top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 15 - İnsan haqlari (ih)

AZLIQLARIN HÜQUQLARININ QORUNMASI

RASİM MUSABƏYOV

Mənbə: "Məşvərət", N5-7, 1997


Bütün dünyada aktual problemlərdən sayılan azlıqların hüqutlarının qorunması etnik və dini azlıqlarla zəngin Azərbaycan Respublikası üçün də önəmli olduğuna görə politoloq R. Musabəyovun aşaqıdakı məqaləsini oxucularımıza təqdim edirik.

Azlıqlar nədir və necə başa düşülməlidir? Bu anlayışın muəyyən və aydın olması, onun hamı tərəfindən hörmətlə qəbul olunması olduqca vacibdir. Çünki azlıqların hüquqlarının pozulması və onların təqib olunması beynəlxalq hüququn çoxdankı problemlərindəndir. Fəqət "azlıqlar" anlayışını aydınlaşdırmağa göstərilən cəhdlər o səviyyədədir ki, bu, hələ də çoxlarını qane etmir.

Hazırda "azlıqlar"ın müəyyənləşdirilməsinə əvvəllərdəki qədər fikir verilmir. Ancaq aparılan mübahisələr, fikir mübadilələri bu sahədəki problemlərin üzə çıxarılmasına və aradan qaldırılmasına kömək edir. Problemin anatomiyasındakı mürəkkəblik vəziyyətin olduqca rəngarəngliyindən irəli gəlir. Bəzi azlıqlar əsas əhalidən təcrid olunmuş halda yaşayır, bəziləri yaşadıqları ölkənin müxtəlif bölgələrinə dağılıb, bəzilərində kollektiv əzünəməxsusluq hissləri olduqca güclü inkişaf edib, bəzilərində isə belə hisslər olduqca səthidir və milli varlıqları barədə çox az təsəvvürə malikdirlər.

Bir çox hallarda azlıqlar öz muxtariyyət imkanlarından çox zəif istifadə ediblər və indi də həmin vəziyyətdədirlər. Bəzi hallarda isə onların muxtariyyəti və yaxud özünüidarəsi hər hansı bir tarixi köklərlə (əsaslarla) bağlı deyil. Azlıqların əlamətləri ilə əlaqədar olan bütün məziyyətləri eyni bir çərçivəyə salıb, onların hamısını eyni dərəcədə qane etmək o qədər də asan məsələ deyil. Buna baxmayaraq bu anlayış barədə elə fikirlər söylənib, elə düşüncələr formalaşıb ki, onlardan heç cürə yan keçmək olmaz. Məsələn, azlıqlar suveren dövlətin ərazisində yaşayan öz milli, etnik, dini və dil xüsusiyyətləri ilə başqa (əsas) xalqlardan və qruplardan fərqlənən və seçilən özünəməxsus varlıqlardır. Hər halda, hamı tərəfindən belə qayda qəbul olunub ki, azlıqlar mütləq yaşadıqları dövlətin vətəndaşı olmalıdırlar.

Azlıqların nümayəndələri milli özgürlüklərini iki qaydada göstərə bilərlər. Birinci halda - azlığa aid qrup var kücü ilə çalışır ki, özlərinə məxsus keyfiyyətləri qoruyub saxlasınlar. Belə həmrəylik hissləri həmin azlıq özünəməxsus xüsusiyyətlərini uzun müddət qoruyub saxlaya bildikdə baş verir. Özünəməxsus etnik, dil və din xüsusiyyətləri ilə fərqlənən bu cür qrup və yaxud birliklər əsas əhalidən ayrılıtda öz həyatlarını yaşayırlar və onların nümayəndələri bu vəziyyəti qoruyub saxlamağa çalışırlar. İkinci forma -özünüeyniləşdirmə qrupun hər hansı bir azlığa aid olması və ya olmaması barədə çıxardığı qərarla bağlıdır. Bir çoxları əsas əhali ilə assimilyasiya olunmağa üstünlük verirlər. Bu, onların şəxsi hüquqlarıdır - nə azlıqların, nə də çoxluqların onların istəyinə mane olmağa ixtiyarları yoxdur. Ümumi fikrə görə, azlıqlardan fərqli olaraq, yerli xalqlar lap qədim zamanlardan yaşadıqları ərazilərin ilkin sakinləri sayılırlar.

Hazırda insan hüquqlarının müzakirəsi zamanı azlıqların hüquqlarına tətbiq ediləcək yeni standartlar, normalar müəyyənləşib. Milli qanunvericilik orqanlarında bu sahəyə daha çox fikir verilir. Bəzi ölkələrdə assimilyasiya hallarına xüsusi cəhd göstərilsə də, heç bir müsbət nəticə əldə edilməyib. Əksinə, milli özgürlüyü qoruyub saxlamaq meylləri günü-gündən güclənib. Bu, təkcə milli azlıqlara aid deyil, hətta milli dövlətlər üçün də xarakterik bir haldır.

Azlıqların əzünəməxsusluğunun, irqinin, ləyaqətinin qorunub saxlanması üçün xüsusi hüquqlarının ideal variantı aşağıdakılardır:

- azlıqların yaşamaq hüququ;

- öz mədəniyyətlərindən və dillərindən istifadə edərək, onları inkişaf etdirmək hüququ;

- öz ana dillərində məktəb və başqa texniki-peşə təhsil ocaqlarının yaradılması, həmçinin tədris proqramına, təhsilin ana dilində aparılmasına nəzarət hüququ;

- dövlət siyasəti müəyyən edilərkən orqanlarda siyasi nümayəndiklərin olmasına zəmanət hüququ.

Azlıqlara öz daxili işləri ilə məşğul olmaq üçün muxtariyyət hüququ verilir ki, onlar mədəniyyət, təhsil, din, informasiya və sosial sahədə vergiqoyma, maddi yardımetmə və s. kimi funksiyaları yerinə yetirsinlər.

Azlıqların hüquqlarının pozulmasına, daha doğrusu, siyasi, sosial, mədəni və iqtisadi sahələrdə onların əzilməsinə hələ də rast gəlmək olur. BMT-nin üzvləri tərəfindən dəfələrlə ümumi razılaşmalar əldə olunmasına və müəyyən konkret qərarlar qəbul edilməsinə baxmayaraq, bu məsələ dünyanın bir çox bölgələrdə hələ də gərginlik mənbəyi olaraq qalmaqdadır. 1948-ci ildə qəbul edilən BMT-nin Nizamnaməsi və İnsan Hüquqlarının Ümumi Bəyannaməsi insan hüquqlarının pozulması və onlardan bərabər istifadə edilməsi prinsiplərini bir daha təsdiqləyir və onu beynəlxalq hüquqi sənəd kimi qəbul edir. Bu prinsiplər 1966-cı ildə qobul olunmuş İqtisadi, Sosial və Mədəniyyət Haqqında Beynəlxadq Paktda və Vətəndaş və Siyasi hüquqların Beynəlxalq Paktında öz əksini daha müfəssəl şəkildə tapıb.

İnsan hüquqlarının pozulması məsələlərinə bir neçə xüsusi beynəlxalq saziş və muqavilələrdə yenidən baxılıb. Onlardan irqi mənsubiyyətinə görə hüquq pozuntularının ləğvi barədə Beynəlxalq Konvensiya (1965); irq və irqi xürafatlar haqtında Bəyannamə (1978), din və inanclara görə hüquq pozuntularının bütün formalarının ləğvi barədə Bəyannamə (1981) kimi sənədləri xüsusi qeyd etmək olar

Bu beynəlxalq razılaşmaların və bəyannamələrin əsasnamələrində azlıqlara çoxluqlarla eyni hüquqlar verilib və onların arasında eyni münasibətlər mövcuddur. İnsan hüquqlarının Ümumi Bəyannaməsi, eləcə də Vətəndaş və Siyasi hüquqların Beynəlxalq Paktı azlıqların hüquqlarının tam qarantı sayıla bilər. Bu hüquqlar aşağıdakılardan ibarətdir: onlar hüquqi subyekt kimi tanınır, məhkəmə qarşısında bərabərdirlər, qanun qarşısında bərabərdirlər və qanunla, bərabər səviyyədə müdafiə olunurlar.

Beləliklə, azlıqlara hamı ilə bərabər münasibət göstərilməsi bütün mətəbər sənədlərdə öz əksini tapmasına iə bütün dünyada buna, əsasən, əməl olunmasına baxmayaraq, bəzən hər hansı bir azlığa qarşı hüquq pozuntusuna yol verilməsi faktı milli siyasət səviyyəsinə qaldırılaraq geniş ictimaiyyətin müzakirəsinə verilir ki, bu da əslində xoş ovqat yaratmırr. Azlıqlara verilən xüsusi hüquqlar vo güzəştlər barədə bir çox hallarda ümumi fikir birliyi əldə olunmur. Buna da səbəb, əsasən, azlıqların əksər əhaliyə verilən hütuq normalarına düzgün əməl etməmələri ilə bağlıdır.

İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaradılarkən əsas fikir belə idi: əgər hər bir fərdin hüquqları qanunla qorunursa, onda azlıqların hüquqlarının qorunması barədə xüsusi əsasnamələrin qəbul olunmasına ehtiyac yoxdur.

BMT-nin Nizamnaməsində də azlıqlar barədə elə bir söhbət açılmırdı. Macar nümayəndə heyəti tərəfindən irəli sürülən, azlıqları müdafiə edən müqavilənin layihəsi də 1946-cı ildə çağırılmış London Sülh Konfransı tərəfindən qəbul edilmədi.

Lakin bu o demək deyil ki, azlıqların hüquqları məsələsi diqqətdən kənarda qalmışdı. 1947-ci ildə insan hüquqları ilə məşğul olmaq üçün BMT öz nəzdində müstəqil ekspertlərdən ibarət xüsusi komissiya yaratdı və 1948-ci ildə onun Baş Məclisi qəbul etdiyi xüsusi qətnamədə elan etdi ki, o, azlıqların taleyinə biganə qalmayacaq. Eyni zamanda, həmin qətnamədə xüsusi qeyd olunurdu ki, "bu, özünə xüsusi diqtət tələb edən, olduqca mürəkkəb məsələdir. Bu məsələ hər dövlətdə bir cür üzə çıxır və özünə qarşı xüsusi nöqteyi-nəzər tələb edir".

Azlıqların müdafiəsi barədə beynəlxalq aləmdə indiyədək görülən işləri səciyyələndirməzdən əvvəl onu qeyd etmək istərdik ki, xüsusi hüquqlar heç də xüsusi imtiyazlar demək deyil. Xüsusi hüquqlar o deməkdir ki, azlıqlar da öz milli mövcudluğunu, adət-ənənələrini qoruyub saxlaya bilsinlər, çoxluqlarla eyni səviyyədə bərabər yaşasınlar.

Azlıqlar o zaman statusa malik ola və çoxluqlar buna təbii bir proses kimi baxa bilərlər ki, həmin azlıqlar öz ana dillərindən müstəqil istifadə edə bilsinlər, öz məktəblərini yaratsınlar, onların təşkil etdikləri xidmət sahələri dövlətin iqqisadi və siyasi həyatında əhəmiyyətli rol oynasın.

Hazırda mövcud olan beynəlxalq müqavilələrin heç biri azlıqların hüquqlarını halında əhatə etmir. Bununla belə, əldə olunmuş bəzi vacib razılıqlar azlıqların nümayəndələrinə imkan verir ki, onlar öz mədəniyyətlərini, din və dillərini qoruyub saxlasınlar.

Bu sahədə 1966-cı ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Vətəndaş və Siyasi Hüquqların Beynəlxalq Paktının xüsusi əhəmiyyəti var. Paktın 27-ci maddəsində deyilir: "O ölkələrdə ki, etnik, din və dil azlıqlarına məxsus qruplar mövcuddur, onlar da başqa xalqlarla birlikdə öz mədəniyyətlərini inkişaf etdirmək, öz dinlərinə etiqad göstərərək onun mərasimlərini keçirmək və öz ana dillərindən istifadə etmək hüququna malikdirlər".

Paktın müddəalarına əməl olunmasına nəzarət edən müstəqil ekspertlərin orqanı - İnsan Hüquqları üzrə Komitə 27-ci maddənin pozulması barədə ayrı-ayrı şəxslər tərəfindən daxil olan məlumatları araşdıraraq onlara öz münasibətini bildirir.

Azlıqların hüquqları ilə əlaqədar olan problemlərə bir çox başqa beynəlxalq razılaşmalarda da müəyyən münasibətlər bildirilib. Onlardan aşağıdakıları xüsusi qeyd etmək olar: Genosid Hallarının Baş Verməsi Barədə Xəbərdarlıq və Xüsusi Cəza Tədbirləri Konvensiyası (1948), İrqi Hüquq Pozuntularının Bütün Formalarının Ləğvi Konvensiyası (1965), Uşaqların hüquqları haqqında Konvensiya (1989) və Təhsil Sahəsində Hüquq Pozuntusu ilə Mübarizə Konvensiyası (YUNESKO, 1960).

Bu razılaşmaları qəbul edən və təsdiqləyən dövlətlər öz milli qanunları sırasına həmin qanunları da əlavə edir və onlara əməl edəcəklərini öz əhdələrinə götürür.

Beynəlxalq Mədəni Əməkdaşlığın Prinsipləri Bəyannaməsi də (YUNESKO, 1966) azlıqların hüquqları ilə bağlıdır. Orada deyilir ki, hər bir mədəniyyət əzünəməxsus ləyaqətə və dəyərə malikdir, ona xüsusi hörmət edilməli və qanunla qorunmalıdır. Öz mədəniyyətini inkişaf etdirmək hər bir xalqın hüququdur və hər bir mədəniyyət bəşər mədəniyyətinin tərkib hissəsidir.

Milli azlıqların vəziyyətini yaxşılaşdırmağa ehtiyac duyan dövlətlər BMT-nin mərkəzi təşkilatına müraciət edə, onlardan faydalı məsləhət, texniki kömək ala bilərlər. Bu mərkəz lazım olan yerlər üçün qanun layihələri, eləcə də kadr hazırlamaq üçün milli və regional proqramlar hazırlayır, işgüzar müşavirə və seminarlar keçirir, həmçinin aspirantura və internaturalarda mütəxəssislər hazırlanmasını maliyyələşdirir.

Dünyanın başqa bölgələrinə nisbətən Avropada azlıqların hüquqları ilə bağlı problemlər üzərində görülən işlər daha səmərəlidir. 1989-cu ildə dövlət başçılarının Vyana görüşündə - Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirədə azlıqların hüquq toxunulmazlığı barədə daha geniş və əhatəli qərarlar qəbul olundu ki, bu da başqa millətlərlə yanaşı, onlara tam hüquq bərabərliyi verdi. Bu yeni qaydalar dövlət başçılarının 1990-cı ildə Kopenhagendə və ekspertlərin 1991-ci ildə Cenevrədə keçirilən görüşündə bir daha təsdiqləndi. 1990-cı ilin noyabrında dövlət başçılarının Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Parisdə keçirilən geniş müşavirəsində qəbul olunmuş Paris Xartiyasında başqa məsələlərlə yanaşı, milli azlıqların hüquqları da müzakirə olunaraq təqdir edildi. Avropa Nazirlər Şurası Komitəsi tərəfindən yaradılan demokratik qanun-qaydaları təmin edən Avropa Komissiyası 1990-cı ildə milli azlıqların hüquqları siyahısını tərtib etdi.

Beynəlxalq qeyri-hökumət təşkilatları insan hüquqlarının qorunmasında vacib rol oynayır. Onlar özləri və yaxud nümayəndəlikləri vasitəsilə münaqişə baş verən bölgələrdəki vəziyyəti diqtətlə izləyir, sosial-iqtisadi sarsıntıları və gərginlikləri təcili aradan qaldırmaq üçün yollar arayır. Belə təşkilatlar bir çox hallarda vasitəçi rolunu oynayaraq həm beynəlxalq, həm də yerli ictimaiyyətin diqqətini özlərinə cəlb edərək mövcud problemlərin həllində müəyyən dönüş yaradır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft