top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

C-b Patrik D.Malloyun suallarına Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin icraçı direktoru, elmlər doktoru c-b Con D.Sallivanın cavabları

11 avqust 1999-cu il

Mənbə: "Məşvərət", N22, 1999


1) “Rüşvətalan tərəf” üzrə bizim nəyin üzərində dayanmalı olacağımız haqqında sizin hansı tövsiyələriniz (yüksək prioritetlərdən aşağı prioritetlərədək) vardır?”

2) “Rüşvətverən tərəf” üzrə OECD-nin rüşvətxorluq əleyhinə Konvensiyasının və OECD-nin digər sazişlərinin icrası üzərində monitorinqin aparılmasından və onlara ciddi əməl olunmasından əlavə sizin hansı tövsiyələriniz vardır?

Aşağıdakı cavablar yaxın gələcəkdə həyata keçirəcəyimiz əməliyyatlara operativ başlamağımızı tələb edən ümumi prinsipə əsaslanıb. Prioritet bölgüsü birinci dərəcəli əhəmiyyət kəsb edən əməliyyatların yaxın gələcəkdə həyata keçirilməsi prinsipinə əsaslanır. Ümumi xarakterli uzunmüddətli əməliyyatlar az əhəmiyyətlidir, halbuki bütövlükdə onlar fundamental ola bilər. Həyati zəruri və eyni zamanda ümumi olan məhkəmə islahatı ideyasını aşağı prioritetli kimi misal çəkmək olar. Bunun əksinə olaraq xarici filialların OECD-nin rüşvətxorluq əleyhinə Konvensiyasının fəaliyyəti zonasından çıxarılması ilə yaranmış boşluğu doldurmaq məqsədi ilə həmin Konvensiyaya olan düzəlişlər üzrə tövsiyələr yüksək prioritet qazanırlar. Baxılan məsələ üzrə OECD üzvü olan ölkələrin dəstəyini almağın çətin olmasına baxmayaraq bu tövsiyələr çox da uzaq olmayan gələcəkdə həyata keçirilə biləcək yüksək prioritetdir.

Bundan əlavə, aşağıda göstərilən tövsiyələrin bir çoxu bizim korrupsiya ilə mübarizə və korporativ idarəetmə üzrə İqtisadi İnkişaf Mərkəzi (Slovakiya) və Demokratiyanın Öyrənilməsi Mərkəzi (Bolqarıstan) ilə iş üzrə təcrübəmizin nəticələridir.

RÜŞVƏTALAN TƏRƏF ÜZRƏ TÖVSİYƏLƏR

Burada korrupsiya ödənişlərinin məhdudlaşdırılması imkanlarının müəyyən edilməsi vacibdir. Öz hesabatımda dediyim kimi, mən rüşvətxorluğun kökünün kəsilməsi üzrə edilən səylərə antikorrupsiya mexanizmlərinə ciddi əməl olunması və polisin fəaliyyətinə alternativ kimi baxılmasını təklif etmirəm. Əksinə, rüşvətxorluğun kökünün kəsilməsi üzrə edilən səylər yuxarıda göstərilən mexanizmlərə ciddi əməl olunması ilə birlikdə mübarizənin ən məqbul uzlaşan üsullarıdır. Aşağıda göstərilən ideyalar ATƏT regionundan olan tərəfdaşlarımızla və digər inkişafda olan ölkələrlə iş üzrə təcrübəmizin nəticələridir.

Tövsiyələr o əməliyyatlardır ki, ATƏT bir təşkilat kimi ya özü, ya ABŞ hökuməti və OECD üzvü olan digər hökumətlərlə və hərdən elə özəl sektor ilə əməkdaşlıq edərək onları birlikdə icra edə bilər.

1) ATƏT ölkələri hüdudlarında ALIŞIN SAĞLAM QAYDALARINI bərqərar etmək. Bunlara uyğun olaraq tenderdə iştirak etmək üçün ərizələrin aşkar şəkildə təqdimatı tələb olunmalıdır. İştirak üzrə olan bütün təkliflərin ictimai öyrənilməyə açıq olması zəruridir. Transparency International və Avropa Yenidənqurma və İnkişaf Bankı alış sisteminin müasir modellərindən istifadə edirlər. Bu işə Braziliyanın alışlar sistemi üzrə proqramının surəti əlavə olunur. Burada hətta inkişafda və keçid dövründə olan ölkələrdə edilən səylər göstərilir.

ATƏT və Beynəlxalq Maliyyə İnstitutu alışlar sisteminin islahatını ATƏT-ə bənzər bir çox beynəlxalq təşkilatlar qarşısında bir şərt kimi qoymalıdırlar.

2) Oxşar fikirlər iri alışlara çoxmilli inkişaf banklarının və ya digər maliyyə institutlarının maliyyələşdirdiyi ÜÇÜNCÜ TƏRƏFİN MONİTORİNQİ tələbidir. Burada alan ölkənin hökuməti monitorinqi aparmalı olan və deyək ki, tikinti, malların və xidmətlərin alınması və s. üzrə hesabat tərtib edəcək üçüncü tərəfin adını söyləməlidir. Üçüncü tərəf nəinki təkcə ixtiyari şübhəli ödənişlərin edilməməsi məqsədi ilə yoxlamalar edəcək, o həm də tikinti materiallarının, xidmətlərin və malların keyfiyyəti və digər kontrakt öhdəlikləri üzrə monitorinq aparacaq. Hal-hazırda ABŞ Konqresi müvafiq qanunvericiliyi nəzərdən keçirir.

3) İnkişaf üçün kreditlərin və ya qrantların alınması üçün şərt kimi seçmə əsasında aparılan MÜSTƏQİL AUDİTLƏRin zəruriliyi fikri maraq doğurur. BVF-in kreditinin istifadəsi zamanı Rusiya Mərkəzi Bankının korrupsiyada ittihamlanması nəticəsində Bankda aparılan yoxlama buna misaldır. Belə yoxlamalar həm kreditlər və həm də alışlar üzrə aparıla bilər və alışların sağlam sisteminin qəbul edilməsi üçün stimul ola bilər.

4) HÜQUQİ İSLAHAT VƏ ƏMƏLİYYATLARIN SADƏLƏŞDİRİLMƏSİ biznesdə maneələrin aradan qaldırılması üçün əsas aspekt olur. Artıq öz hesabatımda dediyim kimi, üst-üstə düşən və təkrarlanan qanun və qaydalardan imtina edilməsi zəruridir. Dövlət məmurlarının əlində qanun və qaydaların yozulması üzrə böyük səlahiyyətlər olduqda bu, onların qəbul edilmiş qərarlardan öz mənafeləri üçün maksimum istifadə etməsinə imkan verir. Bu istiqamətdə bilavasitə atılmış addımlardan biri hakimlərin müstəqil komissiyaları konkret qanunların yozumunu müəyyən etmək səlahiyyətlərinə malik olduğu yerlərdə MƏHKƏMƏ YOXLAMALARI PROSESİnin yaradılması olardı. Artıq belə sistemdən Ekvadorda istifadə olunur.

5) Eləcə də prioritet əsasda aradan qaldırılması zəruri olan HÜQUQİ MANEƏLƏRİN VƏ TƏKRARLANAN QANUNLARIN SİYAHISI-nın yaradılması məqsədi ilə ATƏT müxtəlif üzv-ölkələrdə özəl sektor və beyin mərkəzləri ilə işləyərək bu problemin həllində kömək edə bilərdi. CIPE bu məsələdə ATƏT ilə əməkdaşlıq etməyə şad olardı. Mövcud beynəlxalq nüfuz bu məsələdə işə yaraya bilər.

6) Keçid dövrü ölkələrinin hər birində iqtisadiyyatın iri və çox hallarda artan qeyri-formal sektoru mövcuddur. O, hətta iri şirkətlərə də hüquqi tələblər çərçivəsində işləməyə imkan verməyən çoxlu sayda qanun və qaydalar üzündən mövcuddur, halbuki kiçik və orta müəssisələr isə heç işləmək imkanında deyil. Hesabatda dediyim kimi, Ukraynada keçirilən müstəqil təhqiqat nəticəsində bəzi firmaların ildə hətta 78 dəfə yoxlanıldığı aşkar edilmişdir. İcra hakimiyyətlərinin müqaviməti, qanunların yazılmasında təcrübənin olmaması və s. səbəblərdən bu qaydaların sadələşdirilməsi üzrə edilən səylər əbəs imiş. ABŞ və inkişaf etməkdə olan ölkələrdə istifadə olunmuş üsullardan biri də KİÇİK BİZNES ÜÇÜN İMTİYAZLAR SİSTEMİnin yaradılmasıdır. Burada ____ sayda (yerli şəraitdən asılı olaraq 10-dan 100-ə qədər) işçisi olan bütün firmaların konkret tələblərdən azad olmasını nəzərdə tutan qanunun qəbul edilməsi nəzərdə tutulur.

Məsələn, ATƏT kiçik biznes üçün bəzi imtiyazların qəbul edilməsi üzrə bölgənin mümkün qədər çox ölkəsini həvəsləndirmək məqsədi ilə konfrans və digər tədbirlər maliyyələşdirə bilərdi. ABŞ və Avropanın nümayəndələri, bütün bölgənin kiçik biznes mütəxəssisləri sövq edilmiş ölkələrin hökumətlərini bu işin zəruriliyinə inandırmaq üçün belə forumlardan istifadə edə bilərdi.

7) Keçid dövrü ölkələrində vergilər ciddi problemdir və konkret ölkə daha çox şərq istiqamətində yerləşdikcə bu problem daha da kəskinləşir. Təbii ki, dünyanın bütün ölkələrində biznesmenlərin hamısı yüksək vergilərdən şikayətlənir, amma Mərkəzi-Şərqi Avropa və MDB bölgəsində problem daha kəskindir. İlk olaraq insanın fikrinə KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN DİFERENSİAL STANDART VƏ TARİFLƏRin yaradılması gəlir. Vergi vaxtını azaltmaqla biz avtomatik olaraq bütün kənar ödənişlər üzrə imkanları azaldırıq, vergi sisteminin çevikliyini artırmaqla biz bütün ölkə üzrə yüksək standartlar təyin etmiş oluruq.

RÜŞVƏTVERƏN TƏRƏF ÜZRƏ TÖVSİYƏLƏR

Rüşvət verilməsi və korrupsiyanın digər növləri üzrə imkanların məhdudlaşdırılması üçün edilən səylər çox səmərəli ola bilər. Yenə də CIPE-nin tövsiyə etdiyi üsul ondan ibarətdir ki, belə ödənişlərin yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Hesabatda dediyim kimi, korporativ idarəetmənin bərqərar edilməsi və OECD-nin rüşvətxorluq əleyhinə Konvensiyasına ciddi əməl olunması bu kontekstdə olduqca əhəmiyyətlidir.

1) JURNALİSTLƏR ÜÇÜN İQTİSADİ TRENİNQLƏRİN KEÇİRİLMƏSİ rüşvətxorluğun və korrupsiyanın qarşısının alınması üçün edilən ixtiyari səylərin mühüm aspektidir. Saxtakarlıq və korrupsiyanı aşkar edən vasitə və avadanlıqlar ilə təchiz edilmiş jurnalistlərin azad KİV-lərinin yaradılması korrupsiyanı cilovlayan mühüm amil ola bilər. ATƏT-in jurnalistlər üçün belə treninqlər keçirməsi üzrə səylərini CIPE alqışlayardı.

2) Katib Malloyun sualında deyildiyi kimi, bəzi sənaye dövlətlərinin müvafiq qanunvericiliyi hələ də qəbul etməmələrinə baxmayaraq OECD-nin RÜŞVƏTXORLUQ ƏLEYHİNƏ KONVENSİYASI irəliyə atılmış real addımdır. Bu Konvensiyanın geniş miqyasda qəbuluna nail olduqdan sonra danışıqlar masası arxasına keçmək və xarici filialların Konvensiyanın fəaliyyət zonasından çıxarılması ilə yaranmış boşluğu doldurmağa cəhd etmək vaxtı çatır. Ana-şirkət öz filiallarının yerləşdiyi ölkələrdə onların fəaliyyətlərinə görə məsuliyyət daşımalıdır. Bu, Xarici Ölkələrdə Korrupsiya Siyasəti Əleyhinə ABŞ Aktının tələbidir və ixtiyari antikorrupsiya siyasətinin əsas ünsürüdür.

3) BEYNƏLXALQ QƏBUL EDİLMİŞ MÜHASİBAT STANDARTLARI-nın tərtibi üçün qısa müddətdə həyata keçirilməsi mümkün olan səylərin edilməsi zəruridir. Belə standartların qəbulundan sonra daha da məqbul yeni standartların yeridilməsi üçün səylərin edilməsi zəruridir (Price WaterhouseCoopers kompaniyasından Devid Morris və Q.M.Uordun axırıncı “Korporativ hesabatın qlobal standartları” məqaləsinə bax). Bu məsələ üzrə verilən məlumatın ardı üçün İnternetdə Beynəlxalq Mühasiblər Federasiyası səhifəsinə bax - www.ifac.org. ATƏT özəl sektor ilə birlikdə özünün bütün regionu üzrə bu standartların qəbulu üçün üsulların fəal axtarışında ola bilər.

4) KORPORATİV İDARƏETMƏ ÜZRƏ OECD-nin hesabatı (www.OECD.org) idarəetmənin beynəlxalq standartlarının inkişafında yaxşı başlanğıcdır. Belə standartlar bütün sazişlərin şəffaflığını təmin edən əsas ünsürdür və beynəlxalq standartlara uyğundur. Ümidvarıq ki, OECD üzvü olan hökumətlər onları öz ölkələrində həyata keçirməyə cəhd edəcək ki, bu da öz növbəsində korporativ idarəetməyə təsir göstərəcək. Bu mənada verilən prinsiplər OECD-nin rüşvətxorluq əleyhinə Konvensiyasının yararlı yol yoldaşlarıdır. Sonra isə OECD ATƏT üzvü olan ölkələri bu prinsiplərə qoşulmağın zəruriliyinə inandırmalıdır.

CIPE keçid dövrü ölkələrində korporativ idarəetmənin yaradılması və sağlam davranış normalarına riayət olunması üzrə səylər də ATƏT-in iştirakını alqışlayardı. Öz hesabatımda dediyim kimi, bir çox ölkələrdə bizim proqramımız vardır və biz konkret və regional proqramlarda ATƏT-in iştirakına şad olardıq.

5) Fəqət biz ümumi prinsiplər çərçivəsindən çıxa bilərik və çıxmalıyıq da. Daha təfərrüatlı standartlar aşağıdakı sahələrdə qəbul olunmal0ıdır:

* SƏHMLƏRİN MÜSTƏQİL QEYDİYYATININ TƏSİSİni tələb etmək zəruridir. ATƏT bölgəsində yenidən və ya qismən özəlləşdirilmiş firmalar olduqca tez-tez bilavasitə xarici investisiyalar üzrə alınmış səhmləri qeydiyyatdan keçirmirlər.

* OPSİONLARIN HESABATI VƏ ŞƏFFAFLIĞI standartlarının tətbiq olunması və investorların çəkdikləri zərərin əvəzini almaları üzrə mövcud mexanizm və prosedurlara riayət edilməsi zəruridir.

* MARAQLARIN ÜST-ÜSTƏ DÜŞMƏSİ VƏ DAXİLİ TİCARƏT MƏSƏLƏLƏRİ ÜZRƏ MÜZAKİRƏLƏRİN KEÇİRİLMƏSİ yolu ilə səhmdarların OECD-nin direktivlərində iştiraklarının müzakirə edilməsi zəruridir.

* BEYNƏLXALQ QƏBUL EDİLMİŞ MÜHASİBAT STANDARTLARInı dəqiq ifadə etmək zəruridir (belə standartların işlənib hazırlanması barədə yuxarıdakına bax).

* DAXİLİ AUDİT FUNKSİYALARInın və AUDİT KOMİTƏLƏRİNİN TƏRKİBİNƏ DİREKTORLARIN KƏNARDAN daxil edilməsinin dəqiq ifadəsini vermək zəruridir.

6) ATƏT-in bütün bölgəsi üzrə məlumatın məxfiliyi hallarında İNFORMASİYA VƏ İNFORMATİV QANUNLARA SƏRBƏST YANAŞMA AZADLIĞIna yol açmaq zəruridir.

7) İctimai sektor üçün MARAQLAR ÜST-ÜSTƏ DÜŞDÜYÜ HALDA DƏQİQ VƏ ŞƏFFAF QAYDALARa yol açmaq zəruridir. Regionun bir çox ölkələrində hökumət məmurları (onların uşaqları, zövcələri və ya vəkilləri) özəl və ya dövlət strukturlarında əlavə ödənilən vəzifələr tuturlar, özəl firmalardan məsləhət haqları alırlar. Belə münasibətləri aşkarlamaq və belə məmurları bu firmalara təsir edən qərarlar qəbul etmək imkanlarından məhrum etmək zəruridir. Daha sonra belə məmurların özəl strukturlarda daha yüksək maaşlı vəzifəyə keçməsi və hökumətdə işlədikləri zaman xidmət göstərdikləri nazirlik və agentliklərlə biznes əldə etmək imkanlarını məhdudlaşdırmaq üzrə səylərin edilməsi zəruridir.

8) STANDARTLARIN ŞƏRHİnə VƏ TƏSİSİnə dair dəqiq direktivlərin qəbulu zəruridir. Bunlara uyğun olaraq dövlət strukturları subsidiyalar verir, kvotalar təyin edir və cərimələrin ödənilməsi üzrə imtiyazlar verir.

9) ATƏT və OECD birlikdə OMBUDSMEN İNSTİTUTU VƏ MÜSTƏQİL AUDİTOR AGENTLİKLƏRİnin (amerikan GAO-suna oxşar) təsisində yardım etməlidirlər.

BRAZİLİYANIN ALIŞLAR BARƏDƏ MODEL QANUNU

Bax. “Braziliya: İctimai sektorda korrupsiya əleyhinə mübarizə”

Müəlliflər: Artur Maranxe, Luiz Pedoun və Deyvid Fleyşer

İqtisadi islahat bu gün, Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi,

No. 2, 1998, www.cipe.org

1993-CÜ İLİN QANUNUNA YENİ ƏLAVƏLƏR

1) Ərizələrin təqdimatı və sazişin icrası üzrə bütün prosedur açıqdır. Bütün əsas prosedurlar - iştirak üçün dəvətin göndərilməsi, qalibin elan edilməsi və sazişin imzalanması çap olunmalıdır və ictimaiyyət bütün prosedurlar üzrə informasiyanı sərbəst əldə edə bilməlidir. Hər bir maraqlı tərəf inzibati və ya məhkəmə qaydasında hökumətin fəaliyyətindən narazılıq iddiası qaldıra bilər.

2) Haqqında ərizə veriləcək obyektin keyfiyyətinin müəyyənləşdirilməsi üçün bütün təfsilatı ilə təsvir olunmalıdır. Deməli, obyektin spesifikasiyası və ya keyfiyyəti tender iştirakçılarının məsuliyyəti və təkliflərin seçilməsi üçün meyar deyildir.

3) İştirak edən şirkətlər maliyyə zəmanəti verməli, kapitalın mövcudluğunu və bu resurslara, eləcə də avadanlığa və texniki personala sərbəst yanaşma imkanlarını təsdiq etməlidir. Qanun bu sahədə təcrübənin mövcudluğunu tələb etmir. Sazişin icrasına zəmanət verən kapitalın tələb olunan miqdarı 10% təyin edilir; bu zaman ərizə verilməsi prosesində iştirak məhdudlaşdırılmayacaq.

4) Aşağı qiymət təqdim etmiş şirkət avtomatik olaraq qalib elan edilir. Bu maddə məmurların öz istədikləri kimi qərarlar qəbul etmək imkanlarını azaldır.

5) Sazişin icrası üzrə şirkətin bacarığının olmasına şübhə yarandığı halda, şirkətdən bunu əvvəlcədən nümayiş etdirmək tələb oluna bilər. Sazişin icrası üzrə ixtiyari yubantılar maliyyə sanksiyalarına, hətta digər tenderlərdə iştirakın qadağan olunmasına qədər gətirib çıxarır.

6) Sazişlərə əlavələr məhduddur.

7) Xüsusi hallarda hər hansı tərəfin tenderdə iştirakından müfəssəl izahatla imtina edilə bilər.

8) Təchizatçıların haqları xronoloji qaydada ödənilməlidir, bu o deməkdir ki, ödənişlərin qaydası sazişçinin ictimai sektordakı nüfuzundan asılı deyildir.

9) Bu qanuna tabe olmayan məmurlar üçün maliyyə sanksiyaları nəzərdə tutulmuşdur.

10) Ərizələrin verilməsi və sazişin icrası üzrə bütün prosedurlar qeydiyyatdan, daxili və xarici auditorlardan keçməlidirlər.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft