|
HAKİM
SEÇKİSİNİN PRİNSİPLƏRİ BARƏDƏ
ABİL
BAYRAMOV
Xəzər Universitetinin müəllimi
Mənbə:
"Məşvərət", N16,
1999
Müxtəlif məhkəmə
təsisatları fərqli sayda dövlət qulluqçularından ibarətdir. Onların
tərkibinə məhkəmə müstəntiqləri, prokurorlar, katiblər və digər şəxslər
daxildir. Hakimlər, prokurorlar, məhkəmə müstəntiqləri ümumiləşdirilmiş
qaydada magistratlar adlanır. Onlar məhkəmə prosesində bu və ya digər
keyfiyyətdə iştirak edə bilərlər. Lakin məhkəmə təsisatlarında başlıca rol
hakimlərə məxsusdur. Müxtəlif məhkəmələrdə onların sayı fərqlidir. Məsələn,
AFR-in beş “federal ədliyyə məhkəməsi”nin hər birində orta hesabla 21
(ümumilikdə 104) hakim, Yaroniya Ali Məhkəməsində 15 hakim işləyir. Məhz
hakimlər məhkəmə hakimiyyətini həyata keçirən (bəzi hallarda iclasçılarla
birlikdə) xüsusi tipli dövlət qulluqçularıdır.
Hakim
vəzifəsini tutmaq heç də asan deyil. İnkişaf etmiş ölkələrdə hakim
vəzifəsinə namizəd olanlara qarşı bütünlükdə yüksək tələblər irəli sürülür.
Birincisi, yüksək hüquq təhsilinə malik olmaq zəruridir. Özü də, bu halda
hakimlik peşəsinə yalnız ən yaxşı tələbələri istiqamətləndirirlər. İndiki
zamanda şəxsi vəkilliyin daha gəlirli sahə olmasına baxmayaraq, Almaniyada
bu təcrübədən geniş istifadə olunur. Ayrı-ayrı ölkələrdə ali hüquq təhsili
müəssisələrində təhsil müddəti heç də eyni deyil: Almaniyada 4, ABŞ-da bir
qayda olaraq 3, Yaroniyada 2 ildir. Ölkələrin əksəriyyətində belə təhsil
müəssisələrinə (universitetlərin hüquq fakültələrinə, hüquq institutlarına,
hüquq məktəblərinə) qəbul müsabiqə imtahanları əsasında həyata keçirilir.
Bəzi ölkələrdə məhkəmələr xüsusi təhsil müəssisələrində hazırlanır. Məsələn,
Fransada ikiillik təhsil verən Milli Magistratlar Məktəbi belə
müəssisələrdəndir. Bu məktəbə qəbul olunanların illik sayı 250-275 nəfərdir.
Ali hüquq
təhsili müəssisəsini qurtardıqdan sonra hakim vəzifəsinə namizədlər əsasən
nəzəri səciyyəli ilk dövlət imtahanını (bütün təhsil kursu üzrə) verir və
məhkəmələrə staj keçməyə gedirlər. Burada onlar ya kargüzarlıq vəzifələrində
(məsələn, Fransada), ya da müstəntiq, hakim köməkçisi, məhkəmə auditoru
(məsələn, İtaliyada) vəzifələrində çalışırlar. ABŞ-da, anqlosakson hüququnun
mövcud olduğu digər ölkələrdə hüquq məktəbinin məzunları adətən hüquq
firmalarında işləməyə gedirlər. Bu cür stajkeçmə adətən kifayət qədər uzun
sürür. Anqlosakson hüquqlu ölkələrdə bu, qanunla müəyyən edilməmişdir və hər
şey təcrübədə həll olunur. Kontinental Avroranın bəzi ölkələrində qanunla
müəyyən edilmiş müddətlər mövcuddur. Məsələn, İtaliyada bu müddət 2 ildir,
lakin haçalanmış İtaliya məhkəmə sistemində hakim kadrlarına böyük ehtiyac
olduğundan bir çox hallarda stajkeçmə yalnız birillik müddəti əhatə edir.
Bundan sonra staj keçən ya məhkəmədə, ya da Ali Magistratura Şurası (məhkəmə
işçilərinin və digər magistratların təyinatı, yerdəyişməsi və irəli
çəkilməsi işlərinə rəhbərlik edən orqan) tərəfindən yaradılmış xüsusi
müsabiqə komissiyalarında təcrübə xarakterli ikinci imtahanı verir.
Bundan sonra
belə mütəxəssis İtaliyada Ali magistratura şurası tərəfindən hakim
vəzifəsinə təyin oluna bilər. Fransada belə bir orqan Milli Magistratura
Məktəbini bitirmiş şəxslərdən hakimlər təyin edir. Almaniyada ikinci
(təcrübi) imtahandan sonra stajkeçmə iki il yarım davam edir, bundan sonra
namizəd hakim vəzifəsini deyil, hakim rütbəsini alır. O, yalnız
federasiyanın və ərazilərin ədliyyə nazirliklərində hakim vəzifəsinə
namizədlər üçün tərtib olunan siyahıya daxil edilir.
Hakim
vəzifəsini almaq üçün isə başqa bir işdə daha üç il sınaq müddəti keçmək
tələb olunur. İsveçdə namizəd universitetdən sonra məhkəmədə kargüzarlıq
vəzifələrində iki il yarım təcrübə keçməlidir. Adətən bu müddət xeyli
uzanır, çünki İtaliyadan və başqa ölkələrdən fərqli olaraq bu ölkədə baş
hakim yerləri yoxdur. Yaroniyada hakim vəzifəsini tutmaq üçün ən azı 10 il
hakim köməkçisi işləmək zəruridir. Totalitar sosializm ölkələrində və bir
çox postsosialist
ölkələrdə ali hüquq təhsili müəssisəsini qurtardıqdan dərhal sonra müəyyən
yaşa (adətən 25 yaşa) çatmış şəxs hakim seçilə bilər (tələbələr məhkəmədə,
prokurorluqda və digər hüquq orqanlarında təcrübəni təhsil müddəti ərzində
keçirlər). Totalitar sosializm ölkələrində namizədliklər hakimləri seçən
yerli orqanlar tərəfindən irəli sürülür. Ali təhsil müəssisəsini
qurtardıqdan dərhal sonra hakimlərin seçilməsi (bəzi hallarda təyin
olunması) hallarına az təsadüf edilir.
Hakim
vəzifəsinə namizəd olan şəxs müəyyən edilmiş tələblərə cavab verməlidir. Bu
tələblər sırasına yalnız ali hüquq təhsili, imtahanların müvəffəqiyyətlə
verilməsi, stajkeçmə, yüksək müsabiqə balı deyil, həm də, məsələn, təmiz reputasiya
daxildir. İtaliyada hakim sağlam reputasiyaya malik ailədən olmalıdır.
Həmçinin
namizədin seçilməsini müəyyən edən adi qaydalar da mövcuddur. Fransada
yazılmamış belə bir qayda mövcuddur ki, yaşı 40-dan aşağı və 50-dən yuxarı
olan şəxsləri hakim təyin etmirlər.
Əgər namizəd
bütün tələblərə cavab verirsə o, üç üsuldan birinin köməyi ilə hakim
vəzifəsini tuta bilər: vətəndaşların birbaşa seçkiləri nəticəsində (bu, bir
qayda olaraq yalnız ilkin instansiyadan olan hakimlərə aiddir), nümayəndəli
orqanlar tərəfindən seçilməklə və təyinolunma yolu ilə. İctimai əsaslarla
işləyən hakimlər (İtaliyada konsiliatorlar, Fransada mediatorlar və s.),
həmçinin məhkəmə iclasçıları vətəndaşlar tərəfindən seçilir və ya bəzi
hallarda icmalar və ya bələdiyyə orqanları tərəfindən təyin olunurlar.
ABŞ-da aşağı instansiyadan olan hakimlər vətəndaşlar tərəfindən, İsveçdə
məhkəmə iclasçıları bələdiyyə orqanları tərəfindən seçilir. Totalitar
sosializm ölkələrində (Vyetnamda, Çində və s.) hakimlər və iclasçılar
vətəndaşlar və nümayəndəli orqanlar tərəfindən seçilir.
Əksər ölkələrdə
hakimlər təyin olunur. Təyinetmə hüququna ən müxtəlif orqanlar malikdir. Ali
məhkəmələrin tərkibi adətən dövlət başçısı (Senatın razılığı ilə ABŞ
prezidenti, prezidentin təqdimatı ilə Rusiya parlamentinin yuxarı palatası
(Federasiya Şurası)) tərəfindən təyin olunur. Vaxtilə bəzi Şərqi Avrora
ölkələrində (Macarıstan, Rolşa və s.) hakimlərin kollegial dövlət başçısı
(Macarıstanda resrublika Rəyasət
Heyəti,
Rolşada Dövlət Şurası) tərəfindən təyin olunması qaydası mövcud idi. Belə
qaydadan indiyədək Kubada istifadə olunur. Yaroniyada yerli hakim vəzifəsinə
namizədlər Ali Məhkəmə tərəfindən irəli sürülür və Nazirlər Kabineti
tərəfindən təyin olunur. Fransa və İtaliyada hakimləri müsabiqə əsasında Ali
Magistratura Şurası, Böyük Britaniyada isə şəxsi tərkibinin gizli saxlandığı
komissiyanın zəmanəti üzrə lord-kansler təyin edir.
Əksər ölkələrdə
hakimlər ömürlük təyin olunur və ya onların vəzifədə olması müəyyən yaş
həddi ilə məhdudlaşdırılır. Məsələn, Böyük Britaniyada hakimlər 72, yuxarı
məhkəmələrin hakimləri isə 75 yaşa çatdıqda, Yaroniyada 65 yaşa çatdıqda
istefa verməlidirlər. Başqa ölkələrdə yaş senzi 65-70 yaşdır. Yalnız bəzi
ölkələrdə hakim müəyyən müddətə təyin edilir (Yaroniyada bu müddət 10
ildir), lakin bu müddət uzadıla bildiyindən hakim ömürlük və ya müəyyən yaşa
çatanadək vəzifədə qalır.
Normal
cəmiyyətlərdə qəbul edilmiş qaydaya əsasən hakim siyasi rartiya üzvü
olmamalı, siyasi fəaliyyətdə, tətildə iştirak etməməli, redaqoji, elmi,
yaradıcılıq işindən başqa heç bir işdə işləməməlidir. Totalitar sosializm
ölkələrində isə, əksinə, qanunla məcburi hesab edilməsə də hakim Kommunist
Partiyasının sıralarında olur. Hakim cinayətə, öz vəzifələrinə səhlənkar
yanaşmaya, hakim adına yaraşmayan hərəkətlərə yol verdiyinə və s. səbəblərə
görə vaxtından əvvəl vəzifədən kənarlaşdırıla bilər. Böyük Britaniyada
hakimi lord-kansler kənarlaşdırır. Bunu həm də parlamentin istənilən
palatası da edə bilər. ABŞ-da da həmçinin parlament hakimi imriçment
qaydasında kənarlaşdıra bilər, lakin belə nümunələr ABŞ-ın bütün tarixi
ərzində çox az olub. İtaliya və Fransada Ali Magistratura Şurası onun
tərkibində olan intizam palatası işə baxdıqdan sonra hakimi vəzifədən
kənarlaşdıra bilər. İsveçdə hakimi ali icra hakimiyyəti orqanı vəzifədən
kənarlaşdıra bilər. Lakin bu halda işə son qərar vermək hüququna malik olan
məhkəmə baxır. Müxtəlif ölkələrdə hakimlərin təyinatı və
kənarlaşdırılmasının fərqli qaydası bir məqsəd daşıyır: həmin ölkənin
konkret şəraitində onun siyasi institutlarının sistemini nəzərə almaqla
məhkəmə hakimiyyətinin müstəqilliyini möhkəmləndirmək. |