top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

MÜSAVAT PARTİYASINDA QANUN LAYİHƏLƏRİ NECƏ HAZIRLANIR

RÜFƏT QARAGÖZLÜ

Mənbə: "Məşvərət", N5-7, 1997


Ötən buraxılışımızda "Partiya həyatı" rubrikası açaraq siyasi partiyalarda hansı qanun layihələrinin və necə hazırlanmasından bəhs etdik. Bu rubrikaya ilk dəvətimizə Müsavat Partiyasından cavab verildi.

Müsavat Partiyasında hər hansı qanun layihəsinin işlənib hazırlanması haqqında təkliflər 4 mənbədən irəli sürülə bilər:

  • partiyanın Divanı tərəfindən,

  • partiyanın Məclisi tərəfindən,

  • partiyanın rayon şuraları tərəfindən,

  • partiyanın fərdi üzvləri tərəfindən.

Əgər təklif partiyanın rayon şurası və yaxud fərdi üzvü tərəfindən irəli sürülərsə, bu təklif əvvəlcə müvafiq rayon şurasında müzakirə olunmalı və bəyənildiyi halda Divana təqdim edilməlidir. Divana təqdim olunan təklif rayon şurasının rəyi ilə (yazılı şəkildə) müşayiət olunmalıdır. Bu rəydə təqdim olunan təklif əsaslandırılmalıdır.

Təqdim olunan təkliflər Divanın iclaslarında müzakirə olunur. Burada bu və ya digər qanun layihəsinin işlənib hazırlanmasının nə dərəcədə aktual və zəruri olması müəyyən edilir. Mövcud problemin səmərəli həlli üçün Divan müxtəlif araşdırma və sorğular keçirməyi vacib hesab edə bilər. Belə olan halda Divan müzakirələrə araşdırmaların və sorğuların nəticələrini əldə etdikdən sonra qayıdır.

Bütün təqdim olunan bu və ya digər qanun layihəsinin işlənib hazırlanması haqqında təkliflər Divanda müzakirə olunur.

Müzakirələr nəticəsində təklif bəyənilirsə, Divan belə bir qanunun mövcud olmasını zəruri hesab edərək partiyanın müvafiq komissiyasına qanun layihəsinin işlənib hazırlanmasını həvalə edir.

Partiyanın 9 komissiyası var; o cümlədən:

  • milli təsanüd;

  • Qarabağ və sərhəd;

  • insan hüquqları müdafiəsi;

  • tibb, səhiyyə və ekologiya;

  • milli məsələlər;

  • iqtisadiyyat;

  • elm, təhsil və mədəniyyət;

  • din;

  • dövlət quruculuğu.

Qanun layihəsinin məzmunundan asılı olaraq onun hazırlanmasında bir neçə komissiya birlikdə də iştirak edə bilər. Bu barədə Divan onlara tapşırıq verə bilər və yaxud aparıcı (ilk tapşırıq almış) komissiya özü bu işə başqa komissiya üzvlərini cəlb edə bilər.

Komissiyalar qanun layihəsinin işlənib hazırlanmasına partiya üzvü olmayan müxtəlif mütəxəssisləri və müstəqil ekspertləri də cəlb edə bilər. Qanun layihəsi hazır olandan sonra komissiya qanun layihəsində marağı olan qurumların və ekspertlərin rəyini toplayır və qanun layihəsində bu rəyləri nəzərə aldıqdan sonra onu Divana təqdim edir. Komissiya işləyib hazırladığı qanun layihəsi ilə yanaşı, aldıqı rəyləri də Divana təqdim edir.

Bundan sonra Divan təqdim olunan qanun layihəsinin müzakirəsinə başlayır. Müzakirələrə bu qanun layihəsini hazırlayan komissiya uzvləri və başqa mütəxəssislər dəvət oluna bilər. Əgər qanun layihəsi Divanda bəyənilirsə o, partiya tərəfindən qəbul edilmiş sayılır və partiya adından mövcud qanunvericiliyə uyğun olaraq Milli Məclisə təqdim edilir. Divan müzakirələr nəticəsində qanun layihəsini komissiyaya qaytara bilər və orada düzəlişlər edildikdən sonra müzakirə davam edir.

Divavda qəbul edildikdən sonra cari təbliğə ehtiyacı olan qanun layihələri çoxaldılır və partiya üzvləri arasında yayılır.

Divan tərəfindən qanun layihəsi bəyənildikdən sonra partiyanın uyğun qurumu mövzu ilə bağlı mətbuat konfrransı təşkil edir və kütləvi informasiya vasitələrinə işlənib hazırlanmış qanun layihəsi barədə dolğun informasiya verir.

Müsavat partiyasının divan katibi Seyidəli Məmmədlidən alınan məlumata görə, son dörd ildə partiya tərəfindən bir sıra qanun layihələri və konsepsiyalar işlənib hazırlanmış və ölkə qanunverici orqanına təqdim edilmişdir. Məsələn:

  • "Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması sisteminin islahatları konsepsiyası";

  • "Dərman maddələri, əczaçılıq və farmakologiya fəaliyyəti haqqında qanun" layihəsi;

  • "Milli tibb sənayesi haqqında qanun" layihəsi ;

  • "Azərbaycan Respublikasının ekoloji problemləri haqqında konsepsiya" ;

  • "Əlillərin sosial müdafiəsinin əsas istiqamətləri haqqında konsepsiya" ;

  • "Patoloji anatomiya və məhkəmə təbabəti haqqında konsepsiya" ;

  • "Su hövzələrinin sanitar-epidemioloji vəziyyəti və onun üzərində dövlət nəzarətinin təmin edilməsi mexanizmi" təklifləri ;

  • "Xaricdən gətirilən ərzaq məhsulları və dərman maddələrinin üzərində dövlətin tibb nəzarətinin təmin edilməsi mexanizmi" təklifləri;

  • "Aqrar islahatların konseptual əsasları" konsepsiyası;

  • "İqtisadi islahatlar proqramı";

  • "İxracın inkişafı proqramı";

  • "Sənayenin struktur və inkişafı proqramı";

  • "Sosial-iqtisadi vəziyyət və böhrandan çıxış yolları"təkliflər paketi;

  • "Aqrar islahatlar və özəlləşdirmə" təkliflər paketi;

  • "Azərbaycan Respublikası 1996-cı il pul – kredit siyasətinin başlıca istiqamətləri haqqında" Milli Məclisin qərar layihəsi barədə Müsavat partiyasının ekspert rəyi;

  • "Yerli özünüidarə haqqında Azərbaycan Respublikasının qanunu" layihəsi;

  • "Etnik azlıqların azad inkişafı üçün dövlət təminatları haqqında Azərbaycan Respublikasının qanun" layihəsi;

  • "Azərbaycan Respublikası Milli Təhlükəsizlik konsepsiyası";

  • "İslamın qavranılmasının müasirləşdirilməsi" prinsipləri;

  • "Yığıncaqlar, mitiinqlər, nümayişlər, küçə yürüşləri, piketlər keçirilməsi haqqında Azərbaycan Respublikasının qanunu"na Müsavatın təklifləri işlənib hazırlanmışdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft