|
VİZİT VƏRƏQƏSİ
FİKRƏT SADIQOV,
"Xəzər" Universitetinin professoru
Mənbə:
"Məşvərət", N1-2, 1997
Günümüzün reallığı belədir
ki, dünyada qəbul olunmuş etiket və protokol getdikcə daha tez-tez
qaydalarına müraciət etmiş oluruq. F.Sadıqovun “Дипломатическая практика и
международный протокол” kitabı bu səbəbdən aktual görünür. Bülletenin bu
sayından başlayaraq həmin kitabın “Некоторые особенности этикета и норм
поведения” bölməsinin tərcüməsinə başlayırıq. İlkin olaraq vizit vərəqəsi və
ondan istifadə qaydaları haqında hissəni təqdim edirik.
Vizit vərəqəsi nəinki
diplomatların, həm də iş adamlarının ayrılmaz atributudur. Ondan müxtəlif
şəxslərlə əlaqə yaratmaq, əlaqə saxlamaq vasitəsi kimi istifadə olunur.
Vizit vərəqələrinin qarşılıqlı təqdimi mümkün ola biləcək qeyri-dəqiqliyi
aradan
qaldırmağa köməklik edir. Vizit vərəqələri ilə bayramları təbrik etmək,
təşəkkür bildirmək, başsağlığı vermək, həmçinin gül-çiçək dəmətləri, suvenir
və s. tətdim eqmək olar.
Vizit vərəqəsi göndərilən
şəxsə bu və ya digər münasibətin bildirilməsi üçün beynəlxalq təcrübədə
müəyyən olunmuş simvollardan geniş istifadə edilir. Bu simvollar (latın
hərfləri ilə) kartın aşağı sol küncündə yazılır.
r.f.- təbrik
(roiq felicieq) ;
r.r.- təşəkkür
bikdirmək (pour qemercieq);
r.s.- başsağlığı
bildirmək (rouq sondoleanse);
r.f.NA.- yeni il
təbriki (rour feliciter Nouvel An) ;
r.r s. - getmək
münasibətilə vida bildirişi (rouq rqendre sonde).
r.r.- qiyabi
tanışlıq üçün (rouq rqezenteq) - bu halda vizit vərəqini təqdim edən şəxs öz
vərəqinə r.r. yazıb qiyabi təqdim olunan şəxsin kartına əlavə edir.
Hazırkı dövrdə
vərəqin alt tərəfində üçüncü şəxs adından yazılar geniş yayılmağa başlayıb.
Məsələn, belə yazılar mümkündür: «milli bayram münasibətilə təbrik edir»,
yaxud «diqqətə görə təşəkkür edir» (göndərilən suvenir, güllər və s. ilə
bağlı cavab kimi).
Vizit vərəqəsi
üçün dəqiq müəyyən olunmuş ölçü və ya məzmun informasiyası mövcud deyildir.
Daha geniş yayılmış ölçülər: kişilər üçün 90x50mm, qadınlar üçün
80x40mm-dir. Vizit vərəqində soyad, ad, atanın adı və vəzifə göstərilir. Çox
vaxt, yiyəsinin ünvanı, xidməti və ev telefonları qeyd olunan vərəqələrə də
rast gəlinir. Rahat istifadə məqsədilə vərəqələrin xarici dilə tərcüməsi də
verilir.
Bəs vizit
vərəqəsini alan şəxs necə reaksiya verməlidir?
Etiket
qaydalarına görə vizit vərəqəsini alan şəxs gecikdirmədən vərəqə üçün
minnətdarlıq bildirən «siqnal», yaxud cavab kimi öz vizit vərəqini
göndərməlidir. Vizit vərəqi söhbət əsnasında verildikdə ehtiyac duyularsa,
eyni hərəkətlə cavab vermək olar.
Фикрет Садыхов.
«Дипломатическая практика и Международный протокол». Бакы, «Siјasət»
nəşriјјatı, 1992, 125-126-чы сəh.
|