|
Təhsil Nazirliyi
antikorrupsiya aksiyasından qəzəblənib
və “rüşvətə
“yox” deyək saytının təsisçilərini “ifşa edən” ittihamlarla çıxış edir
E. Quliyev
EXO qəzeti, 14 avqust 2004
Təhsil Nazirliyində “rüşvətə “yox” deyək”
saytında verilən mə`lumatların ilkin tədqiqatı aparılıb-deyə “Exo”ya
idarənin mətbuat xidmətinin sədri Bayram Hüseynzadə mə`lumat verib.
Nazirliyin nümayəndəsi israr edir ki, təsisçilər düzgün olmayan
informasiyaları yayır və faktları təhrif edirlər.
„Exo“ bir neçə gün əvvəl mə`lumat verdiyi
kimi Azərbaycan təhsil sistemində rüşvət hallarından bəhs edən
informasiyanın olduğu bu sayt bir ay əvvəl yaradılmışdır. Mənbəənin
ziyarətçilərinə təhsil sistemimizdə rüşvətə qarşı imza atmaq və öz
fikirlərini bildirmək imkanı verilmişdi.
Hüseynzadə isə öz növbəsində imza atanların
siyahısının “saxta” olduğunu israr edir. “Orda təhsil sistemində rüşvətə
qarşı çıxan tələbələrin siyahısı verilib. Lakin Azərbaycan təhsil
ocaqlarında aparılan yoxlamalardan sonra belə adamların heç mövcud olmadığı
aydınlaşdırılıb. Bunlar yalançı şahidlərdir.” Hüseynzadənin sözlərinə görə,
hətta təşəbbüskarlardan biri özünü “Xəzər” universitetinin kompüter
mühəndisliyi fakültəsinin magistrı kimi təqdim edən Bəxtiyar Hacıyev də,
“həmin universitetin heç tələbəsi deyil.”
Hüseynzadənin fikrinə görə, bu adamlar
saxta siyahılar istifadə edərək bununla ictimayyətdə Təhsil Nazirliyi
haqqında mənfi fikirlər yaratmağa çalışırlar. Onun sözlərinə görə “Təhsil
Nazirliyinə bir çox müəllimlər müraciət edirlər ki, onlar saytda dəfələrlə
Azərbaycan təhsil sistemi barəsində müsbət fikirlər səsləndirmək istəsələr
də, bu heç cür mümkün olmur. Biz kompüter mütəxəssislərilə danışıb müəyyən
etdik ki, sən demə bu adamlar yalnız özlərinə sərf edən informasiyanı saytda
yerləşdirirlər. Ömrünü təhsilə sərf edən və vicdanla işləyən yüzlərlə adam
var, amma onlar haqqında o saytda heç nə danışılmır.”
Təhsil Nazirliyinin mətbuat xidmətinin
rəhbəri, xüsusilə, qeyd etdi ki, sayt təhsil sistemimiz barədə yalnız
neqativ informasiya verməklə bu sistemdəki vicdanlı insanların hüquqlarını
pozur. Hüseynzadə qeyd etdi ki, Azərbaycan təhsilinin səviyyəsi haqqında
müxtəlif beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edən şagirdlərin
qələbələrini nəzərə alaraq mühakimə yürütmək olar.
„Təhsil sistemimizin aşağı səviyyəli
olmasını deməklə o insanlar Azərbaycan şagird və tələbələrinin
nailiyyətlərini "yox" səviyyəsinə endirirlər. Mən həmin sayta mə`lumat
göndərdim ki, əgər doğurdan da əllərində təhsil sistemimizdə rüşvətxorluq
barədə faktlar haqqında mə`lumatlar varsa, onda hüquq mühafizə orqanlarına
müraciət etsinlər. Bu, vəziyyət yaxşılaşdırmaq istədiklərində səmimi
olduqlarını göstərər.“
Bununla yanaşı saytın təşəbbüskarlarından
biri olan Bəxtiyar Hacıyev „EXO“ ilə söhbətində birldirdi ki, „müsbət
fikirlərin olmamasında“ onun heç bir günahı yoxdur. İmzaların saxta olmasına
gəldikdə isə, Hacıyevin sözlərinə görə rüşvətxorluğa qarşı kampaniyanın
təsisçilərinin əlində yazılı şəkildə 500 imza var. „Bununla yanaşı,
kampaniyamıza internet vasitəsilə qoşularaq saytda imza atanların e-məktub
ünvanları var, bu isə bir daha 500 nəfərdən çoxdur. Doğruluğunu sübut etmək
üçün bütün bu mə`lumatları Təhsil Nazirliyinə təqdim edə bilərik “. Hacıyev
Təhsil Nazirliyinə hətta rüşvətə qarşı kampaniyada iştiraklarını təsdiq
etmələri üçün iştirakçıların zəng edə biləcəkləri və nömrəsi saytda
yerləşdirləcək „qaynar xətt“ açmağı da təklif elədi.
„Mənə gəldikdə isə, mən həqiqətən də
„Xəzər“ universitetinin magistrıyam. Bugünlərədə təhsil ocağının prorektoru
ilə söhbətim də olub. Mən ondan soruşdum ki, mənim ictimai fəaliyyətim
təhsilimdə maneələrə səbəb olmayacaq ki? Bu sualıma cavabında prorektor
bildirdi ki, biz demokratik ölkədə yaşayırıq və əgər mənim fəaliyyətim
Azərbaycan qanunvericiliyinə qarşı çıxmırsa, hər şey qaydasında olacaq."
“Saytda rüşvətə qarşı çıxanlara gəldikdə
isə, onların mə`lumatları özlərinin yazdığı kimidir. Onlar özlərini necə
təqdim edirlərsə, saytda da elə görünür mə`lumatları. Saytın təsisçiləri
bunun üçün heç bir mə`suliyyət daşımırlar. Qeydiyyat avtomatik aparılır, və
heç kim ona qarışa bilməz-bu texniki cəhətdən qeydi-mümkündür. Təhsil
Nazirliyinin mə`lumatları saxtalaşdırmamız barədəki ittihamları isə onların
internet haqqında heç bir təsəvvürləri olmadığını göstərir.“
„Exo“ „Xəzər“ universitetinin rektoru
Hamlet İsaxanlıya müraciət etdi. Sualın məğzi aydınlaşdıqdan sonra rəhbər
müəsissənin prorektoruna vəziyyəti aydınlaşdırmağı tapşırdı. O isə öz
nəvbəsində bizə bildirdi ki, Bəxtiyar Hacıyev, doğurdan da „Xəzər“
universitetinin magistrıdır.
Tərcümə: Şəms |