PLÜRALİZM NƏDİR?
TOLERANTLIQ NƏDİR?
LALƏ CƏFƏRLİ
Mənbə:
"Məşvərət", N10-11,
1997
Plüralizm sözü axır on il ərzində
cəmiyyətimizdə, ictiman həyatımızda tez-tez işlənən sözlərdəndir. Çox vaxt
bu sözün əsl mənasına varmadan ondan istifadə edirik. Çox vaxt, onu yalnız
istədiyimiz mənala səsləndiririk. Gəlin, ABŞ-ın Kolumbiya Universitetinin
professoru Covanni Sartorinin "plüralizm" və onun ayrılmaz hnssəsi bildiyn
"tolerantlıq" anlayışını necə başa düşdüyünə bir nəzər salaq.
Tarixi nöqteyi-nəzərdən,
plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin
nəticəsində tolerantlığın tədrici qəbul edilməsi ilə yanaşı meydana gəldi.
Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox
bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan
plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan
ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli
dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif
mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər
kimi qiymətləndirir.
17-ci əsrə qədər
adampar fərqli mövqelərin, dinlərin və s. mövcudluğun dövlətlərin
dağılmasına səbəb olan qeyri-sabitliyə və münaqişələrə gətirəcəyinə
inanırdılar. Yekdillik isə dövlətin zəruri şərti sayılırdı. Tədricən əks
mövqe bərqərar olmağa başladı, və əksinə,, yekdilliyə şübhə ilə yanaşmağa
başladılar. Və elə bu yolla gedə-gedə biz bu günkü demokratiyaya çatdıq.
Qədim imperiyalar, avtokratiyalar, despotizmlər, köhnə və yeni tiraniyalar -
bütün bunlar birrəngli dünyalardır, demokratiya isə
çoxrənglidir.Plüralizmdən və plüralist cəmiyyət yaratmaq nnyyətindən
danışanda, biz püralizmin ayrılmaz hissəsi olan tolerantlığı (özgə fikrə,
mövqeyə dözümlük) da nəzərdə tuturuq.
Tolerantlıq qtiyyən laqeydlik demək deyil. Laqeyd olmaq maraq göstərməmək
deməkdir, bu isə tolerantlığa aid oluna bilməz. Tolerantlıq relyativizm də
demək deyil. Relyativist baxış bəsləyəndə, biz bütün mövqeləri qəbul etməyə
üstünlük veririk. Tolerantlıq isə o deməkdir ki, bizim öz mövqelərimiz
olduğu və biz bu mövqeyi düzgün hesab etdiyimiz halda, biz bununla belə
digərlərinə səhv, yanlış mövqe tutmaq hüqutunu veririk.
Tolerantlıq həmişə gərginlik
altında olur və heç vaxt tamamlanmır. Çünki, əgər bir kəs nəyəsə doğrudan da
ciddi münasibət bəsləyirsə, o, həmin o "nəyisə" reallığa çevirmək üçün cəhd
göstərəcək. Əks təqdirdə, onun münasibətini doğrudan da "can yandıran"
adlandırmaq çətin olar. Lakin, digər tərəfdən, tolerant olan kəs bunu etmək
üçün əlində olan bütün vasitələrdən istifadə etməyəcək.
Onda,
tolerantlığın çərçivələri haradan keçir? Bunları demək çətindir. Lakin onu
deyə bilərik ki, burada üç meyar mövcuddur. Birinçi meyar ondan ibarətdir
ki, biz nəyisə qəbuledilmöz hesab ediriksə, biz həmişə bunun səbəbini
göstərməliyik (doqmatizm yolverilməzdir). İkinci meyar zərər prinsipi
üzərində əsaslanır: zərərli davranış dözülmöz, yolverilməzdir. Üçüncü meyar
isə qarşılıqlıdır: tolerant (dözümlü) olaraq, biz əvəzində özümüzə
qarşı tolerant münasibət gözləyirik.
Konsensus
məsaləsinə gəldikdə isə onu qeyd etmj lazımdır ki, konsensus heç də razılıq
demək deyil: burada hər bir kəsin hansısa məsələyə fəal şəkildə razılıq
verməsi tələb olunmur. Konsensusun əsas mənası nəyinsə qəbul olunmasıdır -
lakin qeyri-müəyyən və passiv formada.
Bununla belə, konsensus
müəyyən mənada birləşdirən şəriklik hissidir... |