|
İNFORMASİYA AZADLIĞININ
HÜQUQİ TƏMİNATI
ARİF ƏLİYEV
Mənbə:
"Məşvərət", N8-9,
1997
Son zamanlar yenə də KİV haqqında qanuna
düzəlişlər edilməsinə dair fikirlər səslənməyə başlamışdır. Bu halda çox
vaxt dövlət sirrinin yayılması və ya ölkənin beynəlxalq nüfuzuna ziyan
vurulması, vətəndaşların namus və ləyaqətinin tapdanmasının qarşısının
alınması, əhalinin ədəb qaydalarının qayğısına qalınması zərurətinə istinad
edirlər. Belə problemlərlə qarşılaşanlar sırasında bizim birinçi
olmadığımıza görə bu problemləri artıq həll etmiş ölkələrin təcrübəsi daha
faydalı və qiymətlidir. Odur ki, bülletenin redaksiyası azad dünya
ölkələrində informasiya azadlığının hüqut təminatı haqqında yazılar nəşr
etməyə başlayır.
1. DÖVLƏT SİRRİ VƏ
İNFORMASİYAYA DAXİL OLMA HÜQUQU
Baxılan problemə prinsipial
yanaşma Qərb demokratiyası ölkələrində belədir: "Bütün sənədlər qanun onları
açıq-aşkar istisnalar sırasına aid etmədikdə ictimai səviyyə daşıyır". Hətta
məsələ "məxfi" kimi dəyərləndirilən informasiyaya aid olduqda
belə hökumət orqanları cəmiyyətin bu informasiyanı almaqda maraqları ilə
məxfiliyin saxlanılması zərurəti arasındakı nisbəti götür-qoy etməlidir.
Məsələn, Avstriyada bu
prinsip informasiya azadlığı haqqında federal və torpaq qanunvericiliyi
aktlarının əsasını qoymuşdur. İsveç hökumət orqanları informasiyanın
alınması üçün verilən istənilən sorğuya gün ərzində baxmalı və yaxud onun
baxılmasını ləngidən səbəbləri göstərməlidir. Hollandiya qanunvericiliyinə
görə, hökumət orqanları sorğunu yalnız informasiyanın yayılması nəticəsində
Tacın tamlığı, dövlət təhlükəsizliyi və ya xüsusi şəxslərin maraqlarının
müdafiə olunmasının real təhlükəyə məruz qaldığı halda təmin etməyə bilər.
ABŞ, Fransa və Almaniyada
informasiyaya daxilolmanın konstitusiya hüqutu dedikdə öz rəyini bildirmək
va nəşr etmək azadlıqlarını təmin edən normativ aktların müddəaları başa
düşülür. ABŞ-da hər bir vətəndaşın belə hüququ var. 1978-ci ildən etibarən
Fransada qanun həmçinin hər bir şəxsə bütün (cüzi məhdudiyyətlərlə)
sənədlərə daxilolma hüququ
verir.
Buna baxmayaraq, bütün
ölkələrdə hökumət orqanlarının milli təhlükəsizlik və ya müdafiə
qabiliyyətinə toxunan informasiyanın verilməsindən imtina etmək hüququ var.
Ayrı-ayrı ölkələrdə beynəlxalq münasibətlərə ciddi ziyan vura biləcək
informasiyanın da yayılması qadağandır. Lakin belə hallarda qanunvericilik,
bir qayda olaraq, tələb edir ki, istənilən rədd çavabının səbəbləri yazılı
şəkildə verilsin və apellyasiya hüququ haqqında ərizəçinin məlumatı olsun.
Norveç və İsveçdə jurnalistin rədd cavabını yazılı şəkildə tələb etməsi çox
vaxt həlledici olur və dövlət məmuru tələb olunan sənədləri təqdim etməyə
məcbur olur. Başqa halda ərizəçi ondan şikayət edə bilər.
Bir çox ölkələrdə informasiya
verilməsindən imtina edilməsi bununla əlaqədar şikayətlərə baxmaq məqsədi
ilə yaradılmış xüsusi orqan (və ya həmin idarənin ali orqanı) tərəfindən
həyata keçirilən inzibati nəzarətin mövzusuna çevrilir. Bu orqanların
qərarından məhkəməyə pşkayət etmək olar. İsveçdə parlament tərəfindən təyin
edilmiş ombudsmen materialların aşkar olunmasına nəzarət edir və meydana
çıxan mübahisələri həll edir. ABŞ-da informasiya verməkdən imtina edən
müəssisənin başçısından şikayət verilə bilər.
"Dövlət öz sirrini
qorumalıdır, lakin bu sirri ondan qoparmış mətbuat orqanı da belə müdafiəyə
layiqdir" - demokratik ölkələrin mətbuat orqanları haqqında qanunvericiliyin
əsasını təşkil edən və təcrübədə çox nadir hallarda pozulan başqa bir
prinsip bu cürdür.
Avstriya, İsveç və ABŞ dövlət
sirri təşkil edən məlumatların nəşri zamanı mətbuat orqanlarını ən güclü
şəkildə dəstəkləyir. Məsələn, İsveçdə hökumət informasiyasının sızması
mənbəyinin aşkarlanması milli təhlükəsizlik problemləri ilə bağlı olmadıqda
jurnalistlər bu mənbənin açılmasına məcbur edilə bilməzlər. ABŞ-da mətbuat
nümayəndələrini əslində istənilən məxfi informasiyanın nəşrinə görə məhkəmə
ilə təqib etmək olmaz; məhkəmə ilə cəza verilməsinə səbəb olan yeganə nəşr
kateqoriyası kəşfiyyat xidmətləri casuslarınıi adlarının açıqlanması ilə
bağlı yazılardır ki, bu da belə informasiyanın yayılmasının həmin
xidmətlərin fəaliyyətinə zərər vurduğu halda doğrudur.
Bəzi ölkələrdə (Avstraliya,
Almaniya, Norveç) ifşanın ictimai marağa xidmət etməsi faktı qeyri-qanuni
yolla əldə edilmiş informasiyanın nəşrinin müdafiəsini təmin edir. Lakin
hətta məxfi informasiyanın nəşrinə görə mətbuat orqanlarının ümumiyyətlə
cəzalandırıla bilmədiyi ölkələrdə məlumatın sızmasına məsuliyyət daşıyan
dövlət məmuru məxfiliyin pozulmasında günahlandırıla bilər, cinayət və ya
mülki məsuliyyətə cəlb edilə, işdən azad edilə bilər. Yalnız bəzi ölkələrdə
hökumətə məxsus informasiyanın məxfiliyinin saxlanılmamasına görə məsuliyyət
müəyyən edən qanunvericilik mövcud deyil.
"Con Feyerfaks və Oğullarına
qarşı Avstraliya İttifaqı Ltd." adlı hay-küylü işdə Avstraliya Ali Məhkəməsi
kitabdan olan parçaları iki qəzetin nəşr etməsinə daimi məhkəmə qadağasının
qoyulması haqqında hökumətin tələbini təmin etməkdən imtina etdi. Bu kitabda
dövlət xadimlərinin birindən alınmış bir sıra sənədlər ictimaiyyətin
nəzərinə çatdırılırdı. İctimaiyyətin maraqlarını nəzərə alaraq məhkəmə nəşrə
qadağa qoyulmasını vacib bilmədi. Avstraliya hökumətinin digər hökumətlərin
gözündə nüfuzdan düşməsi faktı məhkəmənin qadağa qoymasına kifayət etmədi.
"Əgər dövlət məmuru qanunla
onun üzərinə qoyulmuş məxfiliyin saxlanılması öhdəliyini pozaraq hər hansı
informasiyanı yayırsa yalnız onun özü buna görə məsuliyyət daşıyaraq
Jurnalistlər və KİV-in digər işçiləri bu cür informasiyanı maneəsiz nəşr edə
bilər və bunun üçün məsuliyyət daşımır" (Avstriyanın "KİV azadlığı haqqınaa"
qanunundan –
Auskunftspflichtgesetze)
Məqalə hazırlanarkən ARTIKLE
19 beynəlxalq qeyri-hökumət təşkilatının və Aşkarlığın Müdafiəsi Fondunun
tədqiqatlarından istifadə olunmuşdur.
| 1 | 2 | 3 | |