|
QƏDİM
AZƏRBAYCANDA DEMOKRATİYA
FİRUDİN
AĞASIOĞLU
professor
Mənbə:
"Məşvərət", N5-7, 1997
Professor
Firudin Cəlilov Azərbaycanın ən qədim dövr tarixi, etnoqrafiyası və
mədəniyyəti ilə bağlı fundamental tədqiqat aparır. Onun gələcək kitabından
kiçik bir hissəni oxuculara təqdim edirik.
Demokratiya
termini "xalq hakimiyyəti" anlamında olub, yunanca demos - "xalq" və kratos
- "hakimiyyət" sözlərindən yaranmışdır. Demokratik quruluşlu dövlətdə
hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə
formalaşır və vətəndaşların insan haqlarını, hüquq bərabərliyini təmin edir.
Azərbaycanda və ümumiyyətlə Şərqdə ilk demokratik dövlət 1918-1920 arasıvda
mövcud olan Azərbaycan Cümhuriyyəti hesab olunur, lakin Qədim Dünya tarixini
öyrənərkən görürük ki, Qədim Azərbaycanda 4 min il (!) əvvəl demokratik
dövlət qurulmuşdur. İlk baxışdan bu fikir qəribə görünsə də, o dövrün tarixi
qaynaqları və xüsusilə Babil salnamə yazısı həmin faktı təsdiq edir. Həmin
qaynaqlara keçmədən öncə mövzu ilə bağlı bəzi məsələlərin üzərində dayanmaq
lazım gəlir.
Bəllidir ki,
Qədim Azərbaycan torpaqlarında islama qədər bir-birinin ardınca Aratta,
Lulu, Quti, Subar, Turuk, Kassi, Mana, Mada, Saka, Atropaten, Alban və digər
dövlətlər qurulmuşdur - Protoazərbaycan (türk) tayfaları bu dövlətlərin
çoxunda aparıcı etnos olmuş, bəzilərində (Lulu, Kassi, Mada) isə aktiv
iştirak etmişlər. Burada məqsədimiz həmin dövlətlərin tarixindən bəhs etmək
deyil, yalnız Quti dövlətindəki demokratik hakimiyyət qurumu barədə əldə
olunan məlumatlara diqqəti çəkməkdir.
Miladdan öncə
III minilin ikinci yarısında Urmi gölü civarında yaşayan quti adlı
protoazərbaycan tayfaları 23-cü əsrin sonunda bölgədəki digər tayfaları əz
ətrafında toplayıb, böyük birlik yaratmışdılar. Belə birliyin yaranması o
dövrün tarixi zərurəti idi, çünki ayrı-ayrı bəyliklər şəklində yaşayan
quti, lulu, turuk və sair tayfalar vaxtaşırı batıdan Akkad, güneydən isə
Elam şahlarının hücumuna məruz qalır, çapılıb-talanırdılar. Ona görə də
yadelli işğalçılara qarşı mərkəzləşmiş hakimiyyəti olan Quti dövləti
yarandı. Quti hökmdarı Enridavazir 2201-ci ildə Akkad çarı Naramsueni məğlub
edəndən sonra İkiçayarası ərazilərinin güney bölgələri qutilərin nəzarəti
altına keçdi, Akkad zülmündən xilas olan və qutilərə xilaskar qüvvə kimi
baxan şumerlər də quti hökmranlığını qəbul etdilər. Beləliklə, Qədim Dünya
tarixinin ən maraqlı səhifələrindən biri - qədim mədəniyyət beşiyi Şumer
üzərində protoazərbaycan tayfaları qutilərin hakimiyyəti başlandı və 91 il
40 gün sürən bu hakimiyyət dövrü əvvəlki və sonrakı illərdən fərqli olaraq,
müharibəsiz, başçısı", "canişin" anlamlı Tarkan (Tarikan?) sözünə
oxşarlığı belə bir ehtimala əsas verir ki, Tirikan quti çarı yox, Quti
dövlətinin Şumerdəki canişini imiş. Lakin Akkad yazısındakı Tirikan adı
Türükan (Türkan) və ya bugünkü deyimlə Dirikan da ola bilər ki,
bu halda Babil mirzəsi onu çarların siyahısında verməkdə səhv etməmişdir.
Quti çarları adlarının və hər çarın neçə il (2, 3, 6 və 7 il) hakimiyyətdə
olmasını göstərən siyahı bir neçə dəfə elmi əsərlərdə çap olunsa da, hər
çarın hansı illərdə hakimiyyətdə olması tam verilməmişdir. Ona görə də məlum
siyahıya yalnız çarların hansı illərdə hakimiyyətdə olduğunu göstərən
sonuncu qrafanı əlavə edirik:
|
Enridavazir |
? il |
220?-2200 |
|
İmta |
5 il |
2200-2196 |
|
İnqeşuş |
6 il |
2196-2191 |
|
Sarlaqab |
6 il |
2190-2185 |
|
Yarlaqaş |
6 il |
2184-2179 |
|
Elulumeş |
6 il |
2178-2173 |
|
İnimabakeş |
5 il
(yarımçıq) |
2172-2168 |
|
İnqeşuş |
6 il |
2168-2163 |
|
Yarlaqab |
15 il |
2162-2148 |
|
İbate |
3 il |
2147-2145 |
|
Yarlaqab |
3 il |
2144-2142 |
|
Kurum |
1 il
(yarımçıq) |
2141-2140 |
|
Habilkin |
3 il |
2140-2138 |
|
Laerabum |
2 il |
2137-2136 |
|
İrarum |
2 il |
2135-2134 |
|
İbranum |
1 il
(yarımçıq) |
2133-2132 |
|
Hablum |
2 il |
2132-2131 |
|
Puzur-Suen |
7 il |
2130-2124 |
|
Yarlaqanda |
7 il |
2123-2117 |
|
Sium |
7 il |
2116-2110 |
|
Tirikan |
40 gün
(yarımçıq) |
2109 |
Quti sülaləsinin süqutundan
sonra Babilistanda Akkad dilində tərtib olunmuş bu siyahı Azərbaycanın qədim
tarixi baxımından olduqca qiymətli sənəddir. Bu tarixi abidədəki
bulmacaların cavabı demokratik dövlət quruculuqu tarixinə yeni baxışlar
gətirməlidir. Əvvəla, siyahı bunu aydın göstərir ki, yüz il ərzində Quti
dövlətində dörd dəfə hakimiyyət illərinin silsiləsi (6, 3, 2, 7 )
dəyişmişdir və əksər Quti çarları onlara ayrılan hakimiyyət illərini tam
başa vurmuş, yalnız dördünün (İmta, İnimabakeş, Kurum və İbranum) hakimiyyət
dövrü yarımçıq qalmış, Tirikan isə devrilmişdir. Quti dövlətindəki mövcud
hakimiyyət ili reqlamenti İkiçayarası sülalələrinin hakimiyyət illərini
tərtib edən katibləri də çaşdırmışdır, çünki Quti çarlarından fərqli olaraq
digər sülalələrdə çarlıq irsi idi və atadan oğula keçirdi və ona görə də hər
hansı bir çar ölənə və ya devrilənə qədər hakimiyyətdə olurdu. Quti çarları
isə onlara ayrılan vaxtdan, reqlamentdən kənara çıxa bilməzdi, çünki onları
seçən də, geri çağıran da xalq vdi.
Qədim türk dilində dövlət və
xalq bir sözlə - el sözü ilə ifadə olunurdu və əsl demokratiya (xalq
hakimiyyəti) El qurumunda özünü göstərirdi. Quti Eli ona görə
demokratik qurum idi ki, elbəy (çar) bölgə bəylərinin, ağsaqqallar
şurasının, xalq elçilərinin toplandığı toyda (qurultayda) seçilirdi
və ona ayrılan hökmdarlıq vaxtı bitəndə tərəyə (qanuna) uyğun olaraq,
imtiyazlarını yeni seçilən elbəyə verirdi.Xalqın iradəsi ilə taxta çıxan və
taxtdan düşən elbəy xalqın istəyi ilə hərəkət etməli idi. Nüfuzlu və xalqın
etimadını doğruldan elbəylər təkrar seçilə bilirdilər. Siyahıdan məlum olur
ki, İnqeşuş iki dəfə seçilmiş, Yarlaqab isə beş dəfə təkrar və bir seçki
müddəti fasiləsindən sonra yenidən elbəy məqamına yüksəlmişdir. Hakimiyyəti
yarımçıq sürən dörd elbəy isə (əgər elbəylik dövründə ölməmişlərsə)
vaxtından əvvəl geri çağırılmışdır. 21 Quti elbəyinin siyahısı Qədim
Azərbaycanda qurulmuş Quti Elinii demokratik qurum olduğunu aşkar
göstərir. Quti elbəylərinin qədim türk adı daşıması da dilimizin tarixi üçün
maraqlı qaynaqdır. Belə ki, dörd elbəyin adında Yarlaq və Sarlaq
sözü (Yarlaqaş, Yarlaqanda, Yarlaqab və Sarlaqab) vardır, İnqeşuş
(İnqesüz), İmta, İnimabakeş (İnim Abakeş), Elulumeş (El-ulu), Tirikan və
Kurum adları da qədim türk antroponimləridir. Sonuncu adı (Kurum xan) türk
hökmdarları hətta orta əsrlərə qədər daşımışdır.
İ.M.Dyakonov Quti sülaləsinin
süqutundan bir neçə il sonra "çarlar siyahısı" nın üzünü köçürən Babil
katiblərindən birinin "əvvəllər qutilərin çarı yox idi" sözləri ilə
başlayan qeydini əsas tutaraq, Quti Elinin ibtidai icma quruluşunda
olduğunu, quti elbəylərinin çar deyil, tayfa başçısı, hərbi sərkərdə
olduğunu sübut etməyə çalışır. Hörmətli alim bu katibin həmin sözlərdən
sonra məhz "Quti çarları" siyahısının "İmta çar oldu" ifadəsi ilə
davam etməsini də katibin səhvi hesab edir. Lakin digər katiblər də bu
"səhv"i etmişlər. Həm də nəzərə almaq lazımdır ki, o dövrün savadlı
katibləri, hadisələrin içində yaşayan mirzələr şah ilə qəbilə başçısını,
sərkərdəni bizdən daha yaxşı ayırd edə bilirdilər. İkinci bir tərəfdən, necə
olur ki, Şumer kimi bir dövlət yüz il kənar bir qəbilənin sərkərdəsi və ya
qəbilə başçısı tərəfindən əmin-amanlıq şəraitində idarə olunurdu?
Doğrudur, qutilər əvvəllər
bəyliklər şəklində hərbi-demokratiya qurumu ilə yaşayırdılar, Babil
katibinin dediyi kimi, əvvəllər çarları yox idi, ilk çarları İmta oldu,
sonra siyahıdakı digərləri. Yəni quti elbəy sülaləsi, İkiçayarası katibinin
baxışına görə, Enridavazir ilə deyil, İmta ilə başlandı. Və burada təəccüblü
heç nə yoxdur. 2200-ci ilə qədər qutilərin birləşdirdiyi 70 budui
birliyi artıq həmin
ildən rəsmi olaraq Quti Eli kimi tanındı, İmta bu elin elbəyi
seçildi. Bu da doğrudur ki, qutilər mədəni inkişaf səviyyəsinə görə Şumer
xalqından geri qalmışdı və nəzarəti altında olan geniş əraziləri idarə
edəcək çoxsaylı dövlət məmurları da yox idi. Ona görə də çox yerdə yerli
idarə orqanlarını və ensilərin (yerli hökmdarların) irsi
hakimiyyətini saxlamışdılar. Mərkəzi hakimiyyət isə, yuxarıda deyildiyi
kimi, demokratik seçkilərlə həyata keçirilirdi. Kurumdan sonrakı Quqi
elbəylərindən bəzilərinin, xüsusilə 2 illik elbəyi dövründəkilərin Akkad
adları daşıması onu göstərir ki, 2140-cı ildən sonra quti bəyləri
İkiçayarasındakı dilin və mədəniyyətin təsir dairəsinə düşmüşdülər. Lakin
belə təsirin qarşılıqlı məqamları da olmuşdur. Şumer dilindəki türk
sözlərinin çoxu Quti sülaləsinin buradakı 100 illik hakimiyyəti dövrünün
yadigarıdır.
Qədim Dünya tarixində önəmli
yer tutan və ilk demokratik dövlət olan Quti Eli təkcə Azərbaycan
üçün deyil, dünya xalqlarının indi qurmaq arzusunda olduğu demokratiya üçün
də tarixi örnəkdir. |