|
YUXARI DAİRƏLƏRDƏ
KORRUPSİYA və o, cəmiyyətə nəyin bahasına başa gəlir?
Corc Mudi-Stüart
Mənbə:
"Məşvərət", N16,
1999
Korrupsiya
iqtisadi siyasətə və inkişaf edən dünyada demokratiyanın təşəkkülünə necə
təsir göstərir? Bu mühüm həyati məsələ bütün dünyada diqqəti özünə daha çox
cəlb etdikcə, biz bu sosial bəla ilə mübarizənin daha əhəmiyyətli
qabarmalarını müşahidə edirik: Latın Amerikasında antikorrupsiya kodeksinin
qəbulundan rüşvətin yolverilməzliyi barədə maddələrin dövlət kontraktlarına
daxil edilməsi təcrübəsinin geniş yayılmasına qədər. Beynəlxalq Özəl
Sahibkarlıq Mərkəzi (BÖSM) Braziliyada qanunvericilik orqanlarının görkəmli
nümayəndələrinin, müəssisələrin və kütləvi informasiya vasitələrinin
rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir, haradakı
inandırıcı şəkildə nümayiş etdirilmişdiki, vəzifəli şəxslərin
korrupsiyalaşması sazişlərin qiymətlərinin şişirdilməsinə necə gətirib
çıxarır. Aşağıda göstərilən məqaləni həmin konfransın əsas məruzəçilərindən
biri olan Corc Mudi-Stüart yazmışdır. Onun korrupsiyanın miqyaslarının
azaldılması üzrə təhlili xülasələri və rəyləri bütün dünyada istifadə oluna
bilər.
Korrupsiya
haqqında söhbətin nədən başlamasından asılı olmayaraq, birinci növbədə bu
hadisəyə tərif vermək zəruridir. Çox güman ki, “İctimai elmlər
ensiklopediyası”nın təklif etdiyi ifadə yerdə qalanlardan ən dürüst və
yığcamdır: “Korrupsiya şəxsi mənfəət əldə etmək məqsədilə dövlət
vəzifəsindən sui-istifadə etməkdir”. Sözsüz ki, belə tərif olan milli və
yerli səviyyəli vəzifəli şəxslərin, siyasətçilərin satın alınmasının bütün
növlərini əhatə edir, lakin özəl bölmədə rüşvətxorluğu istisna edir.
Eləcə də
“dövlətin yüksək dairələrində olan korrupsiya”nı və yaxud yüksək rütbəli
vəzifəli şəxslər, nazirlər, dövlət başçıları arasında müşahidə olunan “iri
korrupsiya”nı immiqrasiya xidmətlərinin əməkdaşlarına, gömrük işçilərinə,
polislərə və başqalarına xas olan “xırda korrupsiya”dan fərqləndirmək
lazımdır. Söhbət sadəcə rüşvətlərin ölçüsündən getmir. Xırda rüşvətxorluq
formal proseduru tez keçmək və ya onu heç keçməmək imkanını nəzərdə tutursa
“iri korrupsiya”nın isə məsul qərarların qəbuluna təsiri ehtimal olunur.
Bütün
diqqətimizi “iri korrupsiya”ya yönəltməklə biz heç də sıravi vətəndaşların,
ələlxüsus əhalinin məmur özbaşınalığı qarşısında aciz qalan
kateqoriyalarının həyatını zəhərləyən xırda rüşvətxorluqla barışmağı
düşünmürük. Lakin iri korrupsiya dövləti dağıtmağa qadirdir: onun nəzarətdən
çıxdığı yerdə xırda rüşvətxorluğun qarşısının alınması haqqında heç
düşünməyə dəyməz.
İri korrupsiyanı
qidalandıran sazişlərin növlərini müəyyənləşdirmək üçün əsasən üç əsas meyar
göstərmək olar. Onlardan birincisi sazişin rüşvətin ölçüsüylə müqayisə
edilən həcmi: əgər layihənin və ya kontraktın dəyəri iri rəqəmlərlə ifadə
edilmirsə ona heç fikir də vermirlər. İkinci meyar mükafatın tez bir zamanda
alınması: heç kimə öz pulunu iki-üç il gözləmək perspektivi maraqlı deyil.
Nəhayət axırıncısı, hansını ki, “məxfiləşdirmək meyli” adlandırmaq olar:
saziş nə qədər mürəkkəb və texniki cəhətdən iri həcmli olarsa onun haqqında
“narahat” sualların verilməsi şansı da bir o qədər az olar.
Bu meyarların
tətbiqi belə nəticə çıxarmağa imkan verir ki, fəaliyyətin aşağıdakı növləri
ilə bağlı əməliyyatlar korrupsiya üçün ən münbit zəmindir:
-
hərbi
təchizatlar, aviatexnikanın, gəmilərin və telekommunikasiya avadanlığının
tədarükü;
-
iri sənaye və
aqrar sənaye və eləcə də irimiqyaslı tikinti layihələrində (məsələn, su
bəndləri, limanlar, körpülər, şose magistralları) istehsalat təyinatlı
mallar;
-
istehsal
müəssisələrinin fəaliyyətinə lisenziya;
-
məsləhət
xidmətlərinin ödənilməsi;
-
dövlət
tərəfindən topdansatış partiyalarının ( məsələn, neftin, gübrələrin,
sementin, məktəb dərsliklərinin və ya əczaçılıq preparatlarının) daim
alınması.
Şübhəsiz ki,
müxtəlif müqavilələrin cəlbediciliyi çox geniş diapazon hüdudlarında
variasiyadadır.
İri
korrupsiyanın mexanizmində ən mühüm hissə yerli nümayəndədir. Bir qayda
olaraq, iri korporasiyaların satış şöbələrinin rəhbərləri dünyanı yüz
dollarlıq əskinaslarla dolu çamadanlarla gəzmirlər. Bunun əvəzinə onlar
nümayəndə təyin edirlər (bu da çox zaman cəmiyyətdə hörmətə malik olan adam
olur) ki, müqavilə alınarsa onun dəyərinin 10-20%-i ölçüsündə mükafat təklif
edilir. Beləliklə, korporasiya özünü məsul işçi ilə hər hansı ləyaqətsiz
münasibətlərdən azad edir. Korporasiyanın rəhbərliyinə heç də mütləq bilmək
lazım deyildir ki, nümayəndə bu bol mükafatdan üçüncü ələ neçə faiz verib və
yaxud, ümumiyyətlə, heç nə verməyib.
Rüşvət verənlə
korrupsiyalaşmış məmur arasındakı bu məsafəyə baxmayaraq, çox adamlar çətin
inanırlar ki, sanki qüsursuz ada malik olan korporasiyalar rüşvətxorluğa
cəlb oluna bilərlər. Bu fakt onunla izah olunur ki, öz ölkəsində məmurların
satın alınması hər yerdə cinayətə görə cəzalanan fəaliyyət sayıldığına
baxmayaraq, vəzifəli xarici şəxsə özgə ərazisində (Amerika Birləşmiş
Ştatları istisna olmaqla) rüşvətin verilməsi cinayət sayılmır. Agent
xidmətindən istifadənin törətdiyi bu qeyri-kriminal xarici ruşvətlərin və
“mənə nə” münsibətinin belə uzlaşması iri korrupsiyanın nazim çarxını
hərlədən həmin o qüvvədir.
Sazişlərin
dəyərinin artması
Beləliklə,
korrupsiyanın vurduğu ziyanı necə qiymətləndirmək olar? Ən aşkar effekt
sazişin maya dəyərinin artmasıdır. Deyək ki, əgər verilən rüşvətin həcmi
10%-dirsə nəzərə almaq lazımdır ki, bu məbləğin ancaq cüzi hissəsi satıcı
tərəfindən ödəniləcək, belə ki, sadəcə olaraq, o, bu məbləği satış qiymətinə
əlavə edəcək. Doğrusu, rüşvətin verilməsi faktının özü belə satıcıya dəyərin
hətta rüşvətin həcmindən də artıq məbləğdə yüksəldilməsi imkanını verir.
Əgər satış obyekti idxal olunmuş mallardırsa, onda idxalın dəyəri alıcının
haqq-hesabı ödəməsi üçün zəruri olan valyutanın məbləğini yüksəldəcəkdir.
Amma ki, bir çox inkişaf etməkdə olan ölkələrdə isə valyuta ehtiyatları
olduqca məhduddur.
Lakin vurulan
zərərin dərəcəsinə görə dəyərin artması digər aspektlə müqayisəolunmazdır.
Elə ki şəxsi mənfəətin qazanılması imkanı reallaşır, müqavilənin verilməsi
üzrə digər qanuni meyarların hamısı: dəyər, keyfiyyət, qoyuluş şərtləri və
s. kənara atılır. Nəticədə heç də ən optimal olmayan təchizatçı və/və ya
icraçı seçilir, heç də ən yaxşı olmayan mallar alınır.
Dövlətin
ehtiyaclarına ən çox uyğun olanlara yox, tamamilə lazımsız tədarüklərə və
layihələrə üstünlük verilməsinə gətirib çıxaran qərarların belə təhrif
olunmuş prioritetlərlə əsaslandırılmış qəbulunun yeganə bir səbəbi dövlət
məmurlarının qiymətli mükafatlar ala bilmələridir. Hərbi tədarüklərin iri
korrupsiyanın çiçəklənməsi üçün ən əlverişli kateqoriyaya aid olduğu yada
salınsa, onda xüsusi tələbat olmadan tez-tez hərbi təchizatların edilməsinə
təəccüblənməyə lüzum olmaz.
İri
korrupsiyanın vurduğu iqtisadi zərərdən başqa ondan az ciddi olmayan mənəvi
zərərdən də danışmamaq olmaz. İnkişaf etmiş ölkələrdə tez-tez belə
arqumentlər eşitmək olar: “Onların iş aparmaq təcrübələri ilə barışmaq lazım
gəlir. Rüşvətxorluq onların mədəniyyətinin tərkib hissəsidir. O şey ki
burada qəbulolunmazdır, orada tamamilə normaldır” (“orada” sözü altında hər
hansı inkişaf etməkdə olan ölkə nəzərdə tutulur). Lakin belə özünü doğrultma
vicdanlı afrikalılar, asiyalılar, şərqi avropalılar və cənubi amerikalılar
tərəfindən qeyzlə rədd edilir. Korrupsiyanın qabaqcıl industrial dövlətlərə
nisbətən inkişaf etməkdə olan ölkələrdə daha çox vüsət alması ilə
razılaşmamaq olmaz, amma onun kiminsə mədəniyyətinin ayrılmaz hissəsi
olmasını təsdiqləmək doğru deyildir.
Korrupsiyanın
müxtəlif dövlətlərdə səviyyəsinin müqayisəli səciyyəsi
Baş qərargahı
Berlində yerləşən, biznesdə korrupsiyaya qarşı qeyri-kommersiya alyansı olan
“Transperensi interneşnl” təşkilatı bu gün 54 ölkəni əhatə edən çox faydalı
olan Korrupsiyanın Təsir İndeksini işləyib hazırlamışdır. İndeksin əsasına
hər bir ölkə üzrə ayrılıqda on tədqiqatın nəticələri qoyulmuşdur və heç
olmasa dörd asılı olmayan tədqiqatın verilənlərini almaq mümkün olmayan
ölkələr ora daxil edilməmişdir. Korrupsiyanın təzahüründən tam azad olan
ölkəyə onballıq sistemlə ən yüksək ball verilir, sıfır isə ölkədə bütün
sahibkarlıq üzərində zorun və rüşvətxorluğun hökm sürdüyünü göstərir.
Heç bir ölkə nə
on və nə də sıfır ball almamışdır. Maksimal və minimal göstəricilər müvafiq
olaraq Yeni Zelandiyaya (9,43) və Nigeriyaya (0,69) məxsusdur. Bəzi
istisnalarla, siyahının yuxarı yarısındakı ölkələr sabit və möhkəm
demokratik dövlətlərdir. Aşağı hissədə buna əks vəziyyət müşahidə olunur.
İri korrupsiya
cəmiyyətin demokratik quruluşuna ciddi zərər vurur. Hələ 1777 ildə İngiltərə
və İrlandiyanın görkəmli dövlət xadimi Edmund Berkin demişdi ki:
“Korrupsiyanın çiçəkləndiyi bir cəmiyyətdə azadlıq uzun ömür sürməz”. O
demək olar ki, Afrika və Latın Amerikası ölkələrində nə baş verəcəyini
əvvəlcədən görmüşdü. Korrupsiya demokratiyanı tam iflasa uğratmasa da, amma
sözsüz ki, bəzi ölkələrdə onun “aşınmasına” gətirib çıxarırdı. Məsələn,
aydındır ki, korrupsiyalaşmış nazirlər və məmurlar onların əməllərini
cəmiyyətə çatdıran söz azadlığına və mətbuat azadlığına yol verməzlər. Bunu
etməyə heç parlamentdəki müxalifəti də qoymazlar. İri korrupsiya nəticəsində
varlanma, korrupsiyalaşmış siyasətçilərə elə bu cür natəmiz üsullar vasitəsi
ilə iqtidarda qalmağa çox yüksək dərəcədə yardım edir.
Biz gücsüz
deyilik
İri
korrupsiyanın vurduğu həm maddi və həm də mənəvi zərəri nəzərə aldıqda
“bununla necə mübarizə aparılmalıdır?” sualı meydana çıxır. Onu,
ümumiyyətlə, kökündən qoparmaq haqqında düşünmək sadəlövhlük olardı. Lakin
bir çox ölkələrdə “Transperensi interneşnl” ilə əməkdaşlıq edən və
korrupsiyanı əhəmiyyətli dərəcədə ixtisar etməyin mümkünlüyünə inanan xeyli
təşkilat yaranmışdır. “Tİ”nin sərəncamverici direktoru Ceremi Poupun dediyi
kimi, korrupsiyanı minimal riskli və yüksək gəlirli müəssisədən minimal
gəlirli və yüksək risklisinə çevirmək lazımdır.
Bu bəla ilə
mübarizədə ilk vasitə cinayət hüququ olmalıdır. ABŞ-ın 1977-ci ildə çıxan
xaricdə korrupsiya üsullarının yolverilməzliyi haqqında qanunu Amerika
korporasiyalarının rəhbərlərinə birbaşa və ya vasitəçiliklə xarici məmuru və
ya siyasətçini satın almağa cəhd etdikləri halda, onların ABŞ vətəndaşına
rüşvət verməyə cəhd etdikləri hala nisbətən daha yüngül cəza alacaqlarına
heç bir ümid vermir. Digər heç bir ölkədə buna oxşar qanun yoxdur, amma
vəziyyətin dəyişiləcəyinə inanmaq lazımdır. ATƏT-in iştirakçısı olan
dövlətlərin hökumətləri (bəziləri çox həvəssiz) yekdilliklə razılıq verdilər
ki, başqa ölkənin ərazisindəki rüşvətxorluğu da cinayəti elan etmək lazımdır
baxmayaraq ki, bəzi ingilis hüquqşünasları eksterritorial qanunların
İngiltərə qanunvericiliyinə zidd olduğuna əsaslanaraq etiraz etmişdilər,
amma onların tutarqaları olduqca inandırıcı görünmədi, çünki, Böyük
Britaniya terrorizmlə və narkotika idxalıyla mübarizəyə yönəlmiş
eksterritorial qanunlara tabe olur. Şübhəsiz ki, ATƏT-in bütün ölkələrinin
ərazilərində təklif olunan dəyişikliklərin həyata keçirilməsi üçün xeyli
vaxt tələb olunacaq.
ABŞ-ın xaricdə
korrupsiya üsullarının yolverilməzliyi haqqındakı qanununun bəzi
opponentləri iddia edirlər ki, o, səmərəli deyildir, çünki, onsuz da,
Amerika şirkətləri rüşvət paylayır. Lakin qanunun səmərəliliyi barədə onun
nə dərəcədə mükəmməl olması ilə yox, yaxşılığa doğru hansı dəyişiklikləri
təmin etməyə qadir olması ilə mühakimə edirlər. ABŞ-ın xaricdə korrupsiya
üsullarının yolverilməzliyi haqqındakı Qanunu bu sınaqdan şərtsiz olaraq
çıxmışdır. Eləcə də digər iri ticarət dövlətlərinin buna oxşar
qanunvericilik aktını qəbul etməyi bacarmadıqlarına görə amerikalı
ixracatçıları öz rəqiblərindən geri qalmamaq üçün bəzən qeyri-leqal addımlar
atmağa məcbur olmasını nəzərə alaraq, bu qanunun səmərəliliyi barədə nəticə
çıxarmaq olar.
Rüşvətxorluq
qeyri-qanunidir
Rüşvətxorluğun
qanunla cəzalanan cinayətelan edilməsi korporasiyalar üçün vergiqoyulmaya
şərtsiz olaraq təsir edəcəkdir. Bu yaxınlara qədər Avropanın bütün
ölkələrində kortəbii yaranmış belə qəbulolunmaz şərait mövcud idi ki,
xaricdə veriləcək rüşvətlərin məbləği “işgüzar xərclər” kimi tərtib edilir
və vergidən azad olunurdu. Bu da mahiyyətcə korrupsiyanın maliyyə mənbəi
xidmətini göstərirdi. ATƏT-in iştirakçıları olan ölkələrin hamısı vəziyyətin
qaydaya salınmasına meylli və hazır olduqları barədə bəyanat vermişdir,
Böyük Britaniyada isə artıq bu, həyata keçirilmişdir. Anqlosakson ümumi
qanunvericiliyinə görə, müttəhimin günahı sübuta yetirilməyincə günahsız
sayılmasına baxmayaraq, vergi orqanları ilə mübahisələrin həllində
təqsirsizlik prezumpsiyası rol oynamır.
Rüşvətxorluğun
yeni statusu eləcə də auditorların vəziyyətini də dəyişəcəkdir. Əgər auditor
şirkətin hesabında bu və ya digər köçürmənin gizli yarandığı barədə məlumat
verməzsə ( bu da ki, hər bir kənarauditorun birbaşa vəzifəsidir) onda razı
qalmayan hər hansı səhmdar elə oradaca onu səhlənkarlıqda günahlandırar və
məhkəməyə verə bilər. “Transperensi interneşnl” bu yaxınlarda “Biznesdə
təmizlik adaları” adı altında daha bir maraqlı konsepsiya işləyib
hazırlamışdır ki, o da dövlət sahəsindəki bütün iri müqavilələrə
“Antikorrupsiya paktının” (AKP) maddələrinin daxil edilməsinə əsaslanır.
AKP-yə görə, müqavilənin tərəfləri, müqaviləni imzalayan dövlət məmurları və
korporasiyaların rəhbərləri onunla əlaqədar “mükafat”ları heç bir şəkildə
zorla almamağı və təklif etməməyi öhdələrinə götürürlər. (Axırıncı səhifədə
nümunə göstərilir). Onun maddələrini aşkar şəkildə pozan korrupsiya
xarakterli ixtiyari fəaliyyətə görə AKP-nin sanksiyaları günahkarların uzun
müddətə “qara siyah”ıya salınmasından və bundan əvvəl bağlanmış müqavilənin
ləğvindən ibarətdir.
“Təmizlik
adaları”na qarşı o tutarqaları irəli sürmək olar ki, müqavilə
münasibətlərinin hər iki tərəfi onsuz eləməyə borclu olduqlarını (rüşvəti
təklif etməmək və almamağı) edirlər. Buna baxmayaraq, elə inandırıcı faktlar
mövcuddur ki, konkret müqaviləyə daxil edilmiş konkret antikorrupsiya
öhdəliyi və onlar yerinə yetirilmədikdə tətbiq olunacaq müfəssəl yazılmış
sanksiyalar ümumi ibarələr və “özünü düzjün aparmaq kimi mücərrəd vədlərə
münasibətdə ”iştirakçılar tərəfindən daha ciddi qavranılır.
“Siqnalverənlər”in, yəni rəislərinin dövlət müqavilələrindən həddən artıq və
ya jizli şəxsi gəlir əldə etmələri barədə məlumat verənlərin həvəsləndirilmə
və mükafatlandırılmasını nəzərdə tutan Amerika qanunları son zamanlar
avropalıların diqqətini daha çox cəlb etməkdədir. İctimai rəy bu təcrübəyə
getdikcə daha çox meyllənir, “siqnalverənlər”ə isə korrupsiyaya qarşı
mübarizədə faydalı vasitə kimi baxılır. Lakin gələcəkdə diqqət daha çox
“siqnalverənlər”in mükafatlandırılmasına yox, müdafiəsinə veriləcək.
İnkişaf etməkdə
olan ölkələrdə konsessiya şərtləri daxilində iri layihələrin
maliyyələşdirilməsini təmin edən maliyyə təşkilatları da (xüsusilə
beynəlxalq) mühüm rol oynayır. Günbəgün daha çox başa düşülür ki, ayrılmış
fondların təyinat məqsədləri üçün istifadə olunması və daha korrupsiyalaşmış
təchizatçılar və sazişdə iştirak edən dövlət məmurları tərəfindən
mənimsənilməməsi üzrə nəzarət belə təşkilatların vəzifəsidir. Məsələn, Ceyms
Vulfenson Beynəlxalq Bankın prezidenti təyin olunduğu ilk günlərdən
antikorrupsiya tədbirləri barədə məsələni Bankın fəaliyyətindəki üstün
istiqamətləri sırasına daxil etmişdir.
Bu gün heç kəs
bu faktı danmaz ki, inkişaf etməkdə olan ölkələrə göstərilən yardım
(kasıblaşmış dövlətlər üçün bu nə qədər vacib olursa olsun) rüşvətlərə sərf
olunacaqsa o, donor ölkələr tərəfindən dəstəklənməyəcəkdir.
Nəhayət, iri
korrupsiya ilə mübarizədə əldə olunan vasitələri nəzərdən keçirdikdə ictimai
rəy kimi vasitənin səmərəliliyini az qiymətləndirmək olmaz. Bu mühüm sahədə
çoxlu səy göstərilməsi tələb olunsa da elə bu faktın özü, yəni cəmiyyətin
korrupsiya barəsində daha çox danışması və ona qarşı əksfəaliyyətin
mühümlüyünü anlaması yaxşı əlamətdir.
Korrupsiyanın ən
aşağı
səviyyəsi
haradadır?
|
Yer |
Ölkə |
1996 |
1995 |
|
1 |
Yeni Zelandiya |
9.43 |
9.55 |
|
2 |
Danimarka |
9.33 |
9.32 |
|
3 |
İsveç |
9.08 |
8.87 |
|
4 |
Finlandiya |
9.05 |
9.12 |
|
5 |
Kanada |
8.96 |
8.87 |
|
6 |
Norveç |
8.87 |
8.61 |
|
7 |
Sinqapur |
8.80 |
9.26 |
|
8 |
İsveçrə |
8.76 |
8.76 |
|
9 |
Niderland |
8.71 |
8.69 |
|
10 |
Avstraliya |
8.60 |
8.80 |
|
11 |
İrlandiya |
8.45 |
8.57 |
|
12 |
Böyük Britaniya |
8.44 |
8.57 |
|
13 |
Almaniya |
8.27 |
8.14 |
|
14 |
İsrail |
7.71 |
- |
|
15 |
ABŞ |
7.76 |
7.79 |
|
16 |
Avstriya |
7.59 |
7.13 |
|
17 |
Yaponiya |
7.05 |
6.72 |
|
18 |
Honkonq |
7.01 |
7.12 |
|
19 |
Fransa |
6.96 |
7.00 |
|
20 |
Belçika |
6.84 |
6.85 |
|
21 |
Çili |
6.80 |
6.94 |
|
22 |
Portuqaliya |
6.53 |
5.56 |
|
23 |
CAR |
5.68 |
5.62 |
|
24 |
Polşa |
5.57 |
- |
|
25 |
Çexiya |
5.37 |
- |
|
26 |
Malayziya |
5.32 |
5.28 |
|
27 |
Cənubi Koreya |
5.02 |
4.29 |
|
28 |
Yunanıstan |
5.01 |
4.04 |
|
29 |
Tayvan |
4.98 |
5.08 |
|
30 |
İordaniya |
4.89 |
- |
|
31 |
Macarıstan |
4.86 |
4.12 |
|
32 |
İspaniya |
4.31 |
4.35 |
|
33 |
Türkiyə |
3.54 |
4.10 |
|
34 |
İtaliya |
3.42 |
2.99 |
|
35 |
Argentina |
3.41 |
5.24 |
|
36 |
Boliviya |
3.40 |
- |
|
37 |
Tailand |
3.33 |
2.79 |
|
38 |
Meksika |
3.30 |
3.18 |
|
39 |
Ekvador |
3.19 |
- |
|
40 |
Braziliya |
2.96 |
2.70 |
|
41 |
Misir |
2.84 |
- |
|
42 |
Kolumbiya |
2.73 |
3.44 |
|
43 |
Uqanda |
2.71 |
- |
|
44 |
Filippin |
2.69 |
2.77 |
|
45 |
İndoneziya |
2.65 |
1.94 |
|
46 |
Hindistan |
2.63 |
2.78 |
|
47 |
Rusiya |
2.58 |
- |
|
48 |
Venesuela |
2.50 |
2.66 |
|
49 |
Kamerun |
2.46 |
- |
|
50 |
Çin |
2.43 |
2.16 |
|
51 |
Banqladeş |
2.29 |
- |
|
52 |
Keniya |
2.21 |
- |
|
53 |
Pakistan |
1.00 |
2.25 |
|
54 |
Nigeriya |
0.69 |
- |
Mənbə :
“Transperensi interneşnl” tərəfindən hazırlanmış Korrupsiyanın Təsir
İndeksi, 1995-1996 illər.
Siyahıdakı yer
ancaq bir sıra sorğuların nəticələrinə əsaslanır və ancaq korrupsiyanın
səviyyəsinin biznesmenlər tərəfindən qiymətləndirilməsini əks etdirir.
Tədqiqat 1995 ildə ölkələrin az miqdarında aparılmışdır və buna görə də o
ilin indeksi ancaq təqribi müqayisə üçün verilmişdir.
Antikorrupsiya
Paktının korporasiyalara aid əsas maddələri Antikorrupsiya paktı
maddələrinin dövlət sahəsindəki müqavilələrə aid olduğu ölkələrdə iqtisadi
fəaliyyəti həyata keçirmək istəyən şirkətlər öhdəlik məktubunu
imzalamalıdırlar və bu sənədin tələblərinə riayət etməlidirlər. Bu məktubda
aşağıdakı maddələr olmalıdır:
1. [Şirkətin adı]
anlayır ki, korrupsiya bir çox ölkələrin sosial və iqtisadi inkişafına …
zərər vurur. Biz yekdilliklə bu fikirlə razıyıq ki, bütün qüvvələri
aşkarlığın və məsuliyyətin, xüsusən də beynəlxalq inkişaf, ticarət və
investisiyalar kimi sahələrdə möhkəmlənməsinə yönəltmək zəruridir.
2. [Şirkətin adı]
hökumət tərəfindən aşkarlığın və məsuliyyətin möhkəmləndirilməsi məqsədilə
atılmış addımları alqışlayır. [Şirkətin adı] bununla əlaqədar:
a) müsabiqə
ərizəsini müzakirə edən vəzifəli şəxslərin hansı birinəsə rüşvət və eləcə də
şirnikləndirmənin digər hər-hansı növünü təklif etməyəcək və verməyəcəkdir;
b) bunu öz adından
etməyə heç kimə (istər onun əməkdaşı və ya müstəqil agent olsun) icazə
verməyəcəkdir;
v) öz müsabiqə
ərizəsində hər-hansı şəxslərə korporasiyanın əməkdaşları istisna olmaqla
(lakin bu korporasiyanın əməkdaşlarına verilmiş mükafatlar haqqında məlumat
daxil olmaqla) müsabiqə ərizəsinin ödənişləri ( istər edilmişlər, istərsə də
müsabiqənin udulacağı təqdirdə) ilə bağlı olan bütün benefisiarlar haqqında
tam məlumat verəcəkdir;
q) rəsmi olaraq
öhdəsinə götürür ki, [ölkənin adı] olan əməkdaşları və agentləri arasında bu
ölkənin qanunlarına riayət etmələrini, xüsusilə də vəzifəli şəxslərə rüşvət
və ya şirnikləndirmənin digər hər-hansı qeyri-qanuni növünü təklif
etməmələrini və verməmələrini (birbaşa vəya dolayı yolla) tələb edən
sərəncamı yayacaqdır.
............................
(Tarix)
..........................
(İmza) Baş
korporasiyanın baş rəhbəri
Əlavə məlumatı
“Transperensi interneşnl”in Berlindəki ofisindən və ya World Wide Web
http://www.transparency.de vasitəsi ilə almaq olar.
Amerika
dövlətlərinin antikorrupsiya kodeksi
Korrupsiya və
rüşvətxorluğun miqyaslarından narahat olan Amerika Dövlətləri Təşkilatının
iştirakçıları olan ölkələr 1996 ildə misli görünməmiş konvensiyanı
ratifikasiya edib. Milli qanunvericiliyin Kodeksin tələblərinə tam
uyğunlaşdırılması məqsədilə bəzi iştirakçı dövlətlər üçün hələ bir sıra
daxili qanunların qəbulunun zəruri olmasına baxmayaraq, xeyli əməli tərif və
mexanizmləri əks etdirdiyindən konvensiya çox mühüm əhəmiyyətə malikdir.
ADT hökumətlərinə
olan rüşvətxorluq və jizli gəlirlərə görə cinayət məsuliyyətinin nəzərdə
tutulması tələbi kodeksin əsasını təşkil edir. Digər əsas maddələr arasında
aşağıdakıların adını çəkmək olar:
Başqa ölkənin
hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqa yardım göstərməkdən
imtina etmək üçün əsas kimi “bank sirri”ni istifadə etmək qəti qadağandır.
Hətta əgər
dövlətlər arasında canilərin təhvil verilməsi haqqında saziş yoxsa da
Kodeksin ratifikasiyası bunun üçün hüquqi əsasdır.
Kodeksin verdiyi
tərifə müvafiq olaraq, korrupsiya pul rüşvətlərinin alınmasından əlavə,
qeyri-maliyyə şəklində “borc verilməsi”ni və mükafatlandırmanı da əhatə
edir. Bundan əlavə, rüşvətverən və ya qarşılıqlı xidməti göstərən üçün
əlverişli olanda vəzifəli şəxsin fəaliyyətsizliyi də korrupsiya kimi
qiymətləndirilir.
Konvensiyanın
şərtlərinə görə, vəzifəli şəxslərin qeyri-qanuni varlanması korrupsiya hesab
edilir və onu imzalamış dövlətlər bu əməli qanunvericiliklə (əgər belə qanun
hələ qəbul edilməyibsə) cinayət cəzasına cəlb olunan etməlidir.
ADT ölkələri
korrupsiyanı kökündən kəsmək üçün bir sıra qabaqlayıcı mexanizmləri işə
salmağa razılaşıb. O cümlədən bəzi hökumət məmurlarının gəlirlərinin və
əmlakının qeydə alınması və nəşr edilməsi, həm dövlət bölməsində və həm də
özəl bölmədə “siqnalverənlər”in müdafiəsi üçün tədbirlər və eləcə də rüşvət
verməkdə suçlanmış şəxslər və şirkətlər üçün vergi güzəştlərini istisna edən
qanunlar buraya aiddir.
Konvensiyanı
ADT-yə üzv olan dövlətlərin təqribən hamısının ratifikasiya etməsi çox
əlamətdar faktdır. Konvensiyanın mətninin preambulasında deyilir ki, bölgə
ölkələrinin hökumətləri “əmindir ki, korrupsiya ilə mübarizə demokratik
institutları möhkəmlədir və iqtisadiyyatda sui-istifadənin və cəmiyyətin
mənəvi sağlamlığına zərər vurulmasının qarşısını alır”. |