top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

ÖZƏL BİZNESİN İNKİŞAFINA NƏLƏR MANE OLUR
SYF
-nun özəl biznesin problemlərinə həsr olunmuş araşdırmaları nə göstərdi ?

SABİT BAĞIROV

Mənbə: "Məşvərət", N3-4, 1997


Sahibkarlığın və Bazar İqqisadiyyatının İnkişafına Yardım Fondu (SÜF) tərəfindən Bakı, Naxçıvan və Gəncədə 87 biznesmen və iqtisadçı arasında ekspert sorğusu keçirilib. Bu sorğunun məqsədi Azərbaycanda özəl biznesin inkişafı problemlərini iş adamlarının özlərindən öyrənmək idi -onlar hansı çətinliklərlə rastlaşırlar, nə düşünürlər və sahibkarlığın inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsini önəmli hesab edirlər?

Bu iş birbaşa Fondun məqsədlərinə uyğun olan tədqiqatdır - onun nəticələrindən Fondun fəaliyyətində istifadə edilir və Fond tərəfindən bu və ya digər təkliflərin hazırlanıb müvafiq orqanlara təqdim olunmasına xidmət edir. ABŞ-ın AVROASİYA Fondunun dəstəklədiyi bu tədqiqat həmin ölkənin Beynəlxapq İnkişaf Agentliyinin ayırdığı vəsait hesabına maliyyələşdirilmişdir.

12 sualdan ibarət sorğu anketi, demək olar ki, hər bir sualda seçmək üçün cavab variantları və respondentin öz variantını yazmaq üçün imkan nəzərdə tuturdu.

Respondentlərdən maksimum obyektiv olmaq rica edilmiş və cavablarının anonim qalmasına zəmanət verilmişdir.

Bütün sual və cavabları bu kiçik məqalədə əhatə etmək mümgün olmadığından biz yalnız bəzilərini şərh edəcəyik. Lakin həmin sorğunun tam nəticələri ilə SÜF-də tanış olmaq mümgündür.

Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti.üçün mövcud şəraiti respondentlərin 13,8%-i qənaətbəxş qiymətləndirmişdir. Qeyri-əlverişli qiymətləndirənlər 17,2% təşkil edir. Böyük əksəriyyət isə (65%) mövcud şəraiti yalnız hakimiyyət dairələri ilə əlaqələri olanlara əlverişli sayır.

Respondentlərin böyük qismi digər MDB ölkələri ilə (Gürcüstan, Qazaxıstan, Rusiya, Türkmənistan, Özbəkistan, Ukrayna) müqayisədə Azərbaycandakı sahibkarlıq şəraitini Qazaxıstandakından (63,2%), Ukraynadakından (70,1%) və xüsusilə Rusiyadakından (83,9%) daha əlverişsiz hesab etmişdir.

Özəl biznesin dəstəklənməsi üzrə dövlət siyasətini respondentlərin heç biri kifayət qədər qənaətbəxş saymamışddır. Sorğuda iştirak edənlərin 28,7%-inin fikrincə, siyasət düzgün istiqamətdə gedir, lakin ləng və qeyri-ardıcıldır, 71,3%-inin qiyməti isə qeyri-qənaətbəxş olmuşdur.

Unutmayaq ki, bunlar bu ilin əvvəlində verilən qiymətlərdir və bir sıra yeni qərarların qəbul edilməsini (məsələn, ölkə prezvdentinin fərmanı ilə kiçik və orta sahibkarlığa hökumət proqramı təsdiq edilib və bu istiqamətdə artıq bir sıra real addımlar atılıb) nəzərə alaraq, küman etmək olar ki, sorğu indi keçirilərsə iş adamlarının rəyi bəlkə də dəyişmiş olar. Vəziyyətin köklü dəyişməsi üçün dövlət tərəfindən sahibkarlığın inkişafına sürəkli himayədarlıq siyasəti aparılmalıdır. Bu gün dünyada 1000 nəfərə orta hesabla 22 kiçik müəssisə düşür. ABŞ-da bu göstərici 88-ə, Rusiyada 6-ya, bizdə isə 1,6-ya bərabərdir. (Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 1996-cı ildə kiçik müəssisələrin sayı 12220-yə çatmışdır).

Sorğu anketindəki suallardan biri Azərbaycanda özəl sahibkarlığın inkişafına mane olan səbəblərin əhəmiyyətinin beşballıq şkala üzrə qiymətləndirilməsinə həsr edilmişdi. Cavablar üzrə orta qiymətlər aşağıdakı kimi olmuşdur:

1. Məmurların korrupsiyaya uğraması ............................... 4,70

2. Yüksək vergilər ............................................................. 4,13

3. Kredit ehtiyatlarının olmaması ...................................... 4,10

4. Dövlət orqanlarının hər cür xırda işlərə
nəzarəti və sərt himayədarlığı............................................. 4,02

5. Hüquqi bazanın qeyri-mükəmməlliyi ............................. 3,95

6. Hüquq-mühafizə orqanlarının fəaliyyəti ........................ 3,83

7. Dövlətin himayədarlıq siyasətinin olmaması ................. 3,59

8. Zəruri bazar qurumlarının olmaması ............................. 3,51

9. İstehlak tələbinin aşağı olması ..................................... 3,20

10. Kommunikasiya, nəqliyyat və servis
xidmətlərinin lazımi səviyyədə olmaması  ........................ 3,17

11. Biznesmenlərin bazar praktikası
haqqında məlumatının az olması  ..................................... 3,06

12. Dağlıq Qarabağda davam edən münaqişə ................... 2,63

13. Cəmiyyətdə bazar ənənələrinin olmaması
və sahibkarlığa mənfi münasibət.......................................2,54

14. Əhalidə sahibkarlıq təşəbbüslərinin olmaması .......... 2,28

15. Kriminal qrupların reketi ........................................... 1,94

Anketlərdə öz səbəblərini göstərmək təklifinə iştirakçıların 1/3-dən çoxu cavab vermişdir. Onlardan bəziləri bunlardır:

  • bank sisteminin inkişaf etməməsi;

  • sahibkarlığın inkişafı üçün dövlət proqramının olmaması;

  • sabaha inamsızlıq;

  • dövlət əmlakının lənk özəlləşdirilməsi;

  • hakimiyyət qurumları ilə əlaqəsi olmayanlar üçün riskin yüksək dərəcəsi;

  • hüquqi biliklərin aşağı səviyyədə olması;

  • dövlət müəssisə və təşkilatlarındakı inhisarçılıq;

  • içra hakimiyyəti başçılarının özbaşınalığı.

"Aşağıdakı iqqisadi fəaliyyət sahələrindən hansılarında şərait özəl biznes üçün daha əlverişlidir (beş sahədən artıq olmayaraq qeyd edin)" sualına müvafiq sahəni seçən respondentlərin sayı aşağıdakı kimi olmuşdur:

1. Ticarət ......................................................... 66

2. Kənd təsərrüfatı ........................................... 46

3. Turizm və istirahət sahəsi ............................ 45

4. Xidmət sahəsi ............................................... 44

5. Vasitəçilik xidməti ........................................ 29

6. İnformasiya-reklam fəaliyyəti ....................... 28

7. Tikinti ...........................................................  25

8. Maliyyə və bank işi ........................................ 22

9. Sənaye ........................................................... 16

10. Rabitə .......................................................... 12

11. Nəqliyyat ..................................................... 10

12. Konsaltinq xvdməti .....................................  10

Bu rəyləri təsdiqləyən bəzi statistik rəqəmləri də göstərə bilərik. Belə ki, Statistika Komitəsinin məlumatlarına görə, 1996-cı ildə aşağıdakı sahələrdə yeni yaranan kiçik müəssisələrin sayı bu qədərdir:

  • kənd təsərrüfatı - 709

  • ticarət - 3382

  • tikinti - 332

  • sənaye - 533

Gördüyümüz kimi, 1996-cı ildə yeni müəssisələr daha çox ticarət sahəsində yaradılıb.

Respondentlərə qanunveriçiliklə də əlaqədar xüsusi sual verilmişdir. Bu sual belə səslənirdi: "Ölkədə özəl biznesin inkişafına qanunveriçilik sahəsindəki hansı problemlər daha çox mane olur (üç amildən artıq olmayaraq qeyd edin)?". Sahələr üzrə yığılan səslər aşağıdakı kimi bölünmüşdür:

1. Qanunlarda ziddiyyət ................................... 60

2. Qanun qüvvəli aktların qeyri-dəqiqliyi
və ya ümumiyyətlə olmaması............................ 52

3. Bir sıra qanunların yoxluğu .......................... 48

4. Yeni normativ aktlar barəsində
informasiya almaqda çətinliklər ....................... 35

5. Təsərrüfat hüququ üzrə təcrübəli
hüquqşünasların yoxluğu................................. 25

6. Məsləhət xidməti göstərən firmalar
şəbəkəsinin zəif inkişafı................................... 21

Qabaqçadan respondentlərin "ölkədə fəaliyyət göstərən özəl qurumların vergiyə cəlb olunan dövriyyə həcmi, onların ümumi dövriyyə həcminin neçə faizini təşkil edir?" sualına cavab verməyə razı olacaqlarına şübhə ilə yanaşılsa da, bu sual da anketdə öz əksini tapmışdı. 87 respondentdən 65-i sualı cavabsız qoymadı və gizli dövriyyəyə qiymət verərkən 65 nəfərdən 19-u onun dərəcəsini 20%-ədək, 14 nəfəri 20% - 40% arasında, 23 nəfəri 40% - 60% arasındakı, 5 nəfəri 60% -80% arasında saymışddır, qalan 4 nəfərin fikrincə, kölgə dövriyyənin çəkisi 80%-dən də artıqdır.

"Sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün işgüzar adamlar özləri nə etməlidir?" sualına ən çox səs toplayan amillər aşağıdakılardır:

1. Öz mənafelərinin daha yaxşı müdafiə
olunması üçün təşkilatlanmaq...................................... 69 (səs)

2. Qanunvericiliyin təkmilləşdirilməsi üzrə
təklifləri hazırlayaraq hökumətə təqdim etmək ............ 56

3. Qarşılıqlı kreditləşmə fondlarının yaradılması .......... 52

4. Özəl sahibkarlıq haqqında müsbət ictimai
fikir
yaratmaq üçün kütləvi informasiya vasitələrində
təbliğat və izahat işini gücləndirmək.............................. 43

Nəhayət, iş adamlarının "Yaxın iki ildə özəl bizneslə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağına inanırsınızmı?" sualına cavabları aşağıdakı kimi paylanmışdır:

  • Bəli, əminəm 1,5%

  • Ümid edirəm, lakin əmin deyiləm 51,7%

  • Əmin deyiləm 35,7%.

Bu cavablar isə nikbinliyin kövrək göstəricisi kimi qiymətləndirilə bilər.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft