top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

HÖKUMƏT: O HECƏ FƏALİYYƏT GÖSTƏRİR?

ABİL BAYRAMOV
Xəzər Universitetinin müəllimi

Mənbə: "Məşvərət", N23, 1999


Dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edən orqanlar sırasında hökumətin xüsusi çəkisi var. Ümumi qəbul edilmiş anlayışa görə, hökumət ölkədə icra və sərəncam fəaliyyətinə rəhbərliyi həyata keçirən kollegial orqandır.(Lakin prezidentli respublikalara və bəzi dualist monarxiyalara tətbiq edildikdə bu anlayışla mövcud fakt arasında müəyyən uyğunsuzluq yaranır. Beləki, bu ölkələrdə ümumi səlahiyyətli administrasiyaya kollegial orqan deyil,prezident və ya monarx təkbaşına rəhbərlik edir. Məsələn, ABŞ-da nazirlərin hamısı yalnız prezidentə tabedir, onları birləşdirən Kabinet isə qərar qəbuletmir və yalnız müzakirələr aparır. Ümumi səlahiyyətli mərkəzi icra hakimiyyətinin qərarlarını yalnız prezident qəbul edir).

Siyasi tərkibindən asılı olaraq, hökumət birpartiyalı, koalisyon və partiyasızolur. Parlamentli və ya qarışıq idarəçilik formalı demokratik ölkələrdəbirpartiyalı hökumət o zaman formalaşdırılır ki, siyasi partiyalardan biriseçkilər nəticəsində parlamentdə və ya onun aşağı palatasında yerlərin çoxunuəldə edir. Böyük Britaniyada adətən belə olur. Hökumətin olduğu prezidentlirespublikalarda prezident hökuməti, bir qayda olaraq, öz partiyasınınnümayəndələrindən formalaşdırır, bəzən isə bu və ya digər siyasi məqsədləonun tərkibinə başqa partiyalardan olanları da daxil edir.

Bir qayda olaraq, parlamentli və qarışıq idarəçilik formalı ölkələrdəkoalisyon hökumət yaradılır. Bu o zaman baş verir ki, seçkilər nəticəsində partiyalardan heç biri parlamentdə birpartiyalı hökumət formalaşdırmağa kifayət edəcək qədər çoxluq qazana bilmir. Başqa sözlə, koalisyon hökumət partiyalararasında ümumi hökumət proqramı haqqında razılığın nəticəsidir. Almaniya, İtaliya, Türkiyə kimi ölkələrdə adətən koalisyon hökumətlər formalaşdırılır.

Həhayət, partiyasız hökumətlər partiyaların koalisyon hökumətin təşkili barədə razılığa gələ bilməməsi və parlamentin buraxılmasının arzuolunmaz olduğu hallarda yaradılır. Belə hökumət mütəxəssislərdən ibarət olur, onlarınsiyasi mənsubiyyəti isə heç bir əhəmiyyət daşımır. Belə hökumətlərin mövcudluq müddəti əksər hallarda böyük deyil. Partiyasız hökumət cari işləri hökumətipartiya əsasında formalaşdırmağa nail olunan müddətə qədər aparır.

İdarəçilik formasından və parlamentin hökumətin formalaşdırılmasında iştirak dərəcəsindən asılı olaraq hökumətin təşkilinin iki iki əsas formal prosedur modelini fərqləndirmək olar: parlament və parlamentdənkənar.

Parlament modeli hökumətin parlament seçkilərinin nəticələri əsasında təşkilini nəzərdə tutur. Bu, parlamentli respublikalar, monarxiyalar və əksər qarışıq respublikalar üçün səciyyəvidir. Ümumi qayda üzrə, dövlət başçısı hökumətin başçısını təyin edir. Mandat alan hökumət başçısı hökumətin tərkibini formalaşdırır və onu fəaliyyət proqramı ilə birlikdə parlamentin (məsələn, Böyük Britaniyada İcmalar Palatasının, İtaliyada hər iki palatanın)təsdiqinə verir. Bəzi ölkələrdə (məsələn, Bolqarıstanda) parlamentə yalnız hökumətin başçısı təqdim olunur. O, təsdiq olunduqdan sonra hökuməti formalaşdırır və onu təyinat üçün dövlət başçısına təqdim edir. AlmaniyadaBundestaq federal kansleri federal prezidentin təklifi ilə seçməlidir. Bumümkün olmadıqda Bundestaq belə seçimi öz mülahizələrinə əsasən apara bilər.İsveçdə hökumətin başçısı Kral yox, Riksdaqın talmanı tərəfindən təyin edilir.

Mərkəzi icra hakimiyyətinin formalaşdırılmasının parlamentdənkənar modeliprezidentli respublikalar, dualist monarxiyalar və bəzi qarışıq respublikalarüçün səciyyəvidir. Məsələn, Kolumbiya Konstitusiyasının 189-cu maddəsinəəsasən, respublika prezidenti dövlət və hökumət başçısı kimi Kabinetinnazirlərini və inzibati departamentlərin direktorlarını sərbəst təyin edirvə dəyişir.

Bəzi prezidentli respublikalarda parlament mərkəzi icra hakimiyyətinin formalaşdırılmasında müəyyən formada iştirak edir. Belə ki, ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, prezidentSenatın məsləhəti və razılığı ilə vəzifələrə təyinat aparır.

Müxtəlif ölkələrdə hökumət üzvlərinə münasibətdə işlədilən eyniadlı terminlərinməna yükləri bir çox hallarda fərqlidir. Məsələn, Yunanıstanda “dövlət katibi”termini nazirin birinci müavininə münasibətdə işlədilir. ABŞ-da isə “dövlətkatibi” termini xarici işlər naziri vəzifəsini bildirir. Bu termindən Böyük Britaniyada da istifadə edilir. Burada “böyük nazirlər” adlanan Kabinet üzvləri belə adlanır.

“Dövlət naziri” termini də müxtəlif mə`nalarda işlədilir. Bir sıra ölkələrdə bu adı daşıyan vəzifəli şəxslər hökumətin tərkibinə daxildir. Norveçdə hökumətin başçısını, Yaponiyada Kabinetin hər bir üzvünü, Böyük Britaniyada nazirin (dövlət katibinin) birinci müavinini “dövlət naziri” adlandırırlar. Fransada,Macarıstanda, Portuqaliyada dövlət nazirləri hökumət başçısının müavinlərikimi çıxış edirlər.

Avstriyada, Böyük Britaniyada hökumətin tərkibinə üzərlərinə parlament qurumları ilə əlaqə saxlamaq vəzifəsi qoyulan parlament katibləri dədaxil edilib.

Ənənələrə sadiq qalan Böyük Britaniya kimi bəzi ölkələrdə ayrı-ayrı hökumət üzvlərinin orta əsr adları saxlanır. Xəzinə kansleri (maliyyə naziri),lord kansler (məhkəmə hakimiyyətinin başçısı) kimi adlar bu qəbildəndir. Hökumət başçısının adı müxtəlifdir, lakin əksər ölkələrdə o, baş nazir (birinci nazir - fransız sözü olan “rremier” birinci deməkdir) adlanır.Bir çox hallarda hökumət başçısını Nazirlər Sovetinin sədri (məsələn, İtaliyada) və ya hökumətin sədri (məsələn, İspaniyada, Çexiyada)adlandırırlar. Bəzi ölkələrdə (məsələn, Bolqarıstanda) hökumət başçısınazir-sədr, alman torpaqlarında nazir-prezident adlanır. Özünəməxsus adlara da rast gəlinir: məsələn, Almaniya və Avstriyada federal kansler.

Bir sıra ölkələrdə hökumətin başçısı bəzən daha nüfuzlu idarələrə rəhbərlik edən nazirlərin özünəməxsus daimi müşavirəsini təşkil edir. Böyük Britaniyadao, ABŞ prezidenti yanında “mətbəx kabineti”nə oxşar olan daxili kabinetadını alıb.

Hökumət, daha dəqiq desək, onun başçısı yanında xüsusi aparatın yaradılmasımeyli son onilliklər ərzində daha çox müşahidə edilməkdədir. Bu aparatınbaşçısı kifayət qədər nüfuzlu şəxsdir və bir sıra hallarda nazir statusuna malikdir. Böyük Britaniyada baş nazirin katibliyi və Kabinetin katibliyi kimiqurumlar get-gedə daha mühüm əhəmiyyət kəsb etməkdədir. Fransada baş nazirin yanında mülki və hərbi kabinet fəaliyyət göstərir, mülki kabinetin tərkibinə daxil olan baş nazirin baş katibliyi isə idarələrin fəaliyyətini əlaqələndirir, hökumət sənədlərini hazırlayır və onların icrasına nəzarət edir. Almaniyada nazirin başçılıq etdiyi federal Kansler İdarəsi hökumət başçısı üçün siyasətinbütün istiqamətləri üzrə (inzibati, əlaqələndirmə, nəzarət, təşkilati və s.)tövsiyələri, qanun və hökumət qərarlarının layihələrini, Bundestaq və Bundesrat üzvlərindən daxil olan sorğulara cavabları işləyib hazırlayır.

Qeyd etmək lazımdır ki, konstitusiyaların əksəriyyətində hökumətin səlahiyyətləri ən ümumi şəkildə təsbit edilir. Parlamentli idarəçilik formasına malik dövlətlərdə hökumət bəzən öz konstitusiya səlahiyyətlərinə malikolmaqla yanaşı, təcrübədə dövlət başçısı səlahiyyətlərinin böyük hissəsini həyata keçirir. Əlbəttə, hökumətin səlahiyyətlərinin dəqiq müəyyən olunmaması təcrübədə onların əsassız olaraq genişləndirilməsinə yol aça bilər. Buna yolverməmək üçün demokratik ölkələrdə xüsusi konstitusiya institutları fəaliyyətgöstərir.

Sosialist ölkələrinin, eləcə də bir sıra demokratik dövlətlərin konstitusiyaları üçün hökumətin səlahiyyətlərinin daha geniş şəkildə tənzimlənməsi səciyyəvidir. Məsələn, Çin Xalq Respublikası Konstitusiyasının “Dövlət Şurası” adlanan 3-cü bölməsinin 89-cu maddəsi hökumətin səlahiyyətlərini müəyyən edən on səkkiz bənddən ibarətdir. Slovakiya hökumətinin səlahiyyətləri isə ölkə konstitusiyasının 119-cu maddəsinin on ikibəndində öz əksini tapır. Onu da qeyd edək ki, Slovakiya parlamentli respublikadır və bu hal bir çox digər parlamentli quruluşlar üçün də səciyyəvi hesab edilə bilər.

Prezidentli respublikalarda prezident icra hakimiyyətinin daşıyıcısı hesabedildiyindən onun verdiyi aktlar hökumət aktları sayılır. Qarışıq idarəçilikformalı respublikalarda isə hökumətin səlahiyyətləri fərqli şəkildə nizama salınır. Məsələn, Namibiya hökumətinin səlahiyyətləri prezident vəbaş nazir daxil olmaqla onun üzvlərinin birgə səlahiyyətləri kimi müəyyən edilir. Müqayisə üçün qeyd edək ki, digər “qarışıq” respublikanın - FransanınKonstitusiyası hökumətin səlahiyyətlərini iyirminci maddənin ilk iki hissəsində kifayət qədər qısa müəyyən edir: hökumət millətin siyasətinimüəyyənləşdirir və idarə edir; inzibati orqanlar və silahlı qüvvələr onun sərəncamındadır.

Hökumət öz iclaslarında qərarlar qəbul edir. Bu iclaslar həmişə bağlı qapılar arxasında keçirilir. Parlamentli monarxiyalarda və parlamentli respublikalardaiclasların iki növü fərqləndirilir: rəsmi və qeyri-rəsmi. Rəsmi iclaslarda dövlət başçısı iştirak edir və bəzən hətta sədrlik də edir (lakin bəzi konstitusiyalı monarxiyalarda dövlət başçısının hökumətin iclaslarında iştirakını qadağan edən qayda təşəkkül tapıb), lakin bu iclaslar daha çoxformal səciyyə daşıyır. Belə ki, həmin iclaslarda bundan əvvəlki qeyri-rəsmi iclaslarda işlənib hazırlanmış qərarlar yalnız rəsmiləşdirilir. Hökumətin faktiki rəhbərinin dövlət başçısı olduğu prezidentli respublikalarda və dualist monarxiyalarda isə, əksinə, rəsmi iclaslar daha mühüm əhəmiyyət daşıyır.Bu dövlətlərdə heç bir əhəmiyyətli qərar hökumət tərəfindən dövlət başçısının iştirakı olmadan qəbul edilmir. Baş nazir vəzifəsinin olmadığı prezidentli respublikalarda, təbii ki, hökumət iclaslarının rəsmi və qeyri-rəsmi iclaslar kimi bölgüsü yoxdur, dövlət başçısı bütün iclaslarda iştirak və sədrlik edir.

Hökumətin iclaslarında səsvermənin keçirilməsi prinsipcə mümkündür və qərarsəs çoxluğu ilə qəbul edilə bilər. Lakin təcrübədə buna, demək olar ki, rast gəlinmir. Mütləq və dualist monarxiyalarda, prezidentli respublikalardaəsl hökumət başçısının - monarxın və ya prezidentin fikri həlledicidir.Buna sübut olaraq, məsələn, T. Ruzveltin prezident olduğu dövrün ABŞ təcrübəsindən olan bir hadisəni xatırlatmaq yerinə düşərdi. Prezident kabinetinin iclasında Ruzveltin təklifinin əleyhinə bütün nazirlər çıxış edir. Prezident isə yığıncağı belə yekunlaşdırır: on nəfər “əleyhinə”, bir nəfər “lehinə”, qərar qəbul edildi.

Hökumət öz fəaliyyətinə görə siyasi, mülki və cinayət məsuliyyəti daşıyır (söhbət xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı məsuliyyətdən gedir,digər cinayətlər, xətalar, hüquq pozuntularına görə isə hökumət üzvləri qanuna uyğun olaraq adi vətəndaşlar kimi məsuliyyət daşıyır). Hökumətin və ya ayrı-ayrı nazirlərin siyasi məsuliyyəti ondan ibarətdir ki, onlar etimadsızlıq göstərildiyi hallarda istefaya getməlidir. Şərikli məsuliyyət zamanı bütün kabinet, fərdi məsuliyyət zamanı isə etimadsızlıq göstərilmiş nazir istefaya çıxır. Hansı məsuliyyət formasının tətbiq edilməsi haqqında məsələni bəzi ölkələrdə kabinet özü (Böyük Britaniyada), digərlərindəisə parlament (İtaliyada) həll edir.

Bir çox konstitusiyalar hökumətin və ayrı-ayrı nazirlərin xidməti fəaliyyətlərinə görə siyasi məsuliyyətlə bərabər mülki məsuliyyət daşımalarını da nəzərdə tutur. Belə məsuliyyət hökumətin fəaliyyəti nəticəsində vətəndaşlara və hüquqi şəxslərə vurulan ziyanın ödənilməsini bildirir. Ziyanın ödənilməsi məhkəmənin qərarı ilə zərərçəkmişin mülki iddia ilə məhkəməyə müraciət etməsi nəticəsində həyata keçirilir.

Nəhayət, hökumətin, onun üzvlərinin xidməti vəzifələri yerinə yetirərkən qanunları pozduqlarına görə cinayət məsuliyyəti də mövcuddur. Əksər hallarda onun formaları prezidentin məsuliyyəti ilə (impiçment, parlament palatalarından biri tərəfindən həyata keçirilən məhkəmə, parlament tərəfindən məxsusi təşkil edilən xüsusi məhkəmə, konstitusiya məhkəməsində aparılan proses) oxşardır. Hökumətin cinayət məsuliyyəti bəzi Afrika ölkələrində (Somali, Ekvatorial Qvineya və s.; doğrudur, yalnız hərbi çevriliş və həmin hökumətin devrilməsindən sonra) tətbiq edilib. İtaliyada, Yaponiyada hökumət üzvləri rüşvətxorluğa və vergiləri ödəməməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft