top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

YAPONİYA İQTİSADİYYATININ PERSPEKTİVLƏRİ VƏ 2000-Cİ İLDƏ YAPONİYA HÖKUMƏTİNİN İQTİSADİ STRATEGİYASI

TALE ŞAMÇIYEV
SYF, vitse-prezident

Mənbə: "Məşvərət", N26, 2000


1. 1999-cu ildə Yaponiya iqtisadiyyatının vəziyyəti və beynəlxalq iqtisadi şərait

(a) İqtisadi idarəetmə

Yaponiya iqtisadiyyatı 1999-cu ilin payızına yaxın dünya bazarındakı qeyri-sabitlik və maliyyə sistemlərində yer almış “şəffaflıq” şəraitində “cadulanmış çevrə” adını almış çox ciddi vəziyyətlə qarşılaşmışdı. İqtisadi böhranı zəiflətmək, iqtisadiyyatda durğunluk təzahürlərinin qarşısını almaq məqsədi ilə Yaponiya hökuməti imkanı daxilində olan bütün vasitələrə - maliyyə, pul-kredit, vergi, qanunvericilik orqanları və aktlarına, o cümlədən, 1998-ci ilin noyabrında bəyan edilmiş “Fövqəladə iqtisadi Tədbirlər Paketinə” müraciət etməli olmuşdur. Eyni zamanda maliyyə sistemində struktur dəyişikliklər, istehsal sahəsində rəqabət qabiliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması, əmək bazarının yenidən qurulması, ən əsası isə, Orta və Kiçik Sahibkarlığa münasibətdə hökumət siyasətinin təzələnməsi və yaxşılığa doğru dəyişməsi kimi mühüm tədbirlər də həyata keçirilmişdir.

Bazarda təklifin qüvvədə qaldığı, problem və çətinliklərin get-gedə həll olunduğu bir şəraitdə Yaponiya iqtisadiyyatında müəyyən sabitləşmə və hətta irəliyə doğru inkişaf meyli müşahidə olunmaqdadır.

İqtisadiyyatın bərpasına təkan vermək, milli sosial-iqtisadi zəmində yeni islahatları əməli və ardıcıl surətdə həyata keçirmək məqsədilə Yaponiya hökuməti 1999-cu il noyabrın 11-də “İqtisadi İntibah Siyasəti” adlı tədbirlər toplusu təsdiq etmiş və hal-hazırda bu tədbirlərin həyata keçirilməsi sahəsində gərgin iş aparılmaqda davam edir.

(b) Beynəlxalq iqtisadi şərait

Yaponiya iqtisadiyyatı qlobal mənada öz müsbət dövrünü yaşayır. Amerika iqtisadiyyatının bir qədər tərəddüdlü dövr yaşadığı zaman, Yaponiya iqtisadiyyatı struktur dəyişikliklərə daha həssas yanaşdığından irəliyə və genişlənməyə doğru uğurlu addımlar atır. Lakin qeyd etmək lazımdır ki, Avropa iqtisadiyyatı da təkmilləşməyə doğru güclü meyl nümayiş etdirir. Asiya ölkələrinə gəldikdə isə, 1998-ci il boyu baş vermiş iqtisadi sarsıntılar 1999-cu ildə artıq səngimiş, öz yerini iqtisadiyyatın çevik bərpa prosesinə vermişdir.

(v) Yaponiya iqtisadiyyatı 1999-cu maliyyə ilində (Mİ)

Yaponiya iqtisadiyyatında inkişafa doğru meyl qüvvədə qalmaqda davam edir. Buna əsas səbəb Yaponiya hökumətinin apardığı iqtisadi siyasət və, ümumiyyətlə, Asiya iqtisadiyyatının dirçəlməsidir. Lakin bu günə kimi iqtisadiyyat bazardakı mövcud tələb səviyyəsinə çatmamış, özünübərpa iqtidarında olmamışdır.

1999-cu ildə Yaponiya iqtisadiyyatında Ümumi Milli Gəlirin artımı 0,6 % səviyyəsində olmuşdur.

2. 2000-ci Mİ-də iqtisadi idarəetmənin məqsədləri

Cari şəraitdən çıxış edərək 2000-ci Mİ-də Yaponiya iqtisadiyyatı, əsas etibarilə 3 istiqamətdə inkişaf etməlidir:

  • bazarda tələb və təklifin uyğunlaşdırılması və sabitləşdirilməsinə nail olmaq;

  • çoxşaxəli ticarət sisteminin dəstəklənməsi və Asiya regionu ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi;

  • elmi nailiyyətlərə əsaslanan sosial-iqtisadi struktur dəyişikliklərinə təkan verilməsi.

3. 2000-ci Mİ-də iqtisadi siyasətin əsas şərtləri

Qeyd edilmiş vəzifələrin həyata keçirilməsi üçün 2000-ci ildə aşağıda göstərilən çevik iqtisadi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

  • iqtisadiyyatın tam bərpasına nail olmaq;

  • ictimai və fərdi tələb arasında tarazlığa nail olmaq;

  • ictimai tələbdən fərdi tələbə keçidin mümkün qədər hamar olmasını təmin etmək üçün müvafiq tədbirlər görmək. Bazarda qeyri-sabitliyin azaldılması, yeni biznes növlərinin yaranması və inkişafına rəvac verilməsi, istehlakçının tələb qabiliyyətinin yüksəldilməsi.

Bütün bu tədbirlər 2000-ci Mİ-nin ikinci yarısında Yaponiya iqtisadiyyatının tam bərpasına və bazardakı tələbin daha dolğun və çevik təmin edilməsi prosesinin yoluna qoyulmasına imkan yaradacaqdır.

Bu nöqteyi-nəzərdən Yaponiya hökuməti iqtisadiyyatın bərpası məqsədini güdən siyasət çərçivəsi daxilində çalışacaq ki, bütün tədbirlər sabit və hamar keçsin. 2000-ci Mİ üçün planlaşdırılan büdcə 1999-cu ilin büdcəsi səviyyəsində nəzərdə tutulmuşdur. Yerli hakimiyyət orqanlarının maliyyə vəziyyəti nəzərə alınmaqla yerlərdə büdcələr yerinə yetirildikcə, hökumət tərəfindən müvafiq addımlar atılacaqdır. Məsələn, vergi sistemində kreditlərin qaytarılma müddətinin uzadılması, rabitə və informasiya vasitələrindən istifadə məsələlərində vergi güzəştlərinin tətbiq edilməsi kimi tədbirlərin köməyilə fərdi (özəl) investisiyalara rəvac verilmiş olacaqdır.

Ardıcıl və sabit inkişafa yönəlmiş struktur islahatları

Yaponiya iqtisadiyyatının dirçəldilməsi üçün etibarlı zəmin yaratmaq məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

(a) Kiçik və Orta Sahibkarlığın və onların əməli fəaliyyətinin inkişafı.

Kiçik və Orta Sahibkarlıq Yaponiya iqtisadiyyatının dinamik inkişafının aparıcı mənbəyi olmaq etibarilə, cari mərhələdə də inkişaf üçün yerlərdə hər bir zəruri dəstəyi alacaqdır. Yeni yaranan biznes növlərinin və gənc şirkətlərin fəaliyyətinə himayədarlıqla yanaşı çox mühüm bir sahəyə - əmək ehtiyatları, insan resurslarının hazırlanmasına diqqət gücləndiriləcəkdir. Bundan əlavə, müxtəlif mənbələrdən maliyyəşdirmə fondlarının vaxtlı-vaxtında ayırılması, ehtiyacı olan şirkətlərə ssudaların verilməsi. Onlara münasibətdə xüsusi vergi siyasəti tətbiq ediləcəkdir.

(b) İnformasiya texnologiyalarının inkişafı sahəsində qətiyyətli tədbirlərin həyata keçirilməsi.

Çevik işləyən, böyük həcmli informasiya daşımağa qadir olan rabitə şəbəkələrinin inkişafı üçün təxirəsalınmaz tədbirlər görüləcək, hökumətlə “dialoq” recimində işləyən informasiya texnologiyaları, qanunvericiliklə uzlaşan “elektron ticarəti” və informasiya bazaları inkişaf etdiriləcəkdir.

(v) Gələcək inkişafın təmin edilməsinin əsas şərtlərindən biri kimi, sosial infrastrukturaya qoyulan investisiyalara üstünlük verilməsi.

Sosial infrastrukturaya sərmayə qoyuluşu dedikdə, ilk növbədə çevik daşınmaları təmin edən sistemlərin genişlənməsi və inkişafı, şəhər və regional infrastrukturların yenidən qurulması nəzərdə tutulur.

(q) Yeni minillikdə iqtisadi əlaqələrin genişləndirilməsi.

Yeni minillikdə iqtisadi əlaqələrin genişləndirilməsi üçün xüsusi proqramın işlənib hazırlanması nəzərdə planlaşdırılır.

Bu proqram aşağıdakı üç sahəyə üstünlük verən texnologiyaların inkişafı layihəsindən ibarətdir:

  • informasiya bazalarının inkişafı;

  • cəmiyyətin sürətlə “qocalmağı”;

  • ətraf mühit.

(d) Vətəndaşların təhlükəsizliyinin və cəmiyyətdə asayişin təmin edilməsi.

Özəl sektorun dinamik inkişafının əsas təməl daşlarından biri olan təhlükəsizlik və asayişin qorunması üçün tədbirlər görüləcəkdir. Bunun üçün aşağıdakıların həyata keçirilməsi zəruri hesab edilir:

  • əmək bazarlarında etibarsızlığın aradan qaldırılması, əmək hüququnun və əməyin təhlükəsizliyinin təmin edilməsi. Bunun üçün əməyin sığortası sisteminin təkmilləşdirilməsi, məşğulluğa təminat, işsizliyin azaldılması, ayrı-ayrı yaş qruplarına fərdi yanaşma, yeni iş yerlərinin yaradılması və insan resurslarının çevik hərəkətinin təmin edilməsi;

  • cəmiyyətin “qocalmağı” və artımın aşağı düşməsi ilə əlaqədar yaxın gələcəkdə meydana çıxacaq problemləri nəzərə alan və onların həllinə hazır olan dayanıqlı sosial təminat sisteminin yaradılması;

  • ətraf mühitin qorunması və təhlükəsizliyinin təmin edilməsi;

  • ölkədə maliyyə sisteminin möhkəmləndirilməsi üçün tədbirlər paketinin işlənib-hazırlanması;

  • istehsalçı ilə istehlakçı arasında münasibətlərin tənzimlənməsində dövlət nəzarətinin get-gedə aradan qaldırılması, bu məsələdə bazar qaydalarının bərqərar olması.

(e) Dünya iqtisadiyyatının sabit inkişafını təmin etmək məqsədilə göstərilən yardım.

Dünya iqtisadiyyatının sabit inkişafını təmin edən, onun üçün həyati əhəmiyyət kəsb edən əsas amillərdən biri çoxtərəfli ticarət sisteminin varlığı və genişləndirilməsidir. Bununla əlaqədar Dünya Ticarət Təşkilatının (WTO) çoxtərəfli danışıqlar əsasında keyfiyyətcə yeni səviyyəyə qalxması üçün müəyyən tədbirlər görülməsi nəzərdə tutulur. Yaponiya müxtəlif forumlar və təşkilatların, o cümlədən, “Sakit Okean Asiya İqtisadi Əməkdaşlığı” (APEC) birliyinin vasitəçiliyi ilə Asiya regionu ilə iqtisadi əlaqələrin genişləndirilməsində daha fəal rol oynayacaq. Bundan əlavə, beynəlxalq maliyyə sisteminin sabitləşdirilməsi və möhkəmlənməsi üçün səylər göstərəcəkdir. Yaponiya dünya iqtisadiyyatının inkişafına öz payını bu səpkili təşəbbüslər vasitəsilə vermək fikrindədir. Yaponiya həm də Asiya regionu ölkələrinə onların iqtisadiyyatının bərpası və iqtisadi struktur islahatları istiqamətində apardıqları fəaliyyətlərinə yardım göstərəcək, başqa hökumət layihələrinin maliyyələşdirilməsində iştirak edəcəkdir.

(ə) 2000-ci Mİ-nin perspektivləri.

İkimininci Mİ-nin perspektivləri bir çox məsələlər üzrə müəmmalı olaraq qalır. Bu ilk növbədə məşğulluq və beynəlxalq miqyaslı iqtisadi hadisələrlə əlaqədardır. Lakin “İqtisadi İntibah Siyasəti” tədbirlər toplusunun və bir sıra başqa tədbirlərin ardıcıl həyata keçirilməsi artıq 2000-ci ilin ikinci yarısında müəyyən sabitləşməyə gətirib çıxaracaqdır.

2000-ci ildə Yaponiya iqtisadiyyatında Ümumi Milli gəlirin 1 faiz artacağı proqnozlaşdırılır.

Bir sıra digər iqtisadi göstəricilər aşağıdakı Əlavədə öz əksini tapmışdır.

Əlavə

I. Fərdi istehlak.

Məşğulluq probleminin həllinin keçid dövrünü yaşadığına baxmayaraq qulluqçulara kompensasiyanın artmağa başlayacağından fərdi istehlak səviyyəsi bir qədər yüksələcəkdir. (Ötən büdcə ilə müqayisədə bu göstərici artacaq və 2000-ci Mİ-də artıq təqribən 1 faiz təşkil edəcəkdir);

II. Xarici investisiyalar.

İqtisadiyyatda şəffaflığın və qarşılıqlı etibarın art-ması və gəlirlərin çoxalması 2000-ci Mİ-də xarici investisiyaların intensivləşməsinə gətirib çıxaracaqdır (təxminən 1,4 faiz);

III. Yaşayış tikintisinə sərmayə qoyuluşu.

Yaşayış binalarının inşasına sərmayə qoyuluşunun, ümumilikdə, müsbət hal olmasına baxmayaraq, onların ümumi miqdarının 2000-ci Mİ-də bir qədər (təxminən 1,6 faiz) azalacağı gözlənilir;

IV. Hökumət xərcləri

1999-cu Mİ-də ikinci əlavə büdcənin müsbət təsiri nəzərə alınarsa, cari ildə hökumət xərcləri bir qədər (təxminən 0,5 faiz) artacaqdır.

V. Xarici tələb.

Yapon milli valyutası olan yenin dəyərinin qeyri-sabit olmasına baxmayaraq dünya iqtisadiyyatının tədricən bərpası nəticəsində xarici tələb ötən ilə nisbətən bir qədər (0,1 % faiz) artacaqdır.

VI. İşçi qüvvə və məşğulluq.

İşçi qüvvə bazarındakı vəziyyət bu sahədə gərginliyin hələ də qalmasına dəlalət etdiyinə baxmayaraq, ümumi iqtisadi dirçəlmə nəticəsində işsizlik bir qədər azalaraq 4,5 faiz təşkil edəcəkdir.

VII. Sənaye istehsalı.

Sənaye istehsalında artıma doğru olan meyl qalmaqda davam edəcəkdir (təxminən 2,2 faiz).

VIII. Qiymətlər.

Neftə olan qiymətin artması və iqtisadi dirçəlmə daxili bazardakı topdansatış qiymətlərinin 0,1 faiz aşağı düşməsinə gətirəcəkdir.

Yuxarıda köstərilən Əsas İqtisadi göstəricilər Yaponiya iqtisadiyyatının özəl sektor və bir çox xarici faktorlarla bağlı olduğundan müəyyən təxminlərlə qəbul edilməlidir.

Beləliklə, Yaponiya hökumətinin 2000-ci Mİ üçün planlaşdırdığı iqtisadi siyasət proqramında Kiçik və orta Sahibkarlığa xususi əhəmiyyət verildiyi diqqəti cəlb edir.

Növbəti bölmədə Kiçik və Orta Sahibkarlığın Yaponiya iqtisadiyyatında tutduğu yer bu ölkənin rəsmi statistika və sosioloji tədqiqat qurumlarının materialları əsasında təhlil edilmişdir.

IX. Yaponiya iqtisadiyyatında kiçik və orta sahibkarlığın yeri.

Kiçik və Orta Sahibkarlıq Yaponiya iqtisadiyyatında həmişə mühüm rol oynamışdır. Bu mühüm rol onların Yaponiya iqtisadiyyatındakı xüsusi çəkisi, şirkətlərin sayı, istehsal edilən məhsulların və göstərilən xidmətlərin həcmi, işçilərin miqdarı ilə müəyyən olunur. Statistikaya müraciət etsək görərik ki, 1994-cü ildə Yaponiyada 6,53 milyon qeydiyyata alınmış özəl şirkət fəaliyyət göstərirdisə, onların 6,47 milyonunu və ya 99,1 faizini Kiçik və Orta Sahibkarlığa məxsus müəssisələr təşkil etmişdir. Əgər ölkə üzrə əməklə məşğul olan əhalinin sayı 54,16 milyon təşkil edirdisə (sənayenin dövlət sektoru istisna olmaqla) onların 42,27 milyonu və ya 78 faizi Kiçik və Orta Sahibkarlığın payına düşür. Və nəhayət istehsal və satış səhəsində də Kiçik və Orta Sahibkarlıq aparıcı mövqelərdədir. Məsələn, istehsal və satış səhəsində ümumi istehsal edilmiş məhsulların 51,4 faizi (1993-cü ildə), topdansatışın 61,4 faizi, pərakəndə satışın isə 76,8 faizi (1994-cü ildə) məhz Kiçik və Orta Sahibkar şirkətləri tərəfindən həyata keçirilmişdir. Bu nisbət son otuz yeddi il ərzində, yəni 1963-cü ildə Kiçik və Orta Sahibkarlıq haqqında Əsas Qanun qəbul edildikdən sonra, demək olar ki, dəyişməz qalmışdır. Hətta Yaponiyada ara-sıra baş verən iqtisadi çətinliklər zamanı Kiçik və Orta Sahibkarlıq müəssisələri öz fəaliyyətlərini ardıcıl davam etdirmiş, cəmiyyətin keçirdiyi dərin iqtisadi böhran şəraitində vəziyyətdən çıxmaq üçün həsədə layiq çeviklik göstərmiş, yaradıcı potensiala malik olduqlarını nümayiş etdirmişlər. Lakin Kiçik və Orta Sahibkarlıq gələcəkdə də Yaponiya iqtisadiyyatında aparıcı rol oynamaq fikrindədirsə, onlar yenə də əvvəlki illərdə olduğu kimi öz siyasətlərində yüksək çevikliyə və cari şəraitə uyğunlaşmaq bacarığına sahib olduqlarını sübut etməlidirlər.

1.Sahibkar təşkilatlarının (qeyri-əsas istehsal sahələri) sayı

Sahibkar təşkilatının növü

illər

1963

1972

1981

1986

1994

Kiçik və Orta Sahibkarlıq şirkətləri

3.883.573

(99.4%)

5.083.270

(99.4%)

6.229.572

(99.4%)

6.448.123

(99.3%)

6.470.532

(99.1%)

İri şirkətlər

16.605

(0.4%)

30.453

(0.6%)

39.499

(0.6%)

46.218

(0.7%)

61.448

(0.9%)

Cəmi:

3.900.178

5.113.723

6.269.071

6.494.341

6.531.980

Mənbə: Yaponiyanın İdarə və Koordinasiya Agentliyi, «Yapon şirkətlərinin siyahıya alınması»

Qeydlər

1. Kiçik və Orta Sahibkarlıq şirkətləri qismində işçilərinin sayı 300-ü (topdansatış ticarətdə 100 nəfəri, pərakəndə satış və xidmət sahələrində 50 nəfəri) aşmayan şirkətlər nəzərdə tutulmuşdur.

2. Cədvəldəki rəqəmlər kənd təsərrüfatı, meşə və balıq sənayelərindən başqa bütün bütün qeyri-əsas istehsal sahzələrini əhatə edir.

3. Mötərizədəki rəqəmlər ümumi saydan təşkilolunan faizi göstərir (başqa cədvəllərdə də həmçinin).

2. İşçilərin sayı (qeyri-əsas istehsal sahələri üzrə)

Sahibkar təşkilatının növü

illər

1963

1972

1981

1986

1994

Kiçik və Orta Sahibkarlıq şirkətləri

21.526.247

(79.0%)

30.400.491

(78.4%)

37.206.159

(81.4%)

39.505.716

(80.6%)

42.273.745

(78.0%)

İri şirkətlər

5.715.218

(21.0%)

8.329.392

(21.6%)

8.514.031

(18.6%)

9.489.508

(19.4%)

11.890.062

(22.0%)

Cəmi:

27.241.465

38.793.883

45.720.190

48.995.224

54.163.807

Mənbə: Yaponiyanın İdarə və Koordinasiya Agentliyi, «Yapon şirkətlərinin siyahıya alınması»

Qeydlər:

1 Kiçik və Orta Sahibkarlıq şirkətləri qismində işçilərinin sayı 300-ü (topdansatış ticarətdə 100 nəfəri, pərakəndə satış və xidmət sahələrində 50 nəfəri) aşmayan şirkətlər nəzərdə tutulmuşdur.

2.Cədvəldəki rəqəmlər kənd təsərrüfatı, meşə və balıq sənayelərindən başqa bütün bütün qeyri-əsas istehsal sahzələrini əhatə edir.

 

3. Cədvəldəki rəqəmlər, kənd təsərrüfatı, meşə və balıq sənayelərindən başqa bütün qeyri-əsas istehsal sahələrini əhatə edir. 

Sahibkar təşkilatının növü

illər

1963

1972

1981

1986

1994

Kiçik və Orta Sahibkarlıq şirkətləri

11.977

(50.3%)

41.455

(21.2%)

115.042

(51.1%)

160.836

(51.7%)

135.400

51.4%)

İri şirkətlər

11.845

(49.7%)

39.507

(48.8%)

109.670

(48.9%)

150.363

(48.3%)

145.300

(48.3%)

Cəmi:

23.822

80.962

224.712

311.199

298.700

Mənbə: Yaponiyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyi, “Sənaye statistikası”.

Qeyd:

1. Kiçik və Orta Sahibkarlıq şirkətləri qismində işçilərinin sayı 2-dən 299-a qədər, iri şirkətlər qismində isə işçilərinin sayı 300-dən artıq olan qurumlar nəzərdə tutulmuşdur.

4. Topdansatış göstəricilərinin ümumi həcmi (milyard yenlərlə) 

Sahibkar təşkilatının növü

illər

1963

1972

1981

1986

1994

Kiçik və Orta Sahibkarlıq şirkətləri

21.987

(56.6%)

58.326

(54.6%)

223.416

(58.6%)

355.807

(62.1%)

315.966

(61.4%)

İri şirkətlər

16.843

(43.4%)

48.454

(45.4%)

165.121

(41.4%)

217.358

(37.9%)

198.351

(38.6%)

Cəmi:

38.830

106.780

398.536

573.165

514.314

Mənbə: Yaponiyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyi, “Kommersiya statistikası”.

Qeydlər: 1. Kiçik və Orta Sahibkarlıq şirkətləri qismində işçilərinin sayı 100 nəfərdən az, iri şirkətlər dedikdə isə işçilərinin sayı 100 nəfərdən çox olan qurumlar nəzərdə tutulur. Rəqəmlər milyard yenə qədər yuvarlaqlaşdırıldığından sütunların yekunu, onlarıtəşkil edən rəqəmlərin dəqiq cəmini verməyə bilər.

5.Parakəndə satış göstəricilərinin ümümi həcmi (milyard yenlərlə) 

Sahibkar təşkilatının növü

illər

1963

1972

1981

1986

1994

Kiçik və Orta Sahibkarlıq şirkətləri

6.926

(82.9%)

22.756

(80.4%)

75.121

(79.9%)

109.668

(78.0%)

110.131

(76.8%)

İri şirkətlər

1.424

(17.1%)

5.537

(19.6%)

18.851

(20.1%)

30.971

(22.0%)

33.194

(23.2%)

Cəmi:

8.350

28.293

93.971

140.638

143.325

Mənbə: Yaponiyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyi, “Kommersiya statistikası”.

Qeydlər: 1. Kiçik və Orta Sahibkarlıq şirkətləri qismində işçilərinin sayı 50 nəfərdən az, iri şirkətlər dedikdə isə 50 və ya daha çox işçisi olan qurumlar nəzərdə tutulur.

2. Sütunların yekunu məbləğlər milyard yenə qədər yuvarlaqlaşdırıldığından, onları təşkil edən rəqəmlərin dəqiq cəmi olmaya bilər.

6. İstehsal nəticəsində əldə edilmiş təmiz gəlir (milyard yenlərlə) 

Sahibkar təşkilatının növü

illər

1963

1972

1981

1986

1994

Kiçik və Orta Sahibkarlıq şirkətləri

4.578

(51.4%)

15.726

(53.9%)

41.147

(56.2%)

70.624

(56.2%)

62.763

(55.9%)

 

İri şirkətlər

4.329

(48.6%)

13.466

(46.1%)

32.020

(43.8%)

55.123

(43.8%)

49.501

(44.501%)

Cəmi:

8.907

28.192

73.167

125.748

112.264

Mənbə: Yaponiyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyi, “Sənaye statistikası”.

Qeydlər: 1. Kiçik və Orta Sahibkarlıq şirkətləri qismində işçilərinin sayı 4 nəfərdən 299 nəfərədək olan qurumlar (1963-cü ildə bu rəqəmlərə işçilərin sayı 1-dən 3-ə kimi olan qurumların da göstəriciləri daxil edilmişdir). İri şirkətlər qismində isə işçilərin sayı 300 və ya daha çox olan qurumlar hesab edilmişdir.

2. Sütunların yekunu, məbləğlər milyard yenə qədər yuvarlaqlaşdırıldığından, onları təşkil edən rəqəmlərin dəqiq cəmi olmaya bilər.

Göründüyü kimi həm cədvəllərdəki rəqəmlər, həm də Yaponiya hökumətinin 2000-ci Mİ üçün hazırladığı iqtisadi siyasət proqramı Kiçik v Orta Sahibkarlığın ölkə iqtisadiyyatı üçün nə qədər mühüm mövqe tutduğunu əyani surətdə nümayiş etdirir.

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq görülən tədbirlərə, qəbul edilmiş (lakin tam qüvvəsi ilə işləməyən) qanunvericilik aktlarına baxmayaraq, maliyyə, gömrük və vergi sistemlərində hələ də aradan qaldırılmamış bürokratiya və vəzifədən sui-istifadə halları, iş adamlarımızın əksəriyyətinin hüquqi hazırlıqsızlığı və bir sıra yerli xüsusiyyətlərdən irəli gələn səbəblər üzündən hələ də öz potensialından tam istifadə edə bilmir, nəticədə isə respublikamızda dünyanın bütün aparıcı dövlətlərinin əsas fərqləndirici cəhətlərindən olan güclü orta sinfin formalaşması prosesi uzanır, intizarında olduğumuz Azərbaycan iqtisadiyyatının intibahı “Yaponiya qədər uzaq” olmaqda davam edir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde