top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 04 - Antikorrupsiya (ak)

ABŞ İCRA HAKİMİYYƏTİ ORQANLARI QULLUQÇULARININ ETİK ƏXLAQ STANDARTLARI

Mənbə: "Məşvərət", N25, 1999


Ümumi müddəalar

1989-cu ildə etika haqqında qanun islahatı üzrə prezident komissiyası hər bir idarədə xidməti etika haqqında ayrı-ayrı əsasnamələrin əvəzinə bütün icra hakimiyyəti idarələri üçün etika üzrə vahid əsasnamə tətbiq edilməsini tövsiyə etmişdir. Bu tövsiyəni yerinə yetirərək prezident Buş 1989-cu il aprelin 12-də icra hakimiyyəti orqanları qulluqçularının 14 əsas etik əxlaq prinsipinin və dəqiq etik əxlaq standartlarının işlənib hazırlanması barədə dövlət etikası üzrə idarəyə göstərişdən ibarət 12674 saylı fərman imzalamışdır. Yeni vahid standartlar Federal Reyestrdə dərc edildikdən 180 gün sonra icra hakimiyyəti qulluqçularının etik əxlaqını tənzimləməyə başlayacaqdır.

Ümumi müddəalar - A bölməsi

A bölməsi əsasnamənin ümumi çərçivəsini müəyyən edir. Bu bölmədə əsas anlayışlar verilmiş, qulluqçuları etika üzrə mütəxəssislərlə sıx əməkdaşlığa həvəsləndirəcək məqalələr, o cümlədən idarələrin hazırkı əsasnaməyə əlavələr etmək imkanları müəyyən edilmişdir.

Bölmə həmçinin:

  • əxlaqın 14 prinsipini və bu prinsiplərin hazırkı əsasnamədə öz əksini tapmamış situasiyalara tətbiqini müəyyən edir;

  • bu situasiya ilə əlaqədar kifayət qədər məlumatı olan səlahiyyətli şəxs tərəfindən münaqişəli situasiyanın həllini təmin edir.

Kənar mənbələrdən hədiyyələr - V bölməsi

V bölməsi qulluqçulara qadağan olunmuş mənbələrdən hədiyyə qəbul etmək və ya təklif etməyi, eləcə də öz vəzifə borcunun yerinə yetirilməsi müqabilində hədiyyə almağı qadağan edir. “Qadağan olunmuş mənbə” dedikdə qulluqçu ilə sövdələşməkdə və ya qulluqçunun işlədiyi idarənin müəyyən qərarı qəbul etməsində maraqlı olan istənilən şəxs, eləcə də qulluqçudan və onun öz vəzifə borcunu yerinə yetirməsindən asılı olan istənilən şəxs nəzərdə tutulur. Məsələn, idarə ilə saziş bağlamaq üçün tenderdə iştirak edən şirkət, yaxud idarədən qrant almaq istəyən şəxs bu idarənin qulluqçuları üçün hədiyyə alınması “qadağan olunmuş mənbə” hesab edilirlər.

Hədiyyə” termini, demək olar ki, maddi dəyəri olan hər şeyə şamil edilir. Lakin, bununla belə, o açıq-aydın hədiyyə kimi qəbul edilməyən əşyalara aid edilmir. Məsələn, hamının ala biləcəyi imtiyazlar və kreditlər, heç nəyə sövq etməyən diqqət əlamətləri - qəhvə, peçenye, açıqca və təbrik ünvanları.

Qulluqçular bir sıra istisnalarla aşağıdakıları qəbul edə bilərlər:

  • eyni mənbədən təqvim ili ərzində ümumi məbləği 50 dolları aşmayan, hər birinin qiyməti 20 dollardan çox olmayan birdəfəlik hədiyyələr;

  • ailə münasibətləri və şəxsi tanışlıqla şərtləndirilən hədiyyələr;

  • iştirak xərclərini tədbir sponsorunun ödədiyi bəzi ictimai tədbirlərdə (məsələn, konfranslar, qəbullar) pulsuz iştirak;

  • xaricdə xidməti ezamiyyətdə olarkən nahara və ya istirahətə dəvət formasında göstərilmiş diqqət əlamətləri.

Bölmədə qəbul edilməsi mümkün sayılmayan hədiyyələrin və ya onların dəyərinin qaytarılması da nəzərdə tutulmuşdur.

Qulluqçulardan alınan hədiyyələr - S bölməsi

  • bölməsi qulluqçulara aşağıdakıları qadağan edir:

  • daha yüksək rəsmi vəzifə tutan digər qulluqçuya hədiyyə təklif etmək və ya ondan hədiyyə qəbul etmək;

  • hər iki qulluqçunun dostluq edərək bir-birindən birbaşa asılı olmadıqları hal istisna olmaqla, öz tabeliyindəki işçilərdən hədiyyə almaq.

Müstəsna hallar:

Bəzi hallarda qulluqçular ümumi dəyəri 10 dollardan artıq olmayan birdəfəlik hədiyyələr, ofisdə birgə istifadə etmək şərti ilə içki və yeməklər qəbul edə bilər və ya evə qonaq dəvət edə bilərlər. Bu həm də hədiyyə verib-almaq ənənələrinin qəbul edildiyi ad günləri və bayramların qeyd olunmasına da aiddir.

 Qulluqçunun həyatındakı əlamətdar hadisələr (məsələn, nikah) xidmət üzrə tabeliyin dəyişilməsi (təqaüdə çıxma, başqa işə keçmə) ilə əlaqədar, hadisənin məzmununa uyğun olaraq hədiyyələr təklif və ya qəbul edilə bilər. Qulluqçular kollektiv hədiyyələrin alınmasında iştirak edə bilərlər.

Maliyyə maraqları konflikti - D bölməsi

D bölməsi qulluqçunun xidməti vəzifələrinə zidd olan maliyyə maraqlarını tənzimləyən iki müddəadan ibarətdir.

Maliyyə maraqlarından məhrumetmə” adlanan birinci müddəa qulluqçuya onun özünün və ya həyat yoldaşının, həddi-büluğa çatmamış övladının, tabeliyindəki şəxsin və ya bu müddəada xüsusi qeyd olunmuş başqa bir şəxsin maliyyə marağı olan saziş və razılaşmalarda rəsmi şəxs kimi iştirakını qadağan edir. Məsələn, qulluqçu onun idarəsinin proqram təminatı ilə əlaqədar sifarişini öz həyat yoldaşına məxsus şirkətdə yerləşdirə bilməz. Müddəada özündə konflikt marağın satılması və özgəninkiləşdirilməsi və ya qulluqçuya öz xidməti vəzifələrini yerinə yetirməkdə davam etməyə imkan yaradan qanuni səlahiyyətlər alınmasını birləşdirən “iştirakdan yayınma” alternativləri öz əksini tapmışdır.

Qadağan olunmuş maliyyə maraqları” adlanan ikinci müddəa idarələrin öz qulluqçularına müəyyən maliyyə maraqlarının alınmasını və ya saxlanılmasını qadağan etmək səlahiyyətlərini tənzimləyir.

D bölməsinin tələblərinə uyğun olaraq, öz iştirak payını satmalı olan qulluqçular alınmış gəlirdən veriləcək vergilərin ödəniş müddətinin uzadılması hüququna malik ola bilər.

Xidməti vəzifələrin yerinə yetirilməsində qərəzsizlik - E bölməsi

D bölməsində qeyd olunmuş hallardan başqa, özgə xüsusi şərtlər də mövcuddur ki, onların çərçivəsində qulluqçu qərəzsizliyi pozmamaq üçün öz xidməti vəzifələrini yerinə yetirməkdən imtina etməlidir.

E bölməsinə belə halları tənzimləyən iki məhrumetmə müddəası daxildir.

Şəxsi və işgüzar münasibətlər” adlanan birinci müddəaya əsasən, dövlət əhəmiyyətli məsələləri həll edərkən, lap dəqiq deyilsə:

  • qulluqçunun ailə üzvlərinin maliyyə maraqları ilə bağlı saziş, qrant və tədqiqatlarla əlaqəli müəyyən hallarda;

  • tərəf və ya tərəfin nümayəndəsi qulluqçu ilə xüsusi münasibətdə olduqda qulluqçunun qərəzsizliyi şübhə doğurarsa onların bu fəaliyyəti üçün xüsusi icazə alınmalıdır. Məsələn, qulluqçunun bilavasitə rəhbərliyi, həyat yoldaşı və ya onun həddi-büluğa çatmamış uşaqları, qulluqçunun işgüzar və maliyyə münasibətlərində olduğu və ya belə münasibətləri qurmağa can atdığı digər şəxslər belə tərəf kimi qəbul edilə bilərlər.

Qulluqçunun belə məsələlərdə iştirak etməsi işlədiyi idarənin maraqlarına cavab verirsə qulluqçuya həmin hüququ verən prosedurlar mövcuddur. Hazırkı bölmə ilə müəyyən edilən prosedurlar qulluqçunun qərəzsizliyinə şübhə yaradan bütün hallarda tətbiq edilməlidir.

“Keçmiş iş sahibləri tərəfindən verilən xüsusi pul mükafatları” adlanan ikinci müddəa qulluqçunun öz əvvəlki rəhbərləri ilə birbaşa və ya dolayı əlaqəsi olan məsələlərdə iştirakını məhdudlaşdırır. Əgər keçmiş rəhbəri qulluqçuya onun federal xidmətə keçməsindən əvvəl 10.000 dollar “xüsusi mükafat” vermişsə bu müddəa həmin qulluqçuya 2 il müddətində keçmiş rəhbərinin tərəflərdən biri və ya digər tərəfin nümayəndəsi olduğu işlərin həllində iştirakı qadağan edir. Direktorlar şurasının xüsusi qərarı ilə ayrılmış 25.000 dollar məbləğ “xüsusi pul mükafatı” kimi səciyyələnəcəkdir. Adətən kommersiya planı çərçivəsində verilən pul mükafatları bu kateqoriyaya aid edilmir.

İşədüzəlmə məsələləri -F bölməsi

F bölməsi qulluqçulara gələcəkdə yanında işə düzələ biləcəyi (yaxud əvvəlcədən bu barədə razılıq əldə etdikləri) şəxslərin açıq-aydın və birbaşa maliyyə marağındakı məsələlərin həllində iştirakını qadağan edir.

Gələcək işədüzəlmə” termini altında işədüzəlmə haqqında aparılmış danışıqlar, məsələn, öz təşəbbüsü ilə hər hansı bir təşkilata öz şəxsi sənədlərini təqdim etmək nəzərdə tutulur. Bu terminə aşağıdakılar aid deyildir:

  • qulluqçunun öz şəxsi sənədlərini yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olduğu ikinci bir şəxsə təqdim etməsi;

  • vəzifə üçün elan edilmiş açıq müsabiqədə iştirakdan və ya işədüzəlmədən imtina.

Qulluqçu onun və onu potensial “işə götürən”in işədüzəlmədən imtina etməsinə və işədüzəlmə mövzusunda danışıqlara son verməsinə qədər “gələcək işədüzəlmə” anlayışının təsiri altında qalmaqda davam edir. Lakin qulluqçu şəxsi sənədlərini təqdim etdiyi təşkilatdan 2 ay müddətində müsbət cavab almazsa onun hərəkətləri “gələcək işədüzəlmə” kimi qiymətləndirilə bilməz.

“Xidməti vəzifədən sui-istifadə” - G bölməsi

G bölməsi xidməti vəzifədən sui-istifadənin qarşısını alan 4 müddəadan ibarətdir:

  • xidməti vəzifədən öz şəxsi maraqları, dostlarının, qohumlarının və xidməti vəzifələri ilə bağlı olmayan şəxslərin maraqları üçün, eləcə də hər hansı bir məhsulun, xidmətin və ya müəssisənin reklamı üçün istifadə etmək qadağan olunur;

  • maliyyə razılaşmalarında və ya şəxsi marağı üçün xidməti informasiyalardan istifadə qadağan edilir;

  • dövlət əmlakının müdafiə edilib qorunması və dövlət əmlakından yalnız müəyyən edilmiş məqsədlərlə istifadə olunması hər bir qulluqçunun vəzifə borcu sayılır;

  • iş vaxtını öz xidməti vəzifələrini vicdanla yerinə yetirməkdən başqa özgə məqsədlərə sərf etmək, eləcə də tabeliyindəki işçilərə onların öz iş vaxtlarından nəzərdə tutulmamış məqsədlərlə istifadə etməsinə sövq etmək və ya bunu təklif etmək qadağandır.

Xidmətlə əlaqəsi olmayan fəaliyyətlə məşğulolma - N bölməsi

H bölməsi qulluqçunun öz xidməti vəzifələrini yerinə yetirməkdən kənar - asudə vaxtı zamanı, o cümlədən, haqqı ödənilən idarədənkənar fəaliyyətini tənzimləyir. Bu müddəalar digər bölmələrdəki müddəaları tamamlayır.

N bölməsinə aşağıdakı müddəalar daxildir:

  • xidmətdənkənar fəaliyyəti məhdudlaşdıran normativ aktların və konstitusiya normalarının qısa şərhi;

  • xidməti vəzifələrinə zidd olan xidmətdənkənar fəaliyyətlə məşğul olmaq qadağan edilir;

  • qulluqçunun xidmətdənkənar fəaliyyətlə məşğul olması üçün idarələrin işçidən xüsusi icazə almasını tələb etmək səlahiyyəti vardır;

  • prezidentin təyin etdiyi və bəzi karyeradankənar işçi kateqoriyaları üçün alınan gəlir məbləğinə qoyulmuş məhdudiyyətlər;

  • Birləşmiş Ştatların tərəflərdən biri olduğu, yaxud özünün birbaşa və ciddi marağı olan proseslərdə (Birləşmiş Ştatların adından çıxış etdiyi hallar istisna olmaqla) qulluqçunun şahid-ekspert qismində iştirak etməsi qadağan olunur;

  • qonorarların alınmasına qoyulmuş qadağaya əlavə olaraq, qulluqçunun öz xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müəllimlik fəaliyyətinə, çıxışlarına, dərc etdirdiyi məqalələrə görə pul mükafatları alması qadağandır;

  • fiziki şəxs kimi vəsait toplanılması üzrə fəaliyyətə məhdudiyyətlər;

  • qulluqçuların öz maliyyə vəzifələrinin (borclarının) yerinə yetirməsi tələbi.

N bölməsində qulluqçuların peşəkar assosiasiyalarının fəaliyyətində iştirakını tənzimləyən müddəa da vardır.

Başqa əlaqədar səlahiyyətlər - I bölməsi

I bölməsi qulluqçuların davranışını tənzimləyən digər normativ aktlara müraciətlərdən ibarətdir.

Məlum olduğu kimi, hal-hazırda müxtəlif əlaqədar təşkilatlarda “Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası haqqında” Azərbaycan Respublikası qanunu layihəsi üzərində iş aparılır. “Məşvərət” bülleteninin redaksiya heyəti bu saydan başlayaraq həmin mövzuda silsilə materiallar dərc etmək fikrindədir. Oxuculara təqdim edilən “XXI əsrin biznes assosiasiyası” məqaləsi bu silsilədən ilk yazıdır. Ümidvarıq ki, material oxucularımızda maraq doğuracaq, xüsusilə də layihə üzərində iş aparan mütəxəssislər üçün faydalı olacaqdır.

Redaksiya heyəti

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft