top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

BÖYÜK BRİTANİYA PARLAMENTİ ÜZVLƏRİNİN İCTİMAİ HƏYATDA DAVRANIŞ STANDARTLARI

LALƏ NƏCƏFOVA

Mənbə: "Məşvərət", N8-9, 1997


Bəzi siyasi xadimlərin ictimai həyatda davranışının qeyri-etik olması haqqında məlumatlar Böyük Britaniya parlamentinə daxil oldutdan sonra burada İctimai Həyatda Davranış Standartları Komitəsi yaranmışdır. Komitənin birinci hesabatı 1995-ci ilin yayında ictimaiyyətə təqdim olunmuşdur. Həmin hesabatın əsasında Nümayəndələr Palatası aşağıdakıları həyata keçirdi.

Qərara alındı ki, parlament üzvləri hər hansı məsələni qaldırmağa, yaxud onunla bağlı fəaliyyət göstərməyə görə ödəniş ala bilməzlər;

• Parlament üzvlərinin iqtisadi maraqlarını qeydiyyatdan keçirmək, parlament üzvlərinə ictimai davranışlarına dair məsləhətlər vermək və münasib şikayətləri araşdırmaq üçün parlamentin bir üzvü komissiyanın sədri təyin olundu;

• Standartlar və imtiyazlar komitəsi yaradıldı;

• Parlament üzvləri üçün yeni Davranış kodeksi yaradıldı.

Həmin kodeksi nəzərinizə çatdırırıq (kiçik ixtisarlarla).

PARLAMENT ÜZVLƏRİNİN DAVRANIŞ KODEKSİ

Kodeksin məqsədi

Davranış kodeksinin məqsədi palatada, seçiçiləri və ümumiyyətlə, ictimaiyyət qarşısında vəzifələrini icra etməkdə parlament üzvlərinə kəmək etməkdir.

Şəxsi davranış

Parlament üzvləri İctimai Davranış Standartları Komitəsinin müəyyənləşdirdiyi və bütün rəsmi şəxslərə aid olan ümumi davranış prinsiplərinə riayət etməlidir.

Fədakarlıq

Rəsmi şəxslər hər hansı qərarı yalnız ictimai maraq mövqeyindən qəbul etməlidir. Onlar bunu özləri, ailələri, dostları üçün hər hansı maliyyə və yaxud digər maddi maraq güdərək edə bilməzlər.

Təmizlik

Rəsmi şəxslər özlərini kənar şəxslərdən, təşkilatlardan onların rəsmi vəzifələrini icra etmələrinə mane ola biləcək heç bir maliyyə və ya digər asılılığa salmamalıdır.

Obyektivlik

Vəzifə xidmətlərini yerinə yetirərkən, o cümlədən görüşlərini təyin edərkən, yaxud ayrı-ayrı şəxslərin namizədliyini mükafatın, ya imtiyazların verilməsi üçün irəli sürərkən rəsmi şəxslər öz seçimlərini yalnız həmin namizədlərin məziyyətlərinə əsasən etməlidir.

Hesabdarlıq

Rəsmi şəxslər qəbul etdikləri qərarlara və atdıqları addımlarına görə ictimaiyyət qarşısında hesabat verməli və lazım olarsa, fəaliyyətlərini yoxlamaq üçün özlərini təqdim etməlidir.

Aşkarlıq

Rəsmi şəxslər qəbul etdikləri qərarlarda və atdıqları addımlarda mümkün qədər aşkarlığı gözləməlidir. Onlar qərarlarını izah etməli və məlumatın verilməsini yalnız o halda məhdudlaşdırmalıdırlar ki, bunu ictimai maraq tələb etsin.

Liderlik

Rəsmi şəxslər bütün bu prinsiplərə riayət edərək liderlik və şəxsi nümunə göstərməlidir.

Parlament üzvləri davranışlarını ictimai maraq əsasında qurmalı, şəxsi maraqlarının ictimai maraqla toqquşmasına yol verməməli və belə bir toqtuşma baş verdikdə onu dərhal ictimai maraqların xeyrinə həll etməlidir.

Parlament üzvləri həmişə elə bir tərzdə davranmalıdırlar ki, xalqın parlamentin saflığına olan etibarı, inamı qorunsun və güclənsin. Onlar heç zaman parlamenti, ümumiyyətlə, onun üzvlərini gözdən salan hərəkətə yol verməməlidir.

Parlament üzvünün parlamentə, ya parlamentin hər hansı komitəsinə hər hansı bir qanun layihəsini, ya təklifi verməsinə, ya əksinə, verməməsinə təsir göstərmək üçün təklif olunan rüşvətin (o cümlədən hər hansı ödəniş, kompensasiya, ya mükafatın) onun tərəfindən qəbul edilməsi yolverilməzdir.

Parlament üzvləri iqqisadi maraqlarını parlamentdə tam şəkildə qeydiyyatdan keçirməli, parlamentdə və ya hər hansı bir komitədə müvafiq müzakirələrdə və yaxud nazirlər, dövlət qurumları və ya icra orqanları ilə onların mənafeyinə toxunan danışıqlarda diqqəti həmişə öz şəxsi iqtisadi maraqlarının mövcudluğuna tərəf yönəltməlidir.

Parlament üzvü maliyyə münasibətlərində olduğu təşkilatla, ya həmin təşkilatın adından fəaliyyət göstərən şəxslərlə münasibətlərində (o cümlədən ictimaiyyətə bildirilməyən qeyri-formal görüş və tədbirlərdə), nazirlər, parlament üzvləri və rəsmi şəxslərlə ünsiyyətlərində açıq və səmimi olmalıdır.

Parlament üzvü parlamentdə gedən heç bir müzakirədə muzdlu vəkil kimi iştirak edə bilməz.

Parlament üzvləri yadlarında saxlamalıdır ki, vəzifə xidmətlərini yerinə yetirərkən məxfi surətdə aldıqları informasiya yalnız həmin xidmətlərlə bağlı istifadə oluna bilər və heç zaman maddi gəlir əldə etmək üçün istifadə oluna bilməz.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft