top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 10 - Kütləvi İnformasiya Vasitələri (kiv)

İNFORMASİYA AZADLIĞININ HÜQUQİ TƏMİNATI

ARİF ƏLİYEV

Mənbə: "Məşvərət", N10-11, 1997


Ötən sayımızdan bülletenimiz azad dünya ölkələrində informasiya azadlığının hüquqi təminatı haqqında yazılar nəşr etməyə başlayıb. Birinci mövzu dövlət sirri və informasiyaya daxilolma hüququ haqqında idi. Bu sayımızda parlament yığıncaqlarına daxilolma və parlament sənədlərinin nəşri haqqında danışacaqıq. Gələn buraxılışımızda isə məhkəmə sənədlərinin nəşri barədə söz açacağıq.

2. PARLAMENT YIĞINCAQLARINA
DAXİLOLMA VƏ PARLAMENT SƏNƏDLƏRİNİN NƏŞRİ

1991-ci ildə Amerika parlamenti iki reportyoru məcbur etməyə cəhd göstərdi ki, onlar ABŞ Ali Məhkəməsinin üzvlüyünə namizəd Klarens Tomasın Annita Cilli seksual təqibə uğratması haqqında həmin qadının senatın Məhkəmə komitəsinin qapalı iclasındakı etirafını haradan öyrəndiklərini bildirsinlər. Ançaq, axırdan-axıra, mətbuatın ağzını bağlamaqdan qorxan senat jurnalistlərin öz məlumat qaynaqlarını açmasına təkid etmədi. Bütün demokratik ölkələrdə parlament iclasları əsasən açıq keçirilir. İstisnalar yalnız müzakirə edilən məlumatın məxfi odduğu müəyyən hallarda mümkündür. İspaniya konstitusiyasına görə, məsələn, konqresin, yaxud senatın ümumi yığıncağını qapalı elan etmək üçün hər palata deputatlarının səs çoxluğu ilə qəbul etdikləri qərarı lazımdır. Kanadada isə sadəcə olaraq parlamentin bütün ümumi iclasları televiziya ilə ötürülür, parlament dinləmələrinin protokolları isə müntəzəm şəkildə xüsusi nəşrlərdə dərc edilir. Ümumiyyətlə, informasiya texnologiyasının inkişafı ümumi iclasların sənədlərini əldə etməyi problem olmaqdan çıxarıb. ABŞ-da jurnalist hətta öz iş yerindən uzaqlaşmayaraq bilgisayarın yardımı ilə ona gərək olan bütün materialları (onu maraqlandıran konqresmenin, yaxud senatorun çıxışının stenoqramı da daxil olmaqla) ala bilər.

Parlament komissiyalarının materiallarına daxilolma isə qəlizdir.

Bir sıra ölkələrdə jurnalistlər bütün komissiya və komitələrin iclaslarında sakitcə iştirak edə bilər. Bundan ötrü onlara heç bir xüsusi icazə lazım deyil, çünki jurnalistlərin bu hüququ konstitusiyada təsbit olunub. Almaniyanın Anayasasının 42-ci maddəsində deyilir: "Federal parlamentin və onun komitələrinin iclasları haqqında doğru və düzgün reportajlar parlamentin spikeri tərəfindən də, matbuat tərəfindən də heç bir öhdəliyə aparmır". Bu araşdırmalar üzrə komitələrə münasibətdə xüsusən önəmlidir, çünki ictimaiyyətin onların fəaliyyəti haqqında tam məlumat almağa xüsusi marağı var. Məsələn, Avstriyada KİV işçiləri araşdırma üzrə parlament komitəsinin iclaslarında iştirak edə bilərlər, halbuki başqa komitələrin iclasları mətbuatın üzünə bağlıdır. Bu ölkədə eyni zamanda heç kim qapalı iclaslar haqqında informasiya almış jurnalistə onu dərc etməkdə əngəl ola bilmöz.

Ançaq parlament komitələrinin iclasları qapalı keçirilən ölkələr də var; orada ictimaiyyət də, mətbuat da komitələrin iclaslarına buraxılmır və onların sənədlərinə daxil ola bilməzlər (Avstriya, Hollandiya, İspaniya, İsveçrə). Buna baxmayaraq, hər hansı ali məqsəddən doğan səbəb üzündən məxfi sayılmayıbsa parlament komitələrinin sənədlərini mətbuatda işıqlandırmaq üstündə heç yerdə cəza nəzərdə tutulmayıb.

Əlamətdar haldır ki, ölkələrin çoxunda həm parlament iclaslarındakı bəyanatlar, həm də belə bəyanatlar haqqında mətbuatın xəbərləri mütləq "toxunulmazlığa" malikdir - onlar deputatlara və jurnalistlərə qarşı cinayət işi qaldırmağa səbəb ola bilməz, yaxud məhkəmə iddiası üçün əsas sayıla bilməz. Məsələn, Böyük Britaniyada parlament üzvü açıq iclasın gedişində məxfi məlumatı bilərəkdən açıqlamağa görə məsuliyyətə cəlb edilə bilməz, mətbuat isə onun sözlərini çatdırmaq üstündə məsuliyyət daşımır. Hüquqlar haqqında billdə (1688) elan edilir ki, "parlamentin işinin gedişində söz və mübahisələr azadlığı pozula və məhkəmələrdə şübhə altına qoyula bilməz".

Bununla yanaşı, bütün bu deyilənlər ali qanunverici orqana "əl qaldırmağa" cəsarət göstərmiş jurnalistlərin tam cəzasız qalacağını göstərmir. Qanunlar parlamentin nüfuzunu qoruyur. Ümumi hüquq ölkələrində (Böyük Britaniya, ABŞ, Kanada və Avstraliyada) jurnalist parlamentə hərmətsizlikdə ittiham oluna və cərimə, yaxud həbsə alınma şəklində cəzaya məhkum edilə bilər, bu şərtlə ki, o, parlamentin işinə əngəl törətsin, məsələn, onun yazısında palatalardan hansınınsa ünvanına "bədxahlıq, yaxud istehza" olduğu təsdiqlənsin. Ancaq bunu da hökmən göstərmək gərəkdir ki, təcrübədə buna hüquqpozma kimi baxılmasına çoxdan son qoyulub və hətta Böyük Britaniyada 1880-ci ildən ta bugünədək bu hərəkət üstündə bircə jurnalist belə cəzalandırılmayıb.


| 1 | 2 | 3 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft