top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

TƏBİİ İNHİSARLAR VƏ ONLARIN İCTİMAİ MƏQBUL DAVRANIŞI

RASİM TACƏDDİNOV
iqtisad elmləri namizədi, "Xəzər" Universitetinin müəllimi

Mənbə: "Məşvərət", N1-2, 1997


İnzibati amirlik iqqisadiyyatından Azərbaycana elə təsərrüfat sahələri miras qalıb ki, onlar inhisarçı idarəçilik və maddi nemətlərin normallaşdırılmış bölgüsü tələbləri əsasında yaradılmışdır. Digər tərəfdən, iqtisadiyyatın nəzarət mexanizmi kimi rəqabətin saxlanması dövlətin əsas funksiyalarından biridir. Bizim diqqətimizi bu ziddiyyətin həlli cəlb edir.

Anlayışa görə, sahibkarlıq inhisarı o zaman mövcud olur ki, bir firma və ya az sayda firmalar əhəmiyyətli bir sahədə əsas istehsal payını öz nəzarətində saxlasın. Sahibkarlıq inhisarının həm lehinə, həm də əleyhinə olan dəlillər mövcuddur.

Əleyhinə dəlillərə aiddir: Birinci, inhisarlar məhsul buraxılışının məhdudlaşdırılmasını mümkün və sərfəli hesab edərək həmin sahədə rəqabətin olmadığına görə daha yüksək qiymətlər təyin edirlər. Nəticədə cəmiyyətin iqtisadi rifahı təmiz rəqabətin mövcud olduqu şəraitə nisbətən aşağı olur.

İkinci, bəzi Amerika iqtisadçılarının tədqiqatları göstərir ki, bir çox emal sahələrində istehsalın miqyası ilə bağlı qənaətə nail olmaq üçün heç də az sayda müəssisələrin orada fəaliyyət göstərməsi tələb olunmur. Adətən bazar həcminin 2 və ya 3%-ni əhatə etmək kifayətdir.

Üçüncü, inhisarı qeyri-bərabər gəlirlərə rəvac verdiyinə görə tənqid edirlər. Qiymətlərin qaldırılması və bununla da mənfəətin artırılması hesabına inhisar gəlirləri özündə, daha doğrusu, korporasiyanın rəhbər işçilərinin əlində cəmləşdirir.

Dərdüncü, hesab edilir ki, iri korporasiyalar hökumətə qeyri-leqal təsir göstərirlər. Bu da özünü həmin nəhənglərin saxlanması və güclənməsi sahəsindəki qanunvericilikdə və dövlət siyasətində büruzə verir.Sahibkarlıq inhisarının saxlanılması lehinə olan əhəmiyyətli dəlillərə isə aiddir:

Birinci, onlar daha keyfiyyətli məhsul istehsal edirlər. Əks halda onlar yeganə inhisarçıya çevrilməzdilər.

İkinci, adətən iqqisadçılar belə bazarda mövcud olan sahələrarası rəqabəti, xarici rəqabəti və potensial rəqabəti kifayət qədər qiymətləndirmirlər.

Üçüncü, hesab olunur ki, yalnız iri istehsalçılar qabaqcıl texnologiyadan istifadə edərək məhsul vahidinə sərf olunan məsrəfləri azalda və istehlakçılara nisbətən aşağı qiymətə sata bilərlər.

Bütün bunlar iqtisadiyyatın bir sıra sahələrində xüsusi əhəmiyyət kəsb edən, miqyas effekqi adlanan vəziyyətlə bağlıdır. Bu sahələrdə qənaətcillik istehsal miqyasının artımı ilə şərtlənir. Eyni zamanda rəqabət isə çətin və ya mümkünsüz hesab olunur. Belə sahələr təbii inhisarlar adlanır. Miqyas effektinin böyüklüyü nəticəsində əgər bir firma rəqabət aparan bir neçə firmaya nisbətən məhsul vahidinə sərf olunan daha aşağı məsrəflərlə bütün bazarı təmin edirsə, belə şəraitdə təbii inhisar mövcud olur. Bu cür şərait ictimai istifadə müəssisələri olan elektrik, su və qaz təminatı müəssisələri, telefon xidməti və s. üçün xarakterikdir. Əgər bazar çoxlu istehsalçılar arasında bəlünmüş olsaydı miqyas effekti əldə olunmazdı. Bu halda məhsul vahidinə sərf olunan məsrəflər yüksək olar və həmin məsrəflərin çıxarılması üçün yüksək də qiymətlər tələb olunardı.

Bir qayda olaraq bu sahalərə dövlət tərəfindən geniş imtiyazlar verilir. Lakin hökumət müəyyən coğrafi ərazini avtobus xidməti, elektrik və ya su ilə təmin etmək kimi istisna hüququ əvəzində bu inhisarların fəaliyyətini tənzimləmək hüququnu özündə saxlayır. Təbii imhisarların ictimai məqbul davranışı təmin etmə vasitəsi kimi iki variant mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimləməsi.

Dövlət mülkiyyəti nümunəsi kimi VES RSC "Qazprom" təbii inhisarlarına qarşı Rusiya hökumətinin siyasətini göstərmək slar, Təbii inhisarların islahatı haqqında Rusiya prezidentinin fərmanına uyğun olaraq dövlətin və inhisarların nümayəndələrindən ibarət kollegiyalar yaradılır. Kollegiyalar vahid siyasət yeritməlidir. Dövlət iümayəndələri bu kompaniyaların səhmlərinin kurs dəyərinin artımına yardım etməli, büdcəyə bütün ödənişlərin vaxtında ödənilməsinə nəzarət etməlidir. Onlar antiinhisar qanunvericiliyinə dəqiq əməl edilməsini izləməlidir. Paralel olaraq, tərkibinə mal istehlakçılarının hüquqlarını və inhisarların xidmətlərini müdafiə edən cəmiyyətlərin nümayəndələri daxil olan müşahidə şuralarının yaradılması nəzərdə tutulur. Bütün bu sadalanan tədbirlər formal olaraq dövlətə məxsus şirkətlərə dövlətin təsirinin zəruriliyi ilə bağlıdır.

Məsələ burasındadır ki, Rusiyada elektrik enerjisi və qaz sənayesinin bütün dövlət əmlakının özəlləşdirilməsi və səhmdar kapitala çevrilməsi gedişində xüsusi bölmədə səhmlərin ancaq bir hissəsi reallaşdırılmışdır. Bununla yanaşı, VES RSC və "Qazprom'-un səhmlərinin nəzarət zərfi dövlətin əlində qalmışdır. Və indi VES RSC elektrik enerjisinin nəqli üzrə yeganə şirkətdir, elektrik enerjisi istehsal edən şirkətlər isə azad bazarda müstəqil istehsalçılar kimi rəqabət aparacaqlar. Rəqabət mühitinin əsas vəzifəsi sənaye müəssisələri üçün elektrik enerjisi tariflərinin aşağı salınmasıdır. Rusiya hökuməti elektrik enerjisi tariflərinin 30% endirilməsini artıq elan edib.

İkinci variant. ABŞ-da daha geniş yer verilən dövlət tənzimləməsi mexanizmidir. Əsas federal tənzimləyici komissiyalar, Ştatlararası ticarət üzrə komissiya (dəmiryol, yük və avtobus daşımaları, su yolları, dəniz donanması, nəqliyyat kontorları), Energetika idarəetməsi üzrə federal komissiya (elektrik enerjisi, qaz, qaz və neft boru-kəmər, hidroelektrik tikintiləri) və rabitə üzrə (telefon, televiziya, kabel televiziyası, radio, teleqraf, radiotelefon, qeydiyyata alınmış radiohəvəskarlar və s.) federal komissiyalardır. Hesablamalara görə, ABŞ-da tənzimləyici bölmə MMM-in 10%-ni təşkil edir.

Təbii inhisarlar haqqında qanunvericiliyin məqsədi cəmiyyətin maraqı naminə tənzimləmə nəzəriyyəsinə daxildir. Bu nəzəriyyənin məntiqi əsasını belə bir detal təşkil edir ki, əgər rəqabət yersizdirsə, onda nəzarətdənkənar hakimiyyət inhisarında sui-istifadədən qaçmaq üçün tənzimlənən inhisar yaratmaq lazımdır.

Təcrübədə tənzimləməni həyata keçirənlər elə tariflər müəyyən etməyə çalışırlar ki, onlar istehsal məsrəflərini ödəməklə müəssisəyə ədalətli gəlir gətirsinlər.

Keçmiş sovet respublikalarından Litva təbii inhisarpara münasibətdə dövlət tənzimləməsi siyasətini seçib. Litvada bütün inhisarlar özəlləşdirilir. Məsələn, energetika bazarında neft inhisarçısının əmlakı xırdalanacaq, şəhər və rayonlarda müxtəlif cəmiyyətlərə satılacaq. Bütün bu firmalar yerli hakimiyyətin nəzarəti altında olacaqdır. Hələ rəqabət haqtında  qanunların qüvvəyə minmədiyi birinci mərhələdə yerli bazarda yeni sahibkarların öz güzəştli vəziyyətlərindən sui-istifadənin qarşısını almaq üçün hökumət qiymətlərə nəzarəti öz öhdəsinə götürür. Gələcəkdə hökumətin funksiyası ancaq planlaşdırma, strateji öncəgörmələşdirmə (proqnozlaşdırma) və inhisarların fəaliyyətinə nəzarətlə məhdudlaşacaqdır.

Bazarların azad rəqabət fəlsəfəsini özündə cəmləşdirən bazar iqtisadiyyatı, şübhəli ictimai münasibətlərdən sahibkarlıq inhisarına keçid əlverişli mühit yaradır. Ona görə də iqtisadi və texniki şərtlərin təsiri ilə inhisarın ayrılmaz elementə çevrilmədiyi ictimai nəzarət bazarların əksəriyyətində inhisarların inkişafının qarşısını alan antiinhisar və antitrest qanunvericiliyi formasını almışdır. Lakin bu, ayrıca bir söhbətin məvzusudur. Belə ki dövlətin fəaliyyətinin bu sahəsi təbii inhisarlar halından fərqli olaraq, mütləq əks strategiyaya malikdir.

Azərbaycanda təbii monopoliyalar tərəfindən ictimaiyyətin qəbul etdiyi davranışın əldə edilməsi üçün mənə elə gəlir ki, kommunal xidmət sahələri müəssisələrinin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili aparılmalıdır. Əsas məqsəd - istehsal məsrəflərinin məqsədəuyğunluğunun aşkar edilməsi, xidmətin maya dəyərinin aşağı salınması vasitəsi kimi əsaslandırılmamış məsrəflərin azaldılması imkanlarının araşdırılmasıdır.

Sonra xidmət üçün elə tariflər verilməlidir ki, onlar istehsal məsrəflərini ödəyə və inhisarçılar üçün ədalətli gəlir norması gətirə bilsin. Yanacaq-energetika kompleksi və kommunal xidmət sahələrinin hissə-hissə, yaxud tam özəlləşdirilməsi bu prosesi mövcud dünya təcrübəsinə daha da yaxınlaşdırır.  

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft