top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 06 - Demokratiya (dm)

POPPER RASİONALİZM HAQQINDA
və bundan Milli Məclis diskussiyaları üçün mümkün olan nəticələr

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N1-2, 1997


Milli Məclisdə qanun yaradıcılığı, cəmiyyətin müxtəlif çətinlikləri ilə bağlı gedən müzakiralərin rolu yaxşı bəllidir. Sovet dövründə də marksist fəlsəfənin dialektika metodu əsasında diskussiyaların önəmi xüsusi qeyd olunurdu. Marksist dialektika qədim Yunanıstanın fəlsəfi fikrində, Hegeldə olan dialektikanı təkrar edərək göstərirdi ki, həqiqət mübahisələrdən doğur, fikir yeniliyi ziddiyyətlərin mübarizəsindən ortaya çıxır.

Dialektikanın bu "həqiqət"inə görə də Sovet dövründə iclaslar çağırılırdı, müşavirələr keçirilirdi. Ancaq bu müşavirə və iclaslarda çox nadir hallarda demokratik ölkələrdə mümkün olan dərin, dramatik fikir toqquşmaları, axtarışları olurdu.

Buna səbəblər çox idi. Ən əsas səbəblərdən biri isə o idi ki, fikir müxtəlifliyinə yalnız bir ideologiya, bir dünyagərüşü çərçivəsində icazə verilirdi.

Beləliklə, diskussiyaların dialektika baxımından gərəkliyini hamı bilir və bu dialektika ilə parlament diskussiyalarının əhəmiyyətini də sübut edir. Ancaq çoxumuz bilmirik ki, parlament müzakirələrinin cəmiyyətdə rasionallığının artmasında da böyük rolu var. Əksinə, problemə hazırlıqsız şüurla yanaşanlar müzakirə və mübahisələrdə özünü tez-tez göstərən qızğınlıqlara baxıb hesab edirlər ki, parlament mübahisələri cəmiyyətdə rasionallığa düşmən olan ehtirasları coşdurur.

Diskussiyaların rasionallıq üçün rolunu Karl Popperin fəlsəfəsi yaxşı açır. Popper Avstriya kökənli İngiltərə filosofudur, XX əsrin fəlsəfi fikrində, az qala bu əsrin özü qədər yaşayaraq gərkəmli yer tutub. O, dövrümüzün klassik mənada axırıncı filosofu sayılır. Müharibə illərində bu filosofun yazdığı "Açıt cəmiyyət və onun düşmənləri" kitabı insanlara demokratiyanı öyrətməkdə çox təsirli işlər gərüb. Popperin tələbəsi olmuş Soros Fondunun yaradıcısı Corc Soros dəfələrlə bildirib ki, o, müəlliminin fəlsəfəsindən götürdüyü ideyaları həyatında tətbiq etməklə multimilyoner olub.

Popperəcən rasionallıq fəlsəfədə ağlın anlayışlar (məfhumlar), məntiqi vasitələr, elmi qanunlar əsasında həqiqəti tapmasına deyilirdi. "Ratiosözünün özü latınca ağıl mənasını verir. Ənənəvi olaraq rasionalizm təcrübə vasitəsi ilə əldə olunan biliyə qarşı qoyulurdu. Təcrübədən bilik qazanan şüura isə "empirik şüur' deyilirdi.

Karl Popper rasionalizmin bu ənənəvi anlamını inkar edib yeni yozum təklif etdi. Belə bir fikir irəli sürdü ki, rasionalizm tənqidi iradları nəzərə alanda, təcrübədən nəticələr çıxaranda mümkün olur. Popperin bu yozumundan belə çıxdı ki, təmiz fikrin çərçivəsində qalıb həqiqət axtaranlar əslində rasional yox, irrasional (qeyri-rasional) yolla gedirlər.

Rasionalizmi əsas götürən Qərb ölkələrinin nailiyyətləri göz qabağındadır.

POPPERİN FALSİFİKASİYA (YALANLAŞDIRMA) NƏZƏRİYYƏSİ

Karl Popperin bu nəzəriyyəsi onun rasionallıq haqqında fikirlərini anlamağımıza kömək edir. Bu nəzəriyyəyə baxaq. Biz hər hansı fikir zəncirini inkaredilməzliyinə, faktlar qarşısında sınmazlığına görə elmi sayırıq. Popper isə tərsinə söyləyir. Deyir ki, tutalım "A - V - S" düşüncə ardıcıllığında nəzəriyyə qurmusan. Dünyanın heç bir faktının, ağlın heç bir fikrinin sənin nəzəriyyəni dağıtmağa gücü çatmırsa, onu yalanlaya (falsifikasiya edə) bilmirsə, bu heç də göstərmir ki, sənin nəzəriyyən elmidir. Əksinə, onu göstərir ki, nəzəriyyən elmi deyil.

Popperə görə, elmilik bildirir ki, fikir faktların filan tərəfi. filan sırası çərçivəsində nəsə həqiqətləri söyləyir. Faktların başqa üzləri çevrilib görünəndə isə bu üzlərlə bağlı o yalanlaşır. Ona görə də elmilik çərçivəsində qalmaq istəyən adam qurduğu nəzəriyyənin yalanlaşmasına hazır olmalıdır və nəzəriyyəsini yalanlaşdıran tənqidi dinləyib diskussiya aparmağı bacarmalıdır. Bax, bu mənada rasionallıq ağlın məntiqə, təmiz düşüncə qaydalarına dəqiq əməl etməsindən yaranmır. Rasionallıq diskussiyalar sayəsində alınır.

BUNDAN MİLLİ MƏCLİS ÜÇÜN MÜMKÜN OLAN NƏTİCƏLƏR

Müasir cəmiyyətin əsas problemlərindən biri irrasionallıq dalğalarında batmamaqdır. Parlament diskussiyaları və eləcə də partiyalar arasında, TV-də, mətbuatda gedən mübahisələr, müzakirələr əgər diskussiya mədəniyyətinin fikir mübadiləsi, fikir toqquşdurmaları qaydalarına cavab verirsə, cəmiyyətdə, ölkədə rasiohallığın payını çoxaldır.

Bəs rasionallığın payı çox olan cəmiyyət necə olur, hansı üstünlüklərə malik olur? İrrasional cəmiyyətlərdə qarşıda duran problemlərin öhdəsindən gəlmək üçün "gəlin yaxşı olaq”, "möhkəm işləyək”, "qaçqınların qayqısına qalaq" kimi çağırışlar, danışıqlar bütün mənəvi məkanı bürüyür. Rasionallıq payı böyük olan cəmiyyət isə "nə problemimiz var? " sualını qoyub onun öhdəsindən gəlməyin proqramını hazırlayır və işləri bu proqrama əsasən yeridir. Məsələn, yuxarıdakı çağırışlardan bilinən problemləri həll etmək üçün qanunlar, proqramlar, təşkilat strukturları vasitəsi ilə cəmiyyətdə elə vəziyyətlər yaradır ki, pis işləmək, qaçqın yardımını mənimsəmək, yaramaz adam olmaq sərfəli olmur.

Beləliklə, rasionallığı yüksək olan cəmiyyətlərdə problemlərin "şəkli" xeyli aydın olur, problemlər, necə deyərlər, yaxşı görünür və eləcə də bu problemlərin öhdəsindən gəlməyən adamları itələmək üçün həyatda elə situasiyalar yaradılır ki, mexanizm kimi məhz onlar adamları problemləri həll etməyə həvəsləndirir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft