top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

SÖHBƏT PROBLEMİNDƏN PARLAMENTƏ BAXANDA

NİYAZİ MEHDİ
fəlsəfə elmləri doktoru,
Əli bəy Hüseynzadə adına Dövlət İncəsənət Universitetinin professoru

Mənbə: "Məşvərət", N1-2, 1997


Parlament sözünün, mənasına görə "danışmaq'' olduğunu hamı bilir. Azərbaycanda bir çox müsəlman Şərq ölkələrinin siyasi ənənəsinə uyğun olaraq parlamentə verilmiş "Məclis" adının mənasını da hamı bilir. Ancaq bu iki sözün mənasına qulaq tutub heç də hamının bilmədiyi incəlikləri eşitmək olar. Bu iki kəlmədən biri danışıb fikir səyləməyin parlamentdə əsas olduğunu, o birisi isə fikrin özün üçün yox, başqaları üçün Məclisdə söyləməyin əsas olduğunu bildirir.

Beləliklə, parlamentdə (Milli Məclisdə) söhbətləşmək, fikir mübadiləsi etmək situasiyasına çıxmış oluruq.

Dünya mədəniyyətində söhbətin yeri çox önəmli, payı çox böyükdür. Elə bu önəmə və paya görədir ki, söhbətləşmə bir növdə qala bilməyib, zaman keçdikcə şaxələnərək növlərə bölünüb.

Bu növlərdən bir neçəsini sadalayaq. Söhbət var ki, tərəflər arasında xəbərləşmədən, soraqlaşmadan alınır. Tərəflər demək olar ki, mübahisəsiz bir-birinə məlumat verirlər.

Söhbət var ki, qarşısına məqsəd kimi həqiqət axtarışlarını qoyur. Buna yığışıb məşvərət etmək də deyirlər. Bir çox başqa Dünya bölgələrində olduğu kimi islam dünyasının siyasi tarixində də söhbətin bu növü çox ənəmli olmuş və "məşvərət'', "müşavirə" adını almışdır. Bu məşvərətlərin, müşavirələrin düsturunu belə vermək olar: "gəlin yığışıb məsləhətləşək, görək necə baxsaq, necə etsək doğru olar ".

Qədim yunan fəlsəfəsində yaranmış "dialektika" termini də ("dia" iki "lekton” söz, danışıq) iki tərəfin danışığı ilə həqiqəti axtarmağı bildirib.Azərbaycan ənənəsində söhbətin deyişmə növü də var, incəsənətimizdə, xüsusilə, aşıq sənətində və meyxanalarda geniş istifadə olunur. Deyişmə artıq, söhbəti məşvərətin sakit, barışqan ruhundan çıxarır, söhbəti qələbə çalmaq, rəqibi üstələmək istiqamətinə yənəldir. Həm də bu qələbə təkcə onunla əldə olunmur ki, rəqib sənin fikrinin qabağına fikir qoya bilmir və susur. Deyişmədə tamaşaçı tərəf də var. Deyişməyə tamaşaçılar alqış, gülüş, replika formalarında reaksiya verirlər. Ona görə də deyişmədən kimin qalib çıxmasında sözlərinə, bacarığına görə tamaşaçıların hansı tərəfi dəstəkləməsi az rol oynamır. Bu səbəbdən deyişmədə iştirak edənin məharəti ondadır ki, eyni vaxtda rəqiblə məşğul ola-ola tamaşaçıları da unutmasın. Vaxtlı-vaxtında tamaşaçıdan rəğbət "xalları” toplamaq üçün ona da "işləsin”.

Əsl parlamentlər, Milli Məclislər cəmiyyətdəki söhbət mədəniyyətinin zirvəsinə çevrilir. Zirvəsinə çevrildiyi üçün də cəmiyyətdəki söhbətlərin bütün növlərini özünə toplayır. həm də nəinki toplayır. Parlamentdə sərhədlərlə ayrılmış söhbət növlərdən hətta cürbəcür "buketlər" də düzəldilir. Nəticədə bir də görürsən, məlumat mübadiləsindən başlayan söhbət müşavirəyə, məşvərətə, daha sonra qələbə uğrunda mübahisəyə (deyişməyə) çevrilir. Ortaya mübahisə düşəndə isə tamaşaçıya işləmək problemi də yaranır. Milli Məclisdən TV ilə translyasiya gedirsə əhali tamaşaçı olur. Tamaşaçılar üçüncü tərəfin deputatları, qalereyadan baxan jurnalistlər də ola bilər.

Milli Məclis cəmiyyətdəki söhbət mədəniyyətinin zirvəsi olanda cəmiyyətin informasiya, hüquqi, siyasi, iqtisadi, əxlaqi və s. fikir nailiyyətlərinin də konsentrasiya olduqu, cəmləşdiyi MƏRKƏZƏ, ZİRVƏYƏ çevrilir. Ona görə də bizim "Parlament fəlsəfəsi" adlanan rubrikamız, guşəmiz parlamentə fəlsəfəni gəlişigözəl söz kimi artırmır. Guşəmizin məqsədi Azərbaycanda parlament mədəniyyətinin inkişafına, Milli Məclisin cəmiyyətdəki müzakirə və mübahisələrin zirvəsinə çevrilməsinə fəlsəfədən nə yardım ola bilərsə onları millət vəkillərinə daşımaqdır.

Bu guşədə biz bu mövzulara müraciət etməyi nəzərdə tuturuq: "Popper rasionalizm haqqında və buidan Milpi Məclis diskussiyaları üçüi mümkün nəticələr", "Parlament çıxıpşarına estetik hazırlıq", "Problemlərə düzgün advermənin rolu" və s.

Növbəti səhifədə nəzərdə tutulan məvzulardan birincisi.  

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft