top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

PARLAMENT ÇIXIŞLARINA ESTEQİK HAZIRLIQ

NİYAZİ MEHDİ
fəlsəfə elmləri doktoru,
Əli bəy Hüseynzadə adına Dövlət İncəsənət Unversitetinin professoru

Mənbə: "Məşvərət", N3-4, 1997


Estetik hazırlıq Azərbaycanda, adətən, səliqəli, yaraşıqlı görünməyə hazırlıq kimi başa düşülür. Bu, yanlış olmasa da mənanın çox az hissəsidir.

"Estetik hazırlıq" söz birləşməsinin geniş mənasını bilmək üçün "estetik olan nədir?" sualından başlamaq gərəkdir. Bu sualın başqa variantları da var: nəyinsə estetik biçiminin olması nə deməkdir?

Nəyisə estetikləşdirmək (estetik biçimə salmaq) nə deməkdir? Və buradan bizim yazının mövzusuna aid sualı da çıxarmaq olar: parlament çıxışını estetik biçimə salmaq nə deməkdir?

Dünyada müxtəlif cisimlər, əşyalar, hadisələr cürbəcür mənaları, məzmunu biddirir. Məsələn, Azərbaycan bayrağı göy, qırmızı, yaşıl zolaqları, səkkizguşəli ulduzu ilə müəyyən mədəni, siyasi baxımından Azərbaycan ideyasını bildirir. Bu ideya bayrağımızın mənası olur.

Azərbaycan türkcəsindəki "bildirmək" sözünün dünyanı elmi şəkiddə anlamaq üçün rolu çox böyükdür, ancaq təəssüf ki, çox vaxt biz həmin sözə az fikir veririk. "Bildirmək" estetik hadisələri anlamaqda açar sözdür, ona görə də estetikanın "qapı"sının qıfılına bu açarı salaq.

Bir şey filan məzmunu, filan mənanı elə-belə, birtəhər bildirib göstərə bilər. Elə göstərə bilər ki, bu məna heç bir təsir, maraq, diqqət oyatmaz. Belə şeylərin estetik biçimə, estetik olanlara heç bir dəxli yoxdur. Bu vəziyyətdə estetiklik sıfır dərəcəsində olur.

Ancaq elə də ola bilər ki, hadisə, cisim mənanı, məzmunu öz formasının, ifadəliliyinin sayəsində çox güclü, çox təsirli bildirsin. Belə olanda estetiklik dərəcəsi yuxarı qalxır, hadisə, cisim estetik olur.

Siyasi, dini, idraki, sosial və s. baxımdan müsbət, yaxşı mənaları, məzmunu ifadəli, təsirli, güclü bildirən nə varsa o ya gözəl, ya ülvi olur.

Siyasi, dini, idraki, sosial və s. baxımdan mənfi, pis mənaları, məzmunu ifadəli, təsirli, güclü bildirən nə varsa, o ya eybəçər, ya rəzil olur.

Buradan çıxan gün: bir şeyi, hadisəni gözəllik, ülvilik baxımından estetikləşdirmək istəyirsənsə, onda yaxşı, müsbət mənaları, məzmunu tapıb təsirli, ifadəli formalara salaraq güclü bildirməlisən.

Bir şeyi eybəcər kimi sübut etmək istəyirsənsə, onda mənfi mənaları, məzmunu təsirli, ifadəli formalardan bilinər etməlisən.

Bütün bu yazdıqlarımızdan çıxış edib yuxarıda qoyduğumuz suallara da cavab tapa bilərik. Estetik biçimə salmaq məna və məzmunun ya müsbətliyini, ya mənfiliyini aşkar edib onları təsirli, ifadəli formalardan güclü bildirməkdir.

Parlament çıxışları cəmiyyətdə olan hadisələrlə bağlı, parlamentin özündəki proseslər, rəqiblər və s. ilə bağlı cürbəcür məqsədlər daşıyır. Bir məqsəd siyasi qiymət ola bilər, başqa məqsəd cəmiyyətdəki prosesi idarə etmək, yönəltmək üçün effektiv qanunu anlatmaq ola bilər. Ancaq bu kimi məqsəd daşıyan parlament çıxışlarının bütün istiqamətləri bir məqsədə də cavab verməlidir. Millət vəkili, xüsusilə həlledici anlarda, qoyduğu problemi, irəli sürdüyü təklifi, vurduru həyəcan təbilini təsirli, inandırıçı etmək üçün estetikləşdirməlidir, yəni güclü bildirən, göstərən formaya salmalıdır.

Parlament çıxışında yerinə düşən məsəllər, aforizmlər, güclü deyimlər bu məqsədə xidmət edir. Belə vasitələrlə cəmiyyətin probleminin fəlakət potensialını eybəcərlik biçiminə salmaq olar və bununla ona münasibəti xeyli duyğulu etmək olar. Belə vasitələrlə diskussiyalarda rəqib tərəfin mövqeyini "eybəcərliyin estetikasında" ifşa etmək olar və ya öz təkliflərini, ideyalarını gözəlliyin, ülviliyin təsirinə salmaq olar.

Dediyimiz aydın olsun deyə siyasətdə tapılmış güclü bildirilərə, deyimlərə baxaq.

Məşhur politoloq S. Hanqtinqton "soyuq müharibə" sona yetəndə Rusiya ilə Qərb arasındakı münasibətə "təbəssüm diplomatiyası" "bəli-bəli siyasəti" adlarını vermişdi.

Asiyada 1980-90-cı illərdə iqtisadi irəliləyiş olanda bir Şərq jurnalisti demişdi ki, artıq o vaxtlar deyil ki, Amerika asqıranda bizə soyuq dəysin. Bu məsələ ilə bağlı bir Malayziya naziri isə fikrini belə estetikləşdirmişdi ki, Amerikanı qızdırma tutanda biz artıq öskürmürük.

Siyasi hadisələrlə bağlı "ixtira edilmiş" "dəmir pərdə", "soyuq müharibə", "ulduz müharibəsi", "məxməri inqilab" və s. mənalara estetik güc verən ifadələrdir.

Çıxışlarda estetik təsir qazanmağın önəmini nəzərə almaq istəyən millət vəkili şəxsi yaradıcılığı sayəsində mənaları ifadəli bildirən deyimlər tapıb işlətməlidir. Ancaq buna hamının bacarığı çatmır. Onun üçün də parlamentdə çıxışa hazırlaşanda yarana biləcək konflikt situasiyaları, leytmotiv olacaq fikirləri irəlicədən "hesablayıb" onlarla bağlı aforizmləri, ifadələri qabaqcadan hazırlamaq olar. Bunun üçün millət vəkilinin mövzular, vəziyyətlər üzrə aforizmləri, məsəlləri, güclü deyimləri toplamış yaddaş dəftərçəsi olmalıdır.

Millət vəkilinin komandası, özü qəzet, jurnal materiallarından oxuduqca estetik gücü olan ifadələri toplayıb həmin dəftərçəyə artırmalıdır. Bu dəftərçəyə şəxsi kontaktlarda, seçicilərlə görüşddə yaranmış deyimləri də əlavə etmək olar.

Parlament çıxışına estetik hazırlıq parlamenti müşahidə edən jurnalistlərin, parlament üzvlərinin gözündə seçilmək, təsir gücü qazanmaq üçün təbii axara arxayın olmadan öz üzərində işləmək deməkdir. Bütün parlament mədəniyyəti olan dünyada isə millət vəkilinin öz üzərində işləməsi bu mədəniyyətin tərkib hissəsidir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft