|
İNGİLTƏRƏ PARLAMENTİ
HİKMƏT HACIZADƏ
Mənbə:
"Məşvərət", N3-4,
1997
İNGİLTƏRƏ PARLAMENTİ NECƏ
İŞLƏYİR ?
İngiltərə
parlamenti dünyala ən qədim parlamentdir. Onun özülünün qoyulması tarixi
olaraq İngiltərə kralı I Eduardın parlamentə bənzər ilk məclis olan İcmalar
Palatasını (House of Commons) - ingilis icmalarının seçilmiş təmsilçilərinin
yığıncağını çağırdığı 1295-ci ili götürürlər. Kral İcmalar Palatasına yalnız
vergiləri dəyişdirmə hüquqlarından bəzilərini verdi. Ancaq bu cılız
hüquqların özünü də krallar çox tez-tez pozurdular.
Mütləqiyyətlə
arasıkəsilmöz çarpışma İcmalar Palatası deputatlarının arxasında
durmuş tacirlərin və sənayeçilərin təchiz etdikləri qoşunların kral ordusuna
qalib gəlməsi ilə başa çatdı. 1688-ci il İngiltərə inqilabı müstəbid P
Yakovu devirdi və ölkədə parlamentin hüdudsuz hakimiyyətini bərqərar etdi. O
vaxtdan bəri, XÜŞ yüzil ingilis mütəfəkkiri Con de Lolmun dəqiqliklə
göstərdiyi kimi, "parlamentin hər şeyi etməyə gücü çatır, yalnız kişini
qadına çevirməyi və bunun tərsini etməyi bacarmır".
Parlament iki
palatadan ibarətdir: nisbi çoxluğun majoritar seçki sistemi üzrə seçilmiş
üzvlərindən ibarət İcmalar Palatasından, üzvləri irsi perlərdən,
anqlikan kilsəsinin yüksək yepiskoplarından, eləcə də xidmətlərinə görə baş
nazirin per rütbəsi verdiyi şəxslərdən ibarət Lordlar Palatasından.
1949-cu ildən
Lordlar Palatasının səlahiyyətləri parlament tərəfindən qeyri-maliyyə qanun
layihələrinin qəbulunun növbəti sessiyaya keçirilməsi hüququ ilə
məhdudlaşdırılıb. Buna görə də parlamentin işindən danışarkən adətən İcmalar
Palatasının işi nəzərdə tutulur.
"Üzərində heç
zaman Günəş batmayan" keçmiş imperiyanın İcmalar Palatasının binası bizim
ölçülərimizə görə çox da böyük deyil - uzunu 21 metr, eni 14 metr,
hündürlüyü 14 metrdir. Deputatların əyləşdiyi beş cərgə oturacaqlar
amfiteatr kimi qalxır. İcmalar Palatasında 650 yer var (80 min əhalidən 1
deputat). Ancaq iclas zalında vur-tut 437 oturacaq var və ənənələrə hörmət
edərək əlavə oturacaq qoyulmur. Bundan başqa, parlament palatalarındakı
yerlər nadir hallarda dolu olur - iclasa gəlmə azaddır. Yetərsay İcmalar
Palatasında 40 nəfər, Lordlar Palatasında 3 nəfərdir. Beləliklə, bizim
təmsilçili yığıncaqların işini tez-tez iflic edən yetərsay problemi
Birləşmiş Krallıqda yoxdur. İstəmirsən - gəlmə! Qərarı sənsiz də çıxararlar.
Ancaq seçicilərinlə məsələni də özün ayırd elə.
Bununla belə,
ciddi partiyadaxili intizam səsvermənin başlanğıcında deputatların
iştirakını təmin edir. Parlament bazar ertəsindən cümə axşamınadək saat
14.30-dan 22.30-adək, cümə günü 9.30-dan naharadək iclas keçirir, sonra
deputatlar öz seçki dairələri üzrə görüşlərə dağılışırlar. İl boyunca
parlament orta hesabla 175 iclas keçirir. Səsvermə qədim vaxtlarda olduğu
kimi baş verir: deputatlar zaldan haçalaşan dəhlizə çıxırlar; kim "lehinə"
səs verirsə sola dönür, kim "əleyhinə"dirsə sağa gedir.
"Parlament
müzakirələri mətbuatda ətraflı işıqlandırılır, radio ilə ötürülür, bu
yaxınlarda isə xeyli tərəddüddən sonra parlament öz iclaslarının televiziya
ilə translyasiyasına da icazə verdi. (Məsələn, belə bir narahatlıq ifadə
olunurdu ki, televiziya translyasiyası deputatlarda populizmin artmasına
səbəb olacaq). Parlamentin yığıncaqları gur keçir - deputatlar
bəyəndiklərini gurultulu alqışlarla və ucadan qışqırıqlarla, etirazlarını
isə təpik döyməklə və fit çalmaqla bildirirlər.
Parlamentin
iclasına istəyənlərin hamısı buraxılır, ancaq onların sayı 200-ü
keçməməlidir. Bu zaman sənəd soruşulmursa da qonaqların üst-başını diqqətlə
yoxlayırlar. Hər bir qonaq parlamentin reqlamentinə və gündəliyinə (deputat
sorğuları da daxil olmaqla) dair izahatlar olan kitabçanı ala bilər.
İcmalar
Palatasının işini hakim partiyanın ən hörmətli deputatlarından seçilmiş
spiker idarə edir. O öz vəzifəsini icra edən müddətdə partiyada
üzvlüyünü dayandırır. O, deputatlara söz verir (bundan ətrü onlar ayağa
dururlar), onların reqlamenti və ədəb normalarını gözləməsinə nəzarət edir.
Spiker yerindən qalxanda, danışan susur və palata sakitliyi gözləyir. Bəzi
hallar istisna olmaqla, səslər yarıbayarı bəlündükdə spiker səsvermədə
iştirak etmir. Spiker çıxış edən deputatdan üzr istəməsini, sözlərini geri
götürməsini tələb edə bilər, kobud pozuntu halı olarsa onu iclas zalından
birinci dəfə 5 günlüyə, ikinci dəfə 12 günlüyə, sonra isə sessiya
qurtaranadək çıxara bilər.
Parlament
iclasının vaxtından çox səmərəli istifadə olunur. Ənənə deputatlardan yığçam
və aydın nitqlə danışmağı tələb edir, hər məsələyə dair yalnız bir dəfə, özü
də bir neçə dəqiqədən çox olmayaraq çıxış edilməlidir. Öncədən hazırlanmış
mətni oxumaq yasaqdır (yalnız sitatı oxumaq olar). Leyborist deputat,
mənşəcə kübar olan E.Benn deyirdi: "Parlament nitqləri ilə biz monarxları
çərçivəyə saldıq, müstəbidləri ram etdik, inqilabların qabağını aldıq".
Gündəlikdəki
məsələləri parlamentdəki çoxluğun rəhbərliyi irəli sürür. Ancaq onların
müzakirəsindən sonra sıravi deputatların təklif etdiyi məsələlərin
baxılmasına 30 dəqiqə vaxt ayrılır.
Parlament
müxalifətinin reqlamentdə öz əksini tapmış hüquqlarının qorunması təcrübəsi
də bizim üçün nümunə götürməli mühüm cəhətlərdəndir. Müxalifət
partiyalarının uzun sürən mübarizə gedişində qazandıqları başlıca hüquq
səslərin azlığına baxmayaraq hər sessiyanın 20 günündə öz məsələlərini
gündəliyə sala bilmək hüququdur. "Müxalifət günləri" adlandırılan bu vaxt
onlara çoxluğun formalaşdırdığı hökumətin amansız (başqa cür adlandırmaq
çətindir) tənqidi üçün qanunla verilib. Bu yerdə bizim həyatımızda baş
vermiş elə halları xatırlamalı oluruq ki, azlıqda qalmış deputatların irəli
sürdüyü məsələlərin gündəliyə salınmasını çoxluq böyük ləzzətlə rədd edib.
Hökuməti
parlamentdə üstünlük qazanmış partiya formalaşdırır. Ancaq Böyük Britaniyada
artıq çoxdan bu fikrə kəlinib ki, müxalifətin olması sabit demokratiyanın
mövcudluğunun zəruri şərtlərindən biridir. 1937-ci ildən Nazirlər haqtında
Aktda müxalifət lideri vəzifəsi rəsmənmüəyyənləşdirilib ona maaş
verilir və xidməti avtomobil ayrılır.
HÖKUMƏTƏ NƏZARƏT
Parlament
qanunlar qəbul edir, onları həyata keçirən hökuməti formalaşdırır və ona
nəzarət edir, eləcə də ali məhkəmə hakimiyyəti sayılır.
Parlament
hökuməti istefaya çıxmağa məcbur edə, hökumətin irəli sürdüyü qanun
layihəsinə səs verməyə, hökumət proqramlarını maliyyələşdirməkdən imtina edə
bilər. Göründüyü kimi, hökumət bütünlüklə parlamentin hakimiyyəti
altındadır. Ancaq deputatlar baş nazirin icra hakimiyyətinin üzərində öz
nəzarətini qiymətləndirərkən çox gerçəkcildirlər. Parlamentin xüsusi
komissiyası onun hakimiyyətinin hüdudlarını belə təyin edib: "Məsləhət, əmr
isə yox; tənqid, pozuculuq isə yox... Məxfiliyə ziyan vurmayan aşkarlıq".
Parlament
nəzarətinin ən önəmli mexanizmi Nazirlər Kabinəsi üzvlərinə deputatların
yazılı sorğu vermək hüququdur; onlar bu sorğuya yazılı şəkildə cavab verməyə
borcludurlar. Adətən onlar il boyunca 50 min sorğuya cavab verməli olurlar.
Sorğunun verilməsi müddəti və forması ciddi qayda üzrədir.
Bazar ertəsindən
cümə axşamınadək parlamentin işinin ilk saatı hökumət üzvlərinin şifahi
cavablarına ayrılır. Çox gərgin və bəzən dramatizmlə dolu keçən "sual-cavab
saatı"nı burada "Britaniya parlamentinin tacındakı ləl" adlandırırlar. Bu
ənənə XÜP yüzildən gəlir və parlamant üzvləri ondan böyük uğurla
yararlanırlar. İki-üç dəqiqədə onlar problemin qısaca təhlilini verir və öz
iradlarını söyləyirlər; öz qərarlarını da təklif edə bilərlər.
Deputatların
çıxışları sual şəklində formalaşdırılmalıdır, qanunların şərhini tələb
etməməlvdir, qərəzli, mübahisəli, dumanlı, kinayəli, ədəbsiz, təkrarlanan
olmamalıdır.
Hər nazirin öz
cavabvermə günü var. Bunun üçün ona 45-55 dəqiqə, baş nazirə isə həftədə iki
dəfə 5 dəqiqə vaxt ayrılır.
Hər şifahi sorğuya onlar 1-2
dəqiqə içində cavab verirlər. Müxalifət lideri baş nazirə dalbadal üçədək
sual verə bilər və onu daha müfəssəl cavab verməyə məcbur edə bilər. Cavab
verərkən əsəbiləşmək lüzumsuzdur, çünki parlamentin spikerlərindən birinin
dediyi kimi, "bizim məclisin əsası bundan ibarətdir ki, parlamentin
istənilən üzvü başqalarının eşitmək istəmədiyi şeyi danışa bilər".
Parlament istənilən dövlət
qulluqçusunu, krallığın istənilən təbəəsini sorğuya çəkmək üçün çağıra
bilər. Parlamentin suallarına cavab verməkdən imtina etmək ona hörmətsizlik
sayılır və çağırılan şəxs məhkəməyə verilməlidir. Bu zaman hakim rolunda
parlamentin özü çıxış edir - ona hörmətsizlik göstərəni həbs cəzasına məhkum
edə bilər. Ancaq indiyədək heç kəs parlamentə hərmətsizlik göstərmək
cəsarətində bulunmayıb.
Dövlət aparatının işi
parlament komissiyalarının ciddi diqqəti altındadır. Parlamentin hər
palatasının qanun layihələri ilə iş üçün 10 daimi komitəsi və dövlət
müəssisələrinə nəzarət üçün 14 xüsusi komitəsi vardır; bütün xüsusi
komitələrin sədrlərinin daxil olduğu parlamentlərarası əlaqələr üzrə komitə,
eləcə də müxtəlif komissiyalar və qruplar da var. Komitələrin iclasları açıq
keçirilir. Komitələrdə iş sərt tempdə kedir - yığıncaq keçirmək üçün ona
yalnız 2 saatlığa yer verilir.
Daimi komitələr öz işində
məsləhət üsulundan, xüsusi komitələr isə araşdırma üsulundan yararlanırlar.
Xüsusi komitələr istintaq üçün şahidlər çağıra və yazılı izahatlar tələb edə
bilər. Daimi komitəyə həmişə hakim partiyadan, xüsusi komitəyə isə
müxalifətdən olan ən yaşlı deputatlar başçılıq edirlər. Xüsusi komitələrdən
ən ciddisinin - dövlət büdcəsi komitəsinin başında həmişə müxalifətin lideri
dayanır.
Tez-tez kənar ekspertlərin
cəlb olunduğu xüsusi komitələrin fəaliyyətinin məqsədi yüksələn
ixtisaslaşmada ictimai həyatın müxtəlif sahələrindəki problemləri
palataların peşəkarlıqla gözdən keçirməsinin təmin edilməsidir.
Səmərəliliyini sübut etmiş
xüsusi komitələrin sistemi (1979-cu ildən işə düşüb) dövlət qulluqçuları
qarşısında elə bir şərait yaradır ki, onlar öz iş üsullarını diqqətlə seçmək
və daim təkmilləşdirmək məcburiyyətində qalırlar. Bu sistem, sözsüz ki,
bacarıqsız və korrupsiya meylli məmurları çox çətin vəziyyətə salır.
Parlamentdə ən mühümlərdən biri idarəetmə üzrə parlament komissarının xüsusi
komitəsi sayılır - o, vətəndaşların dövlət idarələrinin hərəkətlərindən olan
şəxsi şikayətlərinə baxır. Deputatlara gələn şikayətlər komissara -
ombudsmenə verilir, o isə bunları araşdırır. İşin sonunda ombudsmen
parlamentə illik məruzə təqdim edir.
Komitələrin və komissiyaların
qətnamə və qərarları parlamentdə qəbul olunanadək hökumət üçün məcburi
qüvvəyə malik deyil. Komitələrin başçıları da öz araşdırmalarını çap
etdirməyə, geniş ictimaiyyətə çatdırmağa çalışırlar ki, ictimai rəy
vasitəsilə hökumətə təsir göstərsinlər.
İngilis siyasətşünası
V.Boqdener yazır: "Ümumiyyətlə, parlamentdəki müzakirələr daha çox hökumətə
deyil, ictimai rəyə ünvanlanıb. Onlar mahiyyətcə seçkiqabağı kampaniyanı
davam etdirir. Onların başlıca vəzifəsi buna nail olmaqdır ki, ölkə
qarşısında yaranmış problemlər seçicilərin qarşısında meydana elə çıxsın ki.
onlara hökuməti növbəti dəfə seçərkən əsaslı şəkiddə düşünməyə imkan
verilsin. Demokratiyanın mahiyyəti də elə bundadır."
QANUN
YARADILIŞI (LAWMAKING)
Böyük Britaniyada qanun
qəbulu bu gün bir çox demokratik ölkələrin qanunvericiliyinin əxz etdiyi
nümunəvi demokratik proseduralardan biridir.
İngiltərədə qanun savadlı
siyasətşünasın düşüncəsində doğulmayıb, cəmiyyətin onun qarşısında yenidən
yaranmış problemin nizama salınmasına tələbatı kimi meydana çıxır. Hər hansı
problem sosial müstəvidə əhəmiyyətli dərəcədə yer alar-almaz mətbuatda onun
qanunvericiliklə həllinin gərəkliyi haqqında səslər ucalmağa başlayır.
Problem ətrafında formalaşdırılan ictimai rəy millət vəkillərini
qanunvericilik təşəbbüsündə bulunmağa, bu problemə dair konkret qanun
layihəsi ilə çıxış etməyə vadar edir. Bu qanun layihəsinin kütləvi məlumat
vasitələrində müzakirəsinə cəmiyyətin bütün maraqlı təbəqələri və həmin sahə
üzrə ekspertlər qoşulurlar.
Qanun layihəsi parlamentə
baxılmaq üçün təqdim olunmazdan öncə onun müəllifləri onu fəaliyyəti ictimai
həyatın həmin sahəsi ilə bağlı olan ictimai təşkilatlarla
müzakirə etməlidir. Məsələn, ətraf mühitin qorunması üzrə qanun layihəsinin
müzakirəsində ekoloji hərəkatın nümayəndələri ilə məsləhətləşmələr aparılır
və s. Elə bu mərhələdəcə qanun layihəsi ictimai təzyiq altıvda köklü
dəyişikliklərə uğraya bilər.
Növbəti mərhələdə 24 yüksək
ixtisaslı hüquqşünas qanun layihəsini dəqiq şəkildə formalaşddırır, qanunda
heç bir boşluq, sərbəst yozum üçün yer qoymurlar.
Sonra qanun layihəsi
parlamentə verilir, burada onun müzakirəsi tanışlıq məqsədli birinci
oxunuşdan başlayır.
İkinci
oxunuş mahiyyətə dair
müzakirənin başlanğıcıdır. Palata bütövlükdə əleyhinə olmazsa, qanun
layihəsi incəliklə təhlil üçün daimi komissiyalara verilir və burada
razılaşdırılmış düzəlişlər və dəyişikliklər aparılır. Bundan sonra mətn
üzərində işin kedişi haqtında məruzə edilir və yeni düzəlişlər aparılır.
Nəhayət, üçünçü oxunuş
birbaşa səsvermədən qabaq olur, bu zaman qanun layihəsi bütünlükdə qəbul
edilir (yaxud rədd edilir).
Daha sonra qanun layihəsi
Lordlar Palatasına ötürülür; onun öz dəyişikliklərini etmək və hətta qanunun
qəbulunu bir il təxirə salmaq hüququ var. Aydındır ki, bu qədər mötəbər
İcmalar Palatasının özü idarəetməni həyata keçirə bilməz, ona görə də özünün
qanunvericilik funksiyalarının bir bölümünü icraedici hakimiyyətə verir.
Adətən, bu hansısa qanunun qəbul edilməsindən sonrakı idarəetmə mexanizminin
dəqiqləşdirilməsi məsələləri olur. Ancaq bu zaman nazirliklərin qəbul etdiyi
çoxlu sənədləri parlament təsdiq etməlidir.
Bütün il boyunca parlament
100-ə yaxın qanun qəbul edir. Onların qüvvəyə minməsi bəzən qəsdən
lənkidilir, çünki hökumət əhaliyə qanunları dərk etmək üçün vaxt verilməsini
gərəkli sayır. Axı onlar Britaniyada hakimiyyətin adamları idarə etməsini
asanlaşdırmaq üçün deyil, insanların daha rahat yaşamasından ötrü qəbul
edilir.
DEPUTATLIQ
PEŞƏDİR
Britaniyada siyasətlə məşğul
olmaq peşədir və onu gənçlik illərindən öyrənmək zəruridir. Siyasi mənsəbə
yiyələnməyi seçmiş adam ictimai elmlər sahəsində təhsil almağa çalışır.
Yerli partiya təşkilatları özlərinin gələcək kadrlarının hazırlanmasına
böyük diqqət yetirirlər. Gənc siyasətçilərə yaxşı tərtib edilmiş proqramlar
əsas natiqlik məharəti, siyasət tarixi və çoxlu başqa fənlər öyrədilir.
Onlar seçki kampaniyalarında fəal iştirak edirlər. Onlarla daim görkəmli
siyasi xadimlər görüşürlər. Sonra, bir qayda olaraq, yerli özünüidarə
orqanlarında, partiya, parlament və hökumət aparatlarında gəlir. 30
yaşınadək artıq parlamentin üzvü, yaxud üzvlüyünə namizəd olmaq gərəkdir.
İcmalar Palatası deputatlarının orta yaşı 40 yaşdır.
Hər sessiyanın başlanmasından
öncə spiker parlament deputatlarının "qədim və mübahisəsiz hüquqları və
imtiyazları"nı elan edir ki, onlardan ən önəmlisi söz azadlıqı
sayılır - deputat parlamentdə reqlamenti gözləmək şərti ilə istədiyini
danışa bilər. O, böhtan və hakimiyyəti zorakılıqla devirməyə çağırışlar da
daxil olmaqla heç bir çıxışına görə məhkəməyə cəlb edilə bilməz. Qanunla
seçilmiş deputat heç nədən asılı olmayaraq seçicilər tərəfindən vaxtından
qabaq geri çağırıla bilməz. Ancaq deputatı statusdan yalnız İcmalar Palatası
məhrum edə bilər - onun öz üzvünün ixtisas hüququnu itirdiyini bildirməyə,
parlamentə hörmətsizlik göstərdiyinə görə deputatı öz tərkibindən çıxarmağa,
onun dairəsində yeni seçkilər təyin etməyə hüququ var.
Deputatın maaşı hökumət
aparatıdakı orta məmurun aylığına uyğundur - ildə 25 min funtadək. Ona eləcə
də özünün tutduğu texniki köməkçilərin işinin haqqını ödəmək üçün 22 min
funt ayrılır. Əyalətdən olan deputatlara Londonda mənzil haqqı, öz dairəsinə
getməyə yolpulu ödənilir. Deputata müxtəlif firma və həmkarlar ittifaqları
da əhəmiyyətli dərəcədə maliyyə yardımı göstərirlər. Deputatların çoxu
mətbuatla sıx əməkdaşlıq edir. Demək olar ki, bütün deputatlar idarə
heyətlərinin rəhbərləri və üzvləri, müxtəlif firmaların məsləhətçiləri və
hətta yiyədaşlarıdır və bu fəaliyyətdən rəsmən gəlir götürürlər.
Parlamentin səmərəli işini
onun texniki aparatı (150 nəfər) və yaxşı təchiz edilmiş kitabxana xidməti
təmin edir - onlar il boyunca deputatlar üçün 8 minədək arayış
hazırlayır,onların yüzlərcə suallarına cavab verir, onlardan ötrü müzakirə
olunan məsələlərə dair məlumat bülletenləri nəşr edirlər.
LORDLAR PALATASINI BURAXMAĞIN
VAXTI YETİŞİBMİ?
Bu gün Britaniya adalarında
səslər ucalmaqdadır ki, Lordlar Palatasını - bu feodalizm qalığını buraxmaq
vaxtıdır. Ancaq britaniyalıların əksəriyyəti bu xalis ingilis institutuna
rəğbətlə yanaşır. Kral hakimiyyəti məhdudlaşdırılan vaxtdan bəri Lordlar
Palatası tədriclə öz əhəmiyyətini itirib. Bu gün o öz rolunu bütünlüklə
yalnız məhkəmə işlərində qoruyub saxlayıb.
Lorddar Palatası ali müdafiə
məhkəməsi orqanı sayılır. Bütün hüquqi instansiyaların qərarlarını
bəyənməyən iddiaçı hakim lordlara müraciət edə bilər. Onlar cəmi 31
nəfərdir. Bunlar bu şərəfli rütbəni öz qüsursuz xidmətlərinə görə kraliçadan
almış görkəmli hüquqçulardır. Hakim lordların istənilən işə dair qərarı (bir
ildə 80-ədək işə baxılır) qəti sayılır.
Lordlar Palatasında üzvlük
ömürlükdür; bu, parlamentin üzvü olan lordlara öz siyasi xəttini daha
sərbəst seçmək və hökuməti daha cəsarətlə tənqid etmək imkanı verir. Lordlar
Palatasına bütün keçmiş baş nazirlər, biznesmenlər, incəsənət xadimləri
ömürlük daxil edilir. Britaniya onların təcrübəsini itirmək istəmir. Onların
hamısına dövlət siyasətinin müzakirəsində və işlənib hazırlanmasında öz
bənzərsiz biliklərinən istifadə etmək üçün böyük imkanlar yaradılır. Lordlar
Palatası bizdə bu gün dirçəlməsinə bəzən cəhd olunan ağsaqqallar institutunu
daha çox xatırladır.
Britaniyanın parlament
sistemi indi tam qüsursuz sayıla bilmöz. Amerikanın hakimiyyətlərin bölgüsü
sistemi (qarşılıqlı nəzarət və tarazlaşdırma –
check and
balances -liberal
prinsipinə əsaslanan) daha çox səmərəli sayılır və dünyada daha çox yayılır.
Ancaq britaniyalılar öz sistemləri ilə vidalaşmağa tələsmirlər. O, əsrlər
boyunca kamilləşib, tarixin ciddi sınaqlarından çıxıb və hələ ondan
öyrənməli şeylər var. |