top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 10 - Kütləvi İnformasiya Vasitələri (kiv)

ABŞ İNFORMASİYA MƏRKƏZİ: İMKANLAR GENİŞLƏNİR

Mənbə: "Məşvərət", N8-9, 1997


Hal-hazırda Amerika Birləşmiş Ştatlarını və Azərbaycanı mühüm iqtisadi, siyasi və mədəni maraqlar birləşdirir. Bu məsələlərlə baqlı informasiyaya olan ehtiyacı ödəmək üçün ABŞ-ın İnformasiya və Ticarət Xidmətləri özlərinin informasiya mənbələrini Səfirliyin birinci mərtəbəsində yerləşən İnformasiya Mərkəzində birləşdirmişlər. Beləliklə, maraq doğuran məsələlərə dair informasiyanın alınması imkanları daha da genişlənmiş, ondan istifadə edilməsi isə daha da asanlaşmışdır. Yəqin ki, imkanlar haqqında ətraflı söz açmaq millət vəkillərinə, onların köməkçilərinə, Milli Məclis aparatı şpçilərinə maraqlı olacaq.

BİZNES MƏLUMATI XİDMƏTİ

BMX ölkələrimiz arasında inkişaf etməkdə olan iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu şöbə bu əlaqələrlə və onların yaratdığı imkanlarla maraqlanan işgüzar adamlara Ticarət Departamentinin Xarici Ticarət Xidməti ilə birgə köməklik göstərir. Burada çalışan mütəxəssislər bizneslə bağlı aşağıdakı mövzulara aid məlumat verə bilər:

• ABŞ-dan ixracat;

• Azərbaycana idxal;

• marketinq üzrə statistik məlumatlar;

• iqtisadi proqnozlar;

• ABŞ şirkətləri və ABŞ-da istehsal olunmuş məhsullar;

• ticarət imkanları;

• ABŞ təchizatçıları və əlaqapər;

• ABŞ qanunları və qanunverici sənədləri;

• sənayenin perspektivləri;

• şirkətlərlə əlaqələr;

• məhsul haqqında məlumat;

• patentlər, ticarət nişanları və müəllif hüquqları.

Məlumat xidməti

MX ABŞ-ın siyasi, iqtisadi və mədəni həyatı barədə məlumat kitabçaları, dövri nəşrlər, hökumət sənədləri, çoxsaylı CD-ROM tipli məlumat mənbələr və beynəlxalq məlumat mənbələri ilə İnternet vasitəsi ilə birbaşa əlaqə kimi müxtəlif mənbələrdən ətraflı məlumat verir.

Məlumat kitabları

İnformasiya Mərkəzinin kitab və sənədlər toplusu 300-ə yaxın məlumat kitabçasından; siyasi və ictimai elmlər, beynəlxalq münasibətlər, iqtisadiyyat, ticarət, mülki və siyasi hüquq, ictimai əlaqələr, ekologiya, təbiət, menecment, marketinq, Amerika ədəbiyyatı, tarix və jurnalistika haqqında 1000-ə qədər kitabdan ibarətdir.

Dövri nəşrlər

Bunlardan başqa, Mərkəz demokratiya, siyasət, neft sənayesi, kompüter və başqa maraq doğuran sahələrə aid ətraflı məlumat verən 30-dan çox dövri nəşr alır.

Pro Quest

Mindən çox dövri mətbuatda çap olunmuş məqalələrlə tam və qısa tanışlığa imkan yaradır;

PDQ

ABŞ-ın dövlət sənədləri və siyasi qətnamələri də daxil olmaqla geniş həcmli materialların mətnlərini özündə cəmləşdirir;

U.S.Foreign Affairs

Rüblük CD-ROM tipli bu məlumat mənbəyi ABŞ-ın xarici siyasətinə dair 1990-cı ildən bəri çıxan 4000-dən çox rəsmi sənədi əhatə edir;

National Trade Data Bank (NTDB)

Ticarət Departamenti tərəfindən yaradılmış bu CD-ROM geniş çeşidli mənbələri birləşdirməklə statistik məlumatları, beynəlxalq ticarətin tam həcmli təsvirini təqdim edən iqtisadiyyat və ixra]at haqtında məlumatların əvəzolunmaz toplusudur;

Thomas Register

• ABŞ dövlətinin təşkilinə dair kitablar;

• ABŞ prezidentləri haqqında

• ABŞ-ın qanunverici orqanı haqqında

• Konqres üzvlərinin tərcümeyi-halları haqqında məlumatlar.

FBIS Publications

Xarici yayım vasitələrinin informasiya xidmətinin nəşrləri.

Power Finder Phonedisk – 8 disk

Amerikanın professional CD- ROM telefon kitabı təşkilatların və şəxslərin telefon nəmrələrini asanlıqla tapmağa kəmək edir.

Enciclopedia of Associations

Bu CD-ROM 80 000-dən çox müxtəlif sahədə fəaliyyət göstərən beynəlxalq cəmiyyətlər haqqında məlumat verir.

Environmental Industry Associations Resource Informations System

Ətraf mühit sahəsində çalışan cəmiyyətlər haqtında məlumat-informasiya sistemi.

Healtd & Medical Industry Directory

Səhiyyə və tibb sənayesi üzrə məlumat kitabçası.

Peterson’s College Database 1995

Kolleclər haqqında məlumat mənbəyi.

Britannica CD

Gale Business Resources

Gale biznes mənbələri

McGraw-Hill Encyclopedia of Science & Technology

Elm və Texnologiya Ensiklopediyası

The New Grolier Multimedia Encyclopedia

Bu CD-ROM 21 cildlik ensiklopediyanın mətnini, video-təsvirini və səsini özündə cəmləşdirir.

Microsoft Bookshelf’95

cəld axtarış aparmaq üçün imkan yaradır, informasiyaya asanlıqla yol açır. Məlumat audio, video və multiplikasiya şəklində təqdim olunur.

Expert Astronomer for Windows

astronomiyaya aid məlumat verir.

Multimedia U.S. History

ABŞ tarixi haqqında mətnlər, şəkillər, videotəsvirlər və audiomateriallar təqdim edir.

Ş Amerika İnformasiya Xidmətinin elektron bülleten lövhəsi (BBS)

Kompüteri vo modem çıxışı olan hər kəs elektron bülleten ləvhəsi vasitəsi ilə lazımi sənədləri və məlumatı əldə edə bilər. Onlardan əsasları: Vaşinqton Fayl, Elektron Jurnalları və "Caspian Chronicle" qəzeti

ABŞ və Azərbaycana aid sənədlər toplusu

Dövlət Departamentinin Azərbaycana aid bülletenləri;

• ABŞ prezidentinin Azərbaycan haqqında çıxışları;

• Azərbaycana aid ABŞ qanunvericilik sənədləri;

• ABŞ-ın Dağlıq Qarabağ məsələsində vasitəçilik fəaliyyəti;

• ABŞ-la Azərbaycan arasında mədəniyyət və elm sahələrində birgə proqramlar;

• ABŞ-Azərbaycan iqqisadi əlaqələri;

• Azərbaycan prezidentinin ABŞ-a aid çıxışları;

• ABŞ-ın Azərbaycana göstərdiyi humanitar və iqtisadi yardım.       

Videokasetlər və ingilis dilinin tədrisi materialları

Mərkəzdə həmçinin müxtəlif mövzulara həsr olunmuş 200-dən çox videolentlər var. Əksəriyyəti ingilis, bəziləri rus və Azərbaycan dillərindədir. Burada ingilis dili dərsliklərinin nümunələrini də tapmaq olar.

Bu məlumatın hazırlanmasında Fondumuza yardım etdiyinə görə ABŞ səfirliyinin kitabxana müdiri Sevda xanım Kərimovaya böyük minnətdarlığımızı bildiririk.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft