top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 08 - Neft (nf)

MAYE QAZ ÖNƏMLİ YANACAQDIR

VAQİF ASLANOV
Geologiya-mineralogiya elmləri namizədi

Mənbə: "Məşvərət", N15, 1999


Azərbaycanda təbii qazın hələlik qıt olduğu indiki dövrdə jaşajış məntəqələrinin maje qazla (propan və butan komponentləri) təmin olunması önəmli məcələdip. Neft-kimya cənajecində maje qaz polietilen, sintetik kauçuk, yuyucu maddələr istehsalında qiymətli xammal kimi istifadə olunur. Bunlarla yanaşı, respublikada maje qaz kənd təsərrüfatının müxtəlif sahələrində, çoxsaylı istixanalarda, sanatoriya-istirahət evlərində, kommersiya-kommunal o6jektlərində, jejinti sənayesində və s. yerlərdə ekoloji yanacaq kimi geniş istifadə oluna bilər.

Elektrik enepjicinin, genişmiqjaclı su buxarının istehsal olunması məqsədilə, Bakıdakı neft emalı zavodlarının yaxınlığında jepləşən istilik-elektrik mərkəzlərində (İEM) maje qaz təbii qazı və mazutu əvəz edə bilər. Bu məqsədlə istifadə olunan maje qaz neftemalı zavodunun çıxışında hava ilə (hərəsi 50 faiz olmaqla) qarışdırılıb, boru kəməri vasitəsilə istehlakçılara çatdırıla bilər.

Maje qazın boru kəmərləri vasitəsilə ötürülmə sistemindən məlum tex-nologijadan düzgün istifadə edilməklə respublikanın mərkəzi bölgələrində (məsələn, Gəncə, Yevlax və s.) istifadə etmək mümkündür. Bu məqsədlə maje qazı vaqon - çənlərlə mərkəzi bölgələrə göndərmək, orada isə jeni inşa olunacaq qurğu vasitəsilə qaz halında bölgənin boru sisteminə püskürmək mümkündür. Bu halda regionun mövcud yerli qaz kəmərlərindən istifadə edilə biləp. Maje qazın boru kəmərləri vasitəsilə qaz halında nəql olunmasının böjük perspektivləri vardır və bu proses əhalini balon qayğılarından azad edə bilər.

Respublikada böyük potensialı olan maje qaz ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə “Azəryanacaq” emal zavodunda maye qaz üzrə gücü ildə 320 min ton olan katalitik krekinq qurğusundan səmərəli istifadənin vaxtı çatmışdır. Lakin həmin ğurğu hazırda 30 faiz gücü ilə işlədilir. Burada həp il cəmi 70 min tona qədər maje qaz tutulur, qalan hissəsi isə tullantıya gedir. Yaxın illərdə burada əlavə olaraq daha 70 min ton maye qaz tutmaq mümkündür. Bunun üçün həmin qurğunun azca yeniləhdirilməsi tələb olunur. Yaxın illərdə beynəlxalq saziş nefti ilə çıxarılacaq səmt (neft) qazının Azərbaycan qaz emalı zavodunda (AzQE3) emalı nəticəsində ilkin mərhələdə ildə daha 50 min ton maye qaz tutula bilər. Bunun üçün investisiyalar əsasında Qaradağ pajony ərazisində jeni qaz emalı zavodunun inşası və ja fiziki-mənəvi cəhətdən köhnəlmiş mövcud qaz emalı zavodunun əsaslı bərpa olunması məqsədəuyğun sayılır. O biri tərəfdən, Sumqayıtdakı EP-300 etilen-propilen qurğusunda pekonstpyksiya olunduqdan sonra müəyyən miqdarda maje qaz istehsal olunur.

Respublikanın zəngin maje qaz ehtiyatları hələlik məhdud miqdarda olan təbii qaz və səmt qazları ehtiyatlarına alternativ köməkdir. Bunun üçün maje qaz kifayət qədər istehsal edilməli və ondan səmərəli istifadə olunmalıdır. Maje qazın istehsalı və məişətdə istifadəsi sahəsində ARDNŞ və “Altındaş” (Türkiyə) firmasının Azərbaycan qaz emalı zavodu bazasında yaratdıqları “Aztürkqaz” birgə müəssisəsinin (BM) müstəsna rolu vardır. “Aztürkqaz” keçən il respublika əhalisinə 15 min tona qədər maye qaz satmışdır, bu il isə 30 min ton qaz satacağı gözlənilir. “Aztürkqaz” BM həmçinin əhalinin maye qazdan istifada etməsi üçün Türkiyədə istehsal olunmuş cihazlar, avadanlıqlar, yığcam balonlar satır və jaxın vaxtlarda respublikada 9 maye qazdoldurma stansiyası inşa etməyi planlaşdırır.

Əhaliyə maye qaz satan ikinci iri müəssisə keçmiş “Maye qaz” İstehsalat Birliyidir (İB). “Maye qaz” İB maye qazı AzQEZ-dən və “Azneftyanacaq” İB-dən alır. “Maye qaz” İB-nin müxtəlif bölgələrdə 8 maye qazdoldurma stansiyası fəaliyyət göstərir. Güman etmək olar ki, “Maye qaz” İB-nin Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi və səhmdar cəmiyyətinə çevrilməsi onun məhsuldarlığını və səmərəliliyini xeyli artıra biləcəkdir. Yaxın vaxlarda bölgələrə külli miqdarda maye qaz çatdırmaq məqsədilə ilk növbədə həmin rayonlarda yeraltı dəmir-beton maye qaz anbarları tikilməlidir. Bu tədbir təhlükəsizlik və etibarlılıq baxımından önəmlidir. Sözügedən ekoloji yanacağı bölgələrdəki istehlakçılara kifayət qədər çatdırmaq üçün təkcə “Maye qaz” İB-də yüzlərlə dəmir yol vaqon çənləri və 400-dən artıq avtomobil çəni vardır. Bütün deyilənlər göstərir ki, maye qazın əhaliyə çatdırılmasının uzaq bölgələr üçün alternativi yoxdur.

Müasir ekstremal şəraiti, geosiyasi durumu nəzərə alaraq, torpaqların işğalına son qoyulduqdan sonra bir milyondan artıq qaçqın və köçkünün gələcək

ehtiyatlarını əsas tutaraq, propan-butan balonlarının mövcud istehsalını artırmaq, xaricdən əlavə qaz balonları və izotermik yeraltı maye qaz anbarlarının yaxın vaxtlarda tikintisi üçün avadanlıqlar alınmalıdır. Maye qazdan məqsədyönlü istifadə etmək və israfçılığın qarşısını almaq üçün propan-butan balonlarına dövlət inventar nömrələri həkk olunmalı və onların dəqiq hesabı aparılmalıdır. Maye qazların zəngin ehtiyatlarından və potensial imkanlarından məişətdə yanacaq kimi səmərəli istifadə etmək məqsədilə respublikanın ayrı-ayrı bölgələrində ( Gəncə, Lənkəran, Abşeron, Naxçıvan, Şəki, Xamçaz, Tovuz, Saatlı, Horadiz, Yevlax ) on məhəlli yeraltı qaz anbarı stansiyası inşa edilməli, onlar perspektivdə kifayət qədər vaqon – avtomobil çənləri ilə və 1,2 milyon ədəd propan-butan balonu ilə təchiz olunmalıdır. Xatırladaq ki, Bakı, Naxçıvan, Əli Bayramlı, Horadiz, Yevlax və Bərdədə altı məhəlli maye qazdoldurma stansiyası fəaliyyət göstərir.

Yaxın gələcəkdə respublikada yanacaq kimi işlədilən propan-butan komponentlərinin miqdarı ildə 140 min tona çatdırıla bilər. Bu isə 4,8 milyon sakini, yəni ölkə əhalisinin 60 faizini maye qaz yanacağı ilə təmin etmək deməkdir. Gələcəkdə maye qazın istehsalını ildə 200 min tona çatdırmaqla respublikanın bütün əhalisini maye qazla təmin etmək olar. Bu əməli tədbirin perspektivdə gerçəkləşməsi üçün elmi tərəqqinin son nailiyyətlərinə söykənən məhəlli izotermik maye qaz anbarlarının tikilməsi sürətləndirilməlidir.

Hələlik isə göstərilən texnoloji prosesin həllini gözləmədən mərkəzləşdirilmiş qaydada mövcud qazdoldurma stansiyalarından ölkənin təbii qaz almayan bölgələrinə, o cümlədən Naxçıvan MR-ə avtoçənlərdə və balonlarda propan-butan komponentlərinin göndərilməsi mütəşəkkil təşkil olunmalı, yerli zavodlarda propan-butan balonlarının və onların ehtiyat hissələrinin istehsalı genişləndirilməlidir. Bu sahədə inkişaf etmiş kapitalist dövlətlərinin, o cümlədən Yaponiya, Almaniya və Türkiyənin təcrübəsi Azərbaycan üçün örnək ola bilər. Özünün mavi yanacaq ehtiyatları olmayan həmin ölkələr qazları (LPG) xaricdən tankerlərlə daşıyıb gətirirlər.

Maye qazlardan geniş istifadə olunması Azərbaycana nə verəcəkdir? Əvvəla, sözügedən ekoloji yanacaqdan səmərəli və məqsədyönlü istifadə olunması məişətdə işlədilən təbii qaza tələbatı xeyli azaldacaq, istilik-elektrik mərkəzlərinin təbii qaza ehtiyaclarının ödənilməsinə imkan yaradacaq, ikincisi isə, qənaət edilmiş 1 milyard kubmetr təbii qazın iri sənaye şəhərlərinin istifadəsinə verilməsi mümkün olacaqdır. Bunun üçün respublikanın nadir maye qaz ehtiyatları işə salınmalıdır. Belə olarsa həm valyutaya qənaət olunar, həm də əhalinin yanacağa olan tələbatı ödənilər.

Göstərilən tədbirlərin həyata keçirilməsində Naxçıvan MR-in yanacaqla təmin olunması nəzərə alınmalıdır. Artıq on ildir ki, blokada şəraitində yaşayan muxtar respublikaya Bakıdan təbii qaz verilmir. Əvvəllər bu bölgəyə hər il 400 milyon kubmetr təbii qaz və müxtəlif növ yanacaqlar göndərilirdi. İran ərazisindən çəkiləcək təbii qaz kəmərinin inşası isə hələlik gerçəkləşməyib. Xatırladaq ki, 300 min nəfər əhalisi olan Naxçıvan MR-nin maye qaza olan aylıq tələbatı 1400 ton, yəni sutkada 47 tondur. Bu isə öz növbəsində ayda 70 min ədəd maye qazla doldurulmuş, tutumu 20 kq olan qaz balonu deməkdir. Hazırda hər birinin tutumu 3,2 ton olan 6-7 ədəd avtomobil-çənlərdə İran ərazisi vasitəsilə ayda iki dəfə cəmi 40 ton maye qaz Bakıdan Naxçıvana çatdırılır, yəni gündəlik maye qaza tələbatın cəmi 3 faizi təmin edilir. Lakin muxtar respublikaya hər il 17 min ton maye qaz göndərmək üçün Bakıda kifayət qədər ehtiyatlar mövcuddur. İşin məqsədyönlü təşkil olunması tələb olunur. Hazırda Bakıdakı “Bakı fəhləsi” zavodunda “KRAZ” tipli yük avtomobillərinin bazasında 10 tonluq çənlər quraşdırılır. Deməli, muxtar respublikaya maye qaz yanacağını daşımaq məqsədilə 70 ədəd avtomobil çənləri ayrılarsa, hər ay oraya iki reyslə 1400 ton maye qaz göndərmək mümkündür. Fikrimizcə, həyati əhəmiyyət kəsb edən bu əməliyyatın nəqliyyat vasitələrini “Bakı fəhləsi” zavodu müvəqqəti olaraq icarədar kimi, habelə imkanlı təşkilatlar və sponsorlar öz üzərinə götürə bilər. muxtar respublikaya maye qaz ehtiyatlarının göndərilməsini isə ARDNŞ-in təmin etməsi məqsədəuyğundur. Bu məqsədlə, istifadə olunacaq xüsusi təyinatlı avtomobillərin özlərinin uzun yolda hərəkət vaxtı sərf edəcəkləri yanacağın əsas hissəsinin sərfi çənlərin yuxarı hissəsində toplanan maye qaz buxarlarının hesabına ola bilər.

Maye qaz doldurulmuş balonlar istifadə olunarkən təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. 50 litrlik qaz balonlarının partlayış gücü “Qrad” tipli mərminin partlayış gücü ilə müqayisə edilə bilər. Ona görə də, qaz balonlarından istifadənin genişləndirilməsilə əlaqədər olaraq, onların təhlükəsiz istifadəsi üçün tədbirlər görülməlidir. Bakı, Qazax və digər yerlərdəki partlayışlar bu səhədə görülən tədbirlərin hələ lazımi səviyyədə olmamasını, balonların metalının, onların qaynaqlarının, habelə balonlara doldurulmuş yanacağın aşağı keyfiyyətli olmasını göstərir. Yerli və xarici qaz balonlarının beynəlxalq standartlara cavab verməsi üçün onlar vahid mərkəzdə yoxlanılmalı və keyfiyyətinənəzarət edilməlidir.

Maye qazın yüksək istilikvermə qabiliyyəti vardır. Təbii qazın istilikvermə qabiliyyəti 9 min kilokalori olduğu halda, texniki propan – butanınkı 28 min kilokaloridir. Deməli, propan – butan komponentinin istilikvermə qabiliyyəti təbii qazdan 3 dəfə artıqdır. Ona görə də bir – iki mərtəbəli binalardan ibarət olan yaşayan məntəqələrində maye qazın yanacaq kimi istifadəsi yüksək səmərə verir. O biri tərəfdən, maye qazın tətbiqi təbii qazla müqayiəsədə metal sərfinə görə 3, kapital qoyuluşuna görə isə 2,5 dəfə sərfəlidir.

Maraqlıdır ki, yaxın xaricə göndərilən maye qazın hər tonu 575 min manata, ölkənin içərisində isə 750 min manata satılır. 20 kiloqramlıq maye qaz balonu (tarasız) daxilə15 minə, xaricə isə 11,5 min manata satılır. Beləliklə, ixrac olunan maye qazın qiyməti daxili qiymətindən 1,3 dəfə ucuzdur. İstehsalçılar istehlakçıya maye qazı 468 min manata satırlar. Bu isə o deməkdir ki, 20 kiloqramlıq maye qaz balonunun qiyməti 9,4 min manata düşür. Fikrimizcə, təbii qazın ölkə daxilində istehlak kateqoriyalarından asılı olaraq (əhali, kommunal-məişət obyektləri, sənaye və energetika) müxtəlif qiymətləri olduğu kimi maye qaz da istehsal müəssisələrinə əhali ilə müqayisədə baha qiymətə satılmalıdır. Məhdud miqdarda ixrac oluna biləcək maye qazın qiyməti isə bahalaşdırılmalıdır. Daxildə maye qazın istifadəsini həvəsləndirmək məqsədilə Dünya Bankının tələblərinə uyğun olaraq, əhaliyə ucuz satılan təbii qazın qiymətini artırmaq lazımdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft