top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 06 - Demokratiya (dm)

KAPİTALİZM VƏ AZADLIĞIN QARŞILIQLI ƏLAQƏSİ HAQQINDA

HİKMƏT HACIZADƏ

Mənbə: "Məşvərət", N19-21, 1999


Amerika iqtisadçısı Milton Fridman (1912-ci ildə doğulmuşdur) “neoliberalizm”in - insanın iqtisadi azadlığının bərpa edilməsi, iqtisadiyyata dövlət müdaxiləsinin məhdud-laşdırılması mövqeyindən çıxış edən iqtisadi nəzəriyyənin görkəmli nümayəndələrin-dən biri kimi dünyada yaxşı tanınır. Çikaqo iqtisadi məktəbinin banisi Fridman makroiqti-sa-diyyat sahəsində işlərinə görə 1976-cı ildə Nobel mükafatı ilə təltif olunub. Fridma-nın işləri kağız üzərində qalmamışdır; bu gün dünya onu “Çili iqtisadi möcü-zəsi”nin əsas ideoloqu kimi tanıyır. Onun işləyib hazırladığı maliyyə sisteminə monetar nəzarət üsulu keçmiş sosialist ölkələrində bazar islahatlarının keçirilməsi üçün əsas götürül-müşdür. O, 1962-ci ildə yazılmış məşhur “Kapitalizm və azadlıq” əsərin-də ABŞ və Böyük Britaniya hökumətlərinin o vaxt yeritdikləri iqtisadiyyatda dövlət nəzarəti və mərkəzləş-dirilmiş planlaşdırma siyasətinə, sosial ehtiyaclara dövlət tərəfindən lüzumsuz xərclərə və ümumiyyətlə, Qərbdə “ümumi rifah dövləti” deyilən siyasətə zidd ideyalarını inandırıcı şəkildə müdafiə edir. Fridmana görə, bu cür siyasət nəinki iqtisadi cəhətdən səmərəli deyil, həmçinin insanın siyasi azadlıqlarının məhdudlaş-dırılmasına gətirib çıxarır. “Ümumi rifah dövləti”nin iqtisadi iflası artıq 70-ci illərin ortalarında tam aydın oldu və bundan sonra Fridmanın və onun işdaşlarının ideyaları Böyük Britaniya və ABŞ-da iqtisadi islahatların gedişində özünü tam doğrultdu.

İQTİSADİ VƏ SİYASİ AZADLIQLAR ARASINDA QARŞILIQLI ƏLAQƏ (1962)
MİLTON FRİDMAN

...İqtisadi fəaliyyətin bazarla nizamlanmasının başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, əksər hallarda birinin digərinin fəaliyyətinə müdaxilə etməsinə imkan vermir

Belə bir fikir geniş yayılmışdır ki, siyasət və iqtisadiyyat ayrı-ayrı və bir-biri ilə, demək olar ki, əlaqəsi olmayan şeylərdir; şəxsi azadlıq siyasi, maddi rifah isə iqtisadi məsələdir və istənilən siyasi quruluşu istənilən iqtisadi quruluşla uyğunlaş-dırmaq olar. Bu təsəvvürün əsas müasir təmsilçiləri “demokratik sosializm”in çoxsaylı tərəfdarlarından ibarətdir. Onlar Rusiyada “totalitar sosializm”in şəxsi azadlıqları məhdudlaşdırmasını qeyd-şərtsiz pisləyir və əmindirlər ki, ölkə oradakı iqtisadi quruluşun əsas cəhətlərini rəhbər götürə və bununla yanaşı, siyasi tədbirlərlə şəxsi azadlıqları təmin edə bilər.

Bu fəslin başlıca tezisi ondan ibarətdir ki, bu fikir yanlışdır, iqtisadiyyat və siyasət arasında sıx bağlılıq mövcuddur, cəmiyyətin siyasi və iqtisadi quruluşunda yalnız müəyyən uyğunlaşdırmalar mümkündür və məsələn, sosialist cəmiyyəti həmçinin demokratik cəmiyyət ola bilməz (o mənada ki, o, şəxsi azadlıqlara təminat verə bilməz).

İqtisadi quruluş azad cəmiyyətin inkişafına iki cəhətdən yardım edir. Bir tərəfdən, iqtisadi münasibət azadlığı özlüyündə geniş mənada azadlığın bir hissəsini təşkil edir, ona görə də iqtisadi azadlıq özü məqsəddir. Digər tərəfdən, iqtisadi azadlıq həmçinin siyasi azadlıq əldə etmək üçün zəruri vasitədir...

İkinci dünya müharibəsindən sonra valyuta məhdudiyyətlərinə görə öz məzuniyyətini ABŞ-da keçirə bilməyən İngiltərə vətəndaşı öz məzuniyyətini keçirmək üçün siyasi baxışlarına görə Rusiyaya girə bilməyən Amerika vətəndaşından heç də az şəkildə azadlığın əsas formalarından birindən məhrum edilməmişdir...

Müxtəlif ştatlarda mövcud olan qanunlara görə, patent, yaxud lisenziya almadan istədiyi fəaliyyət növü ilə məşğul ola bilməyən ABŞ vətəndaşı da eyni dərəcədə öz azadlıqları-nın xeyli hissəsindən məhrum edilir...

İqtisadi azadlığa siyasi azadlıq əldə etmək üçün vasitə kimi baxsaq onda iqtisadi quruluş hakimiyyətin təmərküzləşdirilməsi və cəmləşdirilməsinə təsir baxımından çox əhəmiyyətlidir. Bilavasitə iqtisadi azadlığı təmsil edən iqtisadi quruluş (məhz azad rəqabətə əsaslanan kapitalizm) həmçinin siyasi azadlıqların artmasına təsir göstərir, belə ki, o, iqtisadi hakimiyyəti siyasi hakimiyyətdən ayırır və bununla onların bir-birini tarazlaşdırmasına şərait yaradır.

Tarixi təcrübə siyasi azadlıqla azad bazar arasında nisbət haqqında tamamilə birmənalı danışır. Mənə nə vaxtsa və haradasa mövcud olmuş bir cəmiyyət də məlum deyil ki, geniş siyasi azadlıqlarla seçilsin və eyni zamanda iqtisadi fəaliyyətin əsas hissəsinin təşkili üçün azad bazarın hansı formasındansa istifadə etməsin...

Siyasi və iqtisadi azadlıqlar arasında qarşılıqlı əlaqələr mürəkkəbdir və heç bir halda birtərəfli səciyyə daşımır. XIX əsrin əvvəlində Ceremi Bentam və radikal filosoflar siyasi azadlığa iqtisadi azadlıq əldə etmək üçün vasitə kimi baxmağa meyl edirdilər. Onla-rın fikrinə görə, kütləyə onun üzərinə qoyulmuş məhdudiyyətlər mane olur və əgər siyasi islahatlar əksəriyyətə seçki hüququ verirsə o, özünə sərf edən şeyə, məhz azad rəqabətə səs verəcəkdir. Sonrakı tarixlə demək olmaz ki, onlar haqlı deyillər. Bir çox siyasi islahatlar keçirildi və onların ardınca daha çox rəqabət azadlığına yönəlmiş iqtisadi islahatlar gəldi. İqtisadi quruluşda bu dəyişikliklərin nəticəsi kütlələrin rifah halının böyük miqyasda yüksəlməsindən ibarət oldu.

XIX əsr İngiltərəsində Bentam liberalizminin təntənəsinin ardınca iqtisadi sahəyə höku-mətin müdaxiləsinin güclənməsi şəklində irtica dövrü başlandı. Həm İngiltərə, həm də digər ölkələrdə kollektivizmə bu meyl iki dünya müharibəsi ilə kəskin şəkildə sürət-ləndi. Demokratik ölkələrdə əsas diqqət azadlığa deyil, rifaha yönəldi. Radikal filo-sofların intellektual davamçılarından Daysi, Mizes, Hayek və Saymons bir çox başqa-ları kimi burada fərdiyyətçilik üçün təhlükənin gizləndiyini başa düşərək qorxurdular ki, iqtisadi fəaliyyət üzərində mərkəzləşdirilmiş nəzarətin daha da gücləndirilməsi, Hayekin bu prosesi təhlil edərək dediyi kimi, köləliyə doğru aparan yola çevrilə bilər. Onlar iqtisadi azadlığı siyasi azadlığa nail olmaq üçün vasitə kimi nəzərə çatdırırdılar...

İqtisadi və siyasi azadlıqlar arasında hansı məntiqi əlaqələr mövcuddur? Bu məsələləri nəzərdən keçirərək, əvvəlcə azadlığın bilavasitə tərkib hissəsi kimi bazar, sonra isə bazar münasibətləri və siyasi azadlıq arasında dolayı asılılıq haqqında məsələni müza-kirə edək. Azad cəmiyyətin ideal iqtisadi quruluşunu təsvir etmək cəhdi müzakirələrin əlavə nəticələrindən olacaqdır...

Prinsipcə milyonlarla insanın iqtisadi fəaliyyətini əlaqələndirmək üçün yalnız iki üsul mövcuddur. Birincisi - məcburiyyətə bağlı mərkəzləşdirilmiş rəhbərlik; ordu və müasir totalitar dövlətlərin üsulu belədir. İkincisi - fərdlərin könüllü əməkdaşlığı; bazarın istifadə etdiyi üsul budur.

İqtisadi fəaliyyətin könüllü əməkdaşlıq vasitəsi ilə əlaqələndirilməsi imkanı iqtisadi sazişdən hər iki tərəfin xeyir götürməsi haqqında, çox vaxt mübahisə doğursa da, hər halda, adi bir tezisə əsaslanır, bir şərtlə ki, bu iqtisadi saziş tərəflərdən hər biri üçün könüllü və tam başa düşülmüş bir akt olmalıdır.

Ona görə də ticarət mübadiləsi məcburiyyət tətbiq etmədən əlaqələndirməni təmin edə bilər. Könüllü qarşılıqlı mübadilə vasitəsi ilə təşkil olunmuş cəmiyyətin işçi modeli azad xüsusi sahibkarlığa əsaslanan bazar iqtisadiyyatından, yəni bizim azad rəqabətə əsaslanan kapitalizm adlandırdığımız şeydən ibarətdir...

Nə qədər ki, real qarşılıqlı mübadilə azadlığı saxlanılır, iqtisadi fəaliyyətin bazarla nizamlanmasının başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, əksər hallarda birinin digə-rinin fəaliyyətinə müdaxilə etməsinə imkan vermir. Başqa satıcıların olması və onlarla saziş əlaqələrinə girmək imkanı olacağını hər hansı bir satıcının təhrikin-dən müda-fiə edir. Başqa alıcıların olması və onlara da mal satmaq imkanı isə satıcını hər hansı bir alıcının təhrikindən qoruyur. Başqa sahibkarların olması və onların yanında işə girmək imkanı muzdla işləyən hər kəsi hər hansı bir sahibkarın təhrikin-dən qoruyur və sair. Və bazar bunların hamısını ədalətlə və heç bir mərkəzi hakimiyyətin köməyi olmadan edir.

Çox qəribədir ki, azad iqtisadiyyata qarşı irəli sürülən əsas etirazlardan biri ondan ibarətdir ki, o, bu vəzifəni çox yaxşı yerinə yetirir. O, insanlara hansısa qrupun rəyinə görə istəmələri olduqları şeyləri deyil, onların özlərinin istədiklərini verir. Azad bazara qarşı fikirlərin əksəriyyəti azadlığın özünə inamsızlıqla bağlıdır.

Azad bazarın mövcud olması, əlbəttə, hökumətin zəruriliyini aradan qaldırmır. Əksinə, hökumət həm “oyun qaydaları”nı müəyyən etmək üçün qurum kimi, həm də qoyulmuş qaydaları təfsir edən və onların yerinə yetirilməsini təmin edən hakim kimi vacibdir. Bazar siyasi vasitələrlə həll edilməli olan məsələlərin sayını azaldır və bununla da, hökumətin oyunda birbaşa iştirakı zərurətini minimuma endirir. Siyasi kanallar vasitəsi ilə həyata keçirilən addımların xarakterik xüsusiyyəti onun daha çox yeknəsəqlik tələb, yaxud qəbul etdirmək meylindən ibarətdir. Bazar, digər tərəfdən, daha çox rəngarəngliyə yol verməsi ilə fərqlənir. Siyasət dili ilə desək, o, mütənasib nümayəndəlik sistemi deməkdir. Necə deyərlər, hər kəs öz qalstukunun rənginə səs verə bilər; onun əksəriyyətin hansı rəngə üstünlük verməsi ilə maraqlanmasına və azlıqda qalarsa, tabe olmasına ehtiyac yoxdur.

Biz deyəndə ki bazar iqtisadi azadlığı təmsil edir, onun məhz bu cəhətini nəzərdə tuturuq. Lakin onun əhəmiyyəti iqtisadi sahənin hüdudlarından çox kənara çıxır. Siyasi azadlıq birinin digərini təhrik etməməsi deməkdir. Məcburiyyət gücü onun kimin - hökmdarın, diktatorun, oliqarxın, yaxud bir anlıq əksəriyyətin əlində olmasından asılı olmayaraq azadlıq üçün əsas təhlükədir. Azadlığın qorunub saxlanılması üçün hakimiy-yətin bu cür təmərküzləşməsinin qarşısı imkan daxilində maksimum alınmalı, qarşısını almaq mümkün olmadıqda isə hakimiyyət paylaşdırılmalıdır. Yəni azadlığın qorunması qanunverici, icraedici və məhkəmə hakimiyyətinin öz aralarında qarışıqlı nəzarətini və əks təsirini tələb edir. Bazar iqtisadi fəaliyyətin təşkilini siyasi hakimiyyətin nəzarəti altından çıxararaq, hakimiyyətin bu məcburetmə mənbəyini aradan qaldırır. O, iqtisadi qüdrətin siyasi hakimiyyəti möhkəmləndirən deyil, məhdudlaşdıran amilə çevrilməsinə imkan verir.

İqtisadi hakimiyyət geniş sahədə paylaşdırıla bilər. Artıq mövcud olan iqtisadi güc mərkəzlərinin hesabına yeni mərkəzlərin yaranıb inkişaf etməsini qadağan edən heç bir enerjinin saxlanma qanunu yoxdur. Digər tərəfdən, siyasi hakimiyyəti paylaşdırmaq daha çətindir. Çoxlu xırda müstəqil hökumətlər mövcud ola bilərlər. Lakin bir böyük iqtisadiyyatın çərçivələri daxilində çoxlu iqtisadi güc mərkəzlərinin olması ilə müqayisədə bir böyük hökumətin tərkibində bir sıra eyni gücə malik siyasi hakimiyyət mərkəzlərinin mümkünlüyü ölçüyəgəlməz dərəcədə çətindir. Bir böyük iqtisadiyyat özündə yüzlər və minlərlə milyonçunu cəmləşdirə bilər. Amma vətəndaşlarının enerji və ruh yüksəkliyinin ətrafında cəmləşdiyi bir görkəmli liderdən, bir şəxsdən artıq adam orada qala bilərmi? Mərkəzi hökumət öz hakimiyyətini artırırsa bunu hər şeydən əvvəl yerli özünüidarənin hesabına edir. Belə təsəvvür yaranır ki, siyasi hakimiyyətin bölüşdürülməsi üçün hansısa dəyişməz ümumi məcmu mövcuddur. Ona görə də iqtisadi hakimiyyət siyasi hakimiyyətlə birləşdirilərsə hakimiyyətin təmərküzləşməsi, demək olar ki, labüd olacaqdır. Digər tərəfdən, əgər iqtisadi hakimiyyət siyasi hakimiyyətə malik olanların əlində deyilsə o, siyasi hakimiyyəti məhdudlaşdıran əks qüvvəyə çevrilə bilər.

Bu mücərrəd fikrin doğruluğunu konkret nümunələrlə nümayiş etdirmək daha yaxşı olardı...

Azad cəmiyyətin səciyyəvi xüsusiyyətlərindən biri, əlbəttə, fərdin ictimai quruluşda radikal dəyişiklikləri müdafiə və açıq şəkildə təbliğ etmək azadlığından ibarətdir... Kapitalizm cəmiyyətində mövcud olan siyasi azadlığın əlamətdar cəhəti ondan ibarətdir ki, burada insanlar açıq şəkildə sosializm cəmiyyəti qurmağa çağırır və onun uğrunda mübarizə aparırlar. (Lakin) sosializm cəmiyyətində kapitalizmin xeyrinə təbliğat azadlığını saxlamaq və müdafiə etmək mümkün olardımı?

İnsanın nəyinsə xeyrinə təbliğat apara bilməsi üçün əvvəlcə o, yaşamaq üçün qazanmaq imkanına malik olmalıdır. Sosialist cəmiyyətində artıq bunun özü problemə çevrilir, belə ki, orada bütün iş yerləri sosialist hakimiyyətin birbaşa nəzarəti altında saxlanılır... Kapitalizmin təbliğinin hansısa mənasının olmasından ötrü onun tərəfdarları hansı formadasa öz fəaliyyətlərini maliyyələşdirməlidirlər: onlar mitinqlər təşkil etməli, broşürlər çap etməli, radio verilişlərinə görə pul ödəməli, qəzet və jurnal buraxmalıdırlar və s. Ortaya sual çıxır: pulu haradan götürməli?..

Zəruri vəsaitin əldə edilməsinin yeganə yolu çoxlu sayda xırda qulluqçulardan çox da böyük olmayan məbləğdə pul toplanmasından ibarət olacaqdır. Lakin bu, məsələnin həlli demək deyildir. Bu məbləğdən istifadə edə bilməkdən ötrü çoxlu sayda adamlar bizim haqlı olduğu-muza bu vaxt üçün artıq inanmalıdır, lakin məsələ bundadır ki, qarşıda dayanan problem məhz adamların inandırılmasına yönəldilməli olan kampaniyanın maliyyələşdirilməsin-dən ibarətdir. Kapitalist ölkələrində radikal kampaniyalar heç vaxt bu cür maliyyələş-dirilmirdi. Onları, adətən, inandırmağa müvəffəq olduqları bir neçə varlı adam maliyyə-ləş-dirirdi: Frederik Vanderbild Fild, Anita Makkormik Bleyn, yaxud Korliss Lamont - bunlar son dövrlərdə xatırlanan adlardandır, bir az keçmişə qayıtsaq Fridrix Engelsi göstərə bilərik. Siyasi azadlığın saxlanılmasında əmlak bərabərsizliyinin bu rolu (mesenat rolu) nadir hallarda nəzərə çarpır.

Kapitalizm cəmiyyətində istənilən ideyanın təbliği üçün vəsait əldə etməkdən ötrü yalnız bir neçə varlı adamı inandırmaq kifayətdir... Ümumiyyətlə, təbliğ etmək istədiyiniz ideyaların doğruluğuna həmin adamları hətta inandırmağınız da vacib deyil... Onları yalnız inandırmaq lazımdır ki, təbliğatınız maliyyə uğuru qazanacaq, müvafiq qəzet, jurnal, kitab, yaxud yeni müəssisə gəlirlə işləyəcəkdir. Rəqabətə ciddi yanaşan naşir, məsələn, yalnız şəxsən razı olduğu şeyləri nəşr etməklə kifayətlənə bilməz: o, yalnız bir meyarı əsas götürməlidir: bazarın qoyulmuş kapitala görə kifayət qədər gəliri təmin etməkdən ötrü lazımi qədər geniş olacağı ehtimalı böyükdürmü?...

Qeyri-populyar baxışları təbliğ etmək azadlığı heç də tələb etmir ki, bu təbliğat heç bir əlavə çətinliklər törətməməlidir. Əksinə, radikal dəyişikliklərin təbliği hansısa itkilərlə və xüsusən də maddi yardımla müşaiyət olunmasaydı sabit cəmiyyət də olmazdı. Dərindən inandıqları ideyaların təbliğinə görə adamların qurbanlar vermələri tam normal haldır. Bundan başqa, azadlığı yalnız bir çox şeylərdən imtina etməyə hazır olan adamlar üçün saxlamaq vacibdir ki, yoxsa azadlıq korlanaraq özbaşınalığa çevrilər. Tama-milə zəruri olan odur ki, qeyri-populyar baxışların təbliğinə görə ödənişin məbləği ağlabatan olmalı və bu cür təbliğat imkanlarını bağlamamalıdır.

Lakin bu, hələ hamısı deyil. Azad bazar cəmiyyətində vəsaitə malik olmaq kifayətdir. Kağız sahibləri öz mallarını eyni həvəslə (kommunistlərin) “Deyli Uoker”, yaxud (maliyyə dairələ-rinin) “Uoll-Strit Cornel qəzetlərinə satmağa hazırdırlar. Sosializm cəmiyyətində ancaq pulun olması azlıq edəcəkdir. Kapitalizmin fərz edilən tərəfdarı ona kağız satması üçün dövlət kağız fabrikini, broşürü çap etmək üçün dövlət mətbəəsini, onları göndərmək üçün dövlət poçt şöbəsini, çıxışlarından ötrü zal vermək üçün dövlət idarəsini və s. dilə tutmalı olacaqdır... 1933-cü ildən ta müharibə başlayanadək Uinston Çörçillə höku-mətin inhisarında olan İngiltərə radiosu ilə çıxış etməyə icazə vermirdilər... Axı o, parlamentin ən görkəmli üzvlərindən biri idi, keçmiş nazir idi və indi butun mümkün vasitələrlə öz həmvətənlərini Hitler Almaniyası tərəfdən gözlənilən təhlükənin qarşısını almaq üçün nə isə bir tədbir görməyə inandırmağa çalışırdı. Radio ilə ingilis xalqına müraciət etməyə ona icazə vermirdilər, çünki Bi-Bi-Si hökumət inhisarında idi, onun baxışları isə həddindən artıqmübahisəli sayılırdı.

Hollivudqara siyahısı”nın necə “tarixə dönməsini göstərən daha bir inandırıcı nümunə. Bu haqda 26 yanvar 1959-cu ildə “Taym jurnalı məlumat verir və yazırdı: “Oskar mükafatının təqdimat mərasimi elə bir tədbirdir ki, bu vaxt Hollivud daha çox zahiri formaya əməl etməyə çalışır. Lakin iki il əvvəl bu forma pozuldu. “Cəsur kinofil-minin əsas müəllifinin Robert Riç adlı şəxsin olduğu elan edildikdən sonra səhnəyə heç kəs çıxmadı. Məlum oldu ki, Robert Riç təxəllüsdür və bu ad altında 1947-ci ildən bəri kino sənayesi tərəfindən qara siyahıya alınmış təxminən 150 ssenariçidən biri gizlənir. Bu adamların kommunist partiyasının üzvləri olduqları, yaxud kommunizmə rəğbət bəslədik-ləri güman edilirdi. Xüsusilə ona görə pərtlik yarandı ki, Kino Sənəti Akademiyası kommunistlərə və Konstitusiyaya Beşinci düzəlişə istinad edənlərə “Oskar müsabiqə-sində iştirakı qadağan etmişdi. Ötən həftə həm kommunistlərə aid bu qayda, həm də Riç adı ilə bağlı müəmma qəflətən əvvəlki ssenarini canlandırdı.

Məlum oldu ki, Riç “Conniyə tüfəng verildi” filminin müəllifi Dalton Trambodur. O, kino sənayesinə kommunistlərin nüfuz etməsinə dair 1947-ci il dinləmələrində izahat verməkdən imtina etmiş ilk “On Hollivud ssenariçisi”ndən biri idi. O vaxta qədər “özünü Robert Riç adlandıran bir ispaniyalı saqqallı gənc idi” deyib duran prodüser Frenk Kinq bildirdi ki, “səhmdarların qarşısında vəzifəmiz imkan daxilində daha yaxşı ssenari almaqdan ibarətdir. Trambo “Cəsur”u gətirdi və biz onu aldıq...”. Bununla əslində Hollivudun “qara siyahı”sına rəsmi şəkildə son qoyuldu. Qeyri-rəsmi isə o, qadağan olunmuş ssenariçilər üçün çoxdan qurtarmışdı. Xəbər verirlər ki, indi Hollivud filmlərinin ən azı 15 %-i “qara siyahı”dan olan ssenariçilər tərəfindən yazılır...”.

Hesab etmək olar ki (mən də belə hesab edirəm), kommunizm bütün azadlıqlarımızı məhv edərdi, ona qarşı ən yüksək dəyanətlə çıxış etmək olar və eyni zamanda bildirməliyik ki, azad cəmiyyətdə insana yalnız onun kommunizmə inandığına və onun uğrunda mübarizə aparmağa cəhd etdiyinə görə başqa insanlarla qarşılıqlı könüllü münasibətlərə girməyə imkan verməmək yolverilməzdir. Onun azadlığı kommunizm uğrunda mübarizə azadlığını ehtiva edir. Əlbəttə, azadlıq həmçinin bu şəraitdə başqaları üçün onunla təmasda olmamaq azadlığını da bildirir. Hollivudun “qara siyahı”sı qeyri-azadlıq aktı idi, belə ki, məcburiyyət vasitələrindən istifadə etməklə könüllü ittifaqların qarşısını almaq cəhdi deməkdir. Lakin cəhd uğursuz oldu, çünki bazar şəraitində “qara siyahı”nın saxlanılması çox baha başa gəlirdi. Kommersiya marağı, müəssisələrin rəhbərlərinin daha çox pul qazanmağa meylləri ilə bağlı şərait “qara siyahı”ya düşmüş insanlara başqa iş imkanı yaradaraq və adamlara onları işə götürmək üçün stimul verərək onların azadlığını qorumuş oldu...

“Kapitalizm və azadlıq” kitabından.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft