|
İNFORMASİYA AZADLIĞININ
HÜQUQİ TƏMİNATI
ARİF ƏLİYEV
Mənbə:
"Məşvərət", N12,
1997
Bülletenimizin
ötən
saylarında
azad
dünya
ölkələrində
informasiya
azadlığının
hüquqi
təminatı
haqqında
iki
yaz
ınəşr
edilmişdi.
Birinci mövzu dövlət sirri və informasiyaya daxil olma
hüququ, ikincisi isə parlament yığıncaqlarına daxil olma və parlamen
tsənədlərinin nəşri haqqınd idi. Buburaxılışımız da həmin silsilədən son
yazını dərc edirik.
3.MƏHKƏMƏ DİNLƏMƏLƏRİNƏ DAXİLOLMA VƏ MƏHKƏMƏ MATERİALLARININ NƏŞRİ
1977-ci ildə “Sandi tayms” qəzeti insan hüquqları üzrə Avropa
Məhkəməsində İngiltərənin Ali Məhkəməsinə qarşı iş qaldırdı. Cəbəb bu oldu -
talidomidin tətbiqindən zərər çəkmiş uşaqların valideynləri məhkəməyə
müraciət edərək bu preparatı istehsal edən şirkəti cinayətkarcasına
səhlənkarlıqda suçladılar. Britaniya məhkəmələri “Sandi tayms”ı əczaçılıq
şirkətinin iradlara sürəkli məhkəmə araşdırmaları ərzində baxmasını tənqid
etməkdən çəkindirdi ki, belə yazı, haqqında andlılar məhkəməsinin hökm
çıxaracağı işin taleyini qabaqcadan müəyyənləşdirə bilər.
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Britaniya məhkəmələrinin
xəbərdarlığını söz azadlığına qəsd saydı və onun zəruri sosial ehtiyaca
əsaslanmadığını göstərdi.
Açıq məhkəmə dinləmələri ənənəsi hər yerdə mövcuddur, ancaq Qərb ölkələrinin
çoxunda bu ənənə həm də konstitusiya ilə qorunur. Bununla yanaşı, həm
qanunvericilikdə, həm də təcrübədə istisnalar var. Bir çox ölkələrdə
tərəflərin hüquqlarının (məsələn, şahidlərin özəl həyatına müdaxilənin
yolverilməzliyi hüququnun) qorunması, həddi-büluğa çatmayanların
mənafelərinin, yaxud milli təhlükəsizlik mənafelərinin qorunması üçün zəruri
olduqda məhkəmə proseslərini, yaxud onların bir bölümünü mətbuat və
televiziyanın iştirakı olmadan - bağlı qapılar arxasında aparmaq qəbul
edilib. Bəzi ölkələrdə zorakılıq haqqında işlərin aparılmasının belə xüsusi
qaydası var ki, zorakılıq qurbanı xahiş edəndə jurnalistlər məhkəmə iclasına
buraxılmır. Fransada belə hallarda qurbanın adını çəkmək, ya da onu
tanıdacaq əlamətləri göstərmək yasaqlanıb. Böyük Britaniyada ağıldankəm
xəstələr haqqında, ailə haqqında, məxfi məlumat, yaxud milli təhlükəsizlik
haqqında işlərə qapalı iclaslarda baxılır. Ancaq bu zaman demokratik
dövlətlərin əksəriyyətinin məhkəmələri KİV-ni məxfi xidməti məlumatı çap
etmək üstündə cəzalandırmır. Lakin heç də hamısında belə deyil. Məsələn,
Norveçdə 1992-ci ilin oktyabrında Baş prokuror polis qaynaqlarından, yaxud
gizli məhkəmə dinləmələrindən qanunsuz yolla əldə edilmiş məxfi məlumatı
aşkarlamaq üstündə böyük cərimə (yüz minlərcə ABŞ dolları həcmində) qoymaq
niyyətini bəyan etmişdi.
Avstraliya, Fransa və Böyük Britaniyada mətbuat ictimaiyyətin məhkəməyə
etimadını sarsıtmağa cəhd göstərən məlumatı dərc etdikdə cəzalandırıla
bilər. Belə materiallara, hökm çıxarılarkən andlılar məhkəməsinin
müşavirəsinin məzmunu və hakimlərin üzgörənliyi haqqında əsassız
təsdiqləmələr aiddir. 1992-ci ilin noyabrında Britaniya qəzetlərindən biri
və onun redaktoru fırıldaqçılıq işi üzrə mürəkkəb məhkəmə araşdırmasına aid
təhqiqatın nəşri üstündə 90.000 ABŞ dolları məbləğində cərimə olunmuşdu. Bu
təhqiqatlardan bəzi hüquqşünaslar özlərinin bu tezisinin təsdiqi üçün
istifadə etmişdilər ki, tərkibinə qeyri-peşəkarların daxil olduğu andlı
məhkəmələri fırıldaqçılıq işi üzrə qərarlar çıxarmağa qabil deyil. Hətta bu
cür yetərincə mürəkkəb şəraitdə də jurnalistin məlumat əldə etmək hüququnun
genişləndirilməsinə doğru iş gedir. Elə bu yaxınlarda Böyük Britaniyada
mətbuat KİV nümayəndələrinin iclas zalına buraxılmaması haqqında məhkəmə
qərarı ilə, eləcə də nəşrin yasaqlanması haqqında qərarla razılaşmamaq
hüququ qazanıb.
Avstriyada cinayət təhqiqatları və cinayət işləri üzrə məhkəmə iclasları
haqqında məlumat uzun müddət məxfi sayılıb. Ancaq 1981-ci ildən bu ölkədə
məxfi məlumatın mətbuatda verilməsi hüquq pozuntusu sayılmır. Bu
qanunvericilik qaydası jurnalistlərin əl-qolunu açdı və bunun nəticəsində
bir çox mütəxəssislərin, eləcə də mətbuat nümayəndələrinin özlərinin fikrinə
görə, KİV tez-tez hadisələrin sadəcə işıqlandırılması və təhlili
çərçivəsindən çıxaraq qəzet səhifələrində öz “məhkəmə”lərini qurmağa
başladı. Bu zaman qanun ictimai mənafelərin tələb etdiyi hallar istisna
edilməklə, cinayət törətməkdə şübhəli sayılan şəxslərin adlarını mətbuatda
açıqlamağı qadağan etdi.
Fransada 1993-cü ildə qəbul edilmiş bu qanun da maraqlıdır ki, məhkəmələr
çap edilmiş məxfi məlumat “təqsirsizlik prezumpsiyası” prinsipini pozduqda
hər dəfə təkzib verilməsini mətbuatdan tələb edə bilər. Bu cür hüquqi
məhdudiyyətlərin olmadığı ölkələrdə (məsələn, İsveçrədə) jurnalist etikası
kodeksinə, şübhəli sayılan şəxsin adını dərc etməyi yasaqlayan ayrıca
bəndlər salınıb. Bu kodekslərin qanun qüvvəsi olmasa da, bir qayda olaraq,
onların tələbin kütləvi məlumat vasitələri qanundan da ciddi əməl edirlər.
Sözsüz ki, jurnalistlərin məhkəmə iclaslarına və məhkəmə məlumatına
buraxılması ilə bağlı qanunvericilik normalarını müəyyənləşdirərkən
ehtiyatlı olmaq gərəkdir. Ancaq bununla yanaşı, demək olar ki, hər yerdə KİV
nümayəndələri, ictimaiyyəti məlumatlandırmaq kimi xüsusi missiyaları nəzərə
alınaraq, məhkəmə iclaslarına bu və ya başqa mülahizələrə görə
buraxılmayacaq şəxslər siyahısında sonuncu yerdə dururlar.
| 1 | 2 | 3 | |