təhsil prolemlərilə məşğul olan mütəxəssislər, tələbə və şagirdələr sizi
Təhsil Web Səhifəsində aktiv iştirak etməyə çağırırıq!
Azərbaycan xalqının xoşbəxt gələcəyini onun
torpaqlarının tərkində olan maddi sərvətlərinin çoxluğu deyil – yüksək
əxlaqlı, böyük dünyagörüşlü, yüksək təhsilli insanlarının sayı müəyyən edir.
Belə
insanların yetişdirilməsi vəzifəsini böyük ALLAH biz MÜƏLLİMLƏRƏ həvalə edib.
Şeyx Şamilin bununla bağlı gözəl fikrilə Sizə müraciətimizi bitirmək
istəyirik:
“Kimin
ki, müəllimi yoxdur, onun müəllimi şeytan olar!” |