|
ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV
CƏMİL HƏSƏNLİ
professor
Mənbə:
"Məşvərət", N5-7, 1997
Zəmanəmizin tanınmış siyasi
və dövlət xadimi, nüfuzlu hüquqşünası olmaqla bərabər, Ə.Topçubaşov
Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olmuş, bütün Rusiya
müsəlman türklərinin tarixində və taleyində misilsiz rol oynamışdır.
M.Rəsulzadənin sözləri ilə
desək Ə.Topçubaşov əzünün dünyagörüşü və siyasi konsepsiyasında Azərbaycan
xalqının, Rusiyanın bütün türk və əzilən xalqlarının müstəqillik uğrunda
mübarizəsi, islam siyasi fəlsəfəsinin ölməz ideyaları kimi müxtəlif yənəlmiş
düşüncələri və dünya demokratiyasının bütün dəyərli təcrübələrini sintez
etməyi bacarmışdır.
"İttifaqül-müslimin"
müsəlman partiyasının
sədri, birinci Dövlət Dumasında demokratik yeniləşmələr uğrunda mübariz
Ə.Topçubaşov siyasi tarixə (özü də təkcə Azərbaycanınkına yox) elə beləcə də
daxil olmuşdur.
Onun həyat şüarı məşhur gürcü
şairi A.Seretelinin dəfnində səylədiyi bu aforizmdə ifadə olunub: "Yaşa
və başqalarını da yaşamağa qoy". Bu prinsipə - cəmiyyətdə barışıq,
millətçilik və demokratiyaın təntənəsi naminə bütün qabaqcıl qüvvələrin
birləşdirilməsi prinsipinə çarizmlə çarpışma illərində də, gənc milli
dövlətin quruculuğunun xoşbəxt aylarında da, mühacirətin ağır illərində də
sadiq qalmışdır.
Mayın 4-də Topçubaşovun
doğumunun 130 illiyi tamam oldu, 28-ində isə onun yetirməsinin ildönümünü
bayram edirik.Ancaq biz bu kərkəmli yurddaşımıza yalnız
yubileylərdən-yubileyə, hadisədən-hadisəyə üz tutmuruq. Onun həyatı özünü
millətin qulluqçusu adlandırmaq iddiasında olanların hamısı üçün bir
dərsdir.
O, 1862-ci il mayın 4-də
Tiflisdə doğulmuş, ilk təhsili orada almış və 1880-cı illərin sonunda isə
Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. 1894-cü ildə Bakıya
gəlmiş və "Kaspi" qəzetinə rəhbərlik etmişdir. Əlimərdan bəy 1905-ci
ildə mətbuat tariximizdə xüsusi yeri olan "Həyat" qəzetinin nəşrinə icazə
almış, imtiyaz sahibi kimi bu qəzetin idarəçiliyini milli fikir tariximizin
inkişafına təkan verən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna
tapşırmışdır.
O, 1905-1906-cı illərdə
Peterburqda, Moskvada, Nijni Novqorodda keçirilən ilk müsəlman qurultayının
təşkilatçısı və rəhbəri olmuşdur. Əlimərdan bəy bütün Rusiya müsəlmanlarının
lideri olaraq 1906-cı ildə yaranmış "Rusiya Müsəlmanları İttifaqı
Partiyası"nın sədri seçilmişdir. O, Azərbaycanın ilk "millət vəkili"
idi. Birinci Dövlət Dumasının deputatı kimi bütün Qafqaz
müsəlmanlarının, Rusiya türklərinin hüquqlarını müdafiə edirdi. Siyasi və
ictimai xadim olaraq Rusiyanın Birinci Dövlət Dumasında müsəlman
fraksiyasının lideri idi. Dövlət Dumasının qeyri-rus vəkillərinin yaratdığı
Muxtariyyətçilər Birliyinin əsas təşəbbüsçüsü kimi Ə.Topçubaşov bu birliyin
iki sədrdaşından biri idi.
Birinci Dövlət Duması
buraxıldıqdan sonra rus hökumətinə müxalif olaraq Vıborq Bəyannaməsini
imzaladığına görə o, üç ay həbsə alınmış və siyasi hüquqlarından məhrum
edilmişdi. 1917-ci ildə Qafqaz və Rusiya müsəlmanlarının qurultayı
Ə.Topçubaşovun sədrliyi altında keçmişdir. O, 1917-1918-ci illərdə Milli
Azərbaycan Komitəsinə başçılıq etmiş, Gəncə dairəsindən Rusiya Məclisi
müəssisanına nümayəndə seçilmişdir.
Azərbaycan istiqlalının
elanından sonra ilk təşkil edilən hökumətin üzvü olmuş, 1918-ci ilin
avqustunda fövqəladə və səlahiyyətli səfir kimi İstanbul diplomatik
missiyasına rəhbərlik etmişdir. 1918-ci il dekabr ayının 7-də açılan ilk
Azərbaycan parlamentində əzünün iştirakı olmadan sədr seçilmiş, eyni zamanda
Paris barış konfransına göndərilən Azərbaycan sülh heyətinin başçısı təyin
edilmişdir. 1920-ci ilin yanvar ayında Azərbaycanın müstəpşliyinin Versal
Ali Şurası tərəfindən tanınmasında müstəsna xidmətləri olmuşdur. San-Remo,
London, Stremo, Spa konfranslarında iştirakçı kimi Azərbaycanın haqlarını
müdafiə etmişdir. 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyəti
qarşısında Azərbaycanın Rusiya təcavüzünə məruz qaldığını elan etmiş,
1922-ci ildə London və Genuya, 1923-cü ildə Lozanna konfranslarında iştirak
etmiş və bolşeviklərin Azərbaycanda törətdiyi faciələr haqqında dünya
ictimaiyyətinə məlumat vermişdir.
Mühacirətdə olduqu illərdə o,
Azərbaycan istiqlal mücadiləsini dayandırmayıb, 1934-cü ildə Milli
Azərbaycan Mərkəzinin üzvü kimi bu mərkəzin sədri M.Rəsulzadə ilə birlikdə
Qafqaz Konfederasiyasının paktını imzalamışdır.
Milli azadlıq hərəkatında
böyük mübarizə yolu keçmiş Ə.Topçubaşov 5 noyabr 1934-cü ildə Parisin
Sen-Deni rayonunda vəfat etmiş və noyabrın 8-də
St.Kloud
məzarlığında dəfn olunmuşdur.
Aşağıdaxı sətirlər Əlimərdan
bəyin 8 noyabr 1934-cü ildə qərib Fransa torpağındakı dəfni haqqında
"Qurtuluş" jurnalının həmin ilin dekabrında dərc edilmiş hesabatdan
götürülüb. O dövrün müxtəlif siyasi partiya xadimlərinin Topçubaşov
şəxsiyyətinə verdiyi yüksək qiymətlər hər birimiz üçün dərs olmalıdır.
M.Rəsulzadə - Azərbaycan
Milli Mərkəzinin (Azərbaycan siyasi mühacirətinin mərkəzi təşkilatının)
sədri: "Şübhəsizdir ki, Əlimərdan bəy Topçubaşov inkişafı uğrunda Mirzə
Fətəlinin, Həsən bəyin və İsmayıl Mirzənin milli-azadlıq mübarizəsi
səviyyəsinədək mücadilə apardıqları milli-mədəni hərəkatın nəhənk
mübarizidir. Vaxt gələr, vətən azad olar və onda azad millət ilk parlamentin
sədrini anar, istədiyin vətənə səni və oğlunu götürər və sənin xatirəni
əbədiləşdirər".
Akaki Çenkeli - Gürcüstanın
Parisdəki keçmiş səfiri və mühacir gürcü təşkilatlarının təmsilçisi:
"Bizi (gürcüləri və Azərbaycan türklərini -red.) birləşdirən qarşılıqlı
dostluq Topçubaşovun Gürcüstana bəslədiyi böyük məhəbbətə əsaslanır".
Vyaçeslav Prokopoviç -
mühacirətdəki Ukrayna parlamenti nümayəndə heyətinin təmsilçisi: "O ölüb,
ancaq onun başlıca ideyası - Vətəninin müstəqilliyi və bütün qonşularla, o
sıradan Ukrayna ilə də dostcasına birgəyaşayış ideyası yaşayacaq".
Tausultan Şahmən -
mühacirətdəki Quzey Qafqaz Xalq Partiyasının təmsilçisi: "Əlimərdan bəyin
butün həyatı öz millətinin tərəqqisi uqrunda mübarizəyə həsr olunub. Onun
bütün Qafqaz xalqlarının sıx birləşməsi yolunda fəaliyyəti Qafqaz tarixində
layiqli yerini tutacaq".
Mustafa Çokay oğlu -
Türküstan Milli İttifaqının təmsilçisi: "Əlimərdan bəyin adı rus əsarəti
altındakı türk xalqlarının siyasi və ictimai hərəkatı ilə qırılmaz şəkildə
bağlıdır. Biz -Türküstan türkləri Əlimərdan bəyi azman türk xadimi kimi
sevəcəyik".
Şamba Balinov - qazax və
kalmık milli mühacirətinin təmsilçisi: "Öz vətəninin işğalından sonra
mühacirətdə yaşayaraq o, ilgin idealları uğrunda çarpışmaya ara vermədi - öz
vətəninin və başqa millətlərin azadlığı uğrunda sonadək mübarizə apardı". |