top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

ABŞ-ın DÖVLƏT XİDMƏTİNİN TƏŞKİLİ ÜZRƏ İLK ADDIMLAR

HİKMƏT HACIZADƏ
FAR CENTRE,
Vitse-prezidenti

Mənbə: "Məşvərət", N14, 1999


İnzibati dövlət aparatının səmərəli işinin tənzimlənməsi, kadrların seçilməsi , ələlxüsus ölkədəki dövlət quruluşunun tarixi analoqları olmadıqda gənc dövlətin təşəkkülü işində ən əsas məsələlərdən biridir. Müstəqillik elan ediləndən Vətəndaş Müharibəsinə qədər ABŞ-ın dövlət aparatının işinin təşkili çox aşağı səviyyədə idi. Kadrların seçilməsi və onların fəaliyyəti üzərində nəzarətin aparılması irrasional mahiyyət daşıyırdı. Hər bir yeni prezident seçkilərdə ona yardım etmiş fəalların xidmətlərinin “əvəzini ödəmək” üçün adətən köhnə məmurların əksəriyyətini işdən çıxarıb onların yerlərini “öz” adamlarına paylayırdı. O zaman dövlət məmurlarının rotasiyası haqqındakı məfkurəni demokratik hesab edirdilər. Prezident Endrü Cekson 1829-cu ildə demişdir ki, “heç kəs başqa birisinə nisbətən rəsmi vəzifəyə özünə məxsus olandan artıq hüquqlara malik deyildir...Bütün ictimai vəzifəli şəxslərin vəzifə borcları elə sadə və aydın tərtib olunub və ya olunmalıdır ki, ağıllı adamlar onların icrasına özlərini hazırlamaq qabiliyyətində olsunlar”.

Lakin müəyyən təcrübə qazanmış köhnə dövlət məmurlarının daim və hamılıqla yeni prezidentin adamları ilə əvəzlənməsi onların qeyri-peşəkarlığına, inzibati aparatın iflicinə və korrupsiyaya gətirib çıxarırdı. Dövlət məmurlarının sayı E.Cekson dövründəki 20000 nəfərdən 19-cu əsrin sonunadək 200000 nəfərədək artdı, onların icra edəcəyi məsələlər isə daha yüksək peşəkarlıq tələb edirdi. Ştatlararası Ticarət Komissiyası və yaxud ixtisaslaşdırılmış kənd təsərrüfatı büroları kimi dövlət təsisatlarının yaradılması artıq xüsusi elmi biliklərin olmasını tələb edirdi, eyni zamanda isə prezidentlərin dövlət vəzifələrini “öz” adamlarına paylaması və dövlət aparatının siyasi məqsədlər üçün istifadəsi kimi bədnam iş təcrübəsi fəaliyyətdə idi.

Dövlət xidmət sisteminin nizamlanması tələbləri keçən əsrin 70-ci illərinin sonlarında kütləvi xarakter almışdı, lakin siyasətçilər bundan imtina edirdilər və yaxud ictimai rəylə hesablaşmamağa məcbur idilər. Və ancaq prezident Ceyms Harfild (1831-1882) vəzifə almayan tərəfdarlarından biri tərəfindən qətlə yetirildikdən sonra dövlət xidmətinin islahatına etinasızlıq qeyri-mümkün oldu.

Senator Corc Pendltonun təklif etdiyi Mülki (yəni dövləti) Xidmətin təşkili haqqındakı qanun bəzi vəzifələri (cəmi 15000-nə qədər) təsnif etdi, onları birbaşa siyasi himayədən qurtardı, məmurların işə qəbulu sistemini açıq etdi, hər kəsin “qeyri-siyasi” dövlət vəzifələrini tutmaq üçün müsabiqədə iştirak etmək hüququna zamin oldu. Qanun dövlət qulluqçuları üzərində rəhbərliyi onların siyasi əlaqələrinə görə yox, onların şəxsi keyfiyyətlərinə və xidmətlərinə əsaslanaraq həyata keçirmək üçün Mülki Xidmətə Nəzarət üzrə Komissiyanın təsis edilməsini nəzərdə tutmuşdu.

İllər keçdikcə bu qanun üzrə təsniflənmiş vəzifələrin siyahısı genişlənirdi, ABŞ-ın dövlət inzibatçılığı təkmilləşirdi və 1897-ci ildə prezident MakKinli zamanında artıq 86000 (təqribən yarısı) vəzifə bu qanunun təsir dairəsinə düşdü. 1980-ci ildən ABŞ prezidenti “siyasi vəzifələr”in ancaq 10%-nə (4000-ə yaxın) sərəncam vermək hüququndadır və hal-hazırda bütün dövlət vəzifələri Pendlton qanunuyla özülü qoyulmuş ABŞ Mülki Xidmət Sistemi ilə təmzimlənir.

Azərbaycan oxucusu Pendlton qanunuyla tanış olarkən yerlibazlıq, himayəçilik, qohumbazlıq və hakimiyyət uğrunda mübarizədə dövlət aparatından sui-istifadə kimi bizə yaxşı tanış olan zərərli çatışmazlıqlardan azad olmaq əzmini onda aşkar edəcəkdir.

PENDLTON QANUNU (1883)

Birləşmiş Ştatların Mülki Xidmətini
tənzimləyən və təkmilləşdirən qanun.

Qanuniləşsin ki, ...

Prezident Senatın məsləhəti və razılığı ilə Mülki Xidmət üzrə Komissiyaya üzv kimi ikisindən çoxu eyni partiyaya mənsub olmayan üç şəxsə təyinat verməyə səlahiyyətlidir. Və bu üç şəxs Birləşmiş Ştatların Mülki Xidməti üzrə Komissiyanı tərtib edirlər. Komissiyanın yuxarıda göstərilən üzvləri Birləşmiş Ştatlarda digər rəsmi vəzifə tuta bilməzlər.

BÖLMƏ 2. Komissiyanın yuxarıda göstərilən üzvlərinin vəzifələri :

Birincisi. Prezidentin tələbi ilə bu qanunun həyata keçirilməsi üçün zəruri olan qaydaların hazırlanmasında ona kömək etmək. Yuxarıda göstərilən qaydalar elan edildikdən sonra Birləşmiş Ştatların bu qaydalara aidiyyatı olan departament və ofislərinin bütün vəzifəli şəxsləri bu qaydaların və onlara olan ixtiyari düzəlişlərin icrasına yardım etməyə borcludur.

İkincisi. Başqaları kimi, yaxşı inzibatçılıq şərtlərinin tələblərinə görə bu qaydalar aşağıdakıları təmin və tələb etməlidir:

1. Bu qanuna uyğun olaraq hal-hazırda təsniflənmiş və yaxud gələcəkdə təsniflənəcək mülki xidmətə iddiaçıların yararlılığını müəyyənləşdirən açıq yarış imtahanları. Bu imtahanlar mahiyyətcə praktiki olmalıdır və imtahan edilən şəxsin iddiasında olduğu vəzifə öhdəliklərinin icrasına qabiliyyət və yararlılığını qərəzsiz müəyyənləşdirən fənnə mümkün olduqca yaxın münasibətdə olmalıdır.

2. Siniflər üzrə paylanmış və yaxud paylanacaq bütün ofislər, vəzifələr və iş yerləri belə imtahanlarda yarışanlar arasında ən yüksək nəticələr qazanmış iddiaçılar tərəfindən tutulmalıdır.

3. Vaşinqtonda departamentlərə yuxarıda adı çəkilən Mülki Xidmətdə təyinatlar əhalinin sonuncu siyahıyaalınmasıyla müəyyənləşmiş sayına uyğun surətdə müxtəlif Ştatlar, Ərazilər və Kolumbiya mahalı arasında paylanmalıdır.

4. Hər son təyinatdan və ya işə qəbuldan əvvəl sınaq müddəti olmalıdır.

5. Dövlət xidmətində olan heç kəs hər hansı siyasi fonda ianə etməməli və ya siyasi xidmət göstərməməlidir və bundan imtina etdiyi üçün o vəzifəsindən azad edilməyəcək və hər hansı bir üsulla təqib edilməyəcək.

6. Yuxarıda adı çəkilən Xidmətdə olan heç kəsin hər hansı adamın və ya təşkilatın siyasi fəaliyyətinə müdaxilə etmək üçün öz rəsmi səlahiyyətlərindən və ya nüfuzundan istifadə etmək hüququ yoxdur.

7. Əgər təyinatlara uyğun olan adamlar öz aralarında rəqabət aparmayacaqlarsa komissiya uyğun hallarda rəqabətsiz imtahanlar da keçirəcək. Bu halda belə müsabiqələrin keçirilməsi üzrə Komissiyanın təyin etdiyi qaydalar da vakansiya haqqındakı elana daxil edilməlidir.

Üçüncüsü. Yuxarıda göstərilən Komissiya Prezident tərəfindən təyin edilə bilən qaydalara müvafiq olaraq normaları təyin etməlidir və belə imtahanların gedişatına nəzarət etməlidir.

BÖLMƏ 3. Komissiya Vaşinqtonda və imtahanlar keçiriləcək Ştatların və Ərazilərin hər birinin bir və yaxud daha çox yerlərində bu Ştat və Ərazilərin dövlət məmurlarından üç nəfərdən az olmayan sayda kifayət qədər şəxs seçməlidir ki, həmin adamların xidmət etdikləri şöbə və yaxud ofisin rəhbəri ilə məsləhətləşdikdən sonra onları imtahan komissiyalarına üzv etsin.

BÖLMƏ 6. Bu qanun qəbul edildikdən altmış gün sonra Maliyyə Naziri (yenidən baxılmış Nizamnamələrin 163-cü Bəndində mövcud olan məmurların təsnifatına ən çox uyğun olan) vergi müfəttişləri, hərbi-dəniz komandirləri, gömrük xidməti və ya qiymətləndiricilər tərəfindən işə götürülmüş müxtəlif məmur və şəxsləri həmin məmurların ümumi sayı əlliyə bərabər olan gömrük dairəsində təsnifləşdirməlidir. Və sonra vaxtaşırı olaraq Prezidentin göstərişi ilə Maliyyə Naziri gömrük dairələrinin hər birində belə təsnifləşdirmələri aparmalıdır.

BÖLMƏ 7. Bu qanunun qəbulundan altı ay sonra heç bir vəzifəli şəxs imtahansız və ya imtahanlardan azad olmaq haqda xüsusi göstəriş olmadan təyinat almamalı və ya dərəcəsi yüksəldilməməlidir.

Lakin burada göstərilənlərin heç birinnə yuxarıda göstərilən statusların 1758-ci bölməsi ilə Prezidentə həvalə olunmuş bu qanuna zidd olmayan səlahiyyətlərin məhdudlaşdırılması kimi baxılmamalıdır.

Hakimiyyətin icra qanadına məxsus olmayan vəzifəli şəxs və yaxud fəhlə kimi işə götürülmüş heç kəs təsnnifləşdirməyə məruz qalmır.

Senatda təsdiq ediləcək heç kəs Senatın xüsusi göstərişi olmadan təsnifləşdirilmir və imtahan vermir.

BÖLMƏ 8. Bir qayda olaraq böyük miqdarda məstedici içkilər istemal edən adam bu qanunun təsir dairəsinə aid olan dövlət xidmətinə təyin olunmamalıdır və yaxud dövlət xidmətində saxlanılmamalıdır.

BÖLMƏ 9. Əgər bir ailənin bu qanuna aid olan dövlət vəzifələrində iki və daha çox üzvü işləyirsə, ailənin hər hansı digər üzvü dövlət xidmətinə təyin oluna bilməz.

BÖLMƏ 10. İmtahan komissiyasının üzvləri Senatorlardan və Konqresin üzvlərindən iddiaçının şəxsi keyfiyyətlərinə aid olan tövsiyələrdən başqa iddiaçının işə qəbulu ilə əlaqədar başqa heç bir xahişi qəbul etməməlidirlər.

BÖLMƏ 11. Birləşmiş Ştatların hakimiyyətinin hər hansı qanadından olan dövlət məmurlarından heç kəs hər hansı bir dövlət məmurundan və ya Birləşmiş Ştatların Xəzinəsindən əmək haqqı və yaxud mükafat alan hər hansı bir şəxsdən siyasi məqsədlər üzrə hansısa mükafatı, ianəni və ya hədiyyəni birbaşa və ya dolayı yolla almamalıdır və yaxud almağa səy göstərməməlidir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft