top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

BORC İTTİFAQLARI (təşkilin və hüquqi nizamlamanın beynəlxalq təcrübəsi)

RASİM MUSABƏYOV

Mənbə: "Məşvərət", N16, 1999


Vətəndaşların borc istehlak kooperativləri (borc ittifaqları) borc-əmanət sahəsində vətəndaşların istehlak kooperasiyasının özünəməxsus formasıdır. Bir çox ölkələrdə borc ittifaqlarının fəaliyyəti Beynəlxalq Kooperativ Alyansın prinsipləri və borc ittifaqları beynəlxalq hərəkatının fəlsəfəsinə əsaslanır.

Borc ittifaqları kommersiya təşkilatı olmayıb məhdud miqdar şəxslərə - öz payçılarına xidmət göstərir. Onlar şəxsi əmanətləri qəbul edir və payçılara borc verir. Bu əməliyyatlar formaca bank əməliyyatlarına oxşasa da mənfəət əldə edilməsinə yönəlmədiyinə, eləcə də borc ittifaqının payçılarla bağladığı müqavilələr ictimai müqavilə olmadığına görə mahiyyətcə fərqlidir. Məhz buna görə borc ittifaqları borc təşkilatları kimi qiymətləndirilməməli və onların Mərkəzi Bankın lisenziyasına ehtiyacı olmamalıdır.

Borc ittifaqının üzvləri (payçılar)yaşayış və iş yerinin ümumiliyi, eyni peşə mənsubiyyəti kimi sosial əlamətə görə bir-birinə bağlı olan fiziki şəxslər öz vəsaitini - üzvlük haqqı və şəxsi əmanətlərini borc ittifaqında birləşdirirlər. Bu halda şəxsi əmanətlər payçıların mülkiyyətində qalır, üzvlük haqları isə borc ittifaqının hesabına keçir. Payçıların şəxsi əmanətləri, eləcə də borc ittifaqı vəsaitinin bir hissəsi borc ittifaqının payçılarına verilmək üçün qarşılıqlı yardım fondunu təşkil edir. Borclar üzrə əldə edilən bütün gəlir payçılar arasında onların borc ittifaqlarına keçirdikləri şəxsi əmanətlərə mütənasib olaraq bölüşdürülür. Borc ittifaqının fəaliyyəti ilə əlaqədar inzibati təsərrüfat xərcləri payçıların əlavə verdikləri üzvlük haqları ilə ödənilir. Beləliklə, borc ittifaqı əsas fəaliyyəti üzrə mənfəət əldə etmədiyinə görə kommersiya təşkilatı deyil.

Borc ittifaqının daxili həyatı idarəetmənin nizamnamə və idarəetmə orqanları haqqında xüsusi qanunda göstərilmiş kooperativ prinsiplərinə əsaslanır. Hər bir payçının borc ittifaqına keçirdiyi vəsaitin miqdarından asılı olmayaraq bir həlledici səsi var və o, borc ittifaqının idarə edilməsində iştirak edir. İclaslararası fasilələrdə borc ittifaqının işini payçıların ümumi iclasının payçılar sırasından seçdiyi və ümumi iclasın təsdiqlədiyi xüsusi qayda əsasında fəaliyyət göstərən idarə heyəti aparır. Bundan başqa, ümumi iclas payçılar sırasından eləcə də borc ittifaqının təftiş komissiyasını və borc komitəsini, həm də borc ittifaqına üzvlük üzrə komitəni seçir. Borc ittifaqının seçki orqanlarının üzvləri öz fəaliyyətlərini ictimai əsaslar (könüllülük prinsipi) üzərində qururlar. Ancaq borc ittifaqları gündəlik işi aparmaq üçün zəruri olan heyəti işə götürə bilər.

Borc ittifaqları hüquqi şəxsləri payçı kimi qəbul edə və onun üzvü olmayan hüquqi və fiziki şəxslərə hər hansı bir maliyyə yardımı göstərə bilməz.

Bu gün borc istehlak kooperativləri (BİK) bütün dünyada geniş yayılır. Onların anlaşılan, etibarlı, özünənəzarət əsasında qurulmuş fəaliyyət mexanizmi kimi danılmaz üstünlüyü var. Könüllü birləşən payçılar özlərinə maliyyə yardımı göstərmək üçün özünümaliyyələşdirmə və özünüidarə prinsipləri əsasında fəaliyyət göstərən qurum yaradır.

İlk “xalq kassası”nı 6 dekabr 1900-cü ildə Kvebekdə Alfons Dejardan açdı. Bu günsə Kanada əhalisinin kasıb yaşamamasına baxmayaraq BİK şəbəkəsi bütün ölkəyə yayılmışdır. Fiziki şəxsə borc verməyin bu forması 1906-cı ildə qanunvericiliklə qəbul edildikdən sonra tez bir zamanda hamı tərəfindən tanındı. Adamlar eyni maraq dairəsi olan və ya eyni kilsədə ibadət edən şəxsləri birləşdirən və buna görə də pulların düzgün istifadəsinə ciddi təminat verən borc istehlak kooperativlərinə həvəslə gedirdilər. Banklar pulu olan bütün şəxslərlə işlədikləri üçün belə zəmanəti verə bilmirdi. “Xalq kassaları” özünəməxsus bağlı klublara çevrildi. Bu kluba üzv olmaq çox nüfuzlu bir iş idi.

Bir-birinə yardım etmək üçün təkcə adamlar deyil, eləcə də “xalq kassaları”nın özləri birləşdi. Onlar tez genişlənən hərəkat yaratdı. Onun aktivlərinin ümumi miqdarı 77 mlrd. Kanada dollarından artıqdır. O, Kvebek, Manitoba, Ontario və başqa şəhərlərə məxsus təxminən 1,5 min “xalq kassası”ndan ibarət kooperativ bölmə və sığorta şirkətləri, investisiya və konsaltinq firmaları və borc kartları ilə əlaqədar göstərilən xidmət üzrə prosessinq mərkəzlərini əhatə edən korporativ bölmədən ibarətdir.

Borc istehlak kooperativləri dünyanın 87 ölkəsində mövcud olub, 93 milyondan çox adamı birləşdirir. 55 min BİK-in ümumi aktivlərinin miqdarı 4,3 trln. dollardan çoxdur. Onlar təkcə Kanadada deyil, eləcə də ABŞ, İrlandiya, Avstraliya, Cənubi Koreya və Tayvanda daha çox inkişaf etmişdir. Hər 4-cü amerikalı hər hansı bir borc istehlak kooperativinin üzvüdür. Məsələn, ABŞ və Avstraliyada yaşayan Ukrayna mühacirləri eləcə də Ukrayna həmrəyliyi və qarşılıqlı yardım mərkəzinə çevrilən bu cür kooperativlər sayəsində məhv olmayaraq iqtisadiyyatda özlərinə layiq yer tutdular.

Vaxtilə Azərbaycanın da daxil olduğu Rusiya imperiyasında inqilaba qədər 10 mln. payçını birləşdirən və kiçik sahibkarlara maliyyə yardımı göstərən 13 mindən artıq borc-əmanət yoldaşlıqları var idi. Sovet dövründə onlar ləğv edilmişdi, lakin vətəndaşların qarşılıqlı borcvermə ənənələri qarşılıqlı yardım kassaları və “qara kassalar” formasında qalmışdı. Maaşdan ayrılan “üçlüklər” bu kassalarda toplanırdı və çox çətin anda oradan süründürməçiliyə yol verilmədən münasib miqdarda borc götürmək olardı.

İstehlakçılar Cəmiyyətlərinin Beynəlxalq Konfederasiyasının, sonra isə Borc İttifaqları Liqasının fəallığı sayəsində 1992-ci ildən sonra postsovet ölkələrində borc kooperativlərinin dirçəlmə dövrü başlandı. Bu proses Baltika respublikalarında, Ukrayna və Moldovada böyük vüsət aldı. Məsələn, Rusiyada 1996-cı ilin ortası üçün 40 mindən çox adamı birləşdirən 130-dan çox borc istehlak kooperativləri özü haqqında məlumat verdi.

Təəssüf ki, bizim ölkədə bu iş rüşeym vəziyyətindədir. Büdcə üzrə parlament komissiyasının iclasında “Borc ittifaqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisdə səslənən məlumata görə, bu gün Azərbaycanda fəaliyyəti Milli Bankın qaydaları ilə tənzimlənən cəmi 13 belə təşkilat fəaliyyət göstərir. Bu, əlbəttə ki, çox azdır. Ancaq obyektiv çətinliklərə baxmayaraq, Azərbaycanda borc istehlak kooperativlərinin inkişafı üçün tutarlı əsas var. Çoxlu miqdarda kiçik investorlar onların geniş sosial bazasını təşkil edir. BİK ənənəvi maliyyə institutlarının əmanət saxlamaq və borc almaq kimi ehtiyacları ödəyə bilmədiyi anda və yerdə meydana çıxır. İstehlakçıya borcvermənin əməli cəhətdən pozulmuş sosialist və hələ qurulmamış bazar sistemi şəraitində BİK az qala yeganə yerdir ki, orada varlı olmayan əhali istehlak və şəxsi ehtiyaclarının ödənilməsi üçün müqabil şərtlərlə borc ala bilər. Bu gün mağazalar çox nadir hallarda və çox həvəssiz, ancaq yatıb qalmış malı satmaq lazım gəldikdə nisyə mal satmağa razılıq verir. Banklar isə yüksək faizlər götürür, həddən artıq böyük təminat tələb edir və ümumiyyətlə, az yox, külli miqdar borc alanlara üstünlük verir.

Ümid var ki, borc ittifaqlarının inkişafı Azərbaycanın hələ institusional sistemin geriliyi, maliyyə alətləri və xidmətlərinin məhdudluğu, borc vəsaitinin yüksək qiyməti, “kölgə” pul-borc dövriyyəsinin böyük payı, vəsaitin az müddətə təklifi hallarının daha çox olması və mühüm kapitalların ancaq Bakıda toplanması ilə səciyyələnən bütün maliyyə bazarına müsbət təsir göstərəcək. Banklar və maliyyə şirkətləri ilə yanaşı, borc istehlak kooperativlərinin də orada olması istehlakçıya borc verilməsi sahəsində rəqabət yaradacaq, bu da öz növbəsində fiziki şəxslər üçün iqtibas qiymətinin aşağı endirilməsinə və uyğun olaraq həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Eləcə də adamların investisiya ehtiyaclarının ödənilməsi imkanlarının müxtəlifliyi özlüyündə onların maraqlarını müdafiə edə və bazar iqtisadiyyatına etibarı artıra bilər. Respublikanın maliyyə baxımından zəifləmiş əyalət, şəhər və rayonlarına gəldikdə isə orada borc ittifaqları, sadəcə olaraq, əvəzedilməz rol oynaya bilər.

Ona görə də kollektiv xalq investisiyası forması kimi borc ittifaqlarının inkişafının dəstəklənməsi hökumətin vacib vəzifəsi kimi müəyyənləşdirilməlidir. Onların statusu qanunvericiliklə təsdiqlənməli, maliyyə bazarının iştirakçılarından biri kimi onların fəaliyyətinə nəzarət edən imtiyazlı, həvəsləndirici rejim və sistem işlənib hazırlanmalıdır. Borc ittifaqlarının dövlət tərəfindən dəstəklənməsi vacibdir, belə ki, bunsuz onlar ayağa qalxa bilməz, eyni zamanda iqtisadiyyatımızın və əhalinin rifahının yüksəlməsi üçün vacib və xeyirli olan bu işin təhrif edilməsi və nüfuzdan salınması hallarına yol verməmək üçün dövlət nəzarəti də lazımdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft