top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

XARİCİ PARLAMENTLƏRDƏ MAAŞ
Orada faydalı iş üçün nə cür şərait yaradılır?

Xariçi mətbuat səhifələrindən

Mənbə: "Məşvərət", N5-7, 1997


AMERİKA

Amerika parlamenti - Konqresi iki palatadan: Senatdan və Nümayəndələr Palatasından ibarətdir. Senatorlarla Nümayəndələr Palatası üzvlərinin maaşları eynidir və 1993-cü ildən ildə 133.600 dollara bərabərdir.

Senatın və Nümayəndələr Palatasının aparatlarında çalışanların illik maaşları isə aşağıdakı cədvəldə göstərilir (min dollarla):

Vəzifə

Senat

Palata

İnzibati köməkçi

101.835

81.166

Qanunvericilik üzrə direktor

80.133

51.326

Kolumbiya diskriti / ştat üzrə direktor

65.392

52.290

Mətbuat katibi

55.602

39.840

Ofisin meneceri

51.143

37.606

Qanunvericilik üzrə köməkçi

43.496

31.476

Layihələr üzrə əlaqələndirici direktor

40.325

31.979

Vaşinqton üzrə işçi

33.116

38.468

Katibə

20.843

21.618

Ümumiyyətlə, hər nümayəndənin aparatında 22 nəfər işçidən artıq olmamalıdır və bu aparatın ümumi illik büdcəsi təxminən 570 min dollar təşkil edir. Onu da qeyd etmək lazımdır ki, işçilərdən bəziləri bir neçə nümayəndəyə xidmət göstərirlər (məsələn, kompüter mütəxəssisləri), bəziləri isə intern-təcrübədə olduqlarına görə maaş almırlar.

Konqresmenlərin büdcəsində poçt, yol, telefon-teleqraf, mebel və ofisləri kirayə (paytaxtda və öz ştatında) xərcləri də nəzərdə tutulur.

Yol xərcləri xüsusi dusturla hesablanır: 64 x A x V; burada A - bir mil (təxminən 1,6 km) yolun orta gediş xərci, V - paytaxtdan nümayəndənin təmsil etdiyi ştatın ən ucqar nöqtəsinə qədər məsafədir. 1995-ci ildə minimum yol xərci bir nəfər nümayəndə üçün 6.200 dollar həcmində müəyyənləşdirilmişdir. Telefon rabitəsinin minimum həcmi isə həmin ildə 6.000 dollar olmuşdur. Maksimum xərclər isə məsafə və tarifdən asılı olaraq həmin düsturla hesablanır.

Senatorların büdcəsi nümayəndələrinki ilə müqayisədə daha böyükdür. 1995-ci ildə senatorların aparatının büdcəsi 1.660 mindən 1.935 minədək olmuşdur (müvafiq ştatın əhalisinin sayından asılı olaraq). Bundan başqa, senatorların aparat işçilərinə say məhdudiyyəti qoyulmur.

Ümumiyyətlə, Amerika Konqresində 100 nəfər senatordan və Nümayəndələr Palatasının 435 üzvündən başqa, müxtəlif vəzifələrdə 25 mindən artıq adam çalışır. 1993-cü il üzrə Konqresin ştat cədvəlində əsas qurum bölmələri üzrə işçilərin sayı aşağıdakı kimi olmuşdur:

Palata

Senat

Komitələrin işçiləri

2.147

994

Aparat

7.400

4.138

Rəhbərliyin aparatı

137

100

İşçilər

1.194

1.165

 

FRANSA

Milli Məclis üzvlərinin aylıq maaşı 32.080 frank 92 santimə bərabərdir (təxminən 5.434 Amerika dolları). Bundan başqa, deputatlar hər ay 8.260 frank 19 santim (1.399 Amerika dolları) "deputat əlavəsi" və mənzil ödəməsi olaraq əlavə 962 frank 43 santim (163 Amerika dolları) alırlar. Beləliklə, deputatların aylıq gəlirinin cəmi 41.304 frank 54 santimə bərabərdir.

Təxminən bu miqdarda (40.971 frank) məbləğ hər deputatın sərəncamına köməkçilərinə maaş üçün verilir. Köməkçilərin sayı isə beş nəfərdən artıq olmur, adətən üç nəfər olur: parlament attaşesi, seçki dairəsi üzrə attaşe və katib. Köməkçilər üçün ayrılan məbləğə qənaət edildikdə, artıq vəsait Milli Məclisin büdcəsinə və ya deputatın şəxsi siyasi qrupuna verilir.

Bunlardan əlavə, hər depuqat üçün aylıq 34.584 frank "makinaçılar müavinəti" ayrılır. Bu məbləğdən makinaçı xidmətinin ödənişi ilə yanaşı, deputat fəaliyyəti ilə əlaqədar başqa xərcləri də ödəmək üçün istifadə etmək mümkündür. Misal üçün faks, taksn, dəllək xərclərini ödəmək və hətta kostyum almaq da mümkündür. Qadın deputatlar üçün isə xüsusi sifarişlə kostyum tikdirib bu məbləğdən onun qiymətini də ödəmək olar.

Beləliklə, bir deputat Fransa vergiödəyənləri üçün ildə təxminən 1,4 mln. franka başa gəlir.

Lakin bununla da iş bitmir. Fransa deputatları çox böyük güzəştlərə malikdir. Belə ki:

  • Fransanın bütün dəmiryolu xətlərindən birinci dərəcəli vaqondan pulsuz istifadə üçün deputata xüsusi bilet verilir;

  • həftədə bir dəfə deputat öz dairəsinə pulsuz getmək üçün təyyarədən istifadə edə bilər;

  • öz deputat kabinetindən bütün telefon əlaqələri pulsuzdur;

  • hər ay 5 min məktubunun poçtla göndərilməsi pulsuzdur.

Deputatlar maaşdan gəlir vergisi ödəyirlər. Bu, ildə təxminən 60 min frank təşkil edir. Yuxarıda adları çəkilən əlavə gəlirlərdən heç bir vergi ödənmir.

Senatorların gəliri Milli Məclisin deputatlarının gəlirindən çox az fərqlidir.

İSVEÇ

İsveç parlamentinin - Riksdaqın deputatlarının aylıq maaşı 29.500 İsveç kronuna (təxminən 3.920 Amerika dollarına) bərabərdir.

Maraqlıdır ki, deputatların maaşını parlamentdən asılı olmayan xüsusi komitə müəyyənləşdirir.

Adi deputatlardan fərqli olaraq spikerin maaşı ölkənin baş nazirinin maaşına bərabərdir və 75.000 kron təşkil edir.

Spikerin müavinlərinin maaşları adi deputatın maaşından 30%, parlamentdə komitə sədrlərinin maaşları isə 20% artıqdır.

Deputatların bütün xidməti səfərləri ezamiyyət sayılır və tam ödənilir. Xidməti səfərlər haqqında qərarları deputatlar sərbəst olaraq özləri qəbul edir. Bu zaman nəqliyyat növünü seçməkdə də onlar müstəqildir. Xüsusi avtomobildən istifadə etdikdə deputat müvafiq kompensasiya alır.

Deputatların yaşayış mənzili eyni zamanda onların iş yeri - ofisi sayılır. Ofis üçün texniki avadanlıq parlamentin inzibati ofisi tərəfindən ayrılır. Bura telefon, faks, cib telefonu və peycer daxiddir. Parlament yalnız adi telefondan olan danışıqların haqqını ödəyir. Cib telefonu ilə danışıqların haqqını deputat öz cibindən ödəməlidir.

Gözlənilməyən xərclərin ödənilməsi üçün deputat xüsusi müraciət etməlidir.

Hər il dövlət büdcəsindən deputatların fəaliyyəti üçün parlamentə 213 mln. kron ayrılır. Bu məbləğ partiyalar arasında bəlüşdürülür (onların son iki seçkidə parlamentdə qazandıqları yerlərin sayından asılı olaraq). Bundan başqa, parlament partiyaları əlavə "ofis yardımları" alırlar. Bu yardımlar əsas və əlavə hissələrdən ibarət olur. Əsas hissənin həcmi sabitdir və parlamentdə 4% yer qazanan hər partiya 4,93 mln. kron alır. Əlavə hissə hər iqtidar partiyasından olan deputat üçün 13.850 kron, müxalifət deputatı üçün isə 20.650 kron təşkil edir.

Bunlardan başqa, Riksdaqdakı partiya qrupları əlavə katiblik qrantları alır (katiblər xidmətlərinin xərcləri, nəqliyyat üçün). Müxalifət partiyaları burada da iqtidar partiyalarından çox alır. Birincilər üçün 2,32 mln. kron, ikincilər üçün isə 930 min kron ayrılır. Bunlardan başqa, hər deputat ayrıca 28 min kron təşkil edən deputat qrantı alır. O qrantlardan deputat yalnız köməkçi saxlamaq üçün istifadə edə bilər. Bu zaman hər iki deputata bir köməkçi düşür.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft