top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

PARLAMENT ÜÇÜN ÇOXLUĞUN METAFİZİKASI
Demokratiyanın Kopernik inqilabı haqqında

Niyazi Mehdi

Mənbə: "Məşvərət", N8-9, 1997


İnsanlar fikirlərinə görə bir-birindən az və ya çox dərəcədə ayrılırlar. Bu həmişə olub. Ancaq demokratiyanın plüralizm prinsipi hər hansı fikir ayrılığının "yaşamaq" haqqını qorumur. Sovet mədəniyyətində tənqid və özünütənqiddən çox danışılırdı. Bu, fikir fərqlərinə haqq qazandırırdı. Ancaq heç kim sovet cəmiyyətini plüralistik toplum adlandırmırdı. Səbəb o idi kit həmin rejimin fikir məsələsində demokratiyadan bir prinsipial fərqi vardı. Demokratiya, sadəcə, fikir fərqlərinin yox, bir-birindən uzaqda duran ən yad ideologiyalardan doğan fikir fərqlərinin yaşamaq hüququnu müdafiə edir. Bu səbəbdəndir ki, demokratak cəmiyyətlərdə demokratiyanın əsl düşməni olan kommunist ideologiyasının da qəzet-kitabları çıxır, deputatları parlametə seçilə bilir.

Demokratiya plüralizmə cəmiyyətdə düşüncə, ideya yaradıcılığının çox güclü qaynağı kimi baxır. Plüralizmin xeyrinə deyilən bu arqumenti Azərbaycan cəmiyyəti yaxşı bilir, onun üçün də yazımızda məqsəd həmin tezisi təkrar etmək deyil.

"Plüralizm" latınca çoxluq deməkdir. Anadolu türkləri "plüralizm"i elə beləcə də dillərinə çevirib "çoxculluq" deyirlər. Parlamentdə çoxculluq, plüralizm yalnız bir-birinə ağıllı fikir demək "gözəlliyi" deyil. Plüralizm çoxlu konfliktlər, intriqalar, pərtliklər törədir. Nəticədə prinsip qatında plüralizm nə qədər bəyənilsə də işdə onu arzulamaq, sevmək asan deyil. Plüralizmi, çoxluğu biz çox vaxt dağılma, deqradasiya faktı sayırıq, ona görə də birlikdən danışmağı sevirik. Hansı tarixi köklərdən gəlir bizim bu baxış? Parlament mədəniyyəti üçün bu sual önəmli olduqu üçün onu düşünək.

 KOPERNİK İNQİLABI

Ərəbcənin "inqilab"ı, latıncanın "revolyusyo"u "devrim"deməkdir. Kopernik də astronomiyada devrim etmişdi. Ondan qabaq demişdilər ki, Yer yerində qalır, Günəş onun başına fırlanır. Kopernik isə fırlananla fırlanmayanın yerlərini devirib dəyişdi. Günəş yerində qalan, Yer onun başına fırlanan oldu. Kopernik yezuitlərin gözündə düz olanları tərsinə çevirdi (devirdi). Sonrakı elm isə bildirdi ki, əslində, tərsinə çevirənlər yezuitlərin özü idi. Kopernik devrimi tərs salınmışları yerinə qaytardı.

O vaxtdan "Kopernik devrimi" metafora kimi elmdə bütün prinsipial dəyişmələri bildirir. Beləcə, Kantın da fəlsəfəsi metafizik düşünüşddə Kopernik devrimi, inqilabı sayılır.

Çağdaş dünyada demokratiya haqqında çox yazıblar, yazırlar. Ancaq demokratiyanı anlamaq üçün bir addım da atıb onu siyasətdə, mədəniyyətdə, siyasətşünaslıqda Kopernik devrimi adlandırmaq gərək. İndi baxaq görək, demokratiya insanların alışqanlığında düzülmüş nələrin yerini dəyişdi ki, Kopernik devrimi oldu.

Platondan başlayaraq Plotində, Orta çağ neoplatonik fəlsəfəsində, müsəlman mədəniyyətinin İbn Sina, Əl-Farabi, Bəhmənyar, Nəsirəddin Tusi kimi filosoflarında bir filosofem (dəyişməz fəlsəfi motiv) vardı: Allah Bir Olandırsa ondan çıxan, emanasiya edən, nurlanan dünya aşağı açıldıqca budaqlanır, xırdalıqlara paylaşır, bir sözlə, çoxcullaşır. Tanrı konusun zirvəsi kimidir, dünya isə aşağıya doğru pillələrin genişlənməsidir (genişlənmə isə çoxluğun artmasıdır).

Bu fəlsəfi "tikilidə"də Tanrının simvolu Bir, dünyanın bildiricisi isə Çoxluq idi. Konstruksiyanın əxlaqi, psixoloji açımları çoxluğa müxtəlif mənfi dəyərlər verirdi. Çoxalma Bir-dən uzaqdüşmədir, korlanmadır, didişmədir, pisləşmədir. Ona görə də neoplatoniklər, sufilər Allaha qayıdışı çoxluqdan qurtuluş kimi görürdülər. "Allahı sevmək Birə, Vəhdətə qovuşmadır" - deyirdilər.

Çoxluğa fikri dağılmış sufilərin aqibətini Cəlaləddin Rumi belə açırdı:

Uzun (yəni çox) saqqal sufilərə xoşdur, amma sufi saqqalına qulluq edənəcən Arif Allaha qovuşur.

Əslində Təkdən çoxluğa keçidin bəla olması fəlsəfədənqıraq düşünüşdə də vardı. Əski toplumlardan bəri birin çoxa bölünməsi bəla sanılırdı. Şekspirin Kral Liri, Balzakın Qorio atası varlarını bölməklə bəlaya düçar olmuşdular. Amma bütün bunlar bir qırağa, bütün Azərbaycan toplumu yumruq kimi birləşmək arzusunda əski inanışların, Platon, Plotin, Fərabi sübutlarının çərçivəsində qalırlar. Demokratiya məhz bu möhtəşəm birlik, anti-çoxluq qurğusunu, tikilisini devrimə düçar etdi, devirdi.

ÇOXCULLUĞA TAYBATAY AÇIQ MƏDƏNİY YƏTLƏRDƏ DÖVLƏTİN ÇƏTİN DURUMU

Totalitar və avtoritar toplumların siyasi pafosunu belə formulə etmək olar: azaltmaqla (daraltmaqla) şiddətləndirmək. Beləcə su axarını boğanda fışqırtı yaranır.

Demokratiya pafosunun düsturu: çox şey gətirmək üçün çox şeydə gəlmək lazımdır. Məhz buna görədir ki, demokratiya çoxluqdan çəkinməməyə, qorxmamağa məhkumdur. Məhz buna görədir ki, demokratiya hətta hakimiyyət - toplum qatlarını bir zirvəli konus formasından çıxarır.

Totalitar sistemlər toplumda "Allah - dünya" və ya "Baş -bədən" rejimini yaratmaq istəyirlər. Bu zaman toplumun zirvəsi bir nöqqə (prezident, kral və s.) olur. Toplumda yerdə qalanlar isə bu zirvə nöqtəsindən aşağı düşdükcə genişlənən və dəyəri azalan dairələr olur.

Demokratiya hakimiyyətdə "zirvə nöqtəsi" simvoluna güclü zərbə vurur. Konus strukturunu dağıdır. Toplumun yuxarı başı bir zirvə nöqtəsinə çatıb dayanmır. Zirvədə hakimiyyət bölgüsü getdiyi üçün üç dairə: bir tərəfdə prezident yönətimi, o bir tərəfdə parlament, üçüncü tərəfdə isə Anayasa məhkəməsi qərar tutur.

Bu vəziyyətə görədir ki, demokratiya çətin rejimdir. Bu çətinliyə görədir ki, demokratiya şəraitində konfliktləri zorakı olmayan yollarla çözmək, ağızları yummadan qələbə çalmaq texnikasını yüksək səviyyədə mənimsəmək siyasi liderlərin, partiyaların çox ciddi problemi olur. Milli Məçlisin qarpşsında duran vəzifələrdən biri də bu problemin öhdəsindan gəlməkdir. Parlament nümunəsi cəmiyyəti bir də bu baxımdan inkişaf etdirə bilər.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft