top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 14 - Dinlər haqqında (dh)

ALTERNATİV SIĞORTA

Dr. NİHAD DALĞIN

Mənbə: "Məşvərət", N16, 1999


Oxucularımıza təqdim etdiyimiz bu məqalə Türkiyədə nəşr edilən  “Yeni ümid”ilahiyyat məcmuəsindən alınaraq ixtisarla çap edilir. Müəllifi Trabzon İlahiyyat məktəbinin müəllimidir.

I. Müsəlman cəmiyyətində sığorta

Müsəlman cəmiyyətində sığortaya ehtiyac olub- olmadığı barədə iki fikir mövcuddur:

müsəlman cəmiyyətində sığortaya ehtiyac yoxdur;

islam cəmiyyətində də sığortaya ehtiyac vardır.

A. “Müsəlman cəmiyyətində sığortaya ehtiyac yoxdur” fikri

Bu fikri müdafiə edən islam alimlərinin rəyincə, sığortaya xas olan yardımlaşma, müsibətlər qarşısında dayanışma ideyaları, islam dini tərəfindən müxtəlif vəsilələrlə cəmiyyətə xidmət edən bütün təşkilatların hədəfi olaraq təyin edilmişdir. Yəni islam sığorta fikrini ümumi olaraq və geniş miqyasda tanımaqdadır. Məsələn, mövcud sığortaların təklif etdiyi xidmət növlərinin tamamını islam üç mərkəzi nöqtədə toplayaraq aşağıdakıları təklif etmişdir:

1. Zəkat sistemi

Zəkat bir paydır ki, Allah-təala müəyyən miqdarda mala sahib olan musəlmanların malından alınıb, müəyyən xüsusiyyətlərə sahib olan şəxslərə (misal üçün, ehtiyacı olan kasıblara, əlillərə, iflas etmiş tacirlərə və s.) verilməsini əmr etmişdir. Bu sistem ticari sığortadan fərqli olduğu kimi, pensiya sistemindən də fərqlidir. Çünki burada sığorta ödəmələri maddi imkanı olanlar tərəfindən verilməkdə, imkanı olmayanlar isə sığortaya daxil olmalarına baxmayaraq bu maddi mükəlləfiyyətdən azad edilməkdədir.

2. Beytülmal (dövlət xəzinəsi)

İslam dövləti xəzinəsinin gəlir mənbələri və xərcləmə yerləri aşağıdakılardır:

a) Əmvali-zəxirə (taxıl, meyvə v.s.)-nin üşrü (1\10) və tacirlərdən alınan gömrük vergisi. Bunları xərcləmə istiqamətləri: kasıblar, pulsuz qalan yolçular, borcunu ödəməkdən aciz qalan borclular, qidasız qalan qazilər (hərb iştirakçıları), üşr vergisini toplayan verqi məmurları.

b) Xərac və cizyə vergiləri, xaricilərdən alınan hədiyyələr, hərbsiz olaraq alınan anlaşma bədəlləri v.s. Bunlar müsəlmanların umumi mənfəətləri üçün xərclənir.

c) “Rikaz” deyilən mə’dənlər ilə köhnə dəfinələrin və hərb nəticəsində düşməndən alınan qənimətlərin bir qismi. Bunlar da kasıblara, kimsəsiz, ehtiyacı olan və yetim şəxslərə və pulsuz qalmış yolçulara xərclənir.

d) Tapıntılar (sahibi məlum olmayan itirilmiş əşya), varisı olmayan ölülərin mirası, vəlisi (varisi, məhkəmədə qisas və ya mali kompensasiya tələb edən təmsilçisi) olmayan nahaq öldürülənlərin kompensasiyaları. Bunlar da tapılan və valideyni məlum olmayan uşaqların, valideynsiz və kasıb uşaqların qida ehtiyaclarına, müalicə pullarına, öldüklərində isə basdırmağa xərclənir.

Bu gəlir mənbələrindən hər birisi, ehtiyaca görə, digərinin xərcləmə istiqaməti üzrə müvəqqəti olaraq sərf edilə bilər. Göründüyü kimi, beytülmal islamın kölgəsində olan hər fərdin ümumi sığorta sistemidir.

3. Dövlətin vəzifələri

Dövlətin fərdə və cəmiyyətə qarşı bəzi məsələlər-də qarantiya (zaminlik) məsuliyyəti var. Belə ki, dövlət öz vətəndaşına iş tapmağa, işlə əlaqəli təminatlar verməyə borcludur, aciz və möhtacların kəfilidir. Bütün vətəndaşları üçün normal həyat şərtlərini və səviyyəsini davam etdirəcək maddi gəlir təmin etməyə məcburdur. Vətənin hər tərəfində yol asayişini təmin etmək də dövlətin vəzifəsidir.

Ayrıca, dövlət bir fəlakət nəticəsində, bir bölgə əhalisinin kasıblaşması məqamında ölkə varlılarını öz qarantlığı altında o bölgəyə yardıma çağıra, lazımsa, məcbur da edə bilər. Necə ki, Hz. Peyğəmbərin hazırlatdığı məşrutənin (konstitusiyanın) 11-ci maddəsində (bəzilərinə görə 12 - cidə) aşağıdakı şəkildə qanunlaşdırılmışdır: “Möminlər aralarında ağır mali məsuliyyət altında olan heç kəsi bu vəziyyətdə qoymayacaq, fidyə (girov pulu) və ya diyet (mali kompensasiya) kimi borclarını yaxşı və uyğun olduğu bilinən əsaslara görə ödəyəcəklər.”

İslam əsaslarının uyğulandığı, dövlətin öz vəzifələrini yerinə yetirdiyi və fərdlərinin yardımlaşma - dayanışma şüuru ilə tərbiyə edildiyi bir cəmiyyətdə sığorta təşkilatlarına ehtiyac duyulmayacağı, onlaradan daha yaxşı xidmətin qarşılıqsız olaraq bu institutlar tərəfindən ifa edilə biləcəyi fikri müdafiə edilmişdir.

B. “İslam cəmiyyətində də sığortaya ehtiyac vardır” fikri

Bu fikri müdafiə edənlər Hz. Peyğəmbər dövründəki institutları əsas götürmüşlər. Yuxarıda göstərilən və xalqa xidmət edən institutların (zəkat, dövlət xəzinəsi və vəzifələri) xaricində qalan və təminata ehtiyacı olan başqa sahələri də əhatə etmək məqsədi ilə hələ Hz. Peyğəmbər müxtəlif cəmiyyətlər təşkil etdirmişdir. Misal üçün, qəbilələrin bir-birinə yardım etmələri məqsədi ilə işləyən “akilə” sistemi Hz. Peyğəmbər tərəfindən islam institutlarına daxil edilmişdir.Ayrıca Mədinə məşrutəsinin vətəndaşların aşağıda göstərilən üç xüsus-da yardımlaşmalarını qəti əmr etdiyi mə’lumdur:

  • qətlə yetirmə, ya da yaralama halında ölənin və ya yaralanın ailəsinə verilməli olan kompensasiya (mal və ya pul şəklində);

  • hərb əsirlərinin azad edilməsi üçün fidiyə (girov pulu) ödənməsi;

  • maliyyə baxımından ağır vəziyyətə düşən müsəlmanların bu ağır vəziyyətdən xilas edilməsi üçün yardımlar.

Alim və tarixçi Cəlal Yeniçəri islamın sistemləşdirdiyi zəkat institutunun çox fərqli sahələrdə sığorta kimi xidmət etdiyi, onun fəal vəziyyətə gətirildiyi bir cəmiyyətdə sığortaya ehtiyac olmayacağı fikrini aşağıdakı surətdə tənqid etmişdir: “Böyük və ümumi fəlakətlərə məruz qalmaq mümkündür və cəmiyyətin bütün zəkat gəlirləri bu xəsarətləri düzəltməyə yetməyə bilər. Əgər zəkat gəlirinin tamamı belə bir fəlakətin zərərini yox etməyə xərclənsə zəkat fondundan pay gözləyən digər qruplar zərər çəkəcək. Necə ki, varlı bir şəxsin, ağır borca girməsinin nəticəsində Hz. Ömər beytülmaldan (xəzinədən) ancaq kredit verərək yardım etmişdir”.

Yardımlaşma üçün təşkil edilib, ticarət və gəlir məqsədi ilə çalışmayan sığortalar, bir növ, zəkat institutuna dəstək ola bilər.

Ayrıca, fəlakətlərə məruz qalan insanlara xəzinədən deyil, hadisənin baş verdiyi yerdəki yardımlaşma təşkilatları tərəfindən yardım göstərildiyində dövlət daha fərqli yatırım imkanı tapıb, yeni layihələr və xidmətlər üçün istifadə edə bilər. Bu cəhətdən də sığorta institutu beytülmala yardım edər.

Burada qeyd etməliyik: dövrümüzdə dövlət nəzəriyyəsi sosial dövlət olma nöqtəsinə gəlmişdir ki, yeni kimi görünən bu anlayışın əslində islami sahədə və Hz. Peyğəmbər dövründə ortaya çıxdığı bir həqiqətdir. Sosial dövlətin hədəfi də sosial təminatdır. Sosial təminatı təşkil etmədə zəkat, sədəqələr, vəqflərlə (fondlarla) bərabər, sosial sığorta və özəl sığortaların da vacib amil olduqları bir reallıqdır.

Bu mövzuda bir hökm vermədən deyə bilərik ki, yardımlaşmaya əsaslanan sığortaların, cəmiyyətə faydası olacaq və digər islami institutların etdiyi xidmətə bu sığortalar yardım edəcək. İslamın məcbur elədiyi yardımlaşma növlərinin yanında, ixtiyari olaraq təşəkkül edən bu yardımlaşma sığortalarının, cəmiyyətdəki iqtisadi intibahın cəmiyyətin alt təbəqələrinə yayılmasında mühüm faydaları olacaq.

II. Alternativ sığorta və onun xüsusiyyətləri

Alternativ sığorta olaraq təqdim etdiyimiz sığorta müasir islam alimlərinə görə, yardımlaşma və ya qarşılıqlı sığorta olaraq tərif edilməkdədir. Bu səbəbdən, bu qismdə istifadə etdiyimiz “alternativ sığorta” ifadəsi yardımlaşma sığortası olaraq anlaşılmalıdır.

A – Alternativ sığortanın tərifi

Yardımlaşma sığortası müxtəlif şəxslərin birləşərək onlardan birinin bir fəlakətə məruz qalma halında xəsarətini təzmin (kompensasiya) etmək üzrə bir yardımlaşmadır. Bu yardımlaşma bir müqaviləyə əsaslanması halında qarşılıqlı sığorta adını almaqdadır.

Müasir Türk Mədəni Qanunu (Türk Mülki Kodeksi) 932–ci maddəsində və Türk Ticarət Kodeksinin 1263–cü maddəsində qarşılıqlı sığorta aşağıda təqdim edilən şəkildə tərif edilməkdədir: “Bir neçə şəxsin birləşərək aralarında hər hansı birinin düçar qalacağı hər cür təhlükələrdən meydana gələn xəsarətləri təzmin etmələrinə qarşılıqlı sığorta deyilir.”

B – Xüsusiyyətlər

1. Müqavilə bağlayan tərəflər verəcəkləri sığorta ödəmələrini də bu məqsədlə (yardımlaşma) verdiklərini ifadə etməkdədirlər.

2. İdarə və mülkiyyət haqqı demokratik bir xüsusiyyət daşımaqdadır. Belə ki, hər şəxs hər vaxt bu sığortalara üzv ola bilər. Üzv ola bilmək üçün din, dil, irq və s. şərtləri qoyulmur. Sığotalı istədiyi vaxt üzvlükdən çəkilmə haqqına sahibdir. Lakin üzvlükdən çəkilmək istəyən şərikin yerinə gətirməyə məcbur olduğu bir məsuliyyəti varsa onu yerinə gətirmədən ayrıla bilməz.

İdarədəki demokratizm isə belədir: Yardımlaşma sığortası cəmiyyətlərinin idarəçiləri, cəmiyyət üzvləri tərəfindən seçilirlər. Hər üzvün yalnız bir səs haqqı vardır.

Anonim ortaqlıqlarında (aksioner cəmiyəətlərdə) şirkət idarəsini, pay sahibləri öz məsuliyyətləri altına almaqdadırlar və səslərin əksəriyyətinə malik olanlar tərəfindən idarə olunurlar.

3. Hər üzv həm sığortalı, həm də sığortaçıdır. Eyni vaxtda sığortaçı olan sığortalı mövcud sığortalarda olduğu kimi, sığortalanan malın qorunması mövzusunda məs’uliyyətsiz davranmaz.

4. Yardımlaşma sığortasının idarəçiləri digər üzvlərinin vəkili olaraq fəaliyyət göstərməkdədirlər. Üzvlər isə bir-birinin kəfilidir. Müqavilədə hər biri digərinin maddi xəsarətini təzmin etmək üzrə söz vermişdir. Beləliklə, bir-birinə kömək etmək üzrə sözləşən bir cəmiyyət meydana gəlmiş olur.

5. Yardımlaşma sığortalarında sərmayə şərti yoxdur. Tərifdə ifadə edildiyi kimi, üzv olmaq istəyənlərin müqavilənin bağlanma əsnasında söz vermələri kifayətdir (şəxs söz verib vəd etdiyində dini cəhətdən və məhkəmə baxımından verdiyi sözünü yerinə yetirməyə məcburdur). Bununla belə, sözləşmə əsnasında üzvlərin ilk yardımlarını nəğd şəkildə vermələri ilə müəyyən bir sərmayənin meydana gətirilməsi də mümkündür.

6. Yardımlaşma sığortalarında üzvlərin mali yardımları arta və ya azala bilər. Mövcud ticari (qeyri-İslam) sığortalarda, sığortalının maliyyə məsuliyyəti sığorta sözləşməsi əsnasında müəyyənləşdirilir, ancaq məsuliyyətinin nə qədər dəvam edəcəyi əvvəlcədən şərtləndirilmir. Yardımlaşma sığortalarında da üzvlərinin nəticəvi məsuliyyəti ancaq ilin sonunda qəti olaraq məlum ola bilər. Çünki hər üzv başqa üzvlərın məruz qaldığı müəyyən itkiləri təzmin etməyə söz vermişdir. Dolayısıyla itkilər baş vermədən nə qədər maliyyə məsuliyyəti altına giriləcəyi öncədən bilinmir. Bu səbəblə yardımlaşma sığortaları ticari sığortalardan fərqlənir.

7. Yardımlaşma sığortası cəmiyyəti üzvlərinin məqsədi gəlir əldə etmək deyildir. Əsl məqsəd fəlakətə məruz qalan digər üzvlərini maddi yükdən azad etməkdir. Məhz bu mənada islam sığorta fikrinə qarşı olmadığı kimi, yardımlaşma cəmiyyətlərini – yardımlaşma sığortalarını – təşviq etmişdir. Lakin islam sığorta fikrinin sui-istifadə edilməsinə, sığortanın bir gəlir mənbəyinə çevrilməsinə qarşıdır.

8. Alternativ sığortada xidmətlər mümkün dərəcə minimal xərcləmə-lərlə icra edilməkdədir.

Mövcud ticari sığortaların xarcləmələrinin böyük bir qismini təşkil edən elan və reklam xərcləmələri, tanıtma toplantıları alternativ islami sığortalarda ən aşağı səviyyəyə enir. Çünki bu müəssisənin məqsədi mənfəət olmadığı üçün reklama ehtiyac olmur, lazım olan tanıtma sahəsində isə bilavasitə üzvləri fəalliyət göstərəcək və ayrıca işçilərə ehtiyac qalmayacaq.

9. Yardımlaşma sığortası mühit və cəmiyyətə xidmət etmək surətiylə sosial rol almaqdadır. Yuxarıda bəhs edildiyi kimi, az zəhmət qarşılığında sığorta xidməti vermək, cəmiyyətdə sığorta xidmətinin yayılmasına kömək edəcək amildir.

Sığorta haqlarının ağır olmasından dolayı, sığortalana bilməyən şəxslərin də sığorta xidmətindən istifadə etməsini təmin edəcəktir.

Sığotalılardan əldə edilən sərmayənin rasional istifadə edilməsi nəticəsində əldə ediləcək gəlirin yenə sığortalılara dönməsi yolu ilə cəmiyyətdə iqtisadi səviyyə yüksələcək, iqtisadi rifah cəmiyyətin alt təbəqələrinə yayılacaq.

Yardımlaşma sığortasının, sığorta industriyasına daxil olması nəticəsində mövcud ticari sığortalar rəqabət şərtlərinə girəcəkləri üçün, sığorta haqlarını aşağı salacaq, daha fərqli xidmətlərə yönələcəklər və sığortalılar lehinə istifadə ediləcəklər.

10. Yardımlaşma sığortaları haram ünsürlərdən uzaq tutulduğu kimi, bütün harama aparan şərtlərdən də uzaqdır. Məsələn, yardımlaşma sığortalarında, vaxtında pulunu ödəməyənin gecikmə faizi ilə bərabər ödəməsi şərti yoxdur.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft