top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

BAZAR İQTİSADİY YATININ QANUNVERİCİLİK BAZASININ YARADILMASI TƏXİRƏSALINMAZ PROBLEMLƏRDƏNDİR

TEVFİK YAPRAK
BEYNƏLXALQ VALYUTA FONDUNUN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ

Mənbə: "Məşvərət", N1-2, 1997


Öz üstünlüyünü dünya təcrübəsində sübut etmiş bazar münasibətləri əsasında tənzimlənən iqtisadiyyata keçid son illər Azərbaycan dövlətinin haqlı olaraq iqtisadi siyasətinin məğzini təşkil edir. Təbii ki, bazar iqqisadiyyatı özlüyündə məqsəd kimi əhalinin məşğulluq səviyyəsini və real gəlirlərini artırmaqla onun rifahının yüksəldilməsini təmin edəcək bir vasitə olmaqla yalnız müstəsna əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq yolunda iqqisadi islahatların ardıcıl davam etdirilməsi və bununla da sahibkarlığın sürətlə inkişaf etdirilməsinə ən əlverişli şərait yaradılması indi qarşıda duran olduqca mühüm vəzifələrdən biridir. Bütövlükdə, bu vəzifələrin yerinə yetirilməsi bir sıra təxirəsalınmaz problemlərin həllini tələb edir ki, onların da ən vaciblərindən biri olan - bazar ştisadiyyatının qanunvericilik bazasının yaradılması - məsələnin bözi əsas cəhətləri üzərində dayanmağı məqsədəuyğun hesab edirəm.

Bazar münasibətlərinin formalaşmasının və tənzimlənməsinin yalnız qanunvericilik əsasında həyata keçirilməsinin təmin edilməsi üçün aşağıdakı bözi prinsipial məsələlərin həlli olduqca zəruridir:

1. Hər bir şəxsin qanunvericiliyə uyğun malik olduğu bütün hüquqlarının dövlət tərəfindən dəqiq və aydın şəkildə bəyan edilməsi.

2. Bazar münasibətlərinin bütün subyektlərinin (hüquqi və fiziki şəxslərin) qanunvericiliklə təsbit olunmuş bütün hüquqlarının cəmiyyətin gündəlik həyatında qorunmasına dövlət tərəfindən zəmanət verilməsi.

3. Hər bir şəxsin (həm hüquqi, həm də fiziki) siyasi, iqtisadi və digər sahələrdə hüquqlarını əks etdirən bütün qanun, qərar, fərman və digər normativ-hüquqi aktların qəbul edilməsi, həmçinin onların tam və gerçək icrasını təmin edəcək müvafiq mexanizm və qurumların yaradılması.

4. Kim tərəfindən edildiyindən asılı olmayaraq hüquqi və ya fiziki şəxsin hüququ pozularsa onun hüquqlarının tam şəkildə bərpa edilməsinin təsirli mexanizminin yaradılması.

Birinci iki məsələnin həlli demək olar ki, prinsip etibarı ilə artıq yoluna qoyulmuşdur. Belə ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyasına görə dövlət müxtəlif mülkiyyət növləri və bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, habelə azad sahibkarlığa təminat verir. Konstitusiyaya hər bir şəxsin beynəlxalq aləmdə məlum olan bütün əsas insan və vətəndaş hüquqlarını, o cümlədən, mülkiyyət hüququnun və mülkiyyət növündən asılı olmayaraq istənilən mülkiyyətin dövlət tərəfindən qorunduğunu bəyan edir. İndiki mərhələdə, fikrimizcə, əsas vəzifə hər bir şəxsin konstitusiyada təsbit olunmuş bütün hüquqlarının inkişaf etdirilərək müvafiq qanunvericilik aktlarında öz əksini tapmasının və hər bir konkret halda dövlətin müvafiq orqanları tərəfindən həmin hüquqların qanuni yolla etibarlı qorunmasının mexanizminin yaradılmasından ibarətdir.

Üçüncü məsələnin gerçəklənməsi istiqamətində də bir sıra mühüm addımlar atılmışdır. Belə ki, iqtisadi islahatlar sahəsində həlledici qanun, qərar və fərmanların mühüm hissəsi yaradılmışdır; normativ-hüquqi bazanın çatışmayan hissəsinin hazırlanması istiqamətində isə müəyyən işlər görülməkdədir.

Doğrudur, qəbul edilmiş qanun, fərman və digər qanunvericilik aktları heç də həmişə tələb olunan səviyyədə olmamışdır. Buna görə də yeni qanunvericilik aktlarının hazırlanması ilə paralel olaraq, artıq qəbul edilmiş hüquqi-normativ sənədlərin təkmilləşdirilərək beynəlxalq standartlara daha da yaxınlaşdırılması istiqamətində də ardıcıl iş aparılmasına ehtiyac vardır. Bu istiqamətdə aşağıdakı məsələlərin ilk növbədə həlli məqsədəuyğun olardı:

a) təşkilati-hüquqi forma və mülkiyyət mənsubiyyətindən asılı olmayaraq ölkədəki bütün müəssisələrin fəaliyyətinin müxtəlif (dövlət, bələdiyyə müəssisələri, səhmdar cəmiyyətləri və s. haqqında) qanunlarla deyil, vahid "Müəssisələr haqtında" qanunla tənzimlənməsi;

b) vergi qanunvericiliyinin vahid hüquqi aktda - "Vergi məcəlləsi"ndə birləşdirilməsi;

v) qiymətli kağızların dövriyyəsini və fovd bazarlarının fəaliyyətini tənzimləyən qanunun mövcudluğuna baxmayaraq (bu qanunun nə dərəcədə mükəmməl olması başqa məsələdir), qanunla bu sahədə dövlət tənzimləməsini həyata keçirən yeganə orqan olan Maliyyə Nazirliyinin bir sıra funksiyaları sonradan ya Milli Banka və ya Dövlət Əmlak Komitəsinə verilmiş, ya da bu sahədə Maliyyə Nazirliyinə məxsus müstəsna hüquqlardan bu orqanlara da verilmişdir. Bununla əlaqədar olaraq, dövlətin bu sahədəki tənzimləyici funksiya və səlahiyyətlərinin vahid orqanda cəmləşdirilməsi və əlaqədar qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi;

q) müflisləşmə və iflas haqtında olduğu kimi girov haqqında da yeni və daha mükəmməl qanun qəbul edilməsi və bu iki qanunun fiziki və hüquqi şəxslərin göstərilən sahələrdə mülkiyyət və bütövlükdə təsərrüfat hüquqlarının tam və etibarlı qorunmasının təmin edilməsinə zəmanət verməsi. Həmin qanunların real və səmərəli fəaliyyət göstərməsi üçün müvafiq icra mexanizminin yaradılması;

d) iqtisadiyyatın bütün sahələri üzrə, xüsusilə müəssisələrin fəaliyyəti sahəsində mühasibat uçotu və hesabatının beynəlxalq standartlara uyqun olaraq yeni sisteminin yaradılması üçün zəruri olan qanunvericilik bazasının hazırlanması və s.

Şübhəsiz ki, hüquqa islahatları da digər islahatlar kimi birdəfəyə, bir aktla həyata keçirmək mümkün deyildir. Lakin, iqqisadi islahatın proqramına, onun strateji xəttinə və ölkənin mənafeyinə uyqun olaraq onun mühüm xüsusiyyətlərini nəzərə almaqla bazar iqtisadiyyatının qanunvericilik bazasının yaradılmasının prioritet istiqamətləri müəyyənləşdirilməli və bu istiqamətlərdə qanunvericilik fəaliyyəti gücləndirilməlidir. Bu baxımdan müasir beynəlxalq hüquq normalarına uyğun Mülki Məcəllənin ən qısa zamanda qəbul edilməsi , fikrimizcə, olduqca zəruridir.

Bütün bunlarla rəqabət və təbii inhisarların fəaliyyətinin tənzimlənməsi haqqında yeni qanunların qəbul edilməsi və həmin qanunların işlək icra mexanizminin yaradılması azad sahibkarlığın inkişafına və bütövlükdə iqtisadi fəallığın sürətləndirilməsinə əlveripşi zəmin yaradılması işinə böyük kömək olardı.

Yeni qanunvericilik aktları qəbul edildikcə istehsal münasibətlərində (həmçinin bölgü və. istehlak münasibətlərində) kəskin keyfiyyət dəyişiklikləri baş verir. Bu da öz növbəsində, bazar münasibətləri ilə təsir və əks-təsir əlaqələrində olan, keyfiyyətcə başqa idarəetmə funksiyalarına malik yeni idarəetmə sisteminin formalaşmasını zəruri edir. Bununla da dövlət idarəetmə orqanlarının funksiyalarının yeni hüquqi-normativ aktların mahiyyətinə və tələblərinə uyğunlaşdırılmasına ehtiyac duyulur.

Bu zaman idarəetmə funksiyalarının müxtəlif dövlət orqanları üzrə əsassız olaraq səpələnməsinə və ya eyni funksiyanı müxtəlif orqanlara verməklə onların səlahiyyət dairələrinin üst-üstə düşməsinə, dövlət orqanlarına aydın və konkret olmayan, habelə qanunla müəyyənləşdirilmiş hüdudlardan artıq səlahiyyət verilməsinə və digər neqativ hallara yol verməmək xüsusi əhəmiyyət kəsb edir. Əks təqdirdə idarəetmə sistemi iqtisadi islahatların ən az sosial-iqtisadi itkilərlə və mümkün olan ən qısa müddətdə aparılmasını təşkil və təmin etmək əvözinə, bu yolda bürokratik əngəllər və maneələr yaradan bir tormoza çevrilə bilər.

İqtisadi islahatlar dərinləşdikcə və genişləndikcə, bununla baqaı olaraq keyfiyyətcə yeni idarəetmə sistemi formalaşdıqca həm dövlət və qeyri-dövlət qurumları arasındakı münasibətlərin, həm də qeyri-dövlət qurumlarının öz arasındakı münasibətlərin mahiyyətinin və əhatə dairəsinin daha dəqiq müəyyənləşməsi və bu münasibətlərin müvafiq qanunvericilik aktlarında hüquqi normalarla təsbit edilməsi, fikrimizcə, qanunvericilik işinin əsasını təşkil edəcəkdir.

Beləliklə, bazar münasibətləri sisteminin bütün iştirakçılarının və onların özlərinin qarşılıqlı münasibətlərinin qanunvericilik bazası getdikcə genişlənməkdə, məhkəmlənməkdədir. İndiki vəziyyətdə həmin hüquqların qorunmasını və pozulma hallarında onların bərpasını və hər yerdə, bütün hallarda qanunun aliliyini təmin edəçək prinsipial prokurorluq və çevik məhkəmə sisteminin yaradılması olduqca vacib məsələdir. Bu sahədə indiki mərhələdə ilk növbədə aşağıdakı işlərin gərülməsi məqsədəuyğun olardı:

• beynəlxalq hüquq normalarına uyğun prokurorluq haqqında və məhkəmə sisteminin islahatı haqqında qanunların qəbul edilməsi;

• məhkəmə islahatı həyata keçirilərkən məhkəmələrə, xüsusilə İqtisad Məhkəməsinə daha çevik və təsirli fəaliyyət üçün şərait yaradılması.

Hüquqi islahatlar sahəsində belə bir zərurət bazar iqtisadiyyatı şəraitində vətəndaşların sahibkarlıq fəaliyyətinin fəallaşması ilə bağlı onların mülkiyyət və digər hüquqlarının etibarlı qorunmasına, bu hüquqlar pozulduqda isə iddia tələblərinə məhkəmə tərəfindən çevik reaksiya verilərək onların bərpa edilməsinə obyektiv artan tələbatdan doqur. İddialara məhkəmələrdə baxılmasının və məhkəmə qərarlarının həyata keçirilməsinin daha konkret, operativ və təsirli icra mexanizmi yaradılmasının məqsədəuyqunluğu da bununla izah olunur.

Nəhayət, bazar iqtisadiyyatının qanunvericilik bazasının yaradılması, idarəetmə, prokurorluq və məhkəmə sistemlərinin təkmmilləşdirilməsi o zaman səmərəli olacaqdır ki, vətəndaşlara onların malik olduqları hüquqlar haqqanda tam, aydın və dəqiq məlumatlar ən opreativ şəkildə çatdırılsın və lazımi hallarda hər bir şəxs istənilən hüquqi məsələ üzrə çox asanlıqla izahat ala bilsin, çünki adamlar öz hüquqlarını o vaxt dərk edir və hüquqlarıvdan səmərəli istifadə edə bilir ki, onlar hansı hüquqlara malik olduqlarını və onları necə qoruyacaqlarını daha yaxşı bilsinlər.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft