top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

Od yurdunun Bayrağı

İsgəndər Bayramov, İradə EyvaZova
“Sahibkarlığa və bazar iqtisadiyyatın ıninkişafına yardım fondu”nun əməkdaşları

Mənbə: "Məşvərət", N12, 1997


Buraxınız seyr edəlim, düşünəyim, axtarayım,
Bu sevimli üç boyalı, üç mənalı Bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan,
Nə imiş bu, aman Allah - Od yurdunun Bayrağı!

Görkəmli dramaturq və ictimai xadim C.Cabbarlı Azərbaycan Xalq cümhuriyyətinin qəbul etdiyi hazırkı dövlət bayrağımız haqqında heyrət və ehtiramını beləcə ifadə etmişdir. Acınacaqlı olsa da demək lazımdır ki, bu gün cəmiyyətdə dövlət rəmzlərindən biri sayılan bayrağa münasibət mədəniyyəti idealdan çox uzaqdır. Halbuki böyük siyasi təlatümlərdən çıxaraq əsrin sonlarında yenidən müstəqilliyini qazanan və onu qoruyub möhkəmləndirmək yolunda çarpışan bir dövlət üçün bayrağa münasibət müqəddəs olmalıdır.

AR Konstitusiyasının 23-cü maddəsinə əsasən AR dövlət rəmzlərinin hüquqi statusu, istifadə olunma qaydası və digər məsələlər ayrıca konstitusiya qanunu ilə tənzimlənməlidir. Əfsuslar olsun ki, bu günə kimi qanun qəbul edilməmişdir və demək lazımdır ki, respublikada dövlət bayrağına olan qeyri-ciddi münasibət bir çox cəhətdən məhz onun istifadəsi ilə bağlı dəqiq qaydaların olmamasından yaranır. Dövlət bayrağı haqqında qüvvədə olan qanun və əsasnamə isə səthi yazıldığına görə mövcud tələblərə cavab vermir.

Mühüm dövlət rəmzi kimi dövlət bayrağının cəmiyyətdə layiqli və şərəfli yeri tutması, kimliyindən asılı olmayaraq hər bir vətəndaşın ona hörmətlə yanaşması ənənəsinin formalaşması üçün konstitusiya qanununun qəbulu çox vacibdir. Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsində qanunun qəbulu isə xüsusilə yerinə düşərdi.

Ümummilli və rəmzi əhəmiyyəti nəzərə alınaraq, bu qanun mövcud qanun yaradıcılığı texnikasından özünəməxsus xüsusiyyətləri ilə fərqlənə bilər. O, dövlət bayrağından istifadənin qaydalarını, rituallarını dəqiq göstərməklə yanaşı, hər bir vətəndaşa aydın olan, bir qədər təntənəli dildə, mümkün qədər geniş və izahlı yazılmalıdır.

Qanun hazırlanan zaman zəngin dövlətçilik ənənəsi, bayraqdan istifadədə özünəməxsus mərasimləri ilə fərqlənən ölkələrin qanunvericilik təcrübəsindən istifadə edilməsi faydalı olardı. Məsələn, Amerikada səfərdə olanlar bayrağa müqəddəs rəmz kimi necə ehtiramla yanaşıldığını yəqin ki, görüblər.

Söylənənlərlə bağlı dövlət bayrağı haqqında hazırlanacaq qanun layihəsi üzrə dünya təcrübəsini əks etdirən bəzi təkliflərimizi vermək istərdik.

Azərbaycan Respublikasının dövlət bayrağı aşağıda sadalanan yerlərdə və vaxtlarda qaldırılmalıdır:

·   Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası prezidenti iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası məhkəmələrinin, Azərbaycan Respublikası nazirliklərinin, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası dövlət komitələrinin, digər dövlət orqanlarının binaları üzərində - daim;

·   Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikası Prokurorluğu, Azərbaycan Respublikası Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hissələrinin, bölmələrinin və idarələrinin binaları üzərində - daim;

·   dövlət hakimiyyət orqanları binalarının içərisində, dövlət qulluqçularının kabinetlərində;

·   yerli özünüidarə orqanlarının, ictimai təşkilatların, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların binaları üzərində;

·   orta, orta ixtisas və ali məktəblərin binaları üzərində - dərs günləri ərzində;

·   seçki məntəqələrinin binaları üzərində - seçki günləri ərzində;

·   yaşayış binaları üzərində, küçələrdə sancılmaq üçün uyğunlaşdırılmış yerlərdə - bayram və əlamətdar hadisə günlərində;

·   Azərbaycan Respublikasının xaricdəki və beynəlxalq təşkilatlardakı daimi və müvəqqəti diplomatik nümayəndəliklərinin binaları üzərində;

·   Azərbaycan Respublikasının hərbi və mülki gəmilərində;

·   Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Nazirlər Kabineti sədrinin, dövlət və hökumət nümayəndə heyəti rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik və konsul idarələri başçılarının nəqliyyat vasitələrində.

AR Konstitusiyasında dövlət bayrağının eninin uzunluğuna nisbəti 1:2-yə kimi müəyyən edilmişdir. Dəqiq ölçülərin göstərilməməsi nəticəsində hal-hazırda dövlət idarələri üzərində müxtəlif ölçülü bayraqlara rast gəlmək olar. Hazırlanacaq qanunda dövlət hakimiyyət orqanları və təşkilatları üzərində asılmalı olan dövlət bayrağının dəqiq ölçülərinin göstərilməsi bu müxtəlifliyi aradan qaldırmağa imkan verərdi. Digər yerlərdə isə dövlət bayrağından müxtəlif ölçülərdə, lakin Konstitusiyada göstərildiyi kimi 1:2-yə nisbətində istifadə oluna bilər.

Digər məsələ bayrağın necə asılmasıdır. Hal-hazırda dövlət təşkilatları üzərində bayraqların qaldırılma qaydasında müəyyən bir intizamın yoxluğu üzündən bayraqlar demək olar ki, necə gəldi və harada oldu bərkidilir. Qanun dövlət bayrağının qaldırılması və endirilməsi üçün flaqştokdan istifadə olunduğunu, flaqştokun ölçülərini və formasını, binanın üstündə, qarşısında və ya binanın eyvanında maili vəziyyətdə qurulmasını müəyyən etməlidir. Qeyd etmək lazımdır ki, bayrağın açıq şəkildə dalğalanması üçün flaqştokun binaya maili şəkildə bərkidilməsi daha məqsədəuyğundur. Məsələn, Türkiyə, Fransa, ABŞ səfirlikləri üzərindəki bayraqlar məhz bu formada asılmışdır.

Bəzi ölkələrin, o sıradan ABŞ-ın qanunvericilik təcrübəsində:

·   dövlət bayrağı sutkanın işıqlı müddətində asılır. Bayraq səhər açılanda qaldırılır, axşam isə endirilir. Lakin xüsusi hallarda gündə 24 saat asıla bilər;

·   dövlət bayrağı muxtar qurumların, şəhərlərin, yerli özünüidarələrin, müxtəlif cəmiyyətlərin və təşkilatların bayraqları ilə yanaşı dalğalandıqda dövlət bayrağı digərlərindən yüksəkdə asılmalıdır;

·   dövlət bayrağından sağ tərəfdə başqa bayraq asıla bilməz;

·   digər dövlət bayraqları ilə bərabər dalğalandıqda bayraqlar təxminən eyni ölçüdə olmalı və bərabər hündürlükdə asılmalıdır;

·   dövlət bayrağı çıxış edən natiqin başı üzərində və ya arxasında asıla bilər;

·   dövlət bayrağı hər hansı şəxsin və ya əşyanın qarşısında endirilə bilməz;

·   abidə açılışında dövlət bayrağından istifadə oluna bilər, lakin onunla abidəni örtmək olmaz;

·   matəm mərasimində bayraqdan istifadə oluna bilər, şərəf naminə endirilə bilər lakin bayraq torpağa, suya və s. toxunmamalıdır;

·   parad, nümayiş, yürüş və digər rəsmi mərasimlərdə dövlət bayrağını hərbi formada olan şəxslər aparmalıdır. Bayrağı üfiqi deyil, yalnız şaquli vəziyyətdə aparmaq olar;

·   dövlət bayrağı qaldırılanda və ya parada çıxarılanda bütün şəxslər üzü bayrağa sarı farağat dururlar (Amerika təcrübəsində, kişilər papaqlarını çıxarır və sağ əllərini ürəklərinin üstünə qoyurlar). Hərbi geyimdə olanlar isə mərasimin sonuna qədər əsgəri rəsmi-təzim edirlər. Bu qayda dövlət himninin səsləndirildiyi hallara da aiddir.

Qanun dövlət bayrağının tətbiqini dövlətin müstəsna rəmzi kimi yalnız rəsmi tədbirlərdə istifadə ilə məhdudlaşdırmamalıdır. Əksinə, Azərbaycanın təkcə dövlət rəmzi kimi deyil, həmçinin milli rəmzi kimi hər hansı bir təntənəli mərasim, o sıradan matəm vaxtı vətəndaşlar, idarə və təşkilatlar tərəfindən qanunda göstərilmiş qaydalara və mərasimlərə əməl olunmaqla istifadəsini, habelə döş nişanı, suvenir və digər şəkildə tətbiq edilməsini həvəsləndirməlidir. Bununla əlaqədar Nazirlər Kabineti dövlət rəmzlərinin qanunla müəyyən olunmuş qaydada, standartlarda və yüksək keyfiyyətdə istehsalı üçün nəzarət mexanizmlərini də müəyyən etməlidir.

Bir sıra ölkələrdə prezident hakimiyyətinin əsas rəmzi kimi prezident ştandartı tətbiq edilir. Əsasən dövlət rəmzlərini özündə əks etdirən həmin ştandartda seçilmiş prezidentin adı, vəzifədə olduğu müddət göstərilir. Ştandart prezident iqamətgahı üzərində qaldırıla, onun iş otağında qoyula və nəqliyyat vasitəsində sancılaraq dövlət bayrağı ilə yanaşı istifadə oluna bilər. Dövlət bayrağı haqqında konstitusiya qanunundan əlavə, prezident hakimiyyətinin əsas rəmzi kimi Azərbaycan Respublikası prezidenti ştandartının da təsis edilməsini məqsədəuyğun saymaq olar.

Fikrimizcə, prezident iqamətgahında ayrılan xüsusi zallardan birində postda olma müddəti bitmiş Azərbaycan Respublikası prezidentləri ştandartları və şəkillərinin asılması respublikada prezident idarəçilik ənənələrinin formalaşması baxımından da maraqlıdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft