top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

AZƏRBAYCANDA MÜRƏKKƏB, ÇƏTİN SİTUASİYALAR NECƏ QAVRANILIR?

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N24, 1999


100 ekspert və toplum üzərində müşahidə aparan ziyalılar arasında Modernləşdirmə Mərkəzişş keçirdiyi Sosioloji sorğunun nəticələri və onlara kiçik açıqlamalar

Mədəniyyətləri cürbəcür yöndən tutuşdurmaq olar. Məsələn, mədəniyyətlər var ki, onların guşələri gəlişmiş kültürlərə baxanda azdır, tutalım, onlarda elm, moda sistemi yoxdur. Mədəniyyətlər var ki, başqaları ilə müqayisədə az və həm də çox yavaş dəyişir. Belə mədəniyyətlərə ənəvi kültürlər deyirlər.

Bu yazıda bizim sorğumuz mədəniyyətlərlə bağlı irəli sürdüyümüz yeni tutuşdurma modelinə söykənir. Biz kültürləri çətin, mürəkkəb vəziyyətləri necə anlamaları, necə qavramaları, onları necə çözmələri ilə bağlı fərqləndirməyi irəli sürürük.

Mədəniyyətlərə belə yanaşma sosial mühəndislik (sosial injeneriya) konsepsiyasına yeni istiqamətlər verir. Elmdə gen mühəndisliyi ideyasından sonra mühəndislik ideyası da formalaşıb. Sosial mühəndislik toplumu qurmaq, düzəltmək, dəyişdirməklə bağlı ölkəyə texnoloji təlimatlar verməkdir. Bütün bu problemlərlə bağlı sosial fəlsəfə, sosiolokiya da var.

Ancaq "texnologiya" anlayışı onu bildirir ki, sosial mühəndislikdə toplumun problemi haqqında sərbəst, spekulyativ və ya, sadəcə, nəzəri düşünçələr yaratmağın yerini mexanizmlər qurmaq tutur. Məsələn, Azərbaycanda ölkənin gərəklərini (mənafelərini) səmərəli və əzmlə qoruyan ordunu "düzəltmək" problemi var. Çoxları bu problemin öhdəsindən gəlmək üçün çağırış tipli düsturlar irəli sürür: "gənclərdə vətənpərvərlik duyğuların artırmaq lazımdır", "ordu millətin igidlik potensialından faydalanmalıdır" və s. Ordu probleminə sosial injeneriya baxımından yanaşanda isə sual başqa cür qoyulur: "necə etməli ki, ordudakılar üçün müharibə peşəyə çevrilsin", "hansı qaydalar, normalar sistemini qurmalı ki, hətta təbiətən qorxaq olan əsgərin də döyüşə hazırlıqda və döyüşdə igid, vuruşqan olmaqdan başqa çarəsi qalmasın?"

Bu baxımdan Milli Məclisin qanun yaradıcılığı sosial mühəndislik işinə daha yaxındır. Qanun yaradıcılığı toplumu dəyişdirmək, əyər-əskiklərini duzəltməklə bağlı çağırışların, ifadəli ideoloji təbliğatın yerinə işlərin getməsini itələyən vəziyyətlər yaradır.

Bütün cəmiyyətlərdə cürbəcür tipli çətin vəziyyətlər, mürəkkəbliklər ortaya çıxır. Adamları onların öhdəsindən gəlmək rejiminə salmağın bir yolu da qanunlardır. Qanunlar var ki, yersiz çətinlikləri, mürəkkəblikləri daha da artırır. Qanunlar da var ki, toplum və insan qarşısında duran çətinliklərin öhdəsindən gəlmək üçün itələyici rejim yaradır. Bu axırıncı qanunlar sosial mühəndislik ideyasının mövqeyində duran qanunlardır.

Düşünürük ki söylədiklərimiz, Azərbaycan mədəniyyətində mürəkkəb, çətin vəziyyətlərə baxışlar, yanaşmalar problemindən xəbərdar olmağın sosial mühəndislik prinsipində qanun yaradıcılığı ilə məşğul olmaq istəyən millət vəkillərinə gərəkliyini göstərir.

İndi isə görək hazırladığımız suallar əsasında Modernləşdirmə Mərkəzinin keçirdiyi sorğunun sonucları Azərbaycan kültüründən bizə nələri anladır.

Öncə öz mədəniyyətimizlə bağlı sualların cavablarına baxaq:

1) Azərbaycanlı mürəkkəb, çətin situasiya anlayışını aktual fakt kimi ən çox hansı sosial müstəvi ilə daha asan, tez-tez bağlayır?

Respondentin öz baxışını anladan cavab:

a) ailə-məişət müstəvisi ilə — 13%

b) iş müstəvisi ilə — 7%

v) siyasi hadisələr, ilişkilər müstəvisi ilə — 25%

q) iqtisadiyyatla — 35%

ğ) beynəlxalq əlaqələrlə — 4%

e) mənəvi həyatla — 19%.

(Belə görünür ki, bizim ekspert və ziyalının şüurunda adi adamların az, ziyalının çox sosiallığı ideyası dərin kök salıb. XX yüzilin erkənlərindən ədəbiyyat, publisistika Mirzə Cəlil Əhməd Ağaoğlu kimi düşünərlərimizin sayəsində "müsəlmançılığı" ailə-məişət dünyasına qapanıb az sosial olmaqla bağlayırdı. Həmin prinsiplə bizim ekspert respondentlərimiz ailə-məişət dünyasının dramatik vəziyyətlərinə çox böyük önəm verən kimi görünmək istəmirlər, ona görə də onların özləri ilə bağlı cavabında mürəkkəb vəziyyəti ailə-məişət müstəvisi ilə bağlamaq az yer turur. Ancaq aşağıda görmək olar ki, adi insanlarla bağlı o, məi-şətdə, ailədə mürəkkəb vəziyyətlərə önəm verilməsini artırır).

Respondentin başqalarında müşahidə edib gördüyünü bildirən cavab:

a) ailə-məişət müstəvisi ilə — 29%

b) iş müstəvisi ilə — 14%

v) siyasi hadisələr, ilişkilər müstəvisi ilə - 17%

q) iqtisadiyyatla - 28%

ğ) beynəlxalq əlaqələrlə - 0%

d) mənəvi həyatla - 12%.

(Bu faizlərdən görünür ki, ekspertlər özlərindən fərqli olaraq adi insanları siyasi ilişkilərdə mürəkkəbliyi az bilmək ölçülərində xarakterizə edirlər. İqtisadiyyata gələndə ekspert özü üçün də adi insanlar üçün də mürəkkəbliyin faizini artırır. Bu, Azərbaycanda yoxsulluqla bağlı psixoloji vəziyyətin böhranlı nöqtədə olmasını göstərir. Ənənəvi olaraq dramatik suallar daha çox mənəvi dünya ilə bağladılıb. Cavablardansa görünür ki, çağdaş Azərbaycanda başqa sahələrin insan qarşısında mürəkkəb vəziyyətlər yaratması mənəviyyat məsələlərini arxa plana çəkib).

2) Mürəkkəb situasiya anlayışını Azərbaycanlı ən çox hansı göstəricilərdə bilir və bildirir?

Respondentin öz baxışını anladan cavab:

a) situasiyanın elementləri çoxdur, qarmaqarışıqdır - 28%

b) situasiyanın elementləri elə də seçilmir, ona görə də qeyri-müəyyənlik yaradır - 13%

v) situasiyanın verdiyi nəticələr çoxçeşidlidir, çoxyönlüdür, ona görə mürəkkəbdir - 0%

q) mürəkkəblik dərinliklə bağlıdır - 6%

ğ) mürəkkəblik böyük sahəyə yayılmaqdan yaranır - 6%

d) mürəkkəblik sıxlıqla, basırıqla bağlıdır - 1%

e) əsl mürəkkəblik intriqalardan doğur - 22%.

Respondentin başqalarında müşahidə edib gördüyünü bildirən cavab:

a) situasiyanın elementləri çoxdur, qarmaqarışıqdır - 32%

b) situasiyanın elementləri elə də seçilmir, ona görə də qeyri-müəyyənlik yaradır - 5%

v) situasiyanın verdiyi nəticələr çoxçeşidlidir, çoxyönlüdür, ona görə mürəkkəbdir - 12%

q) mürəkkəblik dərinliklə bağlıdır - 8%

ğ) mürəkkəblik böyük sahəyə yayılmaqdan yaranır - 3%

d) mürəkkəblik böyük sahəyə yayılmaqdan yaranır - 1%

e) əsl mürəkkəblik intriqalardan doğur - 29%.

(Bu cavablardan intriqa ilə bağlı olanları seçərdik. hər iki cavab blokunda intriqalar Azərbaycanda mürəkkəbliyin "ssenari müəllifi" kimi böyük yer tutur. Dünyada dürlü "konspiraloji nəzəriyyələr" var. Onların birinə görə, bəşəriyyətin mürəkkəb vəziyyətlərə düşməsinin kökü masonların kizli işlərində, başqasına görə (vaxtı ilə), KQB-də, o birisinə görə, mafiyada və ya Qərbin kizli xidmətlərindədir. Belə hesab olunur ki, konspiroloji nəzəriyyələr, adətən, toplumda kücsüzlük duyğuları, mistiklik artanda ayaq alıb yeriyir. Konspiroloji nəzəriyyələrə yüksək meyillilikdə paranoya elementlərini də tapmaq olar. Bu baxımdan cavablarda intriqalara böyük faizin düşməsi Azərbaycan toplumunun mürəkkəb vəziyyətləri sosial mühəndislik pafosunda yox, paranoik çalarlarda düşünməsini göstərir).

3) Çətin situasiya anlayışını Azərbaycanlı ən çox hansı göstəricilərdə bilir və bildirir?

a) mürəkkəb olan situasiya çətindir -37%

b) situasiyanın elementləri çox deyil, ancaq müqavimətlidir - 26%

v) onları çətin edən situasiyanı törədənlərin kücüdür, yoxsa özü-özlüyündə situasiya — çətin ola bilməz - 37%.

(Situasiyanın çətinliyini reallığın öz normal, qaçılmaz prosessuallığı ilə yox, kiminsə, kimlərinsə kücü, əməlləri ilə bağladılması da konspiroloji-paranoik çalarların göstəricisidir).

4) Azərbaycanlılara mürəkkəb situasiyanı hansı deyim ən xarakterik şəkildə bildirir:

a) dolaşıq vəziyyət - 29%

b) baş çıxarmaq olmur - 30%

v) onun işini fələk özü dolaşdırıb - 10%

q) "yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal" - 31%.

(Bu cavablardan görünür ki, mürəkkəbliyi biz daha çox çıxılmazlıqla, güncə, tinə düşüb oradan qurtula bilməməklə bağlayırıq. Ancaq başqa baxışın üstünlükdə olduğu kültürlər də ola bilər: sosial mühəndislik pafosu yüksək olan qruplar mürəkkəbliyə çıxılmazlığa düşmək kimi yox, həmişə içində olub pillə-pillə aşdığımız proseslər kimi baxır. Cəmiyyətdə belə bir sosial injeneriya ruhunu yüksəltməkdə Parlamentarizmin, qanunvericiliyin nəticələrinin öyrənilməsinin, açıqlanmasının böyük rolu var. Milli Məclisin işləri ilə bağlı mediyada belə açıqlamalar olmalıdır: hansı mürəkkəbliklər vardı, filan qanunlar onlardan çıxmağa necə imkan yaratdı, indi hansılar var və nə tipli qanunlar mürəkkəbliyin içində küclü, oriyentirli davranmağa imkanlar verə bilər).

5) Azərbaycanlı öz milli mədəniyyətini ən çox hansı planda faydalı fakt kimi qavrayır:

a) mürəkkəb, çətin situasiyalar törədəndir - 30%

6) mürəkkəb, çətin situasiyaları özü törətmir, ancaq onlar qıraqdan atılanda — öhdəsindən gəlmək işində adama yardımçı ola bilmir -31%

v) mədəniyyət asanlıqlar təklif edir, biz isə həyatı mürəkkəbləşdiririk, çətinləşdiririk - 39%.

(Bu cavablar da bizdə mürəkkəb vəziyyətlərə adekvat olmayan baxışların yüksək faizini göstərir. Mürəkkəb situasiyalara nəsə anti-mədəniyyət amilləri kimi baxılır. Halbuki mədəniyyətə mürəkkəb durumları durmadan törədən "maşın" kimi də baxmaq olar).

6) Azərbaycanlı üçün küclü, zəif mədəniyyət ən çox hansı ölçülərdə görünür?

a) Mədəniyyətimiz küclüdür, çünki bizə xoş olan hər şeyi verməyə qadirdir - 24%

6) mədəniyyət güclüdür, çünki həyatdakı bütün suallarımıza hazır cavabları özündə saxlayır - 17%

v) mədəniyyətimiz güclüdür, çünki dərinlikləri aça bilir -14%

q) mədəniyyətimiz güclüdür, çünki onda bütün çətin, mürəkkəb vəziyyət tipləri — öyrənilib və fəlsəfi ədəbiyyata, incəsənətə toplanıb - 21%

ğ) mədəniyyətimiz küclüdür, çünki bütün çətin, mürəkkəb vəziyyətlərdə necə davranmağın yollarını göstərir - 24%.

(Belə görünür ki, çətin və mürəkkəb situasiyaları çözmək üçün açdığı imkanlar baxımından bizdə kültürümüzdən narazılıq yoxdur. Səbəb cürbəcür ola bilər. Ya səbəb oldur ki, mürəkkəbliklər problemi baxımından biz Azərbaycan mədəniyyətini dərindən düşünüb dəyərləndirməmişik, ona görə də cavablarımız adekvat deyil. Ya da, doğrudan da, adamlara həyatları sübut edib ki, mürəkkəbliklərə, çətinliklərə düşəndə Azərbaycan mədəniyyətinin "sözünə" baxıb, "verdiklərini tutub getməklə" uğur qazanmaq olur).

7) Azərbaycanlı mürəkkəb, çətin vəziyyətin öhdəsindən gəlməyi ən çox hansı prinsiplərdə başa düşür?

a) Üz-üzə gəlməkdən yayınıb yan keçmək bacarığı - 38%

b) yarıb içindən keçərək yolu davam etmək bacarığı - 6%

v) dağıdıb, yox edib yolu davam etdirmək - 13%

q) dağıtmaq mümgün deyil, ancaq təhlükələrini azaltmaq, dar məkana salmaq gərəkdir - 6%

ğ) bic olmaq gərəkdir - 37%.

(Bu cavab da bizdə mürəkkəb situasiyalara adekvat olmayan baxışlardan xəbər verir. Bizlər mürəkkəbliklə bağlı bicliyə, fəndgirliyə qədərindən çox önəm veririk. Elə mədəniyyətlər var ki, mürəkkəblikdə, çətinlikdə bicliklə, ixtiraçılıqla, fəndgirliklə çıxmağa heyran olmağı ədəbiyyatın və kinonun ixtiyarına buraxırlar. Mürəkkəblikdən yayınmaq bacarığını isə fəlsəfə və psixologiyanın hədəfi edirlər. Topluma gələndə isə sosial mühəndislik prinsipində elə qurumlanmaq, təşkilatlanmaq şəbəkəsini arzulayırlar ki, vəlvələsiz mürəkəblik rejimində çalışıb irəliləməyi mümgün etsin).

8) Təlimat hansı dildə aydın, asan yazılır:

a) Azərbaycanca - 60%

b) rusca - 40%.

(Ruscanın cavablarda faizi çox böyükdür. Bu, bir daha göstərir ki, haqlı olaraq bizdə qanunların, qaydaların, təlimatların Azərbaycan türkcəsində deyilmə tərzi ilə bağlı narazılıq var. Millət vəkilləri, düşünürük ki, Azərbaycanda qanunların dili məsələsinə ciddi fikir verməlidirlər).

(Özkə mədəniyyətlərlə bağlı)

1) Mürəkkəb situasiyalar hansı dünyada daha çoxdur?

a) Şərqdə - 49%

b) Qərbdə -7%

v) paytaxt dünyasında - 11%

q) əyalətlərdə - 3%

ğ) ziyalı dünyasında -22%

d) adi insanlar dünyasında - 8%

(Yenə də mürəkkəb vəziyyətlərə münasibətdə Azərbaycanlı hərc-mərcliyini görürük. Görünür, cavabçılar hərdən mürəkkəbliyi nəsə inkişafın aşağı pilləsi ilə bağlayırlar. Ona görə də əlləri qalxmır ki, gəlişmiş Qərbdə mürəkkəbliyə böyük faiz versinlər. Ancaq ziyalı və adi insanların tutuşdurulmasına gələndə bizim şüurumuzda mürəkkəbliyin statusu yüksəlir: mürəkkəblik yüksək mədəniyət dünyasının göstəricisi olur, ona görə də ziyalı dünyasını ilə bağlı o, böyük faiz qazanır. Cavablardakı məntiq uyğunsuzluğu onu göstərir ki, Azərbaycanda mürəkkəb vəziyyət terminlərində, nəzəriyyəsində dünyanı anladan araşdırmalara, publisistikaya böyük ehtiyac var).

2) Çətin situasiyalar hansı dünyada daha çoxdur

a) Şərqdə - 46%

b) Qərbdə - 7%

v) paytaxt dünyasında - 15%

q) əyalətlərdə - 11%

ğ) ziyalı dünyasında - 17%

d) fiziki işlə məşğul olan insanlar dünyasında - 4%.

3) Mürəkkəb, çətin situasiyaları bicliklə, fırıldaqla daha çox hansı millətlərin nümayəndələri başqaları üçün yaradır?

a) Farslar - 11%

b) ermənilər - 42%

v) ruslar - 28%

q) gürcülər - 1%

ğ) Qərb dünyasının adamları - 18%.

4) Mürəkkəb, çətin situasiyalara düşəndə hansı xalqlar daha çox bicliklə, fırıldaqla vəziyyətdən çıxırlar ?

a) Farslar - 12%

b) ermənilər - 63%

v) ruslar -12%

q) kürcülər - 3%

ğ) Qərb dünyasının adamları - 10%.

5) Mürəkkəb, çətin situasiyalara düşəndə hansı xalqlar daha çox zəhmətlə, situasiyanı öyrənməklə vəziyyətdən çıxırlar?

a) Farslar - 2%

6) ermənilər - 11%

v) ruslar - 12%

q) kürcülər - 10%

ğ) Qərb dünyasının adamları - 65%.

6) Öz mürəkkəb situasiyalarını hansı mədəniyyətlər daha çox bilir, daha ciddi öyrənir?

a) farslar - 7%

b) ermənilər - 15%

v) ruslar -13%

q) kürcülər - 5%

ğ) Qərb dünyası - 60%.

(Bu cavablar Qarabağdakı separatçılıqdan sonra Azərbaycanlılarda "erməni mifinin" daha da artdığını göstərir. Sözsüz, cavablar bu mifdə mənfi münasibətləri də göstərir, məsələn, "erməni hiyləgərliyi, bicliyi" ilə bağlı. Hər halda, mürəkkəb vəziyyətlərdən zəhmətlə çıxmaq məsələsində də ermənilərə az faiz düşür. Ancaq o biri tərəfdən, bacarıq göstəricisi ilə ilişkili suallarda ermənilərin çox vaxt irəlidə durması azərbaycanlı kompleksində erməni mifinin böyük amil olduqunu göstərir. Belə bir erməni mifində Azərbaycanlı irrasonallığı gözə çarpır).

* Sorqu RSS-in dəstəklədiyi araşdırma çərçivəsində aparılıb.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft