top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

İRƏLİ GEDƏRKƏN: POLŞADA ÖZƏLLƏŞDİRMƏ

BARBARA BLAZÇUK

Mənbə: "Məşvərət", N23, 1999


Polşanın bazar iqtisadiyyatına keçid dövrünün on ili ərzində özəlləşdirmə sahəsində əhəmiyyətli irəliləyiş baş vermişdir. İstehlak mallarının istehsalı və xidmət kimi sahələrdə özəlləşdirmə, demək olar ki, tamamilə başa çatmışdır. Başqa sahələrdə, məsələn, banklar sahəsində bu proses xeyli irəliləmişdir.Kommunal xidmətləri və ağır sənayenin bəzi bölmələri kimi siyasi cəhətdən daha həssas, həcmcə daha geniş olan sahələrdə özəlləşdirmə təzə-təzə start götürmüşdür. Yaxınlarda təqdim edilmiş və bu məqalənin əsaslandığı məruzədə Polşada özəlləşdirmənin nə səviyyədə inkişaf etdiyi və irəliləyişə hansı amillərin mane olduğu təhlil olunur.

Parlamentin qəbul etdiyi qərarlar və hökumətin apardığı siyasət özəlləşdirmənin sürətinə təsir göstərən amillər sırasındadır. Hətta bu gün - özəlləşdirmənin başlandığı vaxtdan 10 illik bir müddətötdüyü vaxtda ölkənin hüquqi və institusion bazası sürətli vəgeniş özəlləşdirmənin aparılması üçün əsla kifayət dərəcədə deyildir.Özəlləşdirməni ləngidən bir çox maneələr bu günədək qalmaqdadır.Bir çox siyasətçilər hələ də bütün ölkə iqtisadiyyatı üçünözəlləşdirmənin necə mühüm olduğunu və onun ləngidilməsinin verdiyinəticələri lazımınca dərk etmirlər.

Buna baxmayaraq, bu yaxınlarda bütün prosesi sürətləndirmək üçüngüclü siyasi təzyiq meydana çıxmışdır, çünki özəlləşdirmədən əldə ediləngəlirlər pensiya sisteminin islahatı və digər sosial proqramlarınhəyata keçirilməsi üçün həlledici mənbəyə çevrilmişdir. Elə buna görə dəçox yəqin ki, hazırkı hökumət özəlləşdirmənin irəli getməsinə mühümüstünlük verəcəkdir.

Düzgün siyasət öz nəticəsini verir

Son 10 ilin təcrübəsi Polşada özəlləşdirmənin əsasında dayanan prinsipin - özəlləşdirilən müəssisələrin müxtəlif tipləri üçün ənyaxşı mümkün investoru tapmaq və seçmək prinsipinin düzgün olmadığınınümayiş etdirir. Bu yanaşma kütləvi və sürətli özəlləşdirmə sxemlərindənsəfərdiləşdirilmiş, bazaryönümlü və uzun müddət tələb edən özəlləşdirməmetodlarını nəzərdə tuturdu. Həmin kursun bir çox müəssisələr üçünmüsbət nəticələrinin olmasına baxmayaraq, o, bir çoxları üçün mənfinəticələr doğurmuşdur. Həticədə onlar daha uzun müddət dövlətin ixtiyarındaqalmalı olmuşlar. Özəlləşdirməyə bu cür hadisədən-hadisəyə sifarişləyanaşma tərzi olduqca çox vaxt aparır, Polşanın inzibati aparatı isəiqtisadiyyatın bir çox sahələrini sürətlə özəl əllərə verməkdə qeyri-adekvatolmuşdur. Tədrici özəlləşdirmənin daha bir nöqsanlı cəhəti ondan ibarətdirki, o, hakimiyyətdə olan və özəlləşdirmənin əleyhinə gedən siyasipartiyalara prosesin qarşısını almaq üçün daha çox vaxt və imkan verir.

Bu cür əməlləri yaxşı dərk edən özəlləşdirmə tərəfdarları prosesisürətləndirmək üçün təkrar cəhdlər göstərmişlər. Bu cür təşəbbüslərdənbiri 10 %-ə qədər dövlət mülkiyyətini əhatə etmiş kupon özəlləşdirmə proqramıolan Milli İnvestisiya Fondu (MİF)Proqramı olmuşdur. Lakin Polşanın,eləcə də onun qonşularının təcrübəsi göstərir ki, “topdansatış”özəlləşdirilməsini gözlənilən nəticə ilə - düzgün korporativ idarəçilikləuzlaşdırmaq çətindir.

Digər tərəfdən, Polşada özəlləşdirmə təcrübəsinin bir çox cəhətləri, şəksiz,müsbət olmuşdur. Məsələn, ölkə özəlləşdirilən şirkətlər üçün yüksəkkeyfiyyətli aşkarlama standartları tələb edən müvafiq hüquqi qərarlarqəbul etmişdir. Bu qərarlar ölkənin kapital bazarını digər MərkəziAvropa ölkələrində olduğundan xeyli dərəcədə artıq şəffaf etmiş və dahasağlam və geniş özəlləşdirilmiş bank bölməsi yaratmışdır. Digərfaydalar özəlləşdirmənin xarakterik institusion qaydalara əsaslananəsas ənənəvi metodlarından istifadə nəticəsində əldə edilmişdir. Başlanğıc mərhələdə daha ləng və çətin olan proses zaman keçdikcəsürətlənmiş və genişlənmiş, onun iştirakçılarının təcrübəsi artmışdır.

Polşanın təcrübəsinin daha bir diqqətəlayiq cəhəti ondan ibarətdir ki,büsbütün özəlləşdirmə hazırkı iqtisadiyyatın yeni sahibkarlıq strukturununyaradılmasında birinci amil olmamışdır. Polşa iqtisadiyyatının dinamikinkişafında aparıcı qüvvəyə çevrilən yeni təsis olunmuş özəlfirmaların sürətlə meydana çıxması daha əhəmiyyətli olmuşdur. Eynizamanda, ləğvetmələr, müflisləşmələr, mülkiyyətin həcmcə kiçilməsi vəözəlləşdirmələr vasitəsilə dövlət bölməsinin sistematik ixtisarı yenimülkiyyətçilərin inkişafına imkan verən şəraitin yaranmasına kömək etmişdir.

Özəlləşdirmənin nəticələri

Əslində düzgün özəlləşdirmə siyasəti özəlləşdirmə nəticəsində əvvəllərdövlət müəssisələri ilə bağlı olan əmlak və insan ehtiyatlarını sərbəstləşməsindən istifadə etməklə uğurla inkişaf edən yeni müəssisələrintəsis olunmasında faydalı ola bilər. Özəl bölmənin fəaliyyətininiki başlıca vasitəsi - dövlətin sərəncamından çıxan mülkiyyət və yeni qurulmuş əməliyyatlar bir-birindən fərqli və əlaqəsiz şəkildədeyil, bir-birini tamamlayan və bir-birinə yardımçı olan vasitələr kiminəzərdən keçirilməlidir.

Bütünlükdə Polşa iqtisadiyyatının tamamilə özəlləşdirilmiş hissəsiəksər hallarda dövlət tərəfindən nə dotasiya, nə də digər yardımlaraehtiyacı olmayan həqiqi özəl müəssisələrdən ibarətdir. Bu müəssisələrdəaparılan yenidənqurma prosesi inkişaf etdirilməkdədir. Onların bir çoxu bazarvə texnoloji çeviklik şəraitində müvəffəqiyyətin nümunəsi hesab ediləbilər. Digər tərəfdən, yalnız qismən özəlləşdirilmiş və ya sadəcəolaraq, kommersiyalaşdırılmış müəssisələrin əlavə yenidənqurmaya vədövlət yardımına ehtiyacı var.

Polşada qəbul edilmiş müxtəlif özəlləşdirmə metodları tam və ya qismənözəlləşdirilmiş müəssisələrin rəngarəng tiplərini yaratmışdır. Stratejiinvestorlara (xüsusən xarici investorlara) mülkiyyətin satılması və yadövlət payından ianə verilməsi kimi ənənəvi özəlləşdirmə metodları tamözəlləşdirmə, etibarlı korporativ idarəçilik və düzgün iqtisadifəaliyyət şəraitində daha uğurlu olduğunu sübut etmişdir. İdarəçilikvə/və ya işçilərə ödənc verilməsi ikinci dərəcəli olsa da, xüsusən,özəlləşdirmənin ilkin mərhələsi üçün olduqca səmərəli yanaşma olmuşdur,belə ki, bu ödənclər sahibkarlıq sahəsində sonrakı dəyişikliklərmərhələsini yaxınlaşdırmışdır.

Digər tərəfdən, vauçer özəlləşdirilməsinin (MİF) nəticəsi xeyli dərəcədə məyusluq doğurmuşdur. Özəlləşdirmənin bu cığırı ilə gedən müəssisələrinfəaliyyəti sistematik olaraq pisləşmişdir. İndiyədək dövlətin sərəncamındaqalan kommersiyalaşmış şirkətlərin də fəaliyyəti ürəkaçan deyil və onlaryenidənqurmaya kəskin ehtiyac duyurlar. Səmərəsiz korporativ idarəçilik,şübhəsiz ki, hər iki kateqoriyadan olan müəssisələrin zəif fəaliyyətininbaşlıca amilidir.

Özəl və qeyri-özəl əməliyyatlar arasında investisiya davranışındakıkəskin fərqlər Polşanın iqtisadi gələcəyinə böyük təsir gücünü saxlamaqdadır.Ötən bir neçə il ərzində özəlləşdirilmiş müəssisələr hər il öz satışlarının 10 %-dən 30 %-dək olan hissəsini yenidən investisiyalaşdırıb.Bununla yanaşı, dövlət mülkiyyətli kommersiyalaşdırılmış şirkətlər,MİF şirkətləri və digər qismən özəlləşdirilmiş və ya dövlətin sərəncamındaqalan müəssisələr öz satışlarının yalnız 1 %-dən 3 %-ə qədərini - yəniamortizasiya etdikləri mülkiyyətdən də az olan bir hissəni investisiyalaşdırmışlar. Son onillik ərzində makro səviyyədə də özəlsektorun investisiya dərəcəsi dövlət sektorundakından xeyli yüksəkolmuşdur. Bu meyllərə baxmayaraq, ümumi investisiya xərclərinin dəyərişəraitində özəl sektor dövlət bölməsini yalnız 1997-ci ilin ikinciyarısında, öz payının 53,4 %-ə çatdığı zamanda haqlaya bilmişdir. Ozamandan etibarən onun payı dönmədən artmışdır.

Siyasi mühitin inkişaf etdirilməsi

1989-cu ilin siyasi uğurundan sonra hakimiyyət başında olan ilkislahatçı hökumət iqtisadiyyatın yönünün cəld dəyişdirilməsi vəmöhkəm özəl sahibkarlıq qurumlarının təsis edilməsini qarşısınaməqsəd qoymuşdu. Büdcə kəsirləri ucbatından həmin hökumət özəlləşdirməninkommersiya metodlarına üstünlük verir və özəlləşdirilmiş şirkətlərdəyeni sahibkarların əksəriyyət təşkil etməsinə çalışırdı. Lakinözəlləşdirməyə populyar baxış bu yanaşma ilə ziddiyyət təşkil edirdi.O zaman bütün özəlləşdirmə prosesinə geniş sosial inamsızlıq hökmsürürdü. Cəmiyyət özəlləşdirmədən kommunist erası dövründə məruzqaldığı itkilərin əvəzinin ödənilməsini gözləyirdi. İşçilərin özmüəssisələrindəki paylarını qoruyub saxlamağın üstün qaydası, eləcə dəözəlləşdirmə prosesinin özünə işçinin təsiri kimi başa düşülən işçininiştirakı ideyası da güclü müdafiə olunurdu.

Üstünlük təşkil edən xüsusi maraqlar

Eyni zamanda, xüsusən ağır sənaye sahələrində təsirli sənaye qruplarıbəzi siyasi partiyaların və həmkarlar ittifaqlarının liderləri iləbirgə özəlləşdirmənin əleyhinə səmərəli bir şəkildə birləşmişdilər. Sürətliözəlləşdirmə və radikal yenidənqurma əvəzinə onlar dövlət sektorunudəyişməz saxlamaqda və seçilmiş müəssisə və ya bölmələrin üstünidarəçiliyinə sahib olmaqda maraqlı idilər. Öz seçicilərinin böyük birhissəsini itirməkdən ehtiyat edən siyasətçilər onların qayğılarınacavab verməyə çalışırdılar. Bu, elə bir siyasi iqlim idi ki, buradahökumət özünün özəlləşdirmə proqramına başlamalı idi. Təəccüblü deyildir ki, siyasət müxtəlif siyasi tələblər arasında ziddiyyətlikompromisdən ibarətdir.

Bu maneələrə baxmayaraq, 1991-ci ildən start götürmüş özəlləşdirmənin ilk üç ili ərzində əhəmiyyətli fayda əldə edilmişdi. 1993-cü ildə hökumətözəlləşdirmə üçün daha güclü və institusion əsas təqdim etməyə cəhdetmişdi. Siyasi müxalifət və dövlət yardımının olmaması bu səylərəmane olurdu. Həmin ildə MİF proqramı fəaliyyətə başladı.

1994-cü ildən 1996-cı ilədək iqtidarda olan yeni, sol təmayüllü hökumətözəlləşdirmənin tərəfdarı olmadığından proses ləngidi. Həmin dövrərzində özəlləşdirmənin əleyhdarı olan lobbilər öz qüvvələrinibirləşdirdilər və dövlət mülkiyyətli səhmdar şirkətlərinin və dövlətnəzarətində olan digər kapital qruplarının təsis edilməsinə yönəlmişsəylər geniş müdafiə olundu. Bank bölməsində özəlləşdirmə dayandırıldı.İqtisadiyyatın əsas sahələrini daha uzun müddətə özəlləşdirmədən kənarlaşdırmaq təkliflərinə müsbət cavab verildi.

Bu tendensiya 1996-cı ilin sonları və 1997-ci ildə kursun tədricəndəyişməsinə gətirib çıxardı. Buna sol təmayüllü hökumətin tərkibindəbəzi dəyişikliklərin edilməsi və sürətli özəlləşdirmənin Avropaİttifaqı ilə inteqrasiyanı tezləşdirə biləcəyinin və həmçinin zəruristruktur islahatlarının asanlaşdırılmasına yardım edə biləcəyiningetdikcə daha artıq dərk olunması səbəb oldu. Özəlləşdirməyə ictimaimünasibətdə də tədricən dəyişikliklər müşahidə olunmağa başladı.Özəlləşdirmənin bilavasitə təcrübəsi bir çoxlarına bu prosesinmüəssisələrə, onların işçilərinə və bütünlükdə iqtisadiyyata gəlirgətirdiyini nümayiş etdirdi. O həm də xarici investisiyaya olanmüsbət münasibətin daha da güclənməsinə gətirib çıxardı.

1997-ci ilin aprelində təqdim edilən yeni özəlləşdirmə qanunu bir-birinəmüxalif olan siyasi qüvvələr arasında kompromisi təcəssüm etdirirdi.Bu səbəbdən özəlləşdirmənin əsaslandığı institusion qaydaların kifayətdərəcədə sadələşdirilməsini və ya aydınlaşdırılmasını təmin etməkcəhdi uğurlu olmadı. Qeyri-müəyyənlik və çaşqınlıq doğuran digər amilassosiativ dəyişiklikləri özəlləşdirmə qanununa uyğunlaşdırmağa yaramayan 1997-ci ilin avqustunda keçirilmiş mərkəzi hökumət islahatıoldu. O, 1996-cı ilin ikinci yarısı və 1997-ci ilin əksər dövrü ərzində özəlləşdirmə prosesini donmuş vəziyyətdə saxlayırdı.

Özəlləşdirmənin qrafiki

1997-ci ilin sonlarında hakimiyyət başına gəlmiş hazırkı sağ-mərkəzçihökumət özəlləşdirməni sürətləndirməyi və satılmalı olan bölmələrdəbütün məhdudiyyətləri aradan qaldırmağı öhdəsinə götürmüşdür. 1998-ciilin mayında hökumət infrastruktur sahələr də daxil olmaqla, həminvaxtadək dövlət mülkiyyətində qalan bütün müəssisələrin və sahələrin2001-ci il ərzində satılmasını tələb edən iddialı özəlləşdirmə qrafikinitəqdim etdi. Plana görə, 2002-ci ilədək bir çox sahələrdə özəlləşdirmənibaşa çatdırmaq və yerdə qalan sahələrdə prosesə başlamaq tələb olunurdu.Bu təşəbbüsün bir hissəsi kimi hökumət yerdə qalan dövlətə məxsusmülkiyyətin dəyərini qiymətləndirən və özəlləşdirmədən gələn gəlirlərin hesabına maliyyələşdirilməli olan dövlət layihələrini nəzərdə tutanməruzə hazırladı.

Bu proqramla yanaşı, Polşa hökuməti ölkənin telekommunikasiyasistemini və iri banklarını özəlləşdirmək üçün hazırlığa başladı: 1998-ci ildə qismən özəlləşdirilən bu şirkət və banklar dövlət büdcəsiningəlirlərini xeyli artırmışdı. Digər tərəfdən, hazırkı koalisiyahökuməti müxalifətin özəlləşdirmə qanununa prosesi daha asan vəsəmərəli etmək məqsədilə edilmiş düzəlişlərə etirazını dəf edə bilməmişdir.

Özəlləşdirmə prosesini sürətləndirmək üçün yeni şans 1999-cu ilinyanvarında keçirilən pensiya islahatı nəticəsində meydana gəlmişdir.Bu islahat xərclərin dərhal ödənilməsi sistemindən xüsusi pensiyafondlarına keçilməsi məqsədini daşıyır. Pensiya sisteminin ilkin,yenidən müəyyən edilən mərhələ üçün maliyyə yardımına ehtiyac vardır,çünki daha gənc nəsil tərəfindən sosial ödəmələrin bir hissəsi indipensiya islahatının yeni, ikinci mərhələsinə sərf olunacaqdır.

Bununla belə, hökumət hazırkı işləməyən əhaliyə xidmət üçün xərclərin dərhalödənilməsi sistemini də maliyyələşdirməlidir. Qanuna müvafiq olaraq,kəsir özəlləşdirmədən alınan gəlirlərlə əvəzi ödənilməli olan xüsusidövlət istiqrazlarından əldə edilən vəsait hesabına aradan qaldırılmalıdır.Bu istiqrazların dəyərini ödəmək üçün qiymətli əmlakı olan iri dövlətmüəssisələrinin özəlləşdirilməsi növbəti bir neçə il ərzində rəvanşəkildə davam etdirilməlidir. Polşa telekommunikasiya şirkəti, neftvə qaz şirkəti, mis şirkəti, Polşa hava yolları şirkəti, ən iri ikibank və bəzi digər müəssisələr bu qrupa mənsubdur.

İlin əvvəlində pensiya sisteminin ikinci mərhələsi üçün bir neçə özəl pensiyafondu təsis olunmuşdur. Pensiya fondları, əsasən, yerli, xarici və yabir çox hallarda qarışıq kapitala malik olan banklar və sığorta şirkətləri tərəfindən yaradılmışdır. Onlara bütün ölçülüb-biçilmişstandartlara uyğunluğu təmin etmək məqsədilə məxsusi təsis olunmuşmüstəqil hökumət idarəsi nəzarət edir. Bu fondlar sosial vergilərinbir hissəsini toplayacaq və onları kapital bazarına sərmayə kimi qoyacaqdır.Yaxın bir neçə il ərzində bu bazarın müəssisə səhmləri və istiqrazlarıkimi qiymətli kağızlara tələbatın yüksək dərəcədə artması ilə müşayiətolunan olduqca sürətlə inkişaf edəcəyi gözlənilir.

Özəlləşdirmənin miqyası

Özəlləşdirmənin başladığı 1998-ci ilin sonlarından 1998-ci ilinsonunadək olan müddət ərzində dövlət mülkiyyətli 8441 müəssisədən6129-u (72,6 %) qismən və ya tamamilə özəlləşdirilmişdir. Əgər Kənd Təsərrüfatı Mülkiyyəti Agentliyi tərəfindən dövlət sərəncamındanxüsusi proqram əsasında yenidənqurma və özəlləşdirmə məqsədiləalınmış 1654 (19,5 %) kənd təsərrüfatı müəssisəsini nəzərə almasaq, 1998-ci ilin sonunda özəlləşdirmədə iştirak edən müəssisələrin sayınıncəmi 4475 olduğunu görərik. Bu, özəlləşdirməyə qoşulan müəssisələrin 53 %-i deməkdir.

Bütünlüklə özəlləşdirilmiş müəssisələrin sayı 2454 (29 %) olduğu halda,qismən özəlləşdirilənlərin sayı 2021 və ya bütün müəssisələrin 23,9 %-imiqdarında olmuşdur (sonuncuya MİF proqramı üzrə fəaliyyət göstərən512 şirkət də daxildir).

1998-ci ilin sonu üçün dövlət mülkiyyətli müəssisələrin sayı 2906 olmuşdurki, bunun da 1818-i tam iqtisadi gücü ilə işləyirdi. Bundan əlavə,1997-ci ilin dekabrı üçün hökumət orqanları 278 dövlət müəssisəsiüçün bankrot əməliyyatını tamamlamış və 203 razılaşdırılmış bankəməliyyatı keçirmişdir. Borcların ədalətli qaydada mübadiləsi sonuncuqrupa aid olan 135 şirkət üçün qəbul edilmişdir.

Aşağıdakılar ümumi özəlləşdirmə prosesində tətbiq edilmiş müxtəlifyanaşmaların dərəcəsini əks etdirir:

Kommersiyalaşdırma (özəlləşdirməyə qədər olan ilkin mərhələ) 1343iri kompaniyanı əhatə etmişdir. Bu qrupdan olan 240 iri şirkətbütünlüklə kapitallaşdırma vasitəsilə (İDİ, dövlət tenderlərivə ya dövlətin dəvəti ilə aparılan danışıqlar yolu ilə) özəlləşdirilmişdir.

Transformasiya prosesində olan dövlət müəssisələri, bölmələr üzrə

- sənaye

- tikinti

- nəqliyyat və kommunikasiya

- ticarət

Transformasiya prosesində olan sənaye müəssisələri, sahələr üzrə

- elektroenergetika və s.

- dağ-mədən sənayesi

- emal sənayesi

Kommersiyalaşdırılmış 512 şirkət MİF-in hazırda da fəaliyyətdə olanproqramı üçün nəzərdə tutulmuşdu. Onların payları 15 Milli İnvestisiyaFonduna keçirilmişdir və bu pay sertifikatları 1995-96-cı illərdə əhaliyə paylanmışdı. 25,7 milyon polyak və ya yaşlı əhalinin 96 %-ionları əldə etmişdi.

Orta və xırda müəssisələr üçün özəlləşdirmənin birbaşa yolundan - mülkiyyətin satışından istifadə olunmuşdur. 1990-cı ildən 1998-ci ilin dekabrınadəközəlləşdirmənin həmin üsulu ilə aparılan əməliyyatların sayı 1551 olmuşdur. Prosesin başa çatdığı 1515 müəssisədən 1021-i HPA-na (nəzarətpayının alıcılarına) icarəyə verilmiş, 312-si nəqd pula satılmış,127-si həmin qaydada yeni şirkətlərə verilmiş, qalanları isə qarışıqmetodlardan istifadə etməklə özəlləşdirilmişdir. Mülkiyyətin birbaşasatışı özəlləşdirmənin Polşada tətbiq edilən ən populyar və icraüçün sürətli üsulu olmuşdur.

Maliyyə vəziyyəti ağır olan 1581 müəssisə dövlət müəssisəsi haqqındaqanuna əsasən “ləğvetmə özəlləşdirilməsi” adlanan proqrama cəlbolunmuşdur. 1988-ci ilin dekabrı üçün onlardan 699-u öz mülkiyyətininəqd pulla kənar xüsusi sahibkarlara satmaqla ləğv edilmişdir; bə`zihallarda mülkiyyət işçilərə paylanmışdır.

Özəlləşdirməyə cəlb olunmuş və indiyədək özəlləşdirilmiş müəssisələrinsayı ilə ölçməli olsaq, deməliyik ki, Polşa əhəmiyyətli irəliləyişənail olmuşdur. Lakin dövlət mülkiyyətli müəssisələrin böyük bir qrupu(2000-dək müəssisə) - prosesin əvvəlindəki müəssisələrin təxminəndörddə biri özəlləşdirməyə cəlb edilməmişdir. Bu qrupa, əsasən,iqtisadi vəziyyəti özəlləşdirilmiş müəssisələrdə olduğundan daha ağırolan kiçik və orta miqyaslı müəssisələr və 400-dən artıq iri dövlət şirkəti daxildir. Onların arasında Polşanın dövlət sektoruna məxsus50 ən iri müəssisəsi (“nəhənglər”) də aiddir. Onlardan bə`zilərininyenidənqurmaya ehtiyacı olduğu halda, digərləri satışa çıxarıldıqlarızaman hətta özəlləşdirmənin “lokomotiv”ləri rolunu oynaya bilər.

Özəl və dövlət bölmələri üz-üzə

Polşa iqtisadiyyatının müxtəlif sahələrində özəlləşdirmənin addımlarıolduqca fərqli olmuşdur. Emal sənayesinin müəyyən sahələrində,tikintidə, ticarətdə və xidmətlər sahəsində bu proses olduqca irəligetmişdir. Dağ-mədən, elektroenergetika, su və qaz təchizatı kimi bəzisənaye sahələrində özəlləşdirmə, demək olar ki, heç keçirilməmiş,nəqliyyat və kommunikasiya sahələrində isə son dərəcə məhdud olmuşdur.

1997-ci ilin sonunda özəl firmalar bütün iqtisadiyyatda çalışan işçilərin68 %-dən çoxunu əhatə edirdi. Kənd təsərrüfatı sahəsində çalışanların98 %-i, ticarət və kommersiya işçilərinin 96 %-i və tikinti sahəsindəişləyənlərin, demək olar ki, 88 %-i özəl sektorun payına düşürdü.Sənaye sahəsində bu göstərici 64 %, nəqliyyatda 33 % olmuşdur. Daşınmaz əmlak kimi, bəzi xidmət sahələrində həmin rəqəm 70 %, maliyyə sahəsində 40 % təşkil etmişdir. Digər tərəfdən, təhsil (3,5 %) sahəsində və ya səhiyyəvə sosial xidmətlər sahəsində (6,2 %) analoji göstərici xeyliaşağı olmuşdur. Sənayenin üç başlıca sahəsində məşğulluğa görə özəlsektorun göstəriciləri də açıq-aşkar fərqlənirdi. Emal sənayesindəməşğulluğun göstəricisinin 74,5 % təşkil etməsinə baxmayaraq, dağ-mədənvə karxana sahələrində həmin göstərici yalnız 4,5 %, elektroenergetika,qaz və su təchizatı sahələrində 5,4 % olmuşdur.

Hökumətin özəlləşdirmə proqramı hər bir sahədə özəlləşdirmə üçün əsasstimulu nəzərdə tutmurdu. Bəzi sahələrin, xüsusən ticarət, xidmətlərvə daşınmaz əmlak sahələrinin keçid prosesinin əvvəlində həyata keçirilmiş “kiçik özəlləşdirmə” adlanan prosesdən müəyyən dərəcədəfaydalanmasına baxmayaraq, bu sahələrdə yeni yaradılmış yerli və xaricimüəssisələr üstünlük təşkil edirdi. İqtisadi fəaliyyətin həminsahələrində özəlləşdirilmiş dövlət mülkiyyəti məşğulluq və istehsalbaxımdan özəl bölmənin yalnız kiçik bir sahəsini əhatə edirdi.

“Özəlləşdirməyə cəlb olunmuş və indiyədək özəlləşdirilmiş müəssisələrinsayı ilə ölçsək, deməliyik ki, Polşa əhəmiyyətli irəliləyişə nail olmuşdur”.

1998-ci ilin sonu üçün “özəlləşdirilmiş” sektor (yə`ni özəlləşdirmə prosesinin başa çatdığı keçmiş dövlət mülkiyyətli müəssisələr) fəaliyyətinbütün sahələrində yalnız 450000 işçini əhatə edirdi, halbuki bütün özəl qeyri-aqrar sahələrdə 6 milyon şəxs çalışırdı. Eyni zamanda, iqtisadiyyatın dövlət və özəl sektorlarında işləyənlərin sayı qeyri-aqrar sahələrdə 10 milyon, bütünlükdə isə 16 milyon təşkil edirdi.Keçid proesinin başlanğıcında özəl sektor qeyri-aqrar fəaliyyətlə məşğulolan 1,78 milyon şəxsi işlə tə`min edirdi.

Özəl müəssisələrin sayı baxımından da mənzərə tamamilə dəyişmişdir.Özəl şirkətlərin və tərəfdaşlıqların sayı 1989-cu ilin sonundakı19.000-dən 1998-ci ilin dekabrında xarici kapitallı 37.000 şirkət də daxil olmaqla, 136.000-ə çatmışdır. Həmin müddət ərzində kiçik özəl biznes sayca 813.000-dən 2,2 milyona yüksəlmişdir.

Digər dramatik transformasiyanı investisiya xərclərinin özəl sektorun payına düşən hissəsi haqqında mövcud olan məlumatlardan aydın müşahidə etməkmümkündür. Özəl investisiya hal-hazırda özəlləşdirmənin çox böyük payına sahib olan ticarət, xidmətlər və emal sahələrində üstünlük təşkil edir.Bunun əksinə olaraq, dağ-mədən və elektroenergetika, qaz və su təchizatıkimi özəlləşdirməyə az məruz qalmış sahələrdə dövlət investisiyası indiyədəkhakim mövqeyini saxlamaqdadır. Özəlləşdirmənin və/və ya bazarın liberallaşdırılmasının daha gec tətbiq olunduğu, lakin prosesin vüsətaldığı nəqliyyat və telekommunikasiya kimi sahələrdə xüsusi investisiyadinamik şəkildə artmaqdadır. Özəlləşdirmənin keçirildiyi bəzi sənayesahələrində özəl sektor artıq mülkiyyətin hətta daha çox dövlət bölməsinəməxsus olmaqda davam etdiyi bir şəraitdə də istehsal olunan məhsula vəəhalinin məşğulluğu səviyyəsinə görə daha üstün mövqeyə malikdir.

Bu meylin nümayişi kimi maliyyə sahəsini göstərmək olar. Burada məşğulluq və mülkiyyətin, əsasən, dövlətin sərəncamında qaldığı bir vaxtda məhsul və investisiya özəl sektora doğru “yerini dəyişməkdədir”. Uyğun proporsi ya özəl sektorun daşınmaz əmlakın cəmi 3,7 %-nə sahib olduğuna baxmayaraq, məcmu məhsulun 39 %-ni istehsal etdiyi nəqliyyat və telekommunikasiya kimi sahələrdə daha aydın görünməkdədir. Qeyd etmək zəruridir ki, busahədə xüsusi investisiya sür`ətlə artmaqdadır.

Yuxarıdakı cədvəldən göründüyü kimi, əvvəllər dövlətin sərəncamındaolmuş mülkiyyət özəl sektorun inkişafının heç də başlıca əsası deyildir.Bundan başqa, o da aydındır ki, dövlətin ölkə mülkiyyətinin əhəmiyyətlihissəsini öz əlində cəmləşdirməsinə baxmayaraq, əslində bu mülkiyyət özəlsektorun əlində olan daha kiçik mülkiyyətdən az səmərəlidir. Belə birnəticə çıxarmağa mane olan cəhət ondan ibarətdir ki, dövlət mülkiyyətininmüəyyən edilmiş dəyəri özünün bazardakı real dəyərindən hiss olunacaqdərəcədə fərqlənə bilər.

Mülkiyyətin səmərəliliyi məsələsini nəzərdən keçirməyi davam etdirənmüəllif iqtisadiyyatın dövlət sahibkarlığının ən iri hissələrini əhatəedən sahələri ən intensiv şəkildə özəlləşdirilən fəaliyyət sahələri iləmüqayisə etmişdir. Emal sənayesində neft və daş kömür məhsullarının istehsalında dövlət mülkiyyətinin payı ən yüksək (99,6 %) olmuşdur,onun arxasınca 86,5 % göstərici ilə metal istehsalı (metal əritmə zavodları və digər metallurgiya müəssisələri) gəlmişdir. Dövlət üç qeyri-emal sənaye sahəsində - elektroenergetika, su və qaz təchizatı(99,7 %), dağ-mədən və karyer (96,9 %) və nəqliyyat, anbarlar və kommunikasiya(96,3 %) sahələrində də üstün mülkiyyət mövqeyinə malik olmuşdur.

Bu qeyd olunan bir neçə sahədə dövlət sektoru mülkiyyətinin olduqca yüksəkpayı sənayedə dövlətin orta mülkiyyət payının göstəricisinin də yüksək - 72,2 %olmasını şərtləndirmişdir. Məsələn, bütün emal sahələri üçün dövlətin orta mülkiyyət payı xeyli aşağı düşür (45,1 %), buna səbəb avtomobil sənayesinin(8 %), toxuculuğun (4,3 %), maşın və avadanlıq istehsalının (22,0 %) və ərzaqvə içkilər istehsalının (22,5 %) göstəriciləridir. Kimya sənayesində dövlət mülkiyyətinin payı (51, 9 %) tikinti sənayesində (36 %) və maliyyəsahəsində orta və müvafiq paylardan yalnız bir neçə vahid yüksəkdir.

Həcm baxımından yanaşdıqda, Polşanın özəlləşdirmə proqramı Mərkəzi Avropanın bəzi digər ölkələrində olduğundan daha az irəli getmişdir vəPolşa iqtisadiyyatında özəl bölmənin payı qeyri-sabit şəkildə qalmaqdadır.Digər tərəfdən, özəlləşdirmə prosesinin getməsi üçün müəyyən yollarınhələ də mövcud olması gələcək dövlət siyasəti üçün müəyyən əlverişlipotensial imkanlar yaradır. O da mühümdür ki, indi ölkə özəlləşdirməsahəsində keçid prosesinin əvvəlində olduğundan xeyli dərəcədə artıqtəcrübəyə malikdir; özəlləşdirməyə hansı yanaşma formasının qəbuledilməsindən asılı olaraq, o, müəyyən müəssisələr üçün gözlənilənnəticələri qabaqcadan daha dəqiq göstərə bilər.

Gözləməyin bahası

Bütün deyilənlərə baxmayaraq, Polşa özəlləşdirmənin daha incə texnikasındanfaydalana bilər, çünki kapital bazarı və maliyyə sahəsi daha yaxşı inkişafetmişdir və özəlləşdirməyə cəlb olunmuş peşəkarlar daha yaxşı təhsilalmışlar.

“Bir çox siyasətçilər hələ də özəlləşdirmənin vacibliyini və onunləngidilməsinin verdiyi nəticələri lazımınca dərk etmirlər”.

Bundan əlavə, Polşanın sürətlə inkişaf edən iqtisadiyyatı kapitallarıvə nou-hauları ilə birgə xarici investorları onilliyin əvvəlində olduğundandaha asan şəkildə cəlb etməyə imkan verir. Bu, Polşa üçün daha səmərəliözəlləşdirmə metodlarından daha geniş miqyasda istifadə etmək şansı yaradır.

Həhayət, etiraf olunmuşdur ki, struktur islahatlarının ikinci mərhələsidaha baha başa gəlmişdir. Özəlləşdirmədən gələn gəlirlər hökumətin həminislahatlar üçün nəzərdə tutulan xüsusi xərclərlə bağlı planlarınımüdafiə etmək üçün faydalı olardı. Bu nöqteyi-nəzərdən özəlləşdirmənin güclü vərentabelli müəssisələr yaratmaqdan ibarət olan sonuncu mərhələsinin başaçatdırılması gələcəkdə ölkə üçün keçmişdə olduğundan daha artıq səmərə verərdi.

Digər tərəfdən, özəlləşdirmənin bəzi vacib imkanları ləngimələr ucbatındanitirildi. Məsələn, indiyədək dövlət mülkiyyətinin üstünlük təşkil etdiyienerji və polad sənayesi sahələrində müəssisələrin satışı iki və yaüç il əvvəl ola biləcəyindən daha çətin və daha az gəlirli olacaqdır. Buşirkətlərin fəaliyyəti yaxın vaxtlarda pisləşmişdir və onlar iqtisadimühitdə əlverişsiz dəyişikliklərlə üzləşir. Uzun illər rəqabət vəözəlləşdirmədən müdafiə edilmiş şəkər istehsalı sənayesi olduqca zəifdir;bu sahənin cari ilin sonunda həyata keçirilməsi nəzərdə tutulan özəlləşdirməyəqədər davam gətirmək üçün dövlət yardımına ehtiyacı vardır. Spirt sənayesinində vəziyyəti buna oxşardır. Həmin sahə Polşanın milli sənayesinin əninkişaf etmiş sahələrindən biri olduğundan, əvvəllər onu özəlləşdirməyilazım bilməmişlər.

Keçmişdə özəlləşdirmə və rəqabətdən kənarda qalan iki sənaye sahəsinin - daş kömür sənayesi və Polşa dəmir yolunun vəziyyəti təxirəsalmanınhansı itkilər verə biləcəyinə əyani nümunədir. Bu gün onlar dahaçox itkilərə məruz qalan və ən çox dotasiya alan iki mühüm sahədir.Keçmişdə siyasi mülahizələr baxımından özəlləşdirmədən kənarda saxlanmışhəmin sahələr əvvəllər uğurla özəlləşdirə biləcəkləri halda, bu gün bazar rəqabəti şəraitində davam gətirməyə qabil olmayan bir çox müəssisələri birləşdirir. Gec və ya tez onlar ləğv ediləcəklər. Göstərilənsahələrdə özəlləşdirmədən və həqiqi yenidənqurmadan yaxa qurtarmağacəhd etməyin bahası budur.

(Economic Reform Today, №2, 1999, CIPE)

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft