top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

GÜNEY AZƏRBAYCANIN MİLLİ MƏCLİSİ

CƏMİL HƏSƏNLİ
tarix elmləri doktoru, professor

Mənbə: "Məşvərət", N1-2, 1997


Sətqar xanın gücünə, Şeyx Məhəmməd Xiyabaninin milli demokratik ideallarına tapınan Güney Azərbaycan ikinci dünya müharibəsindən sonra daha bir inqilabi-azadlıq dövrünü yaşamışdı. 1941-ci ildən başlayan sarsıntıların sonu 1945-ci ilin dekabrında Azərbaycan Milli Məclisinin və onun təsis etdiyi milli hökumətin yaranması ilə nəticələndi. İlk dəfə tanış olduğumuz arxiv sənədləri bu dövrün çox ciddi siyasi proseslərinə yenidən baxılmağı zəruri etsə də, bu həqiqəti bir daha da təsdiqlədi ki, Sovetlərin iqtisadi və siyasi maraqlara söykənən bütün pərdəarxası oyunlarına baxmayaraq Güney Azərbaycanda milli-demokratik xarakterli azadlıq hərəkatı baş vermişdir. Və bu hərəkat xalqın əksəriyyətinin milli azadlıq mübarizəsində iştirakı ilə müşayiət olunmuşdur.

1945-ci ildə genişlənən azadlıq hərəkatının ciddi məsələlərindən biri Güney Azərbaycanda qanunverici orqanın - Milli Məclisin yaranması idi. Milli Məclisə seçkilər noyabr ayının 21-22-də toplanmış Azərbaycan Xalq Konqresinin qərarı ilə keçirilmişdi. Konqres qanunverici orqana seçkilər keçirib milli hökumət qurmaq üçün 39 nəfərdən ibarət Milli Komitə yaratmışdı. Milli Komitənin sədri M.Ö.Şəbüstərinin imzası nlə Güney Azərbaycanın bütün ərazisində dərhal seçkilər keçirmək barədə qərar verildi.

Azərbaycan Xalq Konqresinin qəbul etdiyi əsasnaməyə görə Azərbaycan Milli Məclisinə keçirilən seçkilər İran məclisinə keçirilən seçkilərdən fərqlənməli vdi. Seçkilərin demokratik keçməsi üçün Azərbaycanın bütün ərazisində seçki dairələrinin və məntəqələrinin sayı artırılmış, böyük şəhərlərə müstəqil seçki dairəsi hüququ verilmiş, səsvermənin müddəti 5 günə qədər azaldılmış, İran tarixində ilk dəfə olaraq qadınlara seçki hüququ verilmişdi. Azərbaycanda yaşayan 20 yaşına çatmış büqün şəxslər seçkilərdə iştirak edə bilər, türk dilində yazıb-oxuya bilən 27 yaşıvdan 80 yaşına qədər bütün şəxslər Milli Məclisə vəkil seçilə bilərdi. Hər bir firqə (partiya), qrup və cəmiyyət seçkilərdə öz namizədlərini verib onun haqqında azad şəkildə təbliğat apara bilərdilər. Azərbaycan Demokrat Firqəsinin cəmiyyətdə formalaşmış hakim mövqeyinə baxmayaraq milli hərəkatın lideri Seyid Cəfər Pişəvəri firqə üzvlərinə bildirirdi: "Milli Parlament bizim vicdanımızdır; biz imkan verməyəcəyik ki, onu ləkələsinlər. Qoy Demokrat Firqəsinin üzvü olmayailar seçilsinlər, bunun elə böyük əhəmiyyəti yoxdur, -fəqət o, düzgün yolla, demokratik əsaslarla seçilsii. Əmin olun ki, sizin yolunuz doğru, məqsədiniz müqəddəsdir. Qoy xalq inansın ki, siz vicdanla ona xidmət edirsiniz, siz həqiqətən xalqın xidmətindəsiniz" (1).

Milli Məclisə seçkilər noyabr ayının 27-də başlandı və 5 gün davam etdi. Seçkilərin keçirilməsi xalqın böyük ruh yüksəkliyinə səbəb oldu. Xalqın inamı seçkilərə coşqun fəallıq və milli xarakter verdi. 1943-cü ildə İran məclisinə keçirilən seçkilərdən fərqli olaraq Azərbaycan Milli Məclisinə seçkilərdə, demək olar ki, bütün şəhərlər, kəndlər iştirak etdi. Hətta siyasi fəallığı zəif olan tacirlər və məmurlar belə seçkilərdə iştirak etməyə can atırdılar. Seçkiərin gedişi Güney Azərbaycan xalqının öz milli hüquqlarına söykənərək demokratiyaya can atdığını təsdiq etdi. Seçkilər nəticəsində Təbriz, Sərab, Marağa, Ərdəbil, Mərənd, Səlmas, Əhər, Xalxal, Xoy, Urmu, Makı və digər yerlərdən Azorbaycan Milli Məclisinə 95 vəkil seçildi. Ən çox səs alan millət vəkilləri S.C.Pişəvəri, M.Biriya, M.Ə.Badəqan, doktor Cavid, Q.İlhami, Z.Qiyami və digərləri vdi. Yalnız Təbriz şəhərində 3172 qadın seçkilərdə iştirak etmişdi ki, bu da şəhər üzrə seçicilərin ümumi sayının 13 faizi demək idi (1). Azərbaycandakı Milli Məclis seçkiləri o zaman bu məsələlərdə son dərəcə marağı olan Sovetlər Birliyi, Böyük Britaniya, ABŞ və digər dövlətlərin siyasi dairələrinin diqqət mərkəzində idi.

12 dekabr 1945-ci ildə Təbrizdə "Dideban" kinoteatrının zalında ən yaşlı millət vəkili, demokratik hərəkatın iştirakçısı və böyük torpaq mülkiyyətçisi Məhəmməd Tağı Rəfii Nizamüddövlə tərəfindən Güney Azərbaycanın Milli Məclisi açıldı. M.Ə.Şəbüstəri məclisin seçdiyi 9 nəfərlik Rəyasət Heyətinin sədri oldu. Axşam iclasında S.C.Pişəvəri milli hökumətin tərkibini məclisə təqdim etdi. Məclis Pişəvəri baş nazir olmaqla milli hökumətin tərkibini təsdiq etdi. Azərbaycan Milli Məclisi və milli hökuməti Londonda xarici işlər nazirlərinin sessiyasına toplanmış ABŞ-ın dövlət katibi Birnsə, Böyük Britaniyanın xarici şplər naziri Bevinə, SSRİ xarici işlər naziri Molotova, Fransanın xarici işlər naziri Bidoya, Çinin xarici işlər naziri Van Şi-Szyana müraciət qəbul etdi (2).

Güney Azərbaycanın Milli Məclisi qısa zaman ərzində dövlət quruculuğu, siyasi, iqqisadi, mədəni sahədə islahatlarla, türk dilinin dövlət dili olması ilə bağlı çox böyük işlər gördü. Bütün bunlar Azər ayının 21-də (dekabr ayının 12-də) başlanan və sonrakı dövrdə "21 Azər hərəkatı" kimi məşhur olan hadisələrin yalnız başlanğıcı idi.


1. Azərb. Resp. SPİHMDA, F-1, siј. 89, iş 101, v.181.

2. Müraciətin mətni haqda bax: Azərb. Resp.SPİHMDA, f.1, siј.89, iş 111, v.74-75.

 

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft