top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

KÜTLƏVİ ÖZƏLLƏŞDİRMƏ PROQRAMLARININ MÜQAYİSƏLİ TƏHLİLİ

QUBAD İBADOĞLU

Mənbə: "Məşvərət", N13, 1998


Azərbaycan özəlləşdirmə sahəsində II Dövlət Proqramlarının qəbulu ərəfəsini yaşayır. Əvvəlki proqramla müqayisədə yeni proqramda iri və strateji müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcəyi nəzərdə tutulur. Hazırda respublikada kiçik özəlləşdirmə başa çatmaq üzrədir. Özəlləşdirmə başlayandan (26 mart 1996-cı il) indiyə qədər (1 dekabr 1998-ci il) Azərbaycanda 20229 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Bu dövr postsosialist ölkələrin bir çoxunda özəlləşmənin başa çatdığı vaxtdan sonraya təsadüf edir. Beləliklə də, Azərbaycan həmin ölkələrin təcrübəsi ilə tanışlıq və onun müsbət cəhətlərindən bəhrələnmək üçün xeyli geniş imkanlara malikdir.

Özəlləşdirmə “zəfər yürüşünə” 70-ci illərdən başlayaraq, dünyanın 80-dən çox ölkəsində sınaqdan keçirilib. Böyük Britaniyada “tetçerizm”, Çində “kənddə islahatlar”, Türkiyədə “kamuların islahatı” adlanan böyük özəlləşdirmə prosesi 80-ci illərin sonu-90-cı illərin əvvəlində keçmiş sosialist məkanını əhatə edən 18 ölkədə geniş vüsət aldı. Müxtəlif ölkələrdə fərqli adlar daşıyan belə proqramlar fərqli şəraitlərdə də həyata keçirilməyə başladı. Bu tip proqramlar Çexiya və Slovakiyada “kupon özəlləşdirilməsi”, Litvada “sürətli özəlləşdirmə”, Monqolustan və Rumıniyada “vətəndaş proqramları”, Polşada “kütləvi özəlləşdirmə”, Rusiyada “vauçer özəlləşdirməsi” adı ilə tarixə düşdü. Azərbaycanda isə bu proqram “çek özəlləşdirməsi” adlandırıldı. Ümumilikdə kütləvi özəlləşdirmə proqramları adı ilə qruplaşdırılan belə proqramlar bir-birindən aşağıdakı əlamət sıraları üzrə fərqləndirilə bilər:

a) proqramın məqsədinə görə,
b) onun reallaşdırılması üsulları və miqyasına görə,
v) reallaşdırma tempinə görə,
q) proqramların daxili uyğunluğuna görə və
d) proqramların reallaşdırılması ilə əlaqədar risklərə görə.

a) Kütləvi özəlləşdirmə proqramları özündə bir neçə ümumi məqsədləri birləşdirə bilər: siyasi məqsədlər (iqtisadi transformasiya prosesinə əhalinin geniş kütləsinin cəlbi), sosial məqsədlər (səhmlərin bölgüsünün ədalətli forması), sistemli məqsədlər (iqtisadiyyata bazar prinsiplərinin tətbiqi), səmərəliliyin yüksəldilməsi məqsədləri (idarəetmənin və istehsalın modernləşdirilməsi). Çexiya-Slovakiyada həyata keçirilən özəlləşdirmə proqramları qarşısına sistemli və siyasi, Rusiyada birinci növbədə siyasi, sonra isə sistemli, Polşada səmərəliliyin yüksəldilməsi və sosial ədalətin təmini, Qırğızıstanda sistem dəyişiklikləri məqsədlərini qoymuşdur. Azərbaycanda özəlləşdirmə proqramlarının məqsədləri Rusiya ilə üst-üstə düşür.

b) Kütləvi özəlləşdirmə proqramları müxtəlif ölkələr üzrə özünəməxsus miqyaslara və idarəetmə dərəcələrinə malik olub. Digər proqramlarla müqayisədə Rusiyada özəlləşdirmə proqramının əhatə dairəsi daha geniş olaraq, özündə Rusiyanın bütün əhalisini və dövlət müəssisələrinin 80 faizini birləşdirib. Polşa modeli ondan xeyli dərəcədə fərqlənərək daha məhdud dairədə reallaşdırılmış və dövlətin əsas fondlarının 11 faizindən bir qədər çoxunu əhatə edib. Bu proqramın həyata keçirilməsində Polşa vətəndaşlarının 69 faizi iştirakçı olub. Bu proqramların ortasında isə Çexiyada özəlləşdirmə modeli dayanır ki, o da dövlət fondlarının 25 və ölkə əhalisinin 56 faizini əhatə edib. Azərbaycanda müvafiq surətdə dövlət mülkiyyətinin 75,7 faizinin özəlləşdirilməsi nəzərdə tutulub ki, bu məqsədlə ölkənin bütün vətəndaşlarına çeklər paylansa da, I özəlləşdirmə proqramının nəticəsi olaraq əhalinin heç bir faizi də səhmdara çevrilə bilməyib.

v) Bütün kütləvi özəlləşdirmə proqramları gerçəkləşdirmə sürətir parametri üzrə bir-birindən fərqlənir. Ən gərgin qrafik üzrə çek özəlləşdirilməsi həyata keçirilib. Orada dövlət fondlarının 25 faizinin özəlləşdirilməsi il yarımlıq müddət ərzində, daha doğrusu praktiki olaraq 1993-cü ilin sonunadək başa çatdırılıb. Rusiya variantı üzrə həyata keçirilən özəlləşdirmə proqramına müvafiq surətdə 2 aya dövlət müəssisələrinin yenidən qurulması, ardıcıl olaraq 18 ay müddətində isə əhali arasında səhmlərin milli investisiya fondlarında yerləşdirilməsi işi başa çatıb. Milli investisiya fondlarının özəlləşdirilməsinə də üç il vaxt sərf olunduğundan, demək olar ki, Polşada özəlləşdirmə prosesi 5 illik müddəti əhatə edib.

q) Hər bir kütləvi özəlləşdirmə proqramlarında fəaliyyət ardıcıllığına görə müəyyən özünəməxsus xüsusiyyətlər meydana çıxsa da, onların təbii olaraq ardıcıl fəaliyyətini üç mərhələyə qruplaşdırmaq mümkündür. Belə təsnifat proqramların daxili uyğunluğu əsasında aparılır. Belə ki, bütün proqramlar üzrə birinci mərhələdə vauçer, çek, kupon və ya səhm hüququ barədə şəhadətnamə paylanmaqla dövlət müəssisələrinin səhmlərinə süni tələbat yaradılır. İkinci mərhələdə özəlləşdirilən müəssisələrlə vauçer sahibləri arasında vasitəçilik funksiyasını yerinə yetirən investisiya fondları formalaşdırılır. Üçüncü mərhələdə müəssisələrin səhmləşdirilməsi, dəyərin qiymətləndirilməsi və kiçik emissiya prospektlərinin buraxılış yolu ilə onların təklifi həyata keçirilir.

d) Risk anlayışı heç də pul itirilməsi ilə bağlı deyil, burada söhbət məqsədə çatmağın dərəcəsindən, son nəticələrin uğurundan gedir. Polşa və Rumıniyada reallaşdırılan proqramlarda aşağıdakı beş amilin nəticəsi olaraq əhali üçün risk dərəcəsi xeyli aşağı salınıb: proqrama daxil edilən müəssisələrin əvvəlcədən seçilməsi yolu ilə, investisiya fondlarının hər bir müəssisənin seçilməsinə peşəkar yanaşması, şirkətlərin oəaliyyətinin monitorinqinin peşəkar aparılması, ?atış qiymətinin aşağı salınması və fondlar vasitəsilə manver yolu ilə.

Riskin aşağı salınmasının digər amili təbliğat mexanizminin düzgün qurulması, aşkarlıq, vətəndaş nəzarəti vasitəsilə özəlləşdirilən müəssisə və obyektlər barəsində informasiya boşluğu yaratmaqdan ibarətdir. Hökumətin və parlamentin özəlləşdirmənin gedişinə diqqət yetirməsi də riskin azaldılması üzrə vacib məqsədlərdən hesab olunur.

Azərbaycanda bu və ya digər məsələlərə az əhəmiyyət verilməsi, əhalinin səhmləşdirmə prosesinə cəlb etmə mexanizminii düzgün qurulmaması, onların əmlak hüquqlarının pozulması halları özəlləşdirmənin reallaşdırma riskinin artırılmasına təsir edən amillərdən sayıla bilər.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, özəlləşdirmə proqramlarına müxtəlif ölkələr fərqli aspektlərdən yanaşsalar da, onların hamısının qarşısında aşağıdakı 4 qrup problemləri həll etmək vəzifəsi durur:

Birincisi, maliyyə sisteminin sağlamlaşdırılmasıdır ki, praktiki olaraq, bütün ölkələrdə özəlləşdirmə prosesi yüksək inflyasiya, dövlət büdcəsinin kəsirinin artımı və digər mənfi tendensiyalarla müşaiyət olunub.

İkincisi, rəqabətin canlandırılması, təbii inhisarların tədricən ləğvi, dövlət və özəl müəssisələrin menecment fəaliyyətinə azadlığın verilməsidir.

Üçüncüsü, əhalinin mülkiyyətçilər təbəqəsinə çevrilməsi yolu ilə iqtisadi artımın yeni tipinin sosial bazasını formalaşdırmaqdan ibarətdir.

Dördüncüsü, dövlətin iqtisadi rolunun və funksiyalarının dəyişdirilməsi, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi məqsədləri daşıyır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft