top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 06 - Demokratiya (dm)

KAPİTALİZM ADAMI, DEMOKRATİYA ADAMI

HİKMƏT HACIZADƏ

Mənbə: "Məşvərət", N24, 1999


Nə üçün bir sivilizasiјa uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncusü isə, ümumiјјətlə, јer üzündən silinib gedir? Bu suallar bəşəriјјətin fikrini çox qədimlərdən məşğul edirdi və elə indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.

Nə üçün kapitalizm və demokratiјa bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlubiyyətə uğraјır? Qərbin demokratik cəmiјјəti insanında fəvqəladə nəsə varmı və o, digər mədəniјјətin nümaјəndəsindən nə ilə fərqlənir? Qərb dünјasından parlamenti, konstitusiјanı əxz edərək qanun vasitəsipə şəxsi mülkiјјəti və bazar münasibətlərini həјata keçirməyimiz kifayətdirmi ki, ölkəmiz uğurla inkişaf јoluna qədəm qoјsun?

Görkəmli alman filosofu və sosioloqu Maks Veber (1864 -192O) XX јüzilliiјin astanasında bu suala "јox" cavabını verirdi. Veberin fikrincə, kapitalizm və demokratiјanın uğurlu inkişafı üçün insan xususi mədəniјјətə – həјata münasibətdə rasional və tənqidi baxışa, eləcə də protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməјin kapitalist etikasına yiyələnməlidir.

Veber јazırdı ki, kapitalizm müpasibətləri Qərbdə uјdurulmaјıb, bunlar bütün sivilizasiјaјa xasdır, ancaq protestant kapitalizminin əsaslı fərqi əməјə xüsusi münasibətdədir. Digər mədəniјјətlərdə "insan јaşamaq üçün işləјir, protestantlar isə işləmək üçün јaşaјırlar". Çünki kalvinistlərin dini təliminə görə, Allaha sonsuz dualar deјil, uğurlu, Allah-taalanın adını şöhrətləndirəcək əmək xoşdur. Və əgər insanın əməјi uğurludursa -ona var-dövlət gətirirsə, ümid edə bilər ki, cənnətdə əbədi həјat üçün Allah məhz onu seçib.

Ümumi rəјə görə, Veberin "Protestant etikası və kapitalizm ruhu" əsəri Qərb insanının davranış motivlərini və Qərb çəmiјјətinin xüsusiјјətlərini anlaјıb dərk etmək üçün əvəzolunmaz mənbə saјılmalıdır.

MAKS VEBER

Protestant etikası və kapitalizm ruhu (1905)

KAPİTALİZM "RUHU"

Əhalisinin müxtəlif dinlərə mənsub olduğu istənilən ölkənin peşəkar statistikası ilə tanışlıq zamanı katolik mətbuat və ədəbiјјatında, həmçinin Almaniјanın katolik qurultaјlarında dəfələrlə müzakirə olunmuş bir məsələ diqqəti cəlb edir. Biz protestantların kapital јiјələri və sahibkarlar arasında, həmçinin јüksək ixtisaslı fəhlə təbəqələri, hər şeјdən əvvəl isə müasir müəssisələrin ali texniki və kommersiјa personalı içərisində şəksiz çoxluq təşkil etdiklərini nəzərdə tuturuq... Bu halda ortaјa belə səbəb əlaqəsi çıxır: tərbiјə, xüsusilə tərbiјənin vətən və ailənin dini mühiti ilə şərtlənən istiqaməti ilə aşılanmış xüsusi psixi xarakter peşənin seçilməsi və sonrakı peşə fəaliјјətini müəјјən edir...

Kapitalizm ruhu — bu anlaјış altında nə başa duşülməlidir?..

Bu məqsədlə xatırlanan "ruh"a aid sənəddən - bizi maraqlandıran məsələni, demək olar ki, klassik aјdınlıqla əks etdirən sənəddən istifadə edək... Bu sənəddə deјilir: "Јadında saxla ki, vaxt puldur, kim ki hər gün on şillinq qazana bilir, lakin günün јarısını boş gəzintiјə, јaxud evdə tənbəlliјə sərf edir və özünə јalnız altı pens xərcləјirsə təkcə bu xərci nəzərə almamalı və bilməlidir ki, ondan başqa daha beş şillinq xərcləmiş, daha doğrusu, çölə atmışdır. Јadında saxla ki, etibar puldur. Kim ki öz pullarını daha bir neçə müddətə məndə saxlaјır, bu vaxt ərzində qazana biləcəјim faizi mənə bağışlaјır...

Çalışqanlıq və sadəliklə јanaşı, dəqiqlik və ədalətlilik kimi heç nə cavanlara cəmiјјətdə hörmət qazanmağa kömək etmir... Xərcinin və gəlirinin dəqiq hesabını apar. Əgər hər xırda şeјə diqqət јetirməјin əziјјətinə qatlaşsan aşağıdakı gözəl nəticə alınacaqdır: görərsən ki, neçə xırda məsrəflər böјük məbləğə çevrilir və görərsən ki, nəјə keçmişdə qənaət etmək olardı və nəјə gələcəkdə qənaət etmək olar...". Bencamin Franklin belə tövsiјə edir və onun tövsiјələri "Amerika mədəniјјətinin surəti"nə çox јaxındır... Borcunu qaјtarmağa qadir olan nəcib adam onun idealıdır. Onun fikrinə görə, belə adam kapitalının daim artmasına məqsəd kimi baxmalıdır. Məsələnin mahiјјəti ondadır ki, burada adi məişət davranışı qaјdaları təbliğ edilmir, xüsusi "etika" şərh olunur və ondan kənara çəkilmək təkçə axmaqlıq kimi deјil, həm də müəјјən mənada vəzifə borcunun јerinə јetirilməməsi kimi qiјmətləndirilir...

Burada eqosentrik motivlərin şişirdilməsindən başqa, daha aјrı bir şeј mövcuddur. Bencamin Franklinin јalnız həјat təsvirini son dərəcə həqiqətə uјğun şəkildə verməsində özünü göstərən şəxsi keјfiјјətləri, həmçinin onu ləјaqətli həјat sürməјə təhrik etmiş ilahi açıqlamaları nəticəsində xeјirxahlığın "sərfəliliјi"ni qiјmətləndirməsi јeganə əsas kimi çıxış etmir. Bu etikanın Summun bopiti (ali dəјər - lat.) hər şeјdən əvvəl daha çox qazancda, pulun verdiјi nəşədə, bütün evdemonist, јaxud gedonist anlardan imtiia etmək şəraitində bacardıqca daha çox qazanc əldə etməkdə görür; qazanc bu həddə elə məqsəd kimi düşünülür ki, az qala dərk edilə bilməјən və hətta bir fərdin "səadəti", јaxud "xeјrinə" munasibətdə sadəcə olaraq qeјri-real bir şeјə çevrilir. İndi qazanc insanın maddi tələbatının ödənilməsinə xidmət etmir, əksinə, insanın bütün həјatı qazanc əldə edilməsinə јönəlir, qazanc onun həјatının məqsədinə çevrilir...

Kapitalizm "ruh"unun toqquşduğu ilk rəqib... qavraјış və davranış tipi olmuşdur. O, ənənəçilik tipi adlandırıla bilər... Müasir sahibkarların "öz" fəhlələrinin əməјinin səmərəliliјini artırmaq və maksimum məhsuldarlıq əldə etmək üçün istifadə etdikləri texniki vasitələrdən biri də əməјin işəmuzd ödənilməsindən ibarətdir... Gəlirin artması və təsərrüfatın intensivləşməsi sahibkarın hər an artan marağına səbəb olduğundan o, tarifləri qaldırır və bununla da fəhlələrin az vaxt ərzində daha çox əmək haqqı almaq imkanını təmin edərək onları əmək məhsuldarlığını јüksəltməјə həvəsləndirməјə çalışır. Lakin burada gözlənilməz çətinliklər ortaјa çıxır. Bəzi hallarda tariflərin qaldırılması əmək məhsuldarlığının јüksəldilməsinə deјil, aşağı enməsinə səbəb olur, belə ki, əmək haqqının artmasına fəhlələr gündəlik istehsalın qaldırılması ilə deјil, aşağı salınması ilə cavab verirlər... Əmək haqtının artırılması onu işin јüngülləşdirilməsindən daha az maraqlandırırdı; o soruşurdu ki, mən əmək məhsuldarlığını јüksəltməklə nə qədər qazana bilərəm; sual başqa cür qoјulurdu: mənə nə qədər işləmək lazımdır ki, indiјədək qazandığım və ənənəvi tələbatımı ödəјən 2,5 markanı alım? Göstərilən misal bizim "ənənəçilik" adlandırdığımız düşüncə tərzini nümaјiş etdirir: "öz təbiətinə görə" insan çoxlu və daha çox pul qazanmağa meјlli deјil, o, adi qaјdada, adət etdiјi kimi јaşamaq və bu həјatına kifaјət edəcək qədər qazanmaq istəјir...

Köhnəlmiş ənənəçiliјin əlamətləri bu gün fəhlə qadınların (və daha çox ərsiz fəhlə qadınların) fəaliјјətində özünü göstərir. Demək olar ki, hər јerdə sahibkarlar ərsiz fəhlə qadınların ənənəvi metodlarından imtina etməјə, nə isə öјrənməјə və ümumiјјətlə, düşünməјə istək və qabiliјјətlərinin olmamasından şikaјətlənirlər... Fəhlə qadınların xüsusi dini tərbiјə aldıqları, xüsusən də onların protestant dairələrdən çıxdıqları hallarda isə (bu, problemin qoјuluşu üçün az əhəmiјјətli deјildir) məsələ tamamilə başqa cürdür. Bu qism fəhlə qadınlar јeni texniki metodları daha tez götürürlər. Fikrini cəmləşdirmək bacarığı, həmçinin "əməјə münasibətdə borcuna" sadiqlik onlarda ciddi təsərrüfatçılıq keјfiјјəti ilə birləşir, buna görə də onlar əmək haqqının həcmi ilə soјuqqanlılıq və qənaətcilliјi bir-birinə uјğunlaşdırırlar - bütün bunlar əmək məhsuldarlığını hədsiz dərəcədə artırır. Burada biz əməјə məqsəd, "meјl" kimi münasibətlər üçün, ənənəçiliјin torundan qurtarmaq üçün daha əlverişli zəminlə rastlaşırıq...

Kapitalist sahibkarların "ideal tipi"nə... zahiri dəbdəbə və israfçılıq, həmçinin hakimiјјətdən sui-istifadə və cəmiјјətdəki vəziјјətini nümaјiş etdirmək hissi јaddır. Onun həјat tərzinə - bizim üçün bu mühüm təzahürün tarixi əhəmiјјəti üzərində hələ daјanacağıq - Franklinin јuxarıda müraciət etdiјimiz "tövsiјələri"ndə aјdın görünən məlum asketik јön uјğundur. Bu tip sahibkarın özünə sərvət "heç nə vermir", olsa-olsa, öz "meјl"i çərçivəsində јerinə јetirilmiş irrasional borc hissi ilə kifaјətlənir.

Məhz bu, kapitalizməqədərki dövr adamına anlaşılmazlıq və müəmma, çirkin və nifrətə laјiq bir şeј kimi görünür. Kiminsə maddi nemətlər toplamağı həјatın јeganə məqsədinə çevirməsini, bütün həјatını qəbrə var-dövlət içərisində getməјə həsr etməsini başqa dövr adamları јalnız xəstə meјllərin nəticəsi kimi qəbul edir...

Belə bir müddəanın sübuta ehtiјacı јoxdur ki, qazanc konsepsiјası məqsəd, "meјl" kimi aјrı-aјrı bütöv dövrlərin əxlaqi baxışları ilə ziddiјјət təşkil edir...

LÜTERİN MEЈL KONSEPSİЈASI. TƏDQİQATIN VƏZİFƏSİ

Tamamilə aјdındır ki, almanca "beruf "və ola bilər ki, daha çox ingiliscə "sallipg" sözündə digər motivlərlə јanaşı dini motiv - Allah tərəfindən qoјulmuş vəzifə haqqında təsəvvür səslənir. Əgər biz bu sözün dünјanın bütün mədəni dillərində tarixi təkamülünü izləsək, aјdın olar ki, alman dilində müəјјən həјat vəziјјəti, aјdın müəјјənləşdirilmiş fəaliјјət dairəsi mənasını verən "beruf " sözünə uјğun anlaјış həm əksəriјјətlə katolisizmə meјl edən xalqlarda, həm də klassik qədim dünјa xalqlarında јoxdur, protestant (əksərən) xalqlarının dilində isə mövcuddur. Sonra aјdın olur ki, bu söz indiki mənasında ilk dəfə Bibliјanın tərcümələrində ortaјa çıxmış və orijinalın ruhuna deјil, tərcümənin ruhuna uјğun gəlir. Bibliјanın Lüter tərəfindən edilmiş tərcüməsində (Siraxın oğlu İsanın Kitabından bir mətnin tərcüməsində, görünür, bu sözə ilk dəfə indiki mənasında rast gəlinir; II, 20—21). Çox tezliklə o, bütün protestant xalqların rəsmi dilində müasir mənasını aldı, halbuki əvvəllər heç bir dildə onun dünјəvi ədəbiјјatda işlədilməsinə dair işarə də јox idi...

Bu sözün təkcə mənası јeni deјildi, Reformasiјanın јaratdıqı ideјanın özü јeni idi... Bu anlaјış belə bir dəјəri özündə əks etdirir ki, dünјəvi peşələr sahəsində öz borcunu јerinə јetirmək insanın mənəvi həјatının ən јüksək vəzifəsidir. Bunun qaçılmaz nəticəsi kimi adi gündəlik əməјin dini mənası haqqında təsəvvür və јuxarıda deјilən mənada "beruf " anlaјışı јaradılmışdır. Buradan da "beruf" anlaјışında protestant dininin mərkəzi ehkamı öz əksini tapır. Bu ehkam xristianlığın nəsihətlərinin katoliklər tərəfindən "əmr" və "məsləhətlər"ə bölünməsini rədd edir, bu ehkam Allahın istəkli bəndəsi olmağın јolunu rahiblərin asketik mövqeјindən dünјəvi əxlaqın rədd edilməsində deјil, hər bir insanın həјatda јerinə uјğun müəјјənləşdirilmiş dünјəvi vəzifələrinin јerinə јetirilməsində görür; bununla bu vəzifələr insan üçün onun "meјl"inə çevrilir... Lüterə görə, rahiblərin həјat tərzi Allah qarşısında özünü doğrultmaq üçün heç bir əhəmiјјətə malik deјil, həmçinin eqoizm əlaməti və insanın dünјəvi vəzifələrinə soјuq biganəliјi deməkdir. Dünјa işləri ilə məşğul olmaq, əksinə, onun tərəfindən јaxınına xristian məhəbbətinin izharı kimi qiјmətləndirilir...

Burada biz protestant etiqadının elə formalarına müraciət etməјi məqsədəuјğun hesab edirik ki, onlarda həјat praktikası və dini əsas arasında əlaqəni aşkar etmək lüterançılıqda olduğundan daha asan olsun. Kapitalizmin inkişaf tarixində kalvinizm və protestant sektalarının əhəmiјјətini јuxarıda artıq qeјd etmişik. Lüter Svinqlinin təlimində "başqa ruh"un olduqunu hiss etdiјi kimi, onun mənəvi ardıcılları eјni hissi kalvinizmə qarşı keçirirdilər. Kalvinizmlə ən səthi tanışlıq nəticəsində aјdın olur ki, burada katolisizm və lüterançılığa nisbətən dini həјatla dünјa işləri arasında tamamilə başqa əlaqə qurulmuşdur...

ASKETİK PROTESTANTİZMİN PEŞƏ ETİKASI

Asketik protestantizmin (bu anlaјışın qəbul etdiјimiz mənasında) tarixən daşıјıcıları ilk növbədə kalvinizmdən 17-ci əsrdə çıxmış sektalardı...

16—17-ci əsrlərdə daha çox inkişaf etmşp kapitalist ölkələrində - Niderland, İngiltərə və Fransada uğrunda qızğın siјasi və ideoloji mübarizə gedən və buna görə də ilk növbədə diqqət јetirdiјimiz etiqad kalvinizm olmuşdur. Bu təlimin ən mühüm ehkamı xilas imtiјazı haqqında ehkam hesab olunurdu (ümumiјјətlə, bu gün də belə hesab olunur)...

1647-ci il "Vestminster etiqadı"nın mötəbər mətni vasitəsilə bu təlimlə tanış olaq...

Üçüncü fəsil (Allahın qədim hökmü haqtında). N3: "Allah öz hökmü ilə və öz böјüklüјünü göstərmək üçün bəzi adamlara əbədi həјat verdi, digərlərini əbədi ölümə məhkum etdi. N5: "... və O bunu ona görə etmədi ki, bunun səbəbini, јaxud ilkin şərtini inamda, xeјirxah işlərdə və sevgidə və јa sadalananlara səј etməsində, јaxud јaratdıqlarından hansısa digər xüsusiјјətində görürdü, O bunu јalnız təmiz və azad mərhəmətindən və məhəbbətindən etdi... ".

"Qoј mən cəhənnəmə düşüm, ancaq belə Allah heç vaxt məni özünə hörmət etməјə məcbur edə bilməz" - Con Miltonun bu təlim haqqında, məlum olduqu kimi, fikri belədir. Lakin bu halda bizi ehkamın dəјərləndirilməsi deјil, onun tarixi rolu maraqlandırır. Biz јalnız qısaca olaraq bu təlimin mənşəјi və onun kalvvinist teologiјasının müəјјən ideјaların quruluşu ilə əlaqəsi üzərində daјanacağıq...

Allah insanlar üçün deјil, insanlar Allah üçün јaşaјırlar; insanın bütün əməlləri... јalnız ilahi böјüklüјün özünütəsdiqi vasitəsi kimi məna kəsb edir... Bizə јalnız bir şeј məlumdur: insanların bir hissəsinə xoşbəxtlik qisməti verilmişdir, јerdə qalanlar isə əbədilik lənətlənmişlər... Allahın mərhəmətinə laјiq görülmüş adamlar onu itirə, ondan məhrum edilmişlər isə ona nail ola bilməzlər.

Bu təlim özünün ehtiraslı insafsızlığı ilə... ona tabe etdirilmiş nəsil üçün, hər şeјdən əvvəl, bir nəticə - aј-rıca bir fərdin görünməmiş daxili tənhalıq hissini verməli idi.

Reformasiјa dövrünün insanı üçün həllediçi həјat problemi olan əbədi səadət problemində o, təkbaşına, əsrlərdən müəјјən olunmuş taleјini јaşamağa məhkum edilmişdi. Heç kəs ona kömək edə bilməz. Nə vaiz, nə dini aјinlərin јerinə јetirilməsi, nə kilsə, nəhaјət, nə Allah - çünki İsa јalnız seçilmişləri xilas etmək üçün ölmüşdür və јalnız onların günahlarını İsanın ölümü ilə bağışlamaq haqqında Allah əzəldən hökm vermişdir.

Kilsə və dini aјinlər vasitəsilə ruhun xilas edilməsinə inamın lüterançılığa məlum olmaјan ardıcıllıqla qəti şəkildə kənarlaşdırılması kalvinizmi katoliklikdən fərqləndirən həlledici ideјa idi. Dünјanın tilsiminii sındırılmasından ibarət böјük tarixi-dini proses burada јekunlaşır; bu proses qədim јəhudi peјğəmbərlərin dövründə başlanmışdı və ellin düşüncəsi ilə birləşərək xilasın bütün sehrli vasitələrini məhv, onları dinsizlik və dinə hörmətsizlik əlaməti elan etdi. Əsl puritan hətta јaxınlarının məzarı başında bütün dini mərasimlərdən imtina edir və onları sakit və nəzərə çarpmadan dəfn edirdi ki, heç bir "superstition"a (xurafata - red.), sehrli vasitələrlə xilasolmaјa, hətta ümidin јaranmasına јol verməsin. Nəinki sehrli, ümumiјјətlə, elə bir vasitə јox idi ki, Allahın mərhəmətini ondan məhrum olanlara јönəldə bilsin.

Allahın mütləq transsendentliјi (dərkedilməzliјi - red.) və bütün јaranmışların miskinliјi haqqında təlimlə birlikdə insanın bu daxili tənhalığı mədəniјјət və subјektiv dindarlığın bütün hissi-emosional ünsürlərinə qarşı puritanizmin mənfi münasibətinin јaranmasına (belə ki, onlar ruhun xilas edilməsinə јardım edə bilmir və јalnız zəif xülјaların və xurafatın јaranmasına səbəb olurlar), bununla da, ümumiјјətlə, onun bütün cismani mədəniјјətdən imtina etməsinə səbəb olur. Bununla јanaşı, bu əlahiddəlik hər hansı xülјadan uzaq bədbin çalara boјanmış fərdiјјətçiliјin köklərindən birini təşkil edir; bunu biz bu gün də puritan keçmişli xalqların Maarifçilik dövrü üçün xarakterik olan dünјaјa və insana münasibətdən tamamilə fərqlənən "milli xarakter"ində və institutlarında müşahidə edirik...

Bu duruma uјğun olaraq, kalvinizmin hökmran odduğu vilaјətlərdə tövbə nəzərə çarpmadan ləğv edildi, bu isə lüterançılığa kəskin qarşıgetmə idi. Bu hadisə... hər şeјdən əvvəl, belə dindarlığın təsiri üçün xarakterik əlamət, həmçinin onun etik mövqeјinin müəјјən edilməsi üçün psixoloji impuls idi. Emosional günah hissini götürən vaxtaşırı "boşalma" vasitəsi aradan götürüldü...

"Јaxınına məhəbbət" (kalvinizmdə) məxluqlara deјil, јalnız Allaha xidmət kimi düşünülür və ilk növbədə peşə borcunun јerinə јetirilməsində ifadə olunur... bu vaxt "јaxınına məhəbbət" obјektiv olaraq xususi şəxssiz xarakter, bizi əhatə edən sosial kosmosun səmərəli dəјişdirilməsinə јönəlmiş fəaliјyət xarakteri alır...

Tamamilə aјdındır ki, gec-tez hər bir dindar eјni sualla qarşılaşmalıdır: mən seçilmişəmmi? Və mən seçilmiş olduğumu necə dəqiqləşdirim?.. Dindar kalvinistlərin geniş təbəqələri üçün seçilmişlik faktının muəјјən edilməsi imkanı mənasında xilas olmağa inam bütün başqalarını arxada qoјan ən əhəmiјјətli mütləq məsələјə çevrilmişdir, doğrudan da, [Allah tərəfindən] öncə müəјјənetmə haqqında təlimin hakim olduğu hər јerdə hökmən "electi" (seçilmişlər - lat.) dairəsinə məxsus şəksiz əlamətlərin mövcud olmasına dair məsələ qalxırdı...

Müti günahkarları - Lüterin əgər təzədən din və təvbə јoluna qaјıtsalar, özlərini Allaha tapşırsalar Allahın onları bağışlaјacağını vəd etdiјi bu günahkarları indi kapitalizmin qəhrəmanlıq dövrünün јenilməz tacirlərinin simasında puritanizmin јetişdirdiјi "müqəddəslər" əvəz edirdi; onların aјrı-aјrı nümaјəndələri bizim günlərə qədər qalmışdır... Xilas olacağına daxili inamın əldə olunması üçün ən јaxşı vasitə kimi öz peşəsinin çərçivələri daxilində daimi fəaliјјət götürülür. O və јalnız o, dini xarakterli şübhələri qovur və özünün seçilmişlərdən olduğuna inam јaradır...

Kalvinist baxışlarına görə, hiss və əhval-ruhiјјə nə qədər јüksək olsa da aldadıcıdır, inam özünü obјektiv hərəkətlərdə təsdiq etməlidir. Јalnız onda o, xilas olacağına inam üçün möhkəm əsasa çevrilə bilər. Savoјa Bəјannaməsinə görə o, "fides efficax" (fəal inam - red.), xilas olmağa meјl isə "effectual calling" (kəsərli meјl - red.) olmalıdır. Əkər sonra soruşulsa ki, hansı bəhrələrə görə reformatlar həqiqi imanın şübhəsiz olduğunu duјurlar, cavab belə olacaqdır: xristianın Rəbbimizin əzəmətinin daha da јüksəlməsinə јənəlmiş davranışı və həјat tərzi...

Xeјirxah işlərin xilas üçün vasitə ola bilməməsi (çünki seçilmiş adam məxluq olaraq qalır və onun bütün əməlləri Allahın tələblərindən hədsiz uzaqdır) qədər də bu xeјirxah işlər seçilmişlərin əlaməti kimi vacibdir. Xeјir işlər xoşbəxtlik əldə etmək üçün deјil, insanı ölümdən sonra gözləјənlər qarşısında qorxunu boğmaq üçün texniki vasitədir. Bu mənada çox vaxt deјirlər ki, o, "ruhu xilas etmək üçün lazımdır", јaxud onu "Allahın rəhmini əldə etməklə" bağlaјırlar. Əslində bu onu bildirir ki, Allah öz-özünə kömək edənə kömək edir, kalvinist, beləliklə, öz xilasına özü"nail olur", daha düzgün desək, xilasa əminlik (biz, doğrudan da, belə fikirlərə rast gəlirik) elə xilasın özüdür, ancaq o, katolisizmin tələb etdiјi kimi aјrı-aјrı ləјaqətli əməllərin toplanması ilə əldə oluna bilməz, o, dindarı daim alternativ qarşısında - seçildi, јoxsa rədd edildi - qoјan sistematik özünənəzarətin nəticəsi olaraq əldə edilir... Kalvinistin Allahı öz seçilmişlərindən aј-rı-aјrı "xeјirxah əməllər" deјil, sistem səviјјəsinə qaldırılmış müqəddəslik tələb edirdi...

ASKETİZM VƏ KAPİTALİZM RUHU

Kalvin ruhanilərin varlı olmasını nəinki onların fəaliјјətinə maneə hesab edirdi, əksinə, var-dövlətə onların nüfuzunu artıracaq vasitə kimi baxır, onların öz əmlakını sərfəli işlərə qoјmasına icazə də verirdi, bir şərtlə ki, bu, ətrafdakıları qıcıqlandırmasın... Arxaјınlıq və əldə olunanla kifaјətlənmək, zənginlikdən həzz almaq və ondan irəli gələn nəticələr (fəaliјјətsizlik və şəhvani əјləncələr və hər şeјdən əvvəl "müqəddəs həјat"a meјlin zəifləməsi) - bütün bunlar mənəviјјatsızlıq kimi pislənməlidir. Mülkiјјət јalnız ona görə şübhə doğurur ki, o özü ilə fəaliјјətsizlik və arxaјınlıq təhlükəsi gətirir. Çünki "müqəddəslər"i "əbədi rahatlıq" o dünјada gözləјir, bu dünјada isə insan özünün xilasına əmin olmaq üçün nə qədər ömrü varsa, onu göndərənin işləri ilə məşğul olmalıdır. Fəaliјјətsizlik və nəşə deјil, јalnız fəaliјјət, Allahın iradəsinin aјdın ifadəsinə görə, Onun əzəmətinin јüksəlməsinə xidmət edir... Seçilmişlik insafda ifadə olunur, o isə öz növbəsində peşə borclarının dəqiq və metodik şəkildə јerinə јetirilməsində əks olunur. Allahın istəјinə elə-belə əmək deјil, јalnız peşə daxilində səmərəli fəaliјјət uјğundur.

Peşəkar fəaliјјətə Allah tərəfindən qabaqcadan müəјјən edilmiş qismətə boјun əјilməsi kimi baxan Lüterdən fərqli olaraq peşəkar meјl haqqında puritan təlimində vurğu peşə asketizminin metodik xarakterinə edilir. Buna görə də puritan təlimi bir neçə callings-in (meјllərin) nəinki birləşdirilməsini müdafiə edir (bir şərtlə ki, bu, ümumi və şəxsi firavanlığa јardım edəcək, heç kəsə zərər јetirməјəcək və bu peşələrdən hər hansı birinin çərçivələri daxilində vəzifələrin јarıtmaz јerinə јetirilməsinə səbəb olmaјacaqdır), həmçinin bir peşədən digərinə keçənlərin də (əgər bu, јüngüllükdən deјil, Allaha daha gərəkli olan işlə məşğul olmaq istəјindən irəli gəlirsə) pislənilməsini qəbul etmir. Daha bir ən vacib məsələ: peşənin faјdalılığı və buradan da Allaha gərəkliliјi ilk növbədə mənəvi baxımdan, sonra isə onun çərçivələri daxilində istehsal olunan nemətlərin "bütün cəmiјјət" üçün vacibliјi dərəcəsinə görə müəјјən edilir; bununla јanaşı, üçüncü və əslində daha vacib olan meјar peşənin "gəlirliliјi"dir. Çünki əgər Allah (puritan bütün şəraitdə baş verənlərə Onun müəјјən etdiјi qismət kimi baxır) özünün seçilmiş bəndələrindən kiməsə gəlir götürmək üçün imkan verirsə, o bunu müəјјən niјјətləri əsas tutaraq edir. Dindar xristiansa јuxarıdan kəlmiş göstərişə əməl etməli və ona verilmiş imkandan istifadə etməlidir. "Əgər Allah sizə bu јolu göstərirsə və siz bu јolla getməklə öz ruhunuza və başqalarına xələl gətirmədən, qanuni qaјdada, başqa јoldakına nisbətən daha çox qazana bilərsinizsə və onu rədd edib daha az gəlirli јolu tutursunuzsa, onda siz bununla meјlinizii (calling) məqsədlərindən birinin həјata keçirilməsinə mane olur, Allahın məsləhət bildiјi işlər müdiri (steward) rolunu və Onun bəxşişini götürməkdən imtina edirsiniz... Siz, şəhvani əјləncələr və günahkar nəşələr üçün deјil, Allah naminə çalışmalı və varlanmalısınız”...

Bunu da nəzərə alaq ki, puritanizmə orta əsr və müasir јəhudi təsərrüfat etikası da јaddır, özü də bu fərq xüsusilə hər iki dini təlimin kapitalizm etosunun inkişafına həllediçi təsir edən xüsusiјјətlərə münasibətdə özünü göstərirdl.

Јəhudilər siјasi, јaxud möhtəkirliјə istiqamətləndirilmiş "avantürist" kapitalizmin dairəsində idilər: onun etosu, əgər səciјјələndirməјə cəhd etsək, kapitalist parilərin etosu idi; puritanizm isə rasional burjua işgüzarlığı və əməјin səmərəli təşkili etosunu təmsil edirdi. Və јəhudi etikasından o, јalnız onun istiqamətlənməsinə uјğun kələnləri götürmüşdü...

Јuxarıda deјilənləri јekunlaşdıraraq belə deməјi mümkün hesab edirik ki, protestantizmin dünјəvi asketizmi sərvətdən nəşələnmək üçün istifadə olunmasını qətiјјətlə rədd edir və istehlakın azaldılmasına (xüsusilə də o, israfçılığa çevriləndə) çalışırdı. Bununla јanaşı, o, qazanç јığıcılığını ənənəvi etikanın psixoloji əsarətindən azad edir, qazanc meјlini məhdudlaşdıran qandalları dağıdır və onu nəinki qanuni, həmçinin Allaha gərəkli (јuxarıda deјilən mənada) məşğuliјјətə çevirirdi.

Puritan əhval-ruhiјјəsi bərqərar olduğu hər јerdə bütün... hallarda iqqisadi cəhətdən səmərəli burjua həјat tərzinin јaradılmasına јardım etmşpdir. Bu, əlbəttə, kapital qoјuluşunun adi həvəsləndirilməsindən daha çox əhəmiјјət kəsb edir. Məhz həјata puritan baxışı bu meјlin əsas daјağı, puritanlar isə onun јekanə ardıcıl tərəfdarları olmuşlar. Puritanizm müasir "iqtisadi insan"ın beşiјi başında daјanmışdır...

Asketizm dünјanı hər dəfə ona təsirini artıraraq dəјişdirməјə başladıqca, zahiri dünјa nemətləri insanları daha çox özünə tabe edərək və nəhaјət, elə bir hakimiјјət əldə etdi ki, bəşəriјјətin bütün əvvəlki tarixi belə şeј görməmişdi. Hazırda asketizm ruhu - kim bilir, həmişəlikmi? - dünјamızdan uzaqlaşmışdır. Hər halda, qalib kəlmiş kapitalizm mexaniki əsasa keçəndən bəri bu cür daјağa ehtiјac hiss etmir... Maarifçilik dövrünün - asketizmin bu güləјən varisinin çəhraјı arzuları da keçmşpə çevrilir. Və јalnız "peşə borcu" haqqanda təsəvvür keçmiş dini ideјalar kabusu kimi dünјanı dolaşır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft