top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

YENİ LAYİHƏ: HƏDƏFDƏ NARKOMAFİYADIR

RƏHİMOV RAHİM HACI OĞLU
Azərbaycan Respublikası Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini

Mənbə: "Məşvərət", N15, 1999


Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqında Azərbaycan Respublikası Qanununun layihəsi Azərbaycan Respublikasının, qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli konfensiyalarına və 1961-ci il tarixli “Narkotik vasitələr haqqında vahid konsepsiya”ya əsasən öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərinin milli qanunvericilikdə əks etdirilməsi və təmin edilməsi məqsədilə işlənilib hazırlanmışdır.

İlk növbədə qeyd etmək lazımdır ki, qanun layihəsinin hazırlanması zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının üç əsas sənədindən yalnız birinin - 1988-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi və dövlətimizin digər sənədlərə qoşulmasının zəruriliyi barədə məsələnin müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qaldırılması müəyyən olunmuşdur. Qununla əlaqədar qısa müddət ərzində Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” konvensiyasına və 1961-ci il tarixli “Narkotik vasitələr haqqında vahid konvensiyaya” qoşulması təmin edilmişdir. Beləliklə, hazırda Azərbaycan Respublikası narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi sahəsində bütün əsas beynəlxalq-hüquqi aktların iştirakçısı olaraq həmin sənədlərdən irəli gələn tələbləri öz qanunvericiliyində əks etdirməlidir.

Bildiyimiz kimi, hazırda Azərbaycan Respublikasında bu sahəni tənzimləyən xüsusi akt yoxdur və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ayrı-ayrı qanunaericilik aktları əsasında həyata keçirilir. Bundan əlavə, mövcud qanunvericilikdə (xüsusən cinayət aə inzibati hüquqpozmalar haqqında qanunqericilikdə) müəyyən başluaların əmələ gəlməsi və onun bir sıra müddəalarının zamanın tələbləri ilə uyğunlaşmaması müşahidə olunur.

Qanun layihəsinin konsepsiyası narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən şəxslərlə amansız mübarizənin aparılması ilə yanaşı, narkomanların cinayətkar yox, məhz ağır xəstəliyə düçar olmuş şəxslər kimi dövlət və cəmiyyət tərəfindən qəbul edilməsindən ibarətdir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğata, qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının profilaktikasına yönəlmiş fəaliyyətə üstünlük verilir, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinin anonimliyi təmin edilir, belə şəxslərin məcburi müalicəsi isə onlar barəsində cinayət-hüquq tədbirləri ilə yanaşı tətbiq olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak isə, bir qayda olaraq, narkomanlıqın profilaktikasına aə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin müalicəsinə və sosial bərpasına sərf edilir.

Layihənin işlənilməsi zamanı narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanuni və qanunsuz dövriyyəsinin, eləcə də narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən və narkotik aasitələrin, psixotop maddələrin aə prekursorların qanunsuz dövriyyəsində gəlir əldə etmək məqsədilə iştirak edən şəxslərin fərqləndirilməsi əsas kimi götürülmüş və bu fərqləndirilməyə müvafiq hüquqi təsir tədbirləri müəyyən olunmuşdur. Eyni zamanda, qanunsuz dövriyyədə iştirak edən və narkomanlıq xəstəliyinə düçar olmuş və ya narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər barəsində tətbiq edilən hüquqi təsir tədbir və üsulları müəyyən olunmuşdur.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi yalnız sənaye, tibbi və ya elmi ehtiyacların ödənilməsi məqsədilə həyata keçirilir. Bəllidir ki, bəzi dərman vasitələrinin istehsalında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə olunur və bu, qanunvericiliklə tənzimlənmədiyi halda müvafiq sui-istifadələr üçün geniş imkan yaranır. Bununla əlaqədar narkotik vasitələrin, psixotrop maddədlərin və prekursorların dövriyyəsinin ümumi qaydaları göstərilmişdir, lakin belə dövriyyənin bütün şərtləri xüsusi qanunvericilik aktında hərtərəfli göstərilməlidir.

Milli qanunvericilikdə tətbiq edilən yeniliklərdən biri şəxsi istehlak miqdarının müəyyən edilməsi və bu və ya digər hüquqi tədbirlərin həmin miqdardan asılı olaraq tətbiq edilməsidir. Həmin miqdarın son həddi abstinent sindromunun neytallaşdırılması üçün kifayət edən miqdarla məhdudlaşdırılmışdır.

Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarında göstərilmiş tələblərin təmin edilməsi məqsədilə hər hansı şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə əlaqədar digər dövlətin məhkəməsi tərəfindən məhkum edilməsinə fərdi yanaşma prinsipi layihədə öz əksini tapmışdır.

Belə ki, Azərbaycan Respublikasının qanunaericiliyi ilə nəzərdə tutulmamış və ya Azərbaycan Respublikasının qanunaericiliyi ilə başqa cür müəyyən edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar hər hansı şəxs barəsində xarici dövlətlərin məhkəmə orqanları tərəfindən çıxarılmış hökm ağırlaşdırıcı hal kimi, yaxud həmin şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak etməsinə dair şəksiz sübut kimi nəzərə alınır. Belə hökmün çıxarılmasına səbəb olmuş əməl Azərbaycan Respublikası cinayət qanunvericiliyində başqa cür təsnif edildikdə həmin hökm ağırlaşdırıcı hal kimi, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmadığı halda isə şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak etməsinə dair şəksiz sübut kimi nəzərə alınır.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində hüquq pozuntularının aşkar edilməsi məqsədilə tibbi müayinənin, nəqliyyatda və poçtda nəzarətin, nəzarət edilən təchizatın, əməliyyat tədarükünün və digər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi kimi əməliyyat-axtarış üsulları nəzərdə tutulmuşdur. Həmin tədbirlərin əsasən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunaericiliyə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur, lakin bununla yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində törədilən cinayətlərin qəlizliyini nəzərə alaraq bəzi tədbirlərin (nəzarət edilən təchizatın, narkotik vasitələrin alınmasına və ya satılmasına sövqetmənin və s.) xüsusiyyətləri də göstərilir.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı və mühüm əhəmiyyət kəsb edən xüsusiyyətlərdən biri narkotik vasitələrin və psixotrop maddələrin analoqlarınının qanunsuz dövriyyəsidir. Nəzarət edilən vasitələrə dair qanunvericiliklə müəyyən edilmiş qadağanlardan yan keçmək, o cümlədən buna görə nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq məqsədilə qanunsuz dövriyyədə iştirak edən şəxslər tərəfindən “narkotik-analoq” kimi tanınan vasitələr hazırlanıb satışa buraxılır. Nəzarət edilən narkotik vasitələrə və psixotrop maddələrə aid edilmədiyindən buna görə həmin şəxsləri məsuliyyətə cəlb etmək qeyri mümkündür, lakin analoji psixoaktiv təsirə malik və bəzi hallarda daha da təhlükəli olan bu maddələr geniş yayılmaqdadır. Məhz buna görə layihəyə beynəlxala təcrübəyə uyğun olaraq analoq anlayışı daxil edilmiş və bu anlayış vasitəsilə nəzarət edilməyən, lakin öz kimyəvi quruluşuna görə nəzarətdə olan hər hansı narkotik vasitə və psixotrop maddə ilə xeyli dərəcədə oxşar olan və analoji psixoaktiv təsir göstərən maddələrin dövriyyəsi ilə bağlı bütün məsələlər tənzimlənir.

Bundan əlavə, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair ümummilli məlumat bankının yaradılması nəzərdə tutulmüşdur. Məlumat bankına narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə və narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair bütün məlumatlar daxil edilməlidir.

Qanunsuz dövriyyə ilə əlaqədar münasibətlərin hərtərəfli tənzimlənməsi zərurətini əsas götürərək qanunun 2000-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Həmin dövrədək narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında, narkoloji nəzarət haqqında qanunların qəbul edilməsi, eləcə də icra hakimiyyəti orqanları tərəfindən müvafiq sənədlərin hazırlanması nəzərdə tutulur.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft