|
AZ QALA TARİX QƏDƏR YAŞI VAR
...
QULAMHÜSEYN ƏLİYEV
AR millət vəkili, hüquqi elmlər namizədi
Mənbə:
"Məşvərət", N1-2, 1997
Konstitusyon
hüquqi institut kimi parlament bir neçə əsrlik tarixə malikdir. Parlament
anlayışı feodalizm dövründə meydana çıxsa da bu anlayış XIP-XIV əsrlərdə
İngiltərədə işlədilməyə başlanmışdır. Əvvəlcə gralın yanında iri feodalların
məhdud müşavirəsi belə adlanırdı. Lagin tədricən bu müşavirəyə şəhər
silklərinin daxil edilməsi və onun səlahiyyətlərinin genişləndirilməsi
nəticəsində parlament müntəzəm yığılaraq dövlət işləri ilə məşğul olan
nümayəndəli quruma çevrildi.
Parlamentarizmin
kökləri antik və daha qədim dövrlərə gedib çıxır. Parlamentarizmin ilk
tarixi formalarına rüşeym halında ibtidai icma quruluşu dövründə rast gəlmək
olar. Bu dövr xüsusi icraedici təsisatların olmaması ilə səciyyələnir;
qəbilə və tayfalar "ibtidai (qəbilə) lemokratiyası” prinsipləri ilə
idarə olunurdu. Qəbilənin (tayfanın) ümumi işlərinin idarə olunması bütün
yaşlı üzvlərin iştirak etdiyi ümumi yığıncaqlar vasitəsilə həyata
keçirilirdi. Qəbilə və tayfaların yaşlı üzvlərinin yığıncaqları ilk "'hakimiyyət”
orqanları, parlamentarizmin rüşeym halındakı ilk tarixi formaları kimi
qiymətləndirilə bilər.
Əgər əvvəllər
ümumi yığıncaqlar birgə əmək fəaliyyəti və onun nəticələrinin bərabər
bəlüşdürülməsi məsələlərini həll edirdisə, daha sonrakı dövrlərdə yeni
funksiyalar yaranır: bütün qəbilə (tayfa) üzvlərinin riayət etməli olduğu
davranış qaydalarının müəyyən olunması (ibtidai normayaradıcılıq), ailə və
icma torpaqlarının yenidən bölüşdürülməsi, qonşu tayfaların hücumlarından
qorunma, cəza verilməsi və s.
Tarixi
məlumatlara görə, müxtəlif xalqlarda ümumi qəbilə və tayfa yıqancaqlarının
özünəməxsus cəhətləri olub. Belə ki, qədim sakslarda bütün tayfanın senatı
adlandırılan ümumi yığıncaqlar mövcud idi. Bu yığıncaqlara əhalinin hər üç
təbəqəsindən bərabər sayda, yəni 12 nəfər nümayəndə iştirak edirdi.
Saksların müxtəlif sosial təbəqələrinin ümumtayfa yığıncağında bərabər
təmsilçiliyi bir neçə əsr saxlanılmışdır.
Qəbilə
demokratiyasının yüksək inkişaf formalarından biri qədim island tayfaları
arasında mövcud olub. Burada sabit ictimai institut kimi tinqlər
bir neçə icmanın xalq yışncaqları formalaşmışdı. İldə iki dəfə yaz və yay
tinqləri keçirilirdi. Bütün island tayfalarının ümumi yığıncaqları altinq
adlanırdı. Altinq islandlar üçün ali qanunverici və məhkəmə instansiyası
idi. Onun tərkibinə bütün islandların mülki rəhbəri, onun hərəkətlərinin
düzgünlüyünə nəzarət edən aqsaqqallar şurası və tinqlərin bütün üzvləri
daxil idi. Altinqin hər bir iştdrakçısı Qanunpar qaydası deyilən
yerdə çıxış edə, qanunların dəyişdirilməsini tələb edə və məhkəmədə iştirak
edə bilərdi.
İbtidai icma
quruluşunun dağılması və cəmiyyətin dövlət təşkilinə keçid qəbilə
demokratiyası institutlarını tamamilə məhv etmədi. Bu institutların bir
qismi tədricən dövlət təsisatlarıia çevrildi. O cümlədan xalq yığıncaqları
da müəyyən dəyişikliklərlə dövlət hakimiyyəti orqanı kimi formalaşmağa
başladı. Təbii ki, bu zaman onların səlahiyyətləri xeyli məhdudlapmış,
çağırılması və keçirilməsi proseduraları nnsbətə dəqiqləşdirilmişdn. Bəzi
yerlərdə xalq yığıncaqları saxlanılsa da onların rolu formal xarakter
daşıyırdı.
Xalq
yığıncaqlarının qəbilə demokratiyası institutundan dövlət hakimiyyəti
orqanına çevrilməsi antik Afina və Roma demokratiyasının nümunəsində daha
aydın təzahür edir.
Afina dövlətində
xalq
yığıncaqları ali qanunverici və icraedici funksiyalarını həyata keçirirdi.
Xalq yığıncaqlarında Afina qanunları qəbul edilir, başqa dövlətlərə səfirlər
təyin edilir və onların missiyasının məqsədləri müəyyən edilir, xarici
səfirlər qəbul edilir, müharibə elan edilməsi
və sülh bağlanması, ittifaqlara daxilolma məsələləri həll edilir,
hərbi rəhbərlər vəzifəyə təyin edilir və ölkənin müdafiəsi haqqında onların
məruzələri dinlənilir, ordunun təşkili, ölkənin maliyyə vəziyyətinə nəzarət,
vəzifəli şəxslərin və diplomatik nümayəndəliklərin fəaliyyətinə nəzarət və
başqa məsələlər həll edilirdi
Xalq
yığıncaqlarının çağırılması və keçirilməsi ciddi tənzimlənirdi. Əmlak
vəziyyətindən asılı olmayaraq 20 yaşa çatmış tam hüquqlu Afina vətəndaşı bu
yığıncaqlarda iştirak edə bilərdi. Mühüm məsələlərin həll edilməsi üçün xalq
yıqancaqlarında azı altmış min vətəndaşın iştirak etməsi zəruri idi. Xalq
yığıncaqları əvvəllər ildə on dəfə, sonralar isə daha tez-tez keçirilirdi.
Qanunvericilik
təşəbbüsündə bulunmaq istəyən vətəndaş iclas meydanının qarşısındakı daşın
üstünə çıxaraq öz təklifini əsaslandırmalı və onun mahiyyətini izah etməli
idi. Sonra həmin təklifin müzakirəsi başlanırdı.
Antik Roma
respublikasında
vəziyyət bir
qədər başqa idi. Burada xalq yığıncağı saxlanılsa da onun fəaliyyəti əsasən
formal xarakter daşıyırdı. Real hakimiyyət funksiyaları Senatın əlində
cəmləşmişdi. Senat icma quruluşundakı ağsaqqallar şurası zəminində meydana
gəlmiş əsas hakimiyyət orqanı idi. Senatın üzvləri xalq yığıncağında
seçilmiş və senzorlar adlanan xüsusi vəzifəli şəxslər tərəfindən beş
il müddətinə təyin edilirdilər. Onlar xalq yığıncağına tabe hesab edilirdi.
Senzorlar tam
söz azadlığına malik idilər. Onlar hətqa müzakirə edilən məsələdən kənara
çıxdıqda belə sədrlik edən onların sözünü kəsə bilməzdi. Çıxışlar üçün vaxt
məhdudiyyəti yox idi. Lakin belə bir qayda formalaşmışdı ki, senatorların
çıxışları qısa və mənaca aydın olmalıdır. Əks halda senator öz ləyaqətini
itirmşp hesab edilirdi'. Qabaqcadan çıxışa yazılma praktikası yox idi.
Senatorlar siyahıya daxilolma ardıcıllıqı ilə sədrlik edənin dəvəti əsasında
çıxış edirdilər. Bir iclasda iki dəfə çıxış etmək olmazdı. Bəzən fikirləri
üst-üstə düşən senatorlar çıxış etməyi bir nəfərə həvalə edə bilərdilər.
İlk çıxış edən
senatorlardan biri təklifini yazılı şəkildə formalaşdırdıqda onunla razı
olanlar əyləşir, razı olmayanlar isə ayağa qalxırdılar. Bir neçə çıxışdan
sonra sədrlik edən məsələni səsə qoya bilərdi. Məsələ müzakirə olunmadan
səsə qoyulurdusa senatorlar sədrlik edənə müraciət edib söz istəyə
bilərdilər və sədrlik edən onlara mütləq söz verməli idi.
Senatorların
iclasda iştirakı məcburi idi. Üzrsüz səbəblərə görə iştirak etməyən
senatorlar cərimə edilirdilər. Senatın iclasları keçirilərkən zalın qapıları
açıq qoyulurdu ki, vətəndaşlar gedən müzakirələrdən xəbərdar olsunlar. Lakin
onlar zala daxil ola bilməzdilər.
Beləliklə, istər
antik Afinada Beşyüzlər Şurası ilə birlikdə xalq yığıncaqı, istərsə də
Romada Senat müasir parlamentə uyğun funksiyaları həyata keçirirdilər. Bu
baxımdan onları ibtidai parlamentarizmin ilk tarixi formaları hesab etmək
olar.
İlkin feodalizm
dövründə ibtidai parlamentarizm ənənələri xeyli zəifləsə də sonrakı
dövrlərdə müasir parlamentə oxşar qurumlar formalaşmağa başladı. Artıq X
əsrin ortalarından başlayaraq İslandiyada, sonralar Skandinaviyada altinqlər
müntəzəm keçirilirdi. XI əsrdə artıq İspaniyada Katalon korteslərində
qanunvericilik, icraedicilik və məhkəmə hakimiyyəti normaları
müəyyənləşdirilmişdi. XI-XP əsrlərdə Qərbi Avropanın bir sıra şəhərlərində
kommunalar meydana çıxdı. Beləliklə, X1-XP əsrlərdə Avropada müasir
parlamentin ilkin formaları olan nümayəndəli institutlar formalaşmağa
başladı. |