top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

ƏHALİNİN PULA TƏLƏBİNİN ÖDƏNİLMƏSİ VƏ ONA TƏSİR EDƏN AMİLLƏR

A.M.Quluzadə
AzDİİ-nin dissertantı

Mənbə: "Məşvərət", N24, 1999


Əhalinin pula tələbi mikroiqqasadi tələb kimi iqtisadiyyatın sosial-iqtisadi problemlərindən biridir. Buna görə də bu mövzunun tədqiqinin aparılması sosial-iqtisadi problemlərin bir qolu kimi vacibdir.

Əhalinin pula tələbi onun minimum istehlak büdcəsi ilə məhdudlaşmır, çünki əmtəə tələbindən başqa digər pul xərci tələb edən işlərdə iştirak etməyə məcburdur. Deməli, əhalinin pula tələbi (ƏPT) əmtəə tələbatı (ƏT) və digər pul tələb edən (DPT) ictimai-mədəni, maarif və sair kimi işlərin cəmindən ibarətdir.

ƏPT = ƏT + DPT

Bu deyilənlərə uyğun olaraq əhalinin gəlirlərinin xərc tələb edən işlərə uyğunluğu normal təminat sistemi sayıla bilər. Rəsmi statistikanın verdiyi məlumatlarda orta aylıq əmək haqqı 1991-dən 1993-ə kimi 3 (üç) dəfə artaraq 24 ABŞ dolları olmuşdursa ondan sonra inflyasiyanın yüksək həddə çatdığı dövrlərdə azalaraq 14 ABŞ dolları təşkil etmişdir. 1995-ci ildən sonra bu temp artaraq 1998-ci ildə 1996-cı illə müqayisədə 2(iki) dəfə artmışdır. Bu artım tempi, sözsüz ki, özlüyündə müsbət haldır, amma minimum istehlak büdcəsini hesabladıqda məlum olur ki, orta aylıq əmək haqqı bunun 50%-i qədərdir. Təbii sual: bəs yerdə qalan 50% hissə nəyin hesabına ödənilir? Suala birqiymətli cavab vermək çətindir. Lakin gizli iqtisadiyyatın müəyyən rolunu danmaq olmaz. Əhalinin gəlirləri və xərclərinin 1998-ci ildə 1995-ci illə müqayisədə təqribən 2(iki) dəfə artdığı rəsmi məlumatlarda öz əksini tapmışdır. ÜMD-un real dinamikası ilə adambaşına düşən ÜMD-un payının dinamikası, demək olar ki, uyğun dinamika üzrə hərəkət olmuşdur. Belə ki, hər iki göstərici 1990-cı ildən başlayaraq 1996-cı ilə kimi mənfi dinamika ilə hərəkət etmişdir. ÜMD-un 1995-ci ildə dinamikası 1990-cı illə müqayisədə 58,22% aşağı düşmüşdür. Ümumiyyətlə, iqtisadiyyatda tənəzzül 1989-cu ildən başlamış və 1995-ci illə müqayisədə bütün dövrlərə nisbətən daha çox olmuşdur.

Bu tənəzzülün miqyası 64,7 % təşkil etmşadir. Adambaşına düşən ÜDM-un dinamikası da bu tempə uyğun olmuşdur və keçid dövründə kifayət qədər tənəzzülə uğramışdır. Bu, 1-ci cədvəldə və 1-ci şəkildə kifayət qədər aydın göstərilmişdir.

Əhalinin gəlirləri və xərclərinin strukturuna nəzər yetirdikdə əhalinin yalnız az zaman intervalında yaxın məqsəd üçün yaşamaq uğrunda mübarizə aparmasını təsdiq edə biləcək amillər üzə çıxır. Belə ki, əhalinin gəlirlərinin 60-90 %-ə qədəri 1990-1998-ci illərdə mal və xidmətlərin ödənilməsinə sərf edilmişdir. Digər xərclərin payı göründüyü kimi kifayət qədər az olmuşdur.

Gəlirlərdə əmək haqqının dinamikası, məhsul və əmtəə satışından daxil olan gəlirlərin dinamikasının tərs mütənasib asılılıqda olması yuxarıda dediklərimizi bir da

İllər

ÜDM-un real dinamikası (1995-ci ilin qiymətlər indeksi ilə)

ÜDM-un adambaşına düşən real dinamikası

1991

-0.7

-1.8

1992

-22.7

-23.7

1993

-23.1

-23.8

1994

-19.7

-20.3

1995

-11.8

-12.4

1996

1.3

0.7

1997

5.8

5.2

1998

10.0

5.8

Mənbə: Azərbaycan DSK-nın məlumatları

I ÜDM-un real dinamikası (1995-ci ilin qiymətlər indeksi ilə)
1ÜDM-un adambaşına düşən real dinamikası

1-Cİ ŞƏKİL

ha təsdiq edir. Əmək haqqının ümumi gəlirlərdə payı demək olar ki, 1990-cı illə müqayisədə 1998-ci ildə 2,5 dəfə və ya 250 % tənəzzülə üğramışdır. Amma məhsul və əmtəə satışından daxil olan gəlirlər isə əksinə 1998-ci ildə 1990-cı illə müqayisədə 6 dəfə və ya 600 % artmışdır. Bu Azərbaycan iqtisadiyyatının tənəzzülə uğramasının görünməyən tərifini açıq-aydın üzə çıxarır. Beləliklə, ölkədə real istehsal əməlinə üstünlük verməkdənsə, küçə ticarətinə və kriminal xarakterə malik gəlirlərə üstünlük verilməsinə meyl yaranmasını göstərir. Bununla da, nəzarətdən kənar, vergisi ödənilməyən gəlir mənbələri yaranmağa başladı ki, bu da son nəticədə ölkədə normal stimullaşdırıcı istehsal amilinin yaranmasına mane oldu və iqtisadiyyatda bərpa olunması mümgün olmayan deprepsiyanın əsasını qoydu. Bu strukturanın geniş təhlili cədvəl 2 və 3-də, şəkil 2 və 3-də faktiki rəqəmlərlə dəqiq verilmişdir.

Bir nüansı qeyd etmək lazımdır ki, hal-hazırda pul tədavülü sürətinin kəskin artımı müşahidə edilir. Məsələn, məcmu pul kütləsinin tədavül sürəti 1994-cü illə müqayisədə təqribən 9 (doqquz) dəfə artmışdır. Nəzərə alsaq ki, bu gün milli valyutamız ən çox əhalinin alqı və satqı vasitəsi kimi işlətdiyi valyutadır, onda bu göstərici əhalinin öz tələbatının optimal və təhlükəsiz ödənməsində bir sıra çətinliklərin olduğunu üzə çıxarır.

Rəsmi statistikanın verdiyi məlumatlara görə məşğul əhali əmək qabiliyyətli əhalinin 70%-ni təşkil edir. Deməli, yerdə qalan 30%-in işsiz olması və ya qeyri-leqal fəaliyyəti haqqında fikir yürüdə bilərik. həm də nəzərə alsaq ki, bu 70%-in əksəriyyətinin aldığı əmək haqqı onların pula tələbini ödəyəcək səviyyədən çox-çox aşağıdır. Rəsmi məlumatlara əsasən respublikada bir milyona yaxın qaçqın, şəhid ailəsi, Qarabağ əlili və ümumiyyətlə, müavinətli şəxslər vardır. Dövlət büdcəsindən hər il sosial müdafiəyə vəsait ayrılır. 1995-ci illə müqayisədə 1998-ci ildə sosial müdafiəyə dövlət büdcəsindən 3 (üç) dəfə artıq vəsait ayrılmışdır. Bu təqribən dövlət büdcəsinin gəlirlərinin 20-25%-ni, ÜDM-un isə 5-6%-ni təşkil edir. Dövlət büdcəsindən ayrılan bu vəsait sosial müdafiəyə ehtiyacı olan təbəqənin pula tələbinin cüzi bir hissəsini —10%-ni təşkil edir. Јerdə qalan hissə ödənilməmiş qalır. Bu da son nəticədə sosial problemlərin ildən ilə azalması ilə deyil, artması ilə müşahidə edilir. Tarixi təcrübə və tədqiqi araşdırma sübut edir ki, sosial problemləri dövlət büdcəsi hesabına vəsaitlərin ildən-ilə çoxaldılması ilə həll etməyə çalışmaq səmərəli deyil və bu sadəcə olaraq uçmaq ərəfəsində olan binanın suvanmasına bənzəyir.

İllər

Gəlirlərin strukturu (ümmumi gəlirlərdə payı %-lə)

Əmək haqqı

Əmək haqqından kənar

Məhsul və əmtəə satışından daxil olan gəlirlər

Pensiya və müavinətlər

Təqaüdlər

Sair gəlirlər

1990

70

 

10

10

 

10

1991

50

 

5

20

 

25

1992

70.2

1.1

6.4

18.1

1

3.2

1993

41.7

3.6

26.4

16

0.3

12

1994

31.4

0.8

50.8

10.7

0.2

6.1

1995

22.6

0.8

63.1

8.3

0.1

5.1

1996

20.2

0.9

65.6

8.2

0.1

5

1997

18.4

1.1

62.9

6.4

0.1

11.1

1998

19.2

2.1

63

6.5

0.1

9.1

Mənbə: Azərbaycan DSK-nın məlumatları

İllər

Xərclərin strukturumumi xərclərdə %-lə)

Mal və xidmətlər ödəmələr

Məcburi ödənişlər və könüllü üzvlük

Əmanət qoyuluşları və qiymətli kağızların alınması

Sair xərclər

1990

77.8

11.1

11.1

 

1991

63.2

5.2

31.6

 

1992

78.9

7.9

13.2

 

1993

86.4

6

7.6

 

1994

86.2

3.8

8.1

1.9

1995

90.5

2.6

1.1

5.8

1996

89

3

-0.2

8.2

1997

79.2

3.7

0.1

17

1998

81.3

3.5

0.1

15.1

Mənbə: Azərbaycan DSK-nın məlumatları

 Sosial müdafiəyə ehtiyacı olanların problemlərinin kompleks həlli onların özlərinə öz problemlərini həll etmək üçün şəraitin yaradılmasından keçir. Bu metod bütün iqtisadi təbəqəyə şamil oluna bilər. Sadəcə olaraq, hökumətin düşünülmüş və sübuta yetirilmiş proqramı olmalıdır.

Respublikanın Bakıdan kənar bölgələrində problemlərin olması ona kətirib çıxarıb ki, əhalinin Bakıya və respublikadan kənara axını baş vermiş və nəticədə rayonların aqrar sahələrində bərbad vəziyyət yaranmışdır. Bir vaxtlar ittifaq bazarlarını təmin edən Azərbaycanın kənd təsərrüfatı məhsulları daxili bazarın tələbatını ödəyə bilmir.

Respublikanın intellekt potensialının xaricə axını da kifayət qədər düşündürücü problemdir. Qeyri-rəsmi statistik məlumatlara görə ölkədən 2 (iki) milyona yaxın vətəndaş iş dalınca xaricə miqrasiya olmuşdur.

Bütün deyilən problemləri ümumiləşdirərək əhalinin pula olan tələbini ədəmək üçün əhalinin minimal tələbatını ödəmək qabiliyyətində olan iş yerlərinin yaradılmasına imkan verilməli və makroiqtisadiyyatda təklif nəzəriyyəsi əsas götürülməlidir.

Əhalinin pula tələbi bir sıra obyektiv və subyektiv amillərdən asılıdır.

1. Məcmu ictimai məhsulun həcmindən. Bu asılılıq düz mütənasib asılılıqdır.

2. Qiymət səviyyəsindən. Bu asılılıq tərs. mütənasib asılılıqdır.

3. Faiz normalarından. Bu asılılıq da tərs mütənasib asılılıqdır.

4. Milli valyutanın xarici valyutaya nisbətindən. Məzənnə yüksəldikcə milli valyutanın əldə saxlanması riski artır.

Burada subyektiv amil kimi hökumətin apardığı iqtisadi siyasətin mahiyyəti və psixoloji amillər nəzərdə tutulmuşdur.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft