top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

AQRAR SEKTORUN SİSTEMLİ YANAŞMA ÜSULU İLÄ ÖYRƏNİLMÄSİNİN METODOLOYİ KONSEPSİYASI

RÖVŞÄN QULİЈEV

Mənbə: "Məşvərət", N24, 1999


Cəmiyyətimiz tarixin daha bir xoşagəlməz və ağrılı eksperimentinin — "ictimai" mülkiyyətdən xüsusi mülkiyyətə keçidin pioneri olası oldu. Özlüyündə dərin ictimai, iqtisadi və mənəvi bəhranlarla müşayiət olunan bu proses Azərbaycan kəndində çoxsaylı subyektiv amillərin təsiri nəticəsində daha ağır sarsıntılara səbəb olmuşdur. Belə bir dövrdə dövlət himayəsinə daha çox ehtiyacı olan kənd təsərrüfatı, əksinə, ögey münasibət nəticəsində neft kompleksinin kölkəsində qalaraq, ədalətsizcəsinə unudulmuşdur. Tələsik, ölçülüb-biçilməmiş və son dərəcə savadsız və qərəzli keçirilmiş özəlləşdirmə kampaniyasının nəticəsində qurulub-yetişdirilməsi onilliklər tələb edən bitkiçilik, heyvandarlıq və emaledici sənaye komplekslərinin bir hissəsi məhv olmuş, qalanı da bu aqibəti gözləməkdədir.

Labüdlüyünə şübhə olmayan təkrar aqrar islahatlar səmərəli və uzunmüddətli tədbirlər planının təcili hazırlanıb həyata keçirilməsini tələb edir. Belə bir proqram sistemli təhlil və tədqiqatın nəticəsi olmalıdır.Bu məqalənin əsas məqsədi aqrar sahədə dövlət siyasətinin və yaxın bir neçə onillik üçun düzgün dövlət strategiyasının müasir elmi texnologiyalara əsaslanan səmərəli tədqiqat metodları vasitəsilə işlənib hazırlanmasının metodoloji konsepsiyasını diqqətinizə təqdim etməkdir. Belə bir tədqiqatın layihəsi və onun gerçəkləşdirilməsi mexanizmi Sahibkarlığa və Bazar İqqisadiyyatının İnkişafına Јardım Fondunda işlənib hazırlanmışdır və müəyyən maddi dəstək nəticəsində müvəffəqiyyətlə həyata keçirilə bilər.

Sistemli yanaşma və müasir elmi texnologiyalar

XX əsrin insanlara bəxş etdiyi kompüter bəşəriyyətin elm tarixində yeni eranın başlanğıcını qoydu. Texnikanın kifayət qədər dinamik inkişaf edən bu sahəsi digər kəşf və fəthlərdən fərqli olaraq insanın zehni fəaliyyətinin bilavasitə asanlaşmasına və bu fəaliyyətin nəticələrinin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Həyatımızın bütün sahələrinə intensiv daxil olan kompüter sistemləri iqtisadiyyat elminin də inkişafına küclü təkan vermişdir. Təsadüfi deyil ki, məhz kompüterin kəşfindən sonra iqtisadiyyat sahəsində Nobel mükafatına bu ödüldən məhrum edilmiş elmin nümayəndələri — riyaziyyatçılar dəfələrlə layiq görülmüşlər.

Gənc elm sahəsi olan riyazi iqtisadın inkişafının zirvəsi güclü metodoloji tədqiqat aləti olan sistemli yanaşmanın iqtisadi-sosial proseslərə tətbiqini reallaşdırmasıdır.

Bütün zamanların dahi mütəfəkkirləri hadisə və obyektlərin hərtərəfli tədqiqatına xüsusi fikir veriblər. Lakin kompüterəqədərki dövrün alimləri ən yaxşı halda nəticənin, yəni çıxış parametrlərinin sistemli təhlilini verməklə kifayətlənəsi olublar, çoxsaylı səbəb amillərinin təsirlərinin öyrənilməsi isə müşkül məsələ olub və əsasən, tədqiqatçıların intuisiyasına əsaslanıb. (Јeri gəlmişkən, Azərbaycanın siyasi-iqtisadi-ictimai həyatının sistemli təhlilinin parlaq nümunəsi M.Ə.Rəsulzadənin 1920-ci il işğalı nəticəsində bolşevik təqibindən gizləndiyi dövrdə yazdıqı "Əsrimizin Səyavuşu" əsəridir). Məhz kompüter texnikasının və iqtisadi-riyazi modelləşdirmə elminin inkişafı mürəkkəb sosial və iqtisadi sistemlərə kompleks yanaşmanın praktiki tətbiqini reallaşdırmışdır.

Sistemli yanaşma və ya kompleks yanaşma araşdırılan obyektin problem marağı çərçivəsində təsir etdiyi və təsirinə məruz qaldığı obyekt və prosesləri nəzərə alan tədqiqat üsuludur.

Obyektin tədqiqində istifadə olunan göstəricilər iki qrupa bölünür. Tədqiqatın nəticəsini səciyyələndirən göstəricilər çıxış parametrləri, başqa sistemlərdən daxil olan və ya iradəmizdən asılı olaraq dəyişib tənzimlənən göstəricilər isə giriş və ya idarəolunma parametrləri və ya, sadəcə olaraq, strategiya adlanır. Giriş parametrlərin konkret məcmusuna ssenari deyilir.

İqtisadi sistemlərdə çıxış parametrləri adətən iqtisadi göstəricilərdən ibarət olur. Məsələn, gəlir, ümumi daxili məhsul, müxtəlif məhsulların natural kəmiyyət göstəriciləri və s. Strategiya qismində ayrı-ayrı bitkilərin əkin sahəsi, gübrə, texnika, əmək ehtiyatlarının və investisiyanın müxtəlif sahələr arasında bölünməsi çıxış edə bilər. Giriş parametrləri öz növbəsində 2 qrupa bölünür. Sistemdən xaricdə formalaşan parametrlərə xarici və ya ekzogen parametrlər, sistemin daxilində əmələ kələn parametrlərə daxili və ya endogen parametrlər deyilir.

Sistemli yanaşma bir neçə mərhələdən ibarətdir.

Sistemin struktur təsviri. Bu mərhələ, tədqiq olunan sistemi təşkil edən elementlərin (başqa sözlə, alt sistemlərin) təsviri və təsnifatı mərhələsidir. Məsələn, kənd təsərrüfatında tədqiqatın konkret məqsədlərindən asılı olaraq təsnifat fermer təsərrüfatları səviyyəsində, inzibati rayonlar səviyyəsində və ya aqroiqlim zonaları səviyyəsində verilə bilər.

Parametrlərin təsviri. Bu mərhələdə sistemin hər bir elementinin təsvirində iştirak edəcək parametrlər təyin olunur.

Parametrlərin identifikasiyası. Tədqiqatda iştirak edən hər bir giriş parametrinin qaneedici səviyyədə düzgün qiymətinin əldə edilmə üsulu müəyyən olunmalıdır.

Obyekt və proseslerin təsviri. Bu mərhələdə parametrlərin ala biləcəyi qiymətlər (dəyişmə diapazonu) və onlar arasında asılılıq təyin olunur. İqtisadi—riyazi modelləşdirmənin ilk dövrlərində parametrlər arasındakı asılılığı, bir qayda olaraq, riyazi düsturlarla ifadə edirdilər. Lakin bu düsturlar həmişə gerçəkliyi düzgün əks etdirmədiyindən indi belə hallarda mütəxəssislərin bilik və intuisiyalarına əsaslanan ekspert sistemləri və bilik bazalarından istifadə olunur.

Meyarların təsviri. Məlum olduğu kimi, mürəkkəb iqtisadi sistemlərin durumu bir neçə göstərici ilə təyin olunur. Müxtəlif ssenarilərin düzgün qiymətləndirilməsi üçün bu göstəricilərin prioritetlik münasibətinin və onların məqbul dəyişmə diapazonunun araşdırılması xüsusi əhəmiyyət kəsb edir.

İlk beş mərhələnin icrası nəticəsində sistemin iqtisadi modeli yaranır.

Riyazi modelin hazırlanması. Parametrlər arasındakı asılılığın riyazi düsturlar sistemi formalaşır.

Məlumatlar bazasının strukturunun təyin olunması.

Proqram təminatı. Riyazi modellər kompüter dilində reallaşır.

Kompüter ekspsrimentləri və mütəxəssis dəqiqləşdirmələri

Bu ardıcıllıqda məntiqlə yanaşı şərtilik də olmamış deyil. Јəni müəyyən hallarda bəzi mərhələr paralel həyata keçirilə bilər, bəzi mərhələlərə dəfələrlə yenidən müraciət oluna bilər. Lakin qeyd etmək lazımdır ki, iqqisadi modeldə və məlumatlar bazasında hər hansı tədqiqatı həm ləngidir, həm də bahalaşdırır.

Aqrar sektorun tədqiqatı konsepsiyası

Azərbaycanın müasir durumu aqrar sahədə aparılan istənilən kompleks araşdırma qarşısında aşağıdakı tələbləri qoyur:

1. aqrar sahədə bərqərar olmuş beynəlxalq əmək bölgüsü və get-gedə şiddətlənən rəqabət nəzərə alınmalı;

2. tədqiqat mexanizmi aqrar sektorun inkişafının iki variantını — ərazimizin bir hissəsinin zəbt olunmasını nəzərə alan və torpaqlarımız azad olunanandan sonrakı şəraiti araşdırmağa imkan verməlidir.

Bu məqsədlə diqqətinizə təqdim olunan aqrar islahatlar konsepsiyasında tədqiqatın 3 mərhələyə bölünməsi təklif olunur.

Birinçi mərhələdə obyektiv amillər (tərifi aşağıda verilir) nəzərə alınmaqla kənd təsərrüfatı (və emaledici sənaye) və istehsalat infrastrukturunun iqtisadi göstəriciləri optimallaşdıran parametrləri müəyyən olunur. Bu mərhələdə Azərbaycanın təbii şəraitindən maksimum səmərəli istifadə edən kənd təsərrüfatı və emaledici sənaye strukturunun yaradılması məqsədi qoyulur.

İkinci mərhələdə buna uyğun istehsal və sosial infrastruktur parametrlərinin optamal qiymətləri tapılır.

Üçüncü mərhələdə dövlətin ümumi optimal strategiyanı reallaşdıran tədbirlər planı işlənib hazırlanır.

Göründüyü kimi, məsələnin bu cür qoyuluşunda istehsal amili ön plana çəkilir, sosial problemləri isə ondan asılı həll etmək təklif olunur. Belə yanaşma, yuxarıda qeyd edildi-

Milli iqtisadiyyat

Ərzaq təhlükəsizliyiyi kimi, Azərbaycanın dünya aqrar bazarına səmərəli inteqrasiyası tələbindən irəli gəlir. Lakin bu, qətiyyən sosial problemlərə etinasızlıq kimi qiymətləndirilməməlidir. Əksinə. Unutmaq olmaz ki, torpaqlarımız azad olunandan sonra şəhər şəraitinə öyrəşmiş qaçqın və köçgünlərimizin bu yerlərə qayıtmalarını stimullaşdıran xüsusi dövlət tədbirlərinə hazır olmaq lazımdır. Bu isə şəhər şəraitindən heç də keri qalmayan sosial infrastrukturun və iş yerlərinin yaradılmasını tələb edir. Bu baxımdan tədqiqatın yuxarıdakı şəkildə mərhələlərə bəlünməsi bu problemin müəyyən mənada muxtar həllini nəzərdə tutur. Bu, sistemli yanaşmada geniş tətbiq olunan bir fənddir və qlobal problemin dekompozisiyası, məsələnin həllini axtaran riyazi üsul isə ardıcıl iteraksiya adlanır. Biz problemin məzmununu və sosial iqtisadi sistemlərdəki dinamikliyi daha düzgün əks elətdirən ardıcıl interaksiya termininin daxil edilməsinə üstünlük veririk.

Problemin və onun həlli yollarının əyani təsviri üçün kiriş parametrlərinin 4 qrupdan ibarət olduğuna nəzər salaq.

1. Obyektiv amillər iradəmizdən asılı olmayan amillərdir. Məsələn, iqlim şəraiti, torpağın keyfiyyəti, relyef, məhsulun beynəlxalq bazarda Azərbaycanın təsirindən asılı olmayan qiyməti və s.

2. Subyekiv amillər. Kifayət qədər geniş diapazonda Azərbaycan hökuməti və ya cəmiyyəti tərəfindən dəyişdirilə bilən amillərdir. Məsələn, kənd təsərrüfatı istehsalının strukturu, investisiyaların qiyməti, gömrük, vergi, kredit və digər iqtisadi siyasət amilləri və b.

3. Obyektiv-subyektiv amillərə dəyişilməsi mümgün, lakin ictimai, iqtisadi, siyasi, psixoloji və ya mənəvi baxımdan problemli olan amilləri aid edək. Bu cür amillərə misal müəyyən bölmədə istehsalın ənənəvilik oriyentasiyası, bahalı istehsalat obyektlərinin tikilməsi, qlobal demoqrafik proseslərin stimullaşdırılması və s. gətirmək olar. Tədqiqatın gedişində ekspertlərin mötəbər rəyi ilə bu parametrlər müxtəlif ssenarilərdə həm obyektiv, həm də subyektiv ola bilər.

4. Nəzərə alınmayan amillər. Məsələn, problemin yuxarıdakı kimi qoyuluşunda tədqiqatın birinci mərhələsində sosial infrastruktur parametrləri nəzərə alınmır.

Sistemli yanaşmanın tətbiqi

Ümumi layihə çoxəhatəli və geniş olduğundan bu məqalədə biz emaledici sənayeyə və sosial problemlərə toxunmadan ancaq aqrar sahənin iqqisadi modelinin təsvirini verəcəyik. Sistemin struktur təsviri. Hər hansı bir obyektin kompleks tədqiqatı kifayət qədər bahalı və vaxtaparan proses olduğundan bu obyektin gələcəkdə digər daha böyük bir sistemin elementi kimi tədqiq oluna biləcəyini nəzərə almaq məqsədəuyğundur. Bu baxımdan milli iqtisadiyyatın tərkib hissəsi olan aqrar sektorun və digər sahələrin modelləri və verilənlər bazası ümumi ideolokiyaya əsaslanmalıdır.(1-ci şəkil).

Aqrar sektor iqtisadiyyatın, demək olar ki, bütün sahələri ilə sıx əlaqədardır. Odur ki, tədqiqatımızın xüsusiyyətinin illüstrasiyası kimi burada bəzi məqamları qısa açıqlamaqla kifayətlənəcəyik.

Tədqaqatımızın əsas obyekti olan kənd təsərrüfatı bloku bir neçə yarımsistemlərdən ibarətdir:

  • məhsullar bloku;

  • texnoloji blok;

  • iqtisadi blok;

  • istehlak bloku;

  • idxal-ixrac bloku.

Kənd təsərrüfatı bloku informasiya bazasının iki səviyyədə hazırlanması zəruridir:

1-ci variant hər bir kənd təsərrüfatı, emaledici və xammal müəssisələrinin qeydiyyatını nəzərdə tutur. Belə qeydiyyat torpaqların özəlləşdirilib əhaliyə paylanması prosesində həyata keçirilir. Sadəcə olaraq, informasiyanın genişləndirilməsi və bələdiyyə torpaq və müəssisələrinə də şamil edilməsi zəruridir.

2-ci variant kənd təsərrüfatına yararlı torpaqların əsas bitki növləri üzrə aqroiqlim, aqrotorpaq, relyef və irriqasiya rayonlaşdırılmasını və uyğun xəritələr hazırlanmasını nəzərdə tutur. Bu cür zonalaşma makroiqtisadi problemlərin tədqaqatı üçün vacibdir.

Bir sıra birinci dərəcəli ərzaq məhsullarının minimal istehsal və idxal tələblərinin ərzaq təhlükəsizliyi blokunda formalaşan qiymətləri aqrar blokda obyektiv-subyektiv amil kimi nəzərə alınır.

Јuxarıda qeyd etdiyimiz kimi, demoqrafiya və sosial infrastruktur bloku ikinci mərhələnin tədqiqat obyekti olaraq, bir tərəfdən aqrar blokun göstəricilərinə uyğun araşdırılır, digər tərəfdənsə ona əks-təsir göstərir.

Müstəmləkə pəncəsindən yenicə qurtarmış vətənimiz üçün hətta iqtisadi məsələlərin həllində siyasi amillərin vacib, bəzən də həlledici rol oynaması təbii haldır. Çağdaş durumumuzda obyektiv sayılan bu amillər siyasi blokdan ekzogen parametrlər kimi daxil olur. (Aqrar, ümumiyyətlə, iqtisadi sahədə dayanıqlı beynəlxalq əlaqələr baxımından "asılı" vəziyyətdə olan ölkəmizin dünya bazarına inteqrasiyası taleyüklü bir problemdir).

Azərbaycan iqtisadiyyatının həddindən böhranlı durumu ekologiya blokunun tələblərinin, təəssüf ki, obyektiv-subyektiv amillər kateqoriyasına aid olunmasını tələb edir.

Çətin keçid dövrünü yaşayan ölkədə dövlətin rolu və məsuliyyəti xüsusi əhəmiyyət kəsb edir. Dövlət tənzimləməsi blokunda

  • fermerlərə maliyyə, informasiya, xammal, gübrə və texnika təminatı sahəsində dövlət himayədarlığı;

  • fermerlərdən kənd təsərrüfatı məhsullarının alınmasında dövlət sifarişləri;

  • bank sektorunda, ara alverçi şəxslər və firmalar arasında və digər sahələrdə yayılmış fırıldaqçılardan qoruma;

  • və başqa sahələrdə dövlət proqramlarının hazırlanması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, keçid dövründə bazar iqtisadiyyatının imkanlarından sui-istifadə edib azsavadlı və sadəlövh kənd (nəinki kənd) əhalisini aldadanlara qarşı müvəqqəti antidemokratik tədbirlər tətbiq olunmalıdır.

Aqroiqlim blokunda iqlimi əks etdirən parametrlər formalaşır. Burada Azərbaycanın aqroiqlim rayonlaşdırılmasının xəritələrinin hazırlanması, planetdə baş verən qlobal iqlim dəyişməsinin ərazimizə təsirinin proqnozlaşdırıpması nəzərdə tutulur.

Torpaq blokunda torpaq və relyef göstəriciləri (torpağın növü, mexaniki və qumus tərkibi, gücü, qrunt sularının dərinliyi və s.) generasiya olunur. Buna uyğun torpaq, relyef və irriqasiya sistemləri xəritələri hazırlanır. Sözsüz, aqroiqlim və torpaq bloklarından daxil olan parametrlər obyektiv və ekzogendir.

Dünya bazarı bloku kənd təsərrüfatı məhsullarının, xammal, texnika və texnologiyaların səciyyə və qiymətlərinin, aqrosənaye üçün maraqlı olan digər informasiyaların cəmlənib, emal olunduğu bölmədir.

Gömrük siyasəti blokunun da parametrləri interaktiv tədqiqatın nəticəsi kimi formalaşır.

Verki siyasəti blokunun göstəriciləri xüsusi ciddi araşdırmalar obyektidir. Bu sahədə dünya, xüsusən şəraiti Azərbaycana oxşar olan inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməli və yerli spesifika nəzərə alınmaqla tətbiq olunmalıdır.            

Emaledici sənaye blokunun tədqiqatında da interaktiv metoddan istifadə edilir.

Maliyyə-kredit blokundan kredit məbləğləri və verilmə şərtləri götürülür.

Qeyd etdiyimiz kimi, bu, amillər siyahısının bir hissəsidir.

İnformasiya təminatı və zəruri dövlət qədbirləri

İstənilən tədqiqatın səmərəliliyinin əsas şərtləri məqsəd aydınlığı və düzgün informasiya təminatıdır. Bu tələbləri ödəmək üçün aşağıdakı dövlət tədbirlərininin həyata keçirilməsi zəruridir.

1. Aqrar sektorun əsas strateji və taktiki məqsədləri aydınlaşdırılmalıdır. Bunun üçün yuxarıda araşdırılmış ərzaq təhlükəsizliyi, siyasi, ekologiya və dünya bazarı bloklarında məqsədyənlü tədqiqatlar aparılmalıdır.

2. Torpaqların özəlləşdirilməsinə cavabdeh olan rayon qeydiyyat bürolarında torpaq blokunu zəruri informasiya ilə təmin edən xüsusi pasportlar tətbiq edilməli, müəssisə vahidlərinin dəyişmələrinin (birləşmə, ayrılma, satılma və s.) uçotu aparılmalı və bu və digər informasiyalar operativ olaraq Mərkəzi İdarəyə ötürülməlidir. Tədricən aqro-torpaq və aqroiqlim mini-laboratoriyalarının tətbiqi təşkil olunmalıdır.

3. Operativ, etibarlı bank və maliyyə-kredit sistemi yaradılmalıdır.

4. Fermerləri informasiya ilə təmin etmək və müntəzəm olaraq xüsusi növ informasiya (məhsul və xammalın dünya bazar qiymətləri, müasir texnika və texnolokiyalar və s.) əldə etmək üçün mərkəzi informasiya və məsləhət agentliyi və onun yerlərdə bürolarının yaradılması faydalı olardı. Onu da qeyd edək ki, bu struktur informasiya alveri və konsaltinq fəaliyyəti ilə məşğul olan özəl rentabelli təşkilat da ola bilər. İlk dövrlərdə isə dövlətin dəstəyi ilə informasiya pulsuz olaraq mövcud dövlət idarələri (Statistika İdarəsi, Gömrük Komitəsi və s.), elmi tədqiqat müəssisələrindən, bundan başqa alim və mütəxəssislərdən (ekspert rəyi) və başqa kanallardan alına bilər.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft