|
ALMANİYA
FEDERATİV
RESPUBLİKASINDA
DÖVLƏT
ORQANLARI
İLƏ
KÜTLƏVİ
İNFORMASİYA VASİTƏLƏRİ ARASINDAKI MÜNASİBƏTLƏR
(“Federal hökumətin mətbuat və informasiya
idarəsi”nin materialları əsasında, noyabr 1995-ci il).
Mənbə:
"Məşvərət", N14,
1999
Söz və informasiya azadlığı ölkə vətəndaşlarının mühüm hüquqlarından
biridir.
Almaniya Federativ Respublikasının
Konstitusiyası, yəni Əsas Qanunu (maddə 5) əsas hüquqlara həsr edilmiş
hissəsində aşağıdakılara zəmanət verir:
“Hər kəs öz fikrini şifahi, yazılı, vizual şəkildə azad bəyan etmək və
yayımlamaq və kütləvi mənbələrdən informasiyanı maneəsiz əldə etmək hüququna
malikdir. Mətbuat azadlığına, radio və kino vasitəsilə informasiyanın
yayılması azadlığına zəmanət verilir. Senzura həyata keçirilmir”.
Buradan da aşağıdakı irəli gəlir: kütləvi informasiya vasitələri (KİV):
televiziya, radio, qəzetlər, jurnallar nəyin çap olunacağını və ya efirə
ötürüləcəyini özləri müəyyən edir. KİV hökumətin fəliyyətini işıqlandırır və
şərh edir. Lakin Nazirlər Kabineti bu məlumatların forma və məzmununa təsir
göstərə bilməz, eləcə də öz məlumatlarının və nöqteyi-nəzərinin bəyan
edilməsi iddiasında ola bilməz. Əgər hökumət öz nöqteyi-nəzərinin mütləq özü
arzuladığı şəkildə bəyan edilməsinə nail olmaq istəyirsə, onda onun öz
məlumatının nəşri üçün hər hansı kommersiya müəssisəsi və ya fərdi şəxs kimi
pul vəsaiti ödəməkdən ayrı yolu qalmır. Digər tərəfdən, hökumət KİV-nin
hamısını eyni dərəcədə informasiya ilə təmin etməlidir. Bu Konstitusiyada
əsası qoyulmuş bərabərhüquqluluq ümumi prinsipindən irəli gəlir. Dövlət
orqanlarından arayışların və məlumatların alınması hüququ KİV-nin ən mühüm
hüquqlarına aiddir. Bu hüquq sayəsində KİV informasiya əldə etmək və
beləliklə də xalqın iradəsinin bəyan etdirilməsi kimi demokratik prosesə
yardım etmək imkanına malik olur. Lakin Konstitusiya söz və informasiya
azadlığına da məhdudiyyətlər qoyur. Əsas Qanunun yuxarıda göstərilmiş
hissəsində deyilir: “Bu hüquqlar ümumi qanunların təyinatları, gənclərin
və şəxsi ləyaqətin hüquqlarının qorunmasına aid qanuni qətnamələrlə
məhdudlaşdırılırlar”. Hakimiyyətin bölünməsi prinsipinə müvafiq olaraq
hökumətdən asılı olmayan məhkəmələr KİV-nin bu məhdudiyyətləri pozub-
pozmaması barədə qərar çıxarırlar.
2. Tarixə baxış.
Söz və informasiya azadlığı yeni dövrün siyasi nailiyyətidir. Almaniyada
qəzet işinin inkişafına güclü təkan vermiş 1848-49-cu illər inqilabı bu
sahədə özünəməxsus bir mərhələ olmuşdur. 1874-ci ildə Bismark dövründə nəşr
olunmuş “Mətbuat haqqında imperiya qanunu” o zamanlara qədər mətbuat
üzərində mövcud olan bir çox məhdudiyyətləri aradan götürdü. Birinci dünya
müharibəsi müsbət proseslərə güclü zərbə endirdi. Mətbuat mətbuat işi üzrə
hərbi idarənin həyata keçirdiyi ciddi senzuraya məruz qaldı. Kayzer
devrildikdən və Veymar respublikası yaranandan sonra 1919-cu ildəki imperiya
konstitusiyasında söz və mətbuat azadlığı təmin olundu. İmperiya hökuməti ,
rəhbəri özünün rəsmi nümayəndəsi olan mətbuat şöbəsini yaratdı. 1933-cü ildə
Hitler hakimiyyətə gəldikdən sonra söz və mətbuat azadlığı diktaturanın
qurbanları oldu.
3. Federal mətbuat konfransı.
Federal hökumətin Mətbuat və İnformasiya İdarəsinnin (Mİİ) Bonn və Berlində
işləyən 500 müxbirinin üzv olduğu “Federal mətbuat konfransı, qeydə
alınmış cəmiyyət, Bonn” Bonnda kannsler də daxil olmaqla höökumət
nümayəndələrinin qonaq kimi çıxış etdikləri mətbuat konfransları keçirir.
Həftədə üç dəfə keçirilən bu mətbuat konfranslarında adətən federal
hökumətin rəsmi nümayəndəsi və ya onun müavini iştirak edir ki, onlar da
federal hökumətin siyasəti barədə ictimaiyyətə məlumat verirlər. Bonn və
Berlində yerləşən Almaniya Federativ Respublikasının xarici mətbuat
ittifaqına 400 xarici KİV müxbiri daxildir. Bu jurnalistlər Federal mətbuat
konfransının keçirdiyi mətbuat konfranslarında iştirak edib suallar verə
bilərlər.
4. Nazirlik yox, idarə və ali federal orqan.
AFR yarandığı zaman meydana gəlmiş Federal hökumətin mətbuat və informasiya
idarəsi federal nazirliklərlə bərabər, ali federal orqan statusuna malikdir.
Mİİ-nin birinci vəzifəsi AFR-in siyasi rəhbərliyini daxili və beynəlxalq
hadisələr barəsində daim və geniş şəkildə məlumatlandırmaqdır. İkinci
vəzifəsi vətəndaşlara siyasi informasiyanı bəyan etməkdən ibarətdir. Mİİ
qarşısında duran üçüncü vəzifə xaricdə ictimaiyyətlə siyasi iş aparmaqdır.
Birinci vəzifəni “daxili istifadə üçün informasiya”nın verilməsi,
qalan ikisini isə “xarici istifadə üçün informasiya”nın verilməsi
kimi səciyyələndirmək olar. Federal hökumət çərçivəsində Mİİ-nin üzərinə
federal nazirliklərin icimaiyyətlə apardığı siyasi işin əlaqələndirilməsi
vəzifəsi qoyulmuşdur. Bu nazirliklərin hər birində mətbuat və ictimaiyyətlə
əlaqə üzrə bölmə vardır ki, o da müvafiq nazirliyin profili üzrə işləyir.
Digər dövlət orqanlarına aid olduğu kimi, Mİİ-yə də hər hansı partiyanın
xeyrinə seçki kampaniyasına təsir göstərmək və ya “hökumətin
dəyişdirilməsi” üzrə çıxışlar etmək qadağandır. Mİİ-yə məmur ranqında
olan stats-katib rəhbərlik edir ki, o, federal nazirlər kabinetinin və
federal kanslerin məşvərət orqanlarının iclaslarında iştirakı sayəsində
Bonnun ən məlumatlı siyasi xadimlərindən biridir.
4.1. Federal hökumətin rəsmi nümayəndəsi.
Mİİ-nin rəhbərinə ikiqat funksiya həvalə edilir: o, idarənin 700 əməkdaşının
işinə rəhbərlik edir və eyni zamanda federal hökumətin rəsmi nümayəndəsidir.
Hər xətt üzrə müavin vardır.
Hökumətin rəsmi nümayəndəsi hər gün federal kanslerin yanında şəraitin
müzakirəsində iştirak edir və ən mühüm yeniliklər barədə məruzə edir,
kansleri günün hər bir anında xüsusi olan ən vacib yeniliklər barədə
məlumatlandırır.
4.2. Mİİ-də digər mühüm vəzifə
məsul növbətçidir.
Məsul növbətçi aktual siyasi hadisələrlə maraqlanan jurnalistlərin və
vətəndaşların daim müraciət etdiyi şəxsdir. O, hökumətin rəsmi nümayəndəsinə
yenilikləri müntəzəm olaraq daim çatdırır.
4.3. Səmimi söhbətlər.
Jurnalistlərlə səmimi söhbətlər informasiya təqdimatının spesifik
formasıdır. Bir qayda olaraq, səmimi söhbətlərin iştirakçıları əvvəlcədən
olan müvafiq danışıqları əsas tuturlar. Belə söhbətlərin gedişatında yazı
üçün olmayan, yəni nəşr üçün yox, jurnalistlərin baş verənlərin tam şəklini
təsəvvür etmələri və siyasi hadisələrin qarşılıqlı əlaqələrini dərindən
anlamaları üçün informasiya da verilə bilər.
4.4. “İşin səmərəliliyinin təhlili” işçi qrupu.
İşin səmərəliliyinin yüksəldilməsi və vəsaitlərin qənaət edilməsi üzrə
tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün 1995-ci ilin mayında
“İşin səmərəliliyinin təhlili” işçi qrupu yaradıldı. O, “Büdcə” və
“Nailiyyətlər üzrə nəzarət” bölmələrindən ibarətdir və bilavasitə Mİİ-nin
rəhbərinə tabedir.
4.5. Berlində filial.
Mİİ-nin Berlindəki filialı 1990-cı ilin oktyabrında Almaniyanın birləşməsi
məqamından fəaliyyətdədir. Onun 60 əməkdaşı vardır.
Şöbələr.
Ümumi inzibati məsələlər bu şöbənin səlahiyyətinə daxildir. Bura kadrlar
üzrə, təşkilati, hüquqi məsələlər, daxili xidmət, dövlət sifarişlərinin
təqdimatı və vəsaitlərin ayrılması üzrə əsas məsələlər, maliyyə-təsərrüfat
fəaliyyətinin mərkəzi xidməti, nəşriyyat texnikası və çap olunmuş
materialların yayımlanması aiddir. Mİİ-nin 1995-ci ildəki büdcəsinin ümumi
məbləği 280 mln. marka təşkil etmişdir.
Federal büdcə haqqındakı qanunda bu şöbənin vəzifəsi aşağıdakı kimi qeyd
olunub: “Federal hökumətin mətbuat və informasiya idarəsi federal
prezidentə və federal hökumətə bütün yenilikləri müntəzəm olaraq daim
çatdırmağa borcludur. Bunun üçün o müasir texniki vasitələrdən istifadə
edərək ölkə daxilindəki və xaricdəki informasiya daşıyıcıları ilə zəruri
əlaqələri saxlayır”.
Bu vəzifəni icra etmək üçün şöbə alman və xarici agentliklərin yayımladığı
yenilikləri, müsahibələri və şərhləri toplayır və təhlil edir. O ancaq və
ancaq açıq və kütləvi mənbələrlə işləyir. Ümumiyyətlə, təhlilə aşağıdakılar
məruz qalır: informasiya agentliklərinin 25 xidməti (o cümlədən Röyter,
RİTA-SÖTA, Sinxua və s.); 90-a yaxın radioproqramlar; 32 televiziya
proqramı; 90 alman qəzet və jurnalı. Təhlil 23 dildə aparılır. Gündəlik
Təhlil olunan materialın həcmi 3 mln. söz və yaxud təqribən 10000 makina
vərəqidir. Növbətçi operatorlar ən mühüm xəbərləri seçir və onları
məlumatların elektron emalı sistemi vasitəsi ilə ali federal orqandakı
təqribən 70 abunəçiyə ötürürlər. Analiz olunmuş materialın əsasında federal
hökumət üçün səkkiz xəbərlər buraxılışı və informasiya bülleteni tərtib
edilir. Bundestaqın deputatları da bunlardan istifadə edə bilərlər. Federal
prezidentin məlumatlandırılması məruzə şəklində edilir ; federal kanslerin
və hökumətin rəsmi nümayəndəsinin stolunun üstünə içində qəzet kəsikləri
olan qovluq qoyulur. Federal prezident, federal kansler, nazirlər və
Bundestaqın nümayəndəlikləri səfərdə olduqda öz arzularıyla dünyanın
ixtiyari nöqtəsində son xəbərlərin xüsusi buraxılışını ala bilirlər.
Yeniliklər şöbəsi AFR-in xaricdəki 190-a qədər olan diplomatik və konsulluq
nümayəndəliklərinin operativ məlumatlandırılması ilə də məşğul olur.
Sənədlərin mərkəzi sistemi (BPA-DOK), mətbuat arxivi və kitabxana –
kompüterdə məlumatın elə səmərəli bankıdır ki, federal hökumət ona rəsmi
sənədlər, informasiya agentliklərinin yenilikləri, mətbuatın xəbər və
şərhləri üçün, eləcə də gündəlik işində ona tələb olunan qəzetlər,
jurnallar, bülletenlər, kitablar, şəxsi nəşrlər üçün müraciət edə bilər.
Bilgilər bankının həcmi 7 mln. sənəddir. Bioqrafik arxivdə 37 min müasir
xadimin kütləvi mənbələrdən alınmış bilgiləri vardır.
Federal mətbuat və informasiya idarəsi bir neçə elektron-hesablama
sistemləri və mətnlərin emalı üzrə sistemlərlə təchiz olunmuşdur:
informasiyanın bölüşdürülməsi və emalı üçün (NBS), informasiyanı və
sənədlərin tədqiqatını bilgilər bankına yerləşdirmək üçün (BPA-DOK),
ümumdaxili rabitə üçün. Xəbərlərin emalı sistemi (NBS) BPA-nın mərkəzi
kommunikasiya qovşağıdır. O, informasiya agentliklərinin seçilmiş
xəbərlərini, digər mənbələrdən olan materialları bütün ali federal orqanlara
tez və məqsədyönlü göndərilməsinə xidmət edir. 1986-cı ildən daxili kompüter
rabitəsi təqribən 400 işçi yerini birləşdirir.
Şöbə hökumətin rəsmi nümayəndəsinin bəyanatları üçün, mətbuatın nəşr
xəbərləri üçün və səmimi söhbətlər üçün materiallar hazırlayır. İdarənin
nəşrləri broşür, vərəqələr, qəzet və jurnallara əlavələr şəklində çap
olunur. Ən mühüm dövri nəşrlər: “Bulletin” (tirajı 21500 nüsxəyə
yaxın), federal hökumətin yeganə rəsmi dövri nəşridir ki, o, sazişlərin,
müqavilələrin mətnlərini, federal prezidentin nitqlərini və federal
hökumətin bəyanatlarını sənədlər şəklində nəşr edir. “Jurnal für
Doyçland” (iki aydan bir çıxır, tirajı 1 mln. nüsxədir) federal
hökumətin aktual siyasətindən , planlaşdırılan tədbirlərdən və gələcəyin
vəzifələrindən bəhs edən informasiya jurnalıdır. “Aktuelle baytreqe sur
virtşafts-und finanspolitik” və “Eosialpolitişe umşau” müvafiq
mövzular üzrə ixtisaslaşmış jurnalistlər üçün informasiya xidmətləridir. Bu
şöbəyə Federal fotoxidmət də daxildir. Onun fotoqraflarının fəaliyyəti Bonn
və Berlindəki siyasi hadisələrin işıqlandırılmasından ibarətdir. Onlar
həmçinin federal prezidenti və federal kansleri ölkə üzrə və xarici
səfərlərdə müşayət edirlər. Hal-hazırda arxiv fondunda 100000 çəkilmiş
fotoplyonka və 70000 neqativ və diapozitiv vardır.
Federal büdcə haqqındakı qanunda bu şöbənin vəzifəsi aşağıdakı kimi qeyd
olunub: “Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək xaricdəki
ictimaiyyətlə siyasi işi aparmaq federal hökumətin mətbuat və informasiya
idarəsinin öhdəsinə verilir, bu işin məqsədi Almaniya Federativ
Respublikasının xaricdəki nüfuzunu möhkəmləndirməkdən, Almaniyadakı həyatın
geniş və gerçək şəklini təqdim etməkdən və alman siyasətini digər ölkələrdə
aydınlaşdırmaqdan ibarətdir”.
Xarici KİV-nin hansı rəylər söyləməsi və onlarda Almaniyanın simasının hansı
mühüm dəyişikliklərə məruz qalması barədə federal hökumətin və federal
prezidentin məlumatlandırılması da xaricdə iş üzrə şöbənin vəzifəsidir.
1995-ci ilin əvvəlindən xaricdə ictimaiyyətlə siyasi işin aparılması
nöqteyi-nəzərindən mühüm olan bütün aktual və ilkin informasiya Compuserve
və Internet kompüter şəbəkələri vasitəsilə də təqdim edilir. Səfərlər
proqramının həyata keçirilməsi, tematik seminarların və konfransların
keçirilməsi, xarici jurnalistlərə xidmətlərin göstərilməsi və yerlərdə
nüfuzlu “məqsədli qruplar”la əlaqələrin saxlanılması da ictimaiyyətlə siyasi
işin çox mühüm alətlərindən biridir. |