top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

1918-1920-ci İLLƏR AZƏRBAYCAN İCTİMAİ FİKRİNDƏ HÜQUQİ DÖVLƏT İDEYASI

MEHMAN DƏMİROV
Sankt-Peterburq Dövlət Universiteti Bakı filialının hüquq fakultəsinin dekanı

Mənbə: "Məşvərət", N1-2, 1997


Müstəqil Azərbaycan dövlətinin baniləri 1918-1920-ci illərdəki ədalətli və demokratik dövlət quruluşu axtarışlarında ikən nəinki o dövrdə cəmiyyət üçün mühüm olan, həm də bu gün aktual səslənən məsələlərə cavab verməli olmuşlar. Bu mənada demokratik dövlətdə hüququn roluna, hüquq və dövlətin əlaqəsinə, hüquqi dövlətin əsaslarına, vətəndaşların əsas hüquq və azadlıqlarının təmininə dair M. Ə. Rəsulzadənin, N. Yusifbəylinin, F. Xoyskinin, Y. V. Çəmənzəminlinin fikirlərinə müraciət etmək faydalı görünür.

Göstərilən dövrün sadalanan şəxslər tərəfindən təmsil edilən mütərəqqi siyasi-hüquqi fikri həmin dövrün mövqeyindən çıxış edərək hüquqi dövlətin əsas parametrləri üzrə səciyyəsini vermişdi. Bu baxımdan M. Ə. Rəsulzadənin səylədiyi «həqiqi demokrat üçün yalnız bütün insanlara münasibətdə ümumi olan hüquq mövcud olmalıdır»(\) fikri diqqətəlayiqdir. Aydındır ki, burada «insanlar» ifadəsi altında cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir kəs - hər bir vətəndaş, tamın, yəni dövlətin bir hissəsini təcəssüm etdirən dövlət orqanlarının hər bir vəzifəli şəxsi nəzərdə tutulur. Bu da bizə belə bir nəticə çıxarmağa imkan verir ki, M. Ə. Rəsulzadə dövlətin də hüquqa tabeliyini məcburi hesab edirdi. Məhz bu anlayış M. Ə. Rəsulzadənin dilində hamının qanuna tabe olmasını və qanun qarşısında bərabərliyini ifadə edirdi.

Y.V.Çəmənzəminli də daxili məsələlərdə dövlətin qanuna tabe olmasını, hamının qanun qarşısında bərabərliyini zəruri hesab edirdi. hüquqi quruluşun qanunlarından bəhs edərək Çəmənzəminli qeyd edirdi ki, hamı heç də hər cür qanun qarşısında deyil, yalnız qərəzsiz qanun qarşısıida bərabər olmalıdır. O hesab edirdi ki, belə qanunların ən başlıca əsasları azadlıq, bərabərlik və ədalətdir (2).

Milli Azərbaycan dövləti banilərinin fikrincə, hüququn üstünlüyünü qəbul edən və eyni zamanda onunla məhdudlaşan dövlət hakimiyyəti mədəni demokratik dövlətçilik hesab edilirdi.

N. Yusifbəyli qeyd edirdi ki, «əsas azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, yığıncaqlar, ittifaqlar və tətil azadlıqı - hər bir mədəni demokratik ölkənin əsasıdır... Hər bir kəs istədiyini yaza və deyə bilər, istədiyi yerdə yığışa bilər, bir şərtlə ki, bu, Azərbaycan xalqının müqəddəs müstəqillik hüququna qarşı yönəlməsin» (3).

Hakimiyyətlər bölgüsü prinsipi hüquqi dövlətin əsası hesab olunur. Bununla əlaqədar parlament iclasında «Deputat vəzifələri ilə dövlət qulluqunun bir araya sığmaması haqqında» qanunun müzakirəsi zamanı M.Ə.Rəsulzadə öz çıxışında demişdir: «Bu qanunun məqsədi qanunverici hakimiyyətin icraedici hakimiyyətdən ayrılmasıdır. Hüquqi dövlətin despotik dövlətdən fərqi heç də hakimiyyətin bir şəxsdən bir neçə şəxsə keçməsində deyildir. Hakimiyyət bölgüsü sistemi olmadıqda, hakimiyyət çox adamın əliidə daha çox despotik ola bilər. Hüquqi dövlətin əsası qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bölgüsüdür».(4)

Hüquqi dövlətin mövcudluqu müstəqil məhkəmənin olması ilə əlaqələndirilirdi. Dövlət və vətəndaşların qarşılıqlı məsuliyyətini real təmin edən əsas orqan kimi məhkəmənin rolu haqqında Azərbaycan müstəqilliyinin beşiyi başında duran şəxslərin çıxardığı nəticə və müddəalar müasir dövlət-hüquq həyatı üçün də əməli əhəmiyyətə malikdir. Onlar hesab edirdilər ki, belə məhkəmə heç kimdən asılı olmamalı və xalqın etimadını qazanmalı, habelə kimsə məhkəmə funksiyası mənimsəməməlidir.F. Xoyski hüquqi dövlətdə məhkəmənii roluna yüksək qiymət verərək deyir: «...yalnız o ölkə, o dövlət hüquqi hesab edilə bilər ki, orada ədalət mühakiməsinin həyata keçirilməsi üçün, həqiqətin müəyyən edilməsi üçün bütün zəruri təminatlarla təşkil edilmiş müstəqil, qərəzsiz, əhaliyə yaxın məhkəmə var. Belə məhkəmədən məhrum olan ölkə həmişə özbaşınalıq və anarxiyanın hakimiyyəti altında olur və orada hüquq qaydasından söhbət belə gedə bilmöz».(5)

Y. V.Çəmənzəminlinin fikrinçə, «məhkəmə adamlarının qulluqu həmişəlik olmalıdır və məvacib tərəfdən korluqları olmamalıdır. Çünki bunlar qulluqdan qovulmaqdan qorxub, gələcəkdə aclıq, möhtaclıq qorxusu çəksələr, işə bitərəf baxa bilməzlər. Hakimlərin heç kəsə və heç şeyə ehtiyacları olmamalıdır. Böylə olduqda rüşvətxorluq da olmaz».(6)

Azərbaycan Cümhuriyyəti çox ağır xarici və daxili şəraitdə cəmi 23 ay mövcud olmuşdur. Buna baxmayaraq, o, dövlət idarəçiliyinin ən müasir formasını tətbiq etmiş, qısa bir müddətdə demokratik respublika qurmuş, yuxarıda göstərilən müddəaların dövlət quruculuğunda tətbiq olunması istiqamətində bir sıra tədbirlər görmüşdür. Burada dövlət quruculuğu işi hüquqi əsaslarda aparılmış, hüquqi dövlətin əsas prinsipi - hakimiyyətlər bölgüsü prinsipi tətbiq edilmişdir. Azərbaycan parlamenti məhz bu prinsipi rəhbər tutaraq 25 yanvar 1919-cu il tarixli iclasında icra hakimiyyətinin qanunverici hakimiyyətdən tam ayrılmasını nəzərdə tutan «Deputat vəzifəsinin qulluq vəzifələri ilə bir araya sığmaması haqqında qanun» qəbul etmişdi.

Azərbaycan Cümhuriyyətində hakimiyyətlər bölgüsü prinsipinin tətbiqi praktikasının təhlili göstərir ki, bu qanunun tələblərinə həmin dövrün imkanları nəzərə alınmaqla dəqiq əməl edilmişdir (7).

1. «Азербайджан» qəzeti, 29 dekabr 1918-çi il.

2. Çəmənzəminli Y. V. Biz kimik və istədiyimiz nədir / Xarici siјasətimiz. Bakı, 1993, səh. 10.

3. «Азербайджан» qəzeti, 16 aprel 1919-cı il.

4. «Азербайджан» qəzeti, 26 yanvar 1919-cu il.

5. «Азербайджан» qəzeti, 18 mart 1919-cu il.

6. Çəmənzəminli Y. V. Biz kimik və istədiјimiz nədir / Xarici siјasətimiz. Bakı, 1993, səh. 18.

7. Bu barədə ətraflı məlumat üçün bax: Dəmirov M.Ə. Azərbaјcan Demokratik Respublikasının ali dövlət hakimiјјəti orqanları: təşkili və fəaliјјətinin hüquqi əsasları. Bakı, Azərnəşr, 1996.    

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft