top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

"KARBOHİDROGEN EHTİYATLARI” HAQQINDA TÜRKMƏNİSTAN QANUNU

SABİT BAĞIROV
Sahibkarlığın və bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti  

Mənbə: "Məşvərət", N1-2, 1997


Azərbaycanda onilliklərlə neft və qaz hasnlatına baxmayaraq bu ehtiyatlardan istifadə haqqında hələ də qanun yoxdur. Bağlanan sazişlər -fonunda belə bir qanuna ehtiyac daha aydın görünür. Hesab edirik ki, bu sahədəki təcrübənin öyrənilməsi ölkədə müvafiq  qanunun hazırlanması işinə kömək edə bilər. Bu məqsədlə Türkmənistanın «Karbohidrogen ehtiyatları haqqında» qanununun əsas müddalarını oxucuların nəzərinə çatdırırıq. Qanunda neft işləri ilə əlaqədar və dövlət tərəfindən tənzimlənməli olan əksər məsələlər öz əksini tapmışdır. Qanunun müddəaları neft işləri ilə əlaqədar beynəlxalq normalara, demək olar ki, uyğundur. Qanunun qəbul olunması müstəqil və neytral Türkmənistanın yeni qanunvericiliyinin formalaşmasında böyük addım kimi qiymətləndirilə bilər.  Fikrimizcə, Azərbaycanda da belə bir qanunun qəbul olunması aktualdır.

Qanuna girişddə qeyd edilir ki, o, Türkmənistanın Konstitusiyası əsasında, ölkənin və xalqın milli maraqları nəzərə alınaraq Türkmənistanın prezidenti Saparmurad Türkmənbaşının rəhbərliyi ilə hazırlanıb. Qanunun ali məqsədi karbohidrogen ehtiyatlarının rasional və səmərəli istifadəsinə və təbii sərvətlərin gələcək nəsillər üçün qorunmasına yənəldilmişdir.

Qanun 11 fəsildən ibarətdir:

Ümumi müddəalar; Türkmənistanın Nazirlər Kabinetinin,səlahiyyətli orqanın və konsernin karbohidrogen ehtiyatlarının istifadəsi üzrə səlahiyyətləri; neft işlərinin lisenziyalaşdırılması; müqavilələr; neft işlərinin həyata keçirilməsi; podratçının hüquqları və vəzifələri; magistral boru kəməri; ətraf mühitin qorunması; maliyyə və vergi rejimləri; hüquqi şərtlər; yekun müddəalar.

ÜMUMİ MÜDDƏALAR

Ümumi müddəalar fəslində əsas anlayışlar (blok, daxili su hövzəsi, hasilat, müqavilə, müqavilə ərazisi, lisenziya, neft işləri, lisenziya sahibi və digər anlayışlar), qanunun istifadə sahəsi və karbohidrogen ehtiyatlarına mülkiyyət hüquqları izah olunurlar. Burada qeyd edilir ki, karbohidrogen ehtiyyatlarına aid sahiblik, istifadə etmək və sərəncam vermək hüquqları Türkmənistanın Nazirlər Kabinetinə məxsusdur.

SƏLAHİYYƏTLƏR

Karbohidrogen ehtiyatlarının istifadəsi üzrə bütün səlahiyyətlər aşağıdakılar arasında bəlüşdürülür: Türkmənistanın Nazirlər Kabineti; səlahiyyətli orqan; konsern.

Qanunda səlahiyətli orqan və konserni konkret olaraq kimin təmsil etməsi göstərilməyib. Bunun səbəbi, görünür, ondadır ki, qanun layihəsi hazırlanarkən gələcəkdə icra qurumlarında lazım olan hər hansı dəyişikliklərin onun mətninə zidd olmamasına çalışıblar. Bugünkü faktiki vəziyyət isə belədir ki, səlahiyyətli orqan kimi Türkmənistanın Neft nazirliyi çıxış edir, qanunda qeyd edilən konsernin rolunu isə "BALKANNEFTQAZ" Konserni həyata keçirir.

Qanuna uyğun olaraq Nazirlər Kabineti karbohidrogen ehtiyatlarının qorunması, hasilat normaları və istifadəsi, ətraf mühitin, sağlamlığın və əməyin qorunması ilə əlaqədar bütün strateji məsələlərin həllində aparıcı rol oynayır.

Səlahiyyətli orqan karbohidrogen ehtiyatlarının mənimsənilməsi üzrə vahid qaydaların təyin edilməsi, tenderlərin hazırlanması, nümunövi sazişlərin hazırlanması, lisenziyalar və sazişlər barədə danışıqların aparılması, lisenziyaların verilməsi, sazişlərin imzalanması və qeydiyyatı, kontraktların və lisenziyaların şərtlərinin yerinə yetirilməsinə nəzarət, lisenziyaların geri alınması və ləğv edilməsi, neft və qaz boru kəmərləri barədə müvafiq danışıqların aparılması və sazişlərin bağlanması üzrə bütün müvafiq səlahiyyətlərə malikdir.

Qanuna əsasən konsern səlahiyyətli orqana yardım etməlidir və eyni zamanda ayrı-ayrı sahələrdə neft işləri apara bilər (o cümlədən xarici şirkətlərlə birgə).

LİSENZİYALAR

Qanunda üç növ lisenziya nəzərdə tutulub: kəşfiyyat üzrə; hasilat üzrə; kəşfiyyat və hasilat üzrə.

Bütün növ lisenziyalar verilməsi tender və ya birbaşa danışıqlar üsulu ilə həyata keçirilir. Üsulu Nazirlər Kabineti seçir. Liseiziya həm hüquqi, həm də fiziki şəxsə verilə bilər.

Lisenziya almaq istəyən ya görək özü müvafiq ərizə ilə (ərizəçi və onun təklifi haqqında ərizədə əksini tapmalı olan bütün lazımi məlumatlar qanunda qeyd edilir) səlahiyyətli orqana müraciət edib birbaşa danışıqlara başlasın (əgər həmin neft, qaz sahəsi üzrə tender e'an olunmursa). Tender elan olduqda lisenziya almaq istəyən qanunda qeyd edilən qaydada müraciət etməlidir. Tenderin hazırlanması, elan edilməsi, keçirilməsi və tender iştirakçılarının təkliflərinin qiymətləndirilməsi qaydaları kifayət qədər detallıqla qanunda göstərilir.

Lisenziya almaq istəyən xarici fiziki şəxs görək Türkmənistada özəl sahibkar kimi qeydiyyatdan keçsin. Hüquqi şəxs isə ya filialını açmalı, ya da birgə fəaliyyət iştirakçısı kimi qeydiyyatdan keçməlidir.

Lisenziya, yuxarıda qeyd etdiyimiz kimi, səlahiyyətli orqan tərəfindən verilir.

Kəşfiyyat lisenziyasında onun sahibi, görüləcək neft işləri, müqavilə ərazisi, lisenziyanın müddəti, bağlanan müqavilənin növü, ətraf mühitin qorunmasına dair icraçının öhdəlikləri, lisenziyanın müddətinin uzadılması şərtləri və səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilmiş digər şərtlər əks olunur.

Nasilat lisenziyası tərkibcə, demək olar ki, kəşfiyyat lisenziyasından fərqlənmir.

Kəşfiyyat lisenziyası, qanuna görə, 6 il müddətinə verilir. Bu müddət iki dəfə ikiillik uzadıla bilər.

Hasilat lisenziyası müddəti 20 il müddətinə verilə bilər və bir dəfə 5 il müddətinə uzadıla bilər. Qanunda lisenziya sahiblərinin hüquqları, lisenziyanın qüvvədən düşməsi və ləğv edilməsi haqqında da müvafiq müddəalar var.

MÜQAVİLƏLƏR

Qanuna əsasən neft işləri üzrə iki növ müqavilə bağlana bilər:

  • məhsulun balüşdürülməsi (rqoduction sharing) haqqında;

  • birgə müəssisə haqqında. 

Birinci növ müqaviləni Türkmənistan tərəfindən konsern və (və ya) səlahiyyətli orqan imzalayır. Konsern müqavilədə icraçı kimi də iştirak edə bilər.

İkinci növ müqavilədə Türkmənistan tərəfini konsern, yaxud Nazirlər Kabinetinin müəyyənləşdirdiyi» digər dövlət orqanı təmsil edir.

Müqavilənin mətni səlahiyyətli orqanın hazırladığı nümunəvi müqaviləyə əsasən tərtib edilir.

Müqavilə imzalanmazdan önçə səhiyyə və sanitariya, ekologiya, yer təkinin qorunması və neft işlərinin təhlükəsiz aparılması üzrə dövlət orqanları nlə razılaşdırılır. Razılaşdırma müddəti hər orqan tərəfindən 15 gündür. Bu müddətdə razılığın verilməməsi* müqavilənin imzalanmasına mane ola bilmöz.

Müqaviləni Nazirlər Kabinetinin təyin etdiyi orqan qeydiyyatdan keçirir və o bu gündən qüvvəyə minmiş hesab olunur.

Neft işlərinə verilən lisenziya ləğv olunduqda müvafiq müqavilə qüvvəsini itirmiş hesab olunur.

Qanunda müqavilənin şərtlərinin dəyişdirilməsi qaydaları və müddətindən qabaq müqavilənin dayandırılması şərtləri və qaydaları da öz əksini tapmışdır.

NEFT İŞLƏRİNİN KEÇİRİLMƏSİ

Qanunun bu fəslivdə aşağıdakılar barədə müvafiq mülahizələr verilib:

  • kəşfiyyat nəticəsində yatağın açılması ilə əlaqədar müqavilə tərəflərinin vəzifə və hüquqları;

  • iki və ikidən artıq icraçı tərəfindən bir yatağın birgə işlənməsi qaydaları;

  • süni adalar, dambalar və tikililərin quraşdırılması və istifadəsi qaydaları;

  • neft işləri zamanı əmələ gələn tullantıların basdırılması və ləğvi;

  • Türkmənistan hökumətinin hasil edilmiş karbohidrogenləri almaq hüququ və onun şərtləri;

  • müharibə və təbii fəlakət şəraitində Türkmənistan hökumətinin hasil edilmiş karbohidrogenləri müsadirə etmək hüququ və bunun gələcəkdə kompensasiya edilməsi şərtləri;

  • neft işlərinə dövlət nəzarəti;

  • hasil edilən karbohidrogen ehtiyatlarının həcminin ölçülməsi qaydaları;

İCRAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Bu fəsildə icraçının müqavilə ərazisindən istifadə etmək hüququ, həmin ərazidə və onun kənarında neft işləri ilə əlaqədar tikililərin quraşdırılması, digər subpodratçıların xidmətlərindən istifadə etmək hüququ, hasil edilmiş neftin özünə aid olan payı üzərində tam sərbəst sərəncam vermək hüququ və digər hüquqlar öz əksini tapmışdır. İcraçının əsas vəzifələri olaraq aşağıdakılar nəzərdə tutulmuşdur:

  • ən müasir və səmərəli metod və texnologiyalardan istifadə;

  • ətraf mühitin qorunmasına riayət etmək;

  • hasilata nəzarət etmək və itkilərə yol verməmək;

  • məhsuldar layların zədələnməsinə yol verməmək;

  • Türkmənistanda istehsal edilmiş rəqabətə davamlı olan avadanlığa üstünlük vermək;

  • işə qəbulda Türkmənistan vətəndaşlarına üstünlük vermək;

  • Nazirlər Kabinetinin və səlahiyyətli orqanın nümayəndalərinə bütün onları maraqladıran məlumatlarla və sənədlərlə tanış olmağa imkan vermək;

  • vaxtlı-vaxtında vergiləri ödəmək;

  • sosial infrastrukturun inkişafında iştirak etmək;

  • çirklənmiş torpaqları və digər təbii obyektləri öz hesabına bərpa etmək;

  • risklərlə əlaqədar ziyanlara görə məsuliyyət daşımaq.

MAGİSTRAL BORU KƏMƏRİ

Bu fəsildə qeyd edildiyi kimi, boru kəmərinin sahibi Türkmənistanın Nazirlər Kabineti ilə yanaşı müqavilə icraçısı və başqaları (o cümlədən müstəqil investorlar) ola bilər.

Boru kəmərinin tikilməsi, maliyyələşdirilməsi və istismar edilməsi xüsusi yaradılmış kompaniya tərəfindən aparıla bilər. Boru kəmərindən istifadə etmək tarifi həmin kompaniya tərəfindən təyin edilir.

ƏTRAF MÜHİTİN QORUNMASI

Fəsildə ətraf mühitin qorunmasının neft işlərinin görülməsi zamanı xüsusi statusa malik olduqu qeyd edilir.

Neft işlərinə başlamazdan öncə icraçı ətraf mühitin qorunmasına həsr edilmiş xüsusi tədbirlər planını müvafiq dövlət orqanına təqdim edir. 30 gün ərzində həmin orqan yazılı şəkildə öz rəyini bildirməlidir. Bildirməzsə, icraçı işlərə başlaya bilər.

Podratçının əsas vəzifələrindən biri də monitorinqin təhlil edilməsidir.

MALİYYƏ VƏ VERGİ REJİMLƏRİ

Bu fəsildə valyuta əməliyyatları, gömrük rejimi, vergilər, mühasibat uçotu və təftiş qaydaları verilmişdir. Bəzilərini qeyd edək:

  • podratçı Türkmənistan və əcnəbi banklarında hesab aça bilər;

  • hasil edilmiş öz neft payını ölkədə satdıqda, qazancı ölkədən sərbəst çıxara bilər;

  • 3 neft işlərində istifadə olunan bütün materiallar və avadanlıq gömrük rüsumundan azad edilir;

  • Türkmənistan qanunvericiliyinə əsasən, podratçı mənfəətdən vergi ödəməlidir;

  • müqaviləyə əsasən podratçı royalti vergisi ödəyir;

  • mühasibat uçotu Türkmənistan qanunvericiliyinə əsasən aparılır.

HÜQUQİ ŞƏRTLƏR

Burada qeyd edilir ki, icraçı, səlahiyyətli orqanın razılığı ilə lisenziya və müqavilə üzrə öz hüquq və vəzifələrinin bir qismini və ya hamısını marağı olan başqa hüquqi və ya fiziki şəxsə verə bilər.

Fəsildə aşağıdakı digər məsələlər də tənzimlənir:

karbohidrogen ehtiyatları barədə icraçı tərəfindən neft işləri görülərkən əldə olunan bütün məlumatlara Nazirlər Kabinetinin mülkiyyət hüququ;

  • icraçının sığorta üzrə vəzifələri;

  • əmək münasibətləri;

  • sosial sığorta və sosial təminat;

  • icraçının hüquqlarının müdafiəsi;

  • mübahisələrin həlli;

  • fors-major hallar.

İcraçının sığorta üzrə vəzifələri çox geniş əhatə olunub. Burada avadanlığın, tikililərin, digər əmlakın, karbohidrogen ehtiyatları itkilərinin, ətraf mühitin çirklənməsi, sağlamlığın sığortalanması və digər sığorta növləri nəzərə alınıb.

Müqavilə tərəfləri arasında mübahisələrin ya danışıqlar yolu, ya beynəlxalq arbitraj vasitəsi ilə həlli nəzərdə tutulub.

İcraçının müqavilə tərəfi olmayan digər fiziki (Türkmənistan vətəndaşları) və hüquqi şəxslərlə (Türkmənistan rezidentləri) mübahisələri Türkmənistanın məhkəmə orqanları həll edir.

YEKUN MÜDDƏALAR

Bu fəsildə səlahiyyətli orqanın və səlahiyyətli vəzifəli şəxslərin bu qanunun və imzalanan müqavilələrin icrasına nəzarət məqsədləri ilə lazım olan məlumatları əldə etmək hüquqları, o cümlədən istənilən əraziyə, tikiliyə, nəqliyyat vasitəsinə daxil olmaq, avadanlıqları və cihazları yoxlamaq, istənilən ərazidən karbohidrogen ehtiyatlarının nümunələrini analizdən keçirmək, sənədləri yoxlamaq, onların surətini çıxarmaq və digər hüquqları, eyni zamanda məlumatların gizlilik şərtləri də burada öz əksini tapmışdır.

REDAKSİYADAN : Qanunun mətni Milli Məclisin və Nazirlər Kabinetinin kitabxanalarına təqdim edilib.  

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft