|
SAHİBKARLIQ QARŞISINDA YENİ
MANEƏ
Hökumətin 61 və 62 nömrəli qərarları istehsal sahəsində sahibkarlığın
inkişafını zəiflədə bilər
SABİT BAĞIROV
Mənbə:
"Məşvərət", N3-4,
1997
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 16.06.97 tarixli "Azərbaycan Respublikası ərazisinə
gətirilən MDB üzvü olan dövlətlərin hududlarından kənarda istehsal ediilmiş
əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 61 K-li və
"Azərbaycan Respublikasında ixrac-idxal əmeliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri haqqında" 62 №-li qərarları istehsal sahəsində,
sahibkarlığın inkişafı qarşısında ciddi maneələr törətməkdədir .
Bu maneələr, fikrimizcə,
aşağıdakılardan ibarətdir.
Birincisi.
İstehsal məqsədi ilə alınan
avadanlığa, xammala, materiallara və komplektləşdiricilərə 5 %, əksər
hallarda isə 15 % gömrük rüsumu və bunlara əlavə olaraq üstəlik 20%-lik
əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur.
İstehsal olunmamış məhsullar
üçün qabaqcadan bu dərəcələrdə rüsum və vergi yükü Azərbaycanda təzəlikcə
yaranan özəl sənaye sahibkarlığını ciddi sınaqlarla qarşılaşdırmağa
başlamışdır.
Əksər hallarda satış məqsədi
ilə xaricdən gətirilmiş mallara tətbiq olunan ƏDV mal satıldıqca qısa vaxtda
kompensasiya edilə bilər. Ancaq istehsal üçün nəzərdə tutulmuş avadanlıq,
xammal və materiallara tətbiq olunan ƏDV-ni isə belə qısa vaxtda
kompensasiya etmək mümgün deyil, çünki, ən azı, istehsal sikli qədər zaman
fərqi var. Və bu fərq malın növündən asılı olaraq bir neçə ay da ola bilər.
Bu cür rüsum və ƏDV ədəməyə
məruz qalan sahibkar məcbur olacaq ki, istehsal etdiyi məhsulun satış
qiymətini xeyli yüksəltsin. Bu isə həmin məhsulun xaricdən gətirilən
mallarla rəqabət aparmaq imkanını xeyli azaldacaq. Unutmayaq ki, xaricdən
gətirilən malların istehsal imkanları bizimkindən qat-qat artıq,
texnologiyalar, avadanlıq və idarəçilik sistemləri isə bizimkilərə nisbətən
xeyli qabaqcıldır. Bir çox hallarda isə xarici fabriklərin istehsal gücünün
bizimkilərə nisbətən xeyli yüksək olması orada istehsal edilən malların maya
dəyərinin daha ucuz başa gəlməsinə imkan yaradır, çünki həmin fabriklər
istehsal üçün xammalı və bir çox digər komponentləri böyük miqdarda və təbii
ki, daha ucuz ala bilirlər.
Son illərdə özəl
sahibkarlıqda yeni-yeni formalaşan istehsal xaric şəraitində, habelə
ticarətlə müqayisədə istehsal qurumlarının yaradılmasında daha çox ilkin
kapital tələb olunduğunu nəzərə alsaq (demək olar ki, kredit ehtiyatları
olmadığı şəraitdə) göstərilən ƏDV Azərbaycanda istehsal biznesi ilə məşğul
olmaq istəyənlərin vəziyyətini daha da ağırlaşdıracaqdır. Biz isə istər
yerli, istərsə də xarici dükanlarda özümüzün rəqabətədavamlı mallarımızın
olmasını istəyirik, işsizlik probleminin köklü həll olunmasını arzulayırıq.
Yüksək səviyyədə gömrük
rüsumları və ƏDV digər tərəfdən də iş adamlarımızın banklardan (o sıradan
xarici banklardan) kredit almaq şanslarını azaddır, çünki sərmayə
yatırımları layihələri bahalaşır və bu bahalaşma daha böyük miqdarda girov
tələb edir. Digər tərəfdən, bahalaşmanın izahı da çətinləşir.
Qərarların ölkədə sənaye
sahəsində yeni başlayan özəlləşdirmənin sürətinə və səmərəliliyinə də mənfi
təsiri ola bilər. Axı, deyək ki, müəssisəni özəlləşdirib dirçəltmək
məqsədini güdən hər kəs götür-qoy edəcək ki, yeni avadanlıq və xammal üçün
onun nə qədər xərci ola bilər.
Qərarların bir özəlliyi də
ondan ibarətdir ki, cəmisi iki dərəcədə gömrük rüsumu təyin edilib - 5 % və
15 %. İdxal olunan malların, avadanlığın bu cür çox bəsit fərqləndirilməsi
sahə və struktur siyasətinin səviyyəsinin göstəricisidir. Keçid dövrünü və
sənayedə struktur dəyişiklikləri yaşayan Azərbaycan iqtisadiyyatı daha
düşünülmüş gömrük siyasəti tələb edir. Yeri gəlmişkən, onu da qeyd edək ki,
20%-lik ƏDV idxal olunan malın qiyməti (xarici satıcının qiyməti) üstəgəl
nəqliyyat, sığorta və gömrük rusumunun cəmindən hesablanır. Bu da bugünkü
gömrük sistemimizin verginin üstünə vergi qoymaq kimi heç bir məntiqə
sığmayan qaydasıdır. Və bu praktika artıq neçə ildir ki, davam edir.
İkincisi.
Sonradan istehsalda istifadə
etmək üçün respublikaya xammal və material kimi gətirilən bəzi mallar 62
№-li qərarın 4 №-li əlavəsində nəzərdə tutulmayıb. Artıq belə misallar
göstərmək olar ki, 4 №-li əlavədə nəzərdə tutulmayan, yerli istehsal məqsədi
ilə gətirilən xammaldan 15%, lakin həmin xammaldan istifadə olunmaqla
hazırlanmış idxal məhsulundan isə 5% gömrük vergisi tutulur. Beləliklə,
yerli mallar əvvəlcədən rəqabətə dözümsüz olur. Belə şəraitdə yerli
istehsalçı üçün malı istehsal etmək yox, gətirib satmaq daha əlverişlidir.
Üçüncüsü.
Qərarda yerli sahibkarlarla
müqayisədə xarici investorlara müvafiq qanunun ruhuna və müddəalarına uyğun
güzəştlər nəzərdə tutulur. Bu gün-Azərbaycanda xarici investisiyaların
əleyhinə olan adam çətin ki, tapılsın. Hər kəs Azərbaycan iqqisadiyyatının
inkişafı üçün xarici sərmayə axınının nə dərəcədə önəmli olmasını yaxşı
anlayır. Lakin, görünür, ölkəmizin bazar iqtisadiyyatı məsələlərində
təcrübəsizliyindənmi, ya başqa səbəbdənmi xarici investorlara güzəştlər
sisteminin təməli prinsipcə düzgün qoyulmayıb.
Bizim qanunvericilikdə başqa
ölkələrdən fərqli olaraq, güzəştlər digər ölkələrdəki biznes şəraitinə
nisbətən yox, daxili investorlara nisbətən qurulmuşdur. Sanki daxildə çox
böyük sərmayə imkanlarına malik olan iş adamlarımız var və onlarla rəqabətdə
xarici sərmayə üçün daha əlverişli rejim təşkil etmək lazımdmr. Əvvəla,
ölkəmizdəki daxili sərmayə imkanları xarici sərmayədən qat-qat aşağıdır -
yoxsa nə dərdimiz olardı kk? Və kim istəməzdi ki, öz iş adamlarımız
sərmayələrini Azərbaycanda yatırsınlar?
Əgər biz Azərbaycana sərmayə
axınını gücləndirmək istəyiriksə ilk növbədə bütün növlərdən olan sərmayə
biznes yatırımları risklərini azaltmalıyıq və xarici ölkələrdəki
rejimlərinə nisbətən daha əlverişli şərait yaratmalıyıq. Sonuncunun isə bir
neçə əsas göstəricisi var və bunlardan birincisi mənfəət dərəcəsidir.
Fikrimizcə, yerli investorla
xarici investor arasında güzəştlər baxımından qüvvədə qalan (bir sıra
güzəştlər mənfəətdən vergilər haqqında ötən ilin sonunda qəbul olunan
qanunla ləğv edilib) fərqlərin tamamilə aradan qaldırılması vaxtı
yetişmişdir. Yoxsa iqtisadi şəraitin yerli və xarici investorlar üçün fərqli
olması ona gətirib çıxaracaq ki, xarici biznes yerli biznesi Azərbaycan
bazarından bütün sahələrdə sıxışdırıb atacaq. Əgər vəziyyət dəyişməzsə bu
yaxın gələcəyin bazar iqtisadiyyatı qanunlarına əsasən böyük ehtimalla
gözlənilən acı mənzərəsidir.
Digər tərəfdən, xarici və
yerli iş adamlarına birincilərin xeyrinə olan münasibət məcbur edəcək ki,
Azərbaycanlı iş adamları Azərbaycanda başqa ölkənin şirkətin (o cümlədən
offşor zonalarda qeydiyyatdan keçmiş şirkətin) adı altında fəaliyyət
göstərsin.
İnkişaf etmiş ölkələrdə
olduğu kimi Azərbaycanda da bu və ya digər formada yerli kiçik və orta
biznesin inkişafı üçün hökumət tərəfindən himayədarlıq siyasəti yürüdülməsi
yerli istehsal sahələrinin inkişafına, fikrimizcə, çox mühüm təsir göstərə
bilər. Bizim biznesmenlərin belə dəstəyə böyük ehtiyacı var.
Qərarlar sənaye istehsalı
sahəsində yalnız özəl müəssisələri yox, eyni zamanda dövlət sənaye
müəssisələrini də ağır vəziyyətdə qoyur. Bundan başqa, nəzərə alsaq ki,
qərarların icrası nəticəsində həm sənaye həm də istehlak mallarının
qiymətləri nə az nə çox - 40 %-ədək qalxmalıdır, onda əhalinin sosial
vəziyyətinin gərginləşə biləcəyini də güman etmək olar.
Qeyd edilən problemlər yəqin
ki, qərəzdən əmələ gəlməyib. Əminik ki, bu qərarlar ölkəmizin
iqtisadiyyatının inkişafını düşünərək ən xoş niyyətlərlə hazırlanıb. Misal
üçün, onlarda kənd təsərrüfatına verilən önəm təqdirəlayiqdir. Lakin
istehsal sahəsində sahibkarlığın inkişafına mane ola bilən cəhətlər hansısa
səbəblərdən nəzərdən qaçırılmışdır. |