|
PİS SÖZDƏN DƏRMAN...
NƏCƏF ADİLOĞLU
Mənbə:
"Məşvərət", N10-11, 1997
Söz azadlığı məhdudiyyətinin
tərəfdarları da milli maraqların söz azadlığının dərəcəsinə müvafiqliyini
özləri bildiyi kimi başa düşərək bəzən səmimi olurlar. Amerikalı tədqiqatçı
Nikolas Consun icmalının birinci hissəsini əks etdiran bu material onlar
üçün xüsusilə maraqlı olacaq. Burada söhbət ABŞ Konstitusiyasına edilən
Birinci düzəliş haqqında gedəcək. Bu düzəlişə görə "söz və mətbuat
azadlığını məhdudlaşdıran hər hansı qanunların qəbul edilməsi Konqresə
qadağan edilir".
Maraqlıdır ki, "Birinci
düzəlişin ABŞ-ın hökumət və hüquq sistemlərində yeri" bölməsindən sonra
müəllif "Birinci düzəlişin insan ürəklərində yeri" bölməsini yerləşdirir. Və
orada, xüsusilə, yazır:
İstənilən qanunun
səmərəliliyi üçün o, başa düşülməli və insanların çoxunun ürəyində qəbul
edilməlidir. Birinci düzəliş istisna təşkil etmir. Onun "qanun" olması hələ
kifayət deyil. Dövlət xadimləri və sıravi vətəndaşlar başa düşməlidirlər ki,
onların razı olmadığı informasiya və ideya selinə icazə verilməsi nəyə
görə lazım və məqsədəuyğundur. İnformasiya və rəylər işdə onlarda nifrət
oyada, onları xoşagəlməz tərəfdən göstərə (onların səfehliyi və
rüşvətxorluğundan danışarkən) və onları özündən çıxara bilər.
Ayrı-ayrı şəxslər (və ya
şəxslər qrupu, və ya dövlət xadimləri) var ki, müəyyən ideyalar onları
hiddətləndirir və onlar bu cür ideyaların verilməsini qanundan kənarda
qoymağı təklif edirlər. Onlar bəzən çoxlu sayda vətəndaşları inandıra
bilirlər ki, onların ürəyincə olmayan ideyaların ifadə olunması ilə əlaqədar
"nəsə etmək lazımdır". Lakin buna zidd olaraq, Amerika ittifaqı vətəndaş
azadlıqlarının müdafiəsi üçün və Vətəndaşlar Amerika həyat tərzinin lehinə
kimi vətəndaş təşkilatları mövcuddur. Onlar Birinci düzəlişi müdafiə edir və
praktiki olaraq həmişə amerikalıların çoxunu inandıra bilirlər ki, "söz
azadlığı", əgər hətta bu söz dəhşətlidirsə senzuradan yaxşıdır. Onların
sözləri ilə desək, "pis sözdən dərman - sözdən çoxdur, senzura deyil".
Birinci düzəlişin
əhəmiyyətinin xeyrinə danışan dəlilləri beş əsas kateqoriyaya bölmək olar.
Bu kateqoriyaların aid olduqları sahələr aşağıdakılardır: (1) özünüidarəni
həyata keçirən əhalinin informasiyaya olan tələbatının ödənilməsində onun
rolu, (2) "ideyalar bazarı" atmosferində həqiqətin axtarılmasında onun
rolunun vacibliyn, (3) iri təpkilatların fəaliyyətinə göz qoyan və onların
vəziyyətdən sui-istifadə etmə faktları haqqında məlumat verən kütləvi
informasiya vasitələrinin "qarşısını alma" rolu ilə qarşılıqlı əlaqəsi, (4)
onun "özünüreallaşdırma"ya, əsasını təşkil edən azadlıqlar və şəxsi azadlıqa
təsiri, eləçə də (5) onun "qoruyucu qapaq" rolu, belə ki, bu, razı
olmayanlara zor işlətmədən öz narazılığını sözlə ifadə etmək imkanı verir.
Sayılmış kateqoriyalardan hər birişqa qısa pqərhi aşağıda verilir.
Əhalinin özünüidarəsi
Nəzəriyyəyə, eləcə də
təcrübəyə görə, "demokratiya" o deməkdir ki, ölkənin hər bir vətəndaşı
"məsul hökumət adamıdır", o hər şeydən əvvəl günün ən mühüm məsələləri
barəsində məlumatlılığı, atılacaq addımlar haqqında rəylərin dürüst ifadə
edilməsi və bildirilməsi və nəhayət, digərlərini onun ideyaları ilə
razılaşmağa inandırmaq cəhdinə görə məsuliyyət daşıyır. Son nəticədə
məlumatlandırma və inandırma prosesi atılacaq addımlar haqqında vahid
qərarın qəbul edilməsinə gətirib çıxarır.
Özünüidarə imkanının bir məna
kəsb etməsi üçün vətəndaşların maksimal mümkün həcm informasiya və rəyə azad
daxidolma və ictimai dialoqu zənginləşdirmək azadlığına malik olması mütləq
vacibdir. Bu informasiya və rəy axınının məhdudlaşdırılması üçün hökumət
tərəfindən edilən istənilən cəhdlər özünüidarə ideyasının özünə öldürücü
zərbə demək olardı, nəsə "qeyri-amerikasayağı", qeyri-demokratik və
konstitusiyaya zidd olardı.
İdeyalar bazarı
"Həqiqət" nədir? Şübhəsiz, bu
sözün mənası onun işlədildiyi kontekstdən asılıdır. Dini həqiqət qədim
yazılara və ya dini liderin sözlərinə əsaslana bilər. Elmi həqiqət yalnız
eyni nəticələr almaqla başqa alimlər tərəfindən təkrar oluna bilən
təcrübələr nəticəsində alına bilər. Siyasi həqiqət çoxluğun mövcud rəyindən
daha çox məna kəsb edə bilər. Lakin təyinatından asılı olmayaraq həqiqətin
axtarılması şübhəsiz mövcud rəy və informasiyanın tam dairəsinə daxilolmanın
maksimum genişpənməsi hesabına asanlaşacaq.
Bunu bəzən "ideyalar
bazarı"na daxilolma adlandırırlar. Bütün mümkün informasiya, ideyalar,
nəzəriyyələr və rəylər bazarın piştaxtalarına düzülür. Nəyə tələbat varsa, o
da bazar şəraitində "həqiqi" sayılır.
Bu da söz azadlığının bir
səbəbi və ya nəticəsini təşkil edir. İdarə formasından asılı olmayaraq hesab
edilir ki, vətəndaşların azadlıq və həqiqətin axtarılmasına açıq daxilolma
hüququna malik olduğu halda cəmiyyət bütün göstəricilər (çiçəklənmə,
mədəniyyət, elm, incəsənət, siyasət) üzrə yalnız uda bilər.
Qarşısını almanın əhəmiyyəti
Söz və mətbuat azadlığını
bəzən "hökumətin dördünçü budağı" adlandırırlar. Mətbuat, televiziya və
radio jurnalistlərinin belə səciyyələnməsi məsələni hətta müzakirə etmədan
sadəcə olaraq onların hökumətdən ayrılaraq "muxtariyyət" təşkil etməsini
nəzərdə tutur.
Birinci düzəlişin bu qiymətli
tərəfi deyilənin məzmununun özünə deyiş, daha çox informasiyanın toplanması
və yayılması prosesi və onun nəticələrinə aiddir.
"Qarşısını alma faktoru"na
tələbat o fərziyyədən doğur ki, tək hökumət deyil, cəmiyyətin bütün
institutları bir vaxt özündə qapanmaq, dəyişikliklərə müqavimət göstərməyə
başlamaq, sirr verməyən, rüşvətxor olmaq, hansı iş üçün yaradılmışlarsa
onunla məşğul olmaqdan daha çox özlərinin əbədiləşdirilməsində maraqlı
olmağa qadirdir. Bu, istənilən təşkilatlara (kommersiya qurumu,
universitetlər, kilsələr, xəstəxanalar, hərbçilər və ya polis hissələri)
qarşı münasibətdə ədalətli ola bilər.
Belə meyllərə yol verilməməsi
və bu cür sui-istifadə hallarının "qarşısını alma"nın təmin edilməsinin
bütün mümkün yoşlarından daha təsirlisi azad və müstəqil jurnalistikadır.
Reportyorlar istədikləri yerə gələ, istənilən sualları verə, sənədlərin
göstərilməsini tələb edə, şəkil çəkə, narazı olanları dinləyə və
sui-istifadə hallarının ifşasına bir yenilikçi kimi yanaşa bilər. Bu,
"reportaj-istintaq" və ya "tədqiqat jurnalistikası" adlanır.
Özünüreallaşdırma
Söz azadlıqının müdafiəsi
üçün daha bir əsas onun"azadlıq", "özünəhörmət", "özünümüdafiə", "şəxsi
yüksəliş və inkişaf", "təhsil" və "mədəniyyət" kimi məfhumlarla əlaqəsində
əhəmiyyət kəsb edir. Bütün bu məfhumları bir termin - "özünüreallaşdırma"
birləşdirir. Bu prosesdə individum öz şəxsi çapışmaları əsasında maksimal
mümkün dərəcədə öz imkanlarını reallaşdırır. İnformasiya, təhsil, mədəni
tərbiyə almaq və özünü ağılla, yaradıcı və bədii ifadə etmək imkanı olmadan
belə proses mümgün deyil. Sözsüz ki, azad fikir və sözün boğulması, mövzu və
rəylərin qadağan olunması bu prosesin getməsinə mane olur.
Qoruyucu qapaq
Yüksək təzyiqə görə qazanın
partlamasının qarşısını alaraq qoruyucu qapaq buxarı buraxır. Amerikada
vətəndaş hüquqları uğrunda əsl mübariz d-r Martin Lüter Kinq bir dəfə
demişdir: "Bizə radio və televiziyaya daxil olmağı qadağan edən zaman biz ən
inandırıcı oçerklərimizdən bəzilərini nizamla yeriyən cərgələrin küt
karandaşı ilə yazmalı olmuşuq". Xoşbəxtlikdən o, dəyişikliklər uğrunda
aparılan mübarizənin "zor işlətməmək" strategiyasının tərəfdarı idi. Lakin
onun "marş"la "oçerk"i müqayisə etməsi məsələnin məğzini dərk etməyə kömək
edir. Digərləri, nisbətən bacarıqsız esseistlər eşidilmələri üçün atışma,
qarətçilik və od vurmaq yolunu seçdilər.
Beləliklə, bu sonuncu dəyər
də bilavasitə deyilənin məzmunu ilə əlaqədar deyil. O daha çox
özünüreallaşdırmanın qabaqcadan duyulmuş dəyəri ilə əlaqədardır. ABŞ-da belə
bir əminlik mövcuddur ki, əgər insanlar öz narazılığını həm səslə, həm də
kağız üzərində azad ifadə edə bilirsə, əgər onların öz həmvətənləri və
dövlət xadimlərinin diqqətətini cəlb etmək imkanı varsa, əgər onlara elə
gəlirsə ki, onları eşitdilər, onda onlar öz qəti etirazlarını ifadə etmək və
islahatlar keçirmək vasitəsi olan zorakılığa əl atmağa az meylli olacaq. |