|
İlahi möcüzə
10 sentyabr 2004-cü il Azərbaycan Respublikasının, Cəlilabad şəhərinin
sakini, arıçı Tağıyev Rövşənin arı pətəyindən çıxardığı bal çərçivəsində
ərəb dilində yazılmış “LA-İLAHƏ-İLLƏLLAH” ("Allahdan başqa ilah yoxdur") kəlamı böyük sensasiyaya səbəb
olmuşdur.
Analoji hadisə 2000-ci ildə
Türkiyədə də baş vermişdi. O zaman arılar “ALLAH” kəlamı ilə
kifayətlənmişdilər. İndi isə bütöv bir ayənin – İslamın bünövrəsinin fəlsəfi
əsasını təşkil edən bu kəlamları "yazmaqla" insanı heyrətə gətirir.
Burada “Quran-i Kərimdən” “ARI” (“Nəhl”) surəsi və oradakı Allah ayətləri
yada düşür:
“Sənin Allahın bal arısına vəhy etdi ki, dağlarda və ağaclarda və
tikdikləri evlərdə pətəklər sal. Sonra hər meyvədən ye və təqva üzrə Allah
yolunda addımla. Onun qarnından rəngbərəng içki çıxır ki, adamların əlacı
ondadır. Və düşünənlər üçün bunda böyük ayətlər var.” (“Nəhl” surəsi,
68-69 ayə)

Daha bir neçə maraqlı faktı sadalamaq istərdik:
-
Arı pətəyindən çıxardılmış çərçivənin fotosu çəkilən
zaman, təsadüfən, təqribən 1 metr hündürlükdən çərçivə pətək sahibinin
əlindən çıxıb, yerə düşmüş və... dağılmamışdır. Arıçının dediyinə görə
çerçivədəki balın dağılmaması qeyri-mümkün idi. Təcrübə üçün o, bir neçə
bal çərçivəsini həmin hündürlükdən buraxmış, amma onların hamısı
dağılmışdır. Yəni çərçivənin üzərində bal və mum tamamilə tökülmüşdür.
-
R.Tağıyevin dediyinə görə indiyə qədər onun çıxardığı bal
çərçivələrinin çəkisi 3 kq-dan artıq olmur. Amma bu
çərçivənin çəkisi 8 kq-dan artıqdır.
-
Hal hazırda arılar həmin pətəkdə yeni ilahi kəlamlar
“yazmağa” başlayıblar. Bu haqda yeni məlumatları sizə çatdırmağa
çalışacağıq.
|