XARİCDƏ QANUNLAR NECƏ QƏBUL
OLUNUR
RÜFƏT QARAGÖZLÜ
Mənbə:
"Məşvərət", N3-4,
1997
Bu gün
Azərbaycanda qurulmasına çalışdıqımız hüquqi dövlət və vətəndaş cəmiyyəti bu
sahədə böyük nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsinin daim
öyrənilməsini tələb edir. İnkişaf etmşp ölkələrin təcrübəsi göstərir ki,
onların parlamentləri dövlət və cəmiyyətin daimi inkişafını təmin edərək
onların həyatında vacib rol oynayır. Qanunvericilik fəaliyyətinin
parlamentlərin əsas funksiyalarından biri olmasını nəzərə alaraq biz
rubrikalarımızdan birini məhz onlarıp bu fəaliyyətinə həsr edirik. Bu
rubrnkada biz oxucuları bu ölkələrdə qanunların necə qəbul edilməsi ilə
tanış edəçəyik. Şərti olaraq materialı bu bölmələrə bölmüşük: qanunvericilik
təşəbbüsünə kim malikdir, parlamentlər qanun layihələrini necə müzakirə
edir, bu qanunlar necə qüvvəyə minir. Bu halda o faktı nəzərə almaq lazımdır
ki, bu ölkələr öz inkişaflarında cəmiyyətdə demokratik əsasların təşəkkül
tapması mərhələsini artıq keçmiş və onların parlamentləri, bir qayda olaraq,
artıq mövcud qanunlara düzəlişlər və əlavələr qəbul edir.
1.
QANUNVERİCİLİK TƏŞƏBBÜSÜNƏ KİM MALİKDİR ?
Avstriya.
Federal Konstitusiya
qanununun (1920-ci il) 24-cü maddəsinə əsasən Federasiya qanunverici
hakimiyyəti Federal Şura ilə birgə Milli Şura tərəfindən həyata keçirilir.
Milli Şura ilə Federal Şura haqqıvda Federasiyanın xüsusi orqanları kimi
danışarkən Avstriya Konstitusiyası parlament ümumi anlayışını nəzərdə
tutmur. Faktiki olaraq ümummilli nümayəndəliyin orqanı olan Milli Şura (Nanionalrat)
parlamentin birinci, "aşağı" palatası kimi xıxış edir, Federal Şura
(Bundesrat) isə torpaq nümayəndəliyinin orqanı olaraq parlamentin ikinci,
"yuxarı" palatası rolunu oynayır. Milli Şura və Federal Şura bərabərhüquqlu
orqanlar deyil: onlardan əsası Milli Şuradır, Federal Şura isə yalnız
qanunvericilik fəaliyyətində iştirak edir.
Qanunvericilik sahəsində ən vacib funksiyalar Milli Şuranın üzərinə
qoyulmuşdur. Bununla bərabər, qanunvericilikdə seçki korpusu (xalq təşəbbüsü
və xalq səsverməsi) iştirak edə bilər, qanunvericiliyin gedişinə müəyyən
qədər Federal Şura təsir edir.
1920-1929-cu illərin Federal konstitusiya qanununa və Milli Şuranın
Reqlamentinə görə qanun layihələri Milli Şuraya deputatların (bu formadan
həmçinin partiya klublarının layihələrinin təqdim edilməsi üçün istifadə
edilir), Milli Şura komitələrinin təklifi ilə, federal hökumətin, eləcə də
Federal Şuranın (sonuncunun qanunvericilik təklifləri Milli Şuraya Federal
hökumət vasitəsilə verilir) təqdimatlarına əsasən daxil edilir.
Bundan
başqa, qanun layihələri xalqın təşəbbüsü kimi təklif oluna bilər:
səsvermə
hüququ olan 100 000 vətəndaş və ya səsvermə hüququ olan və 3 torpaqda
yaşayan vətəndaşların 1/6 hissəsi tərəfindən edilmiş hər bir təklif mərkəzi
seçki komissiyası vasitəsilə Milli Şuranın müzakirəsinə verilməlidir. Qanun
layihələrinin ən çoxu hökumət tərəfindən təklif edilir. Hökumət layihələri,
bir qayda olaraq, təklif edilmiş qanun layihələrinin ümumi sayının 75%-ni
təşkil edir.
Qanunvericiliyin nizama salınmasının əsasını təşkil edən ümumdövlət
əhəmiyyətli prinsipial məsələlər üzrə Milli Şuranın qərarına görə ictimai
rəyin əyrənilməsi məqsədilə əhali arasında sorğunun keçirilməsi təyin edilə
bilər.
İtaliya.
Qanun layihəsini təklif etmək hüququna hamıdan önçə hökumət malikdir.
Hökumətin qanun layihəsi parlamentin palatalarına (İtaliyanın parlamenti 2
palatadan ibarətdir: deputatlar palatası və senat palatası) respublika
prezidentinin icazəverici dekreti kimi nazirlər sovetinin sədri və ya
səlahiyyətli nazirin əks-əskinası (kontrassiqnasiyası) ilə daxil edilir.
Qanunvericilik təşəbbüsünə həm də hər iki palatanın üzvləri malikdir, bu
halda onlar ya şəxsən, ya da parlamentin digər üzvləri ilə birlikdə çıxış
edirlər. Qanun layihəsi parlament qrupu və ya komissiya tərəfindən təklif
edilə bilər. Parlament üzvləri tərəfindən təklif edilmiş qanun layihəsi onun
əsas məsələlərini və xarakterik cəhətlərini izah edən sənədlə (məruzə)
müşayiət olunmalıdır.
Konstitusiyanın 71-ci maddəsinə əsasən qanunvericilik təşəbbüsünə italyan
xalqı malikdir. O, bu hüququnu "50 mindən az olmayan seçicilərin adından
qanun layihəsinin maddələr üzrə hazırlanması yolu ilə" həyata keçirir.
Bilavasitə vilayətlə əlaqəli olan məsələlər üzrə qanun layihəsinin təklif
edilməsi hüququna vilayət şuraları vilayətlərin səlahiyyətli orqanları
malikdir (əgər bu məsələlər vilayətin qanunu ilə nizama salına bilinmirsə).
İtaliyada
icraedici hakimiyyətin qanun güclü aktların: dekret-qanunların və
qanunverici dekretlərin qəbul edilməsi üzrə qanunverici səlahiyyətləri var.
Konstitusiyanın 77-ci maddəsinə əsasən dekret-qanunlar hökumətin şəxsi
təşəbbüsü ilə vaxt məhdudiyyəti olan hallarda qəbul etdiyi qanun güclü
aktlardır. Dekret-qanunlar qəbul edildiyi gün sonrakı təsdiq üçün palataya
verilməlidir. Əgər palatalar buraxılmışsa da, xüsusi çağırışla 5 gün ərzində
yığılır. Dekret-qanun palatalar tərəfindən onun qanun şəklində
formalaşmasından nəşr olunduğu vaxtdan 60 gündən gec olmayaraq təsdiq
edilməlidir. Təsdiq edildiyi halda dekret-qanun nəşr edildiyi andan öz
qüvvəsini itirir. Ancaq palatalar onun əsasında yaranmış münasibətləri
qanunauyğun qaydada nizama sala bilər.
Fransa.
Qanunvericilik təşəbbüsü baş nazirə və parlamentin üzvlərinə aiddir. Formal
olaraq respublikanın prezidenti belə təşəbbüs hüququna malik deyil.
Hökumətin
qanun layihələri bir və ya bir neçə nazirin xidmətləri tərəfindən
hazırlanır; layihələrə hökumətin məsləhət orqanı funksiyasını daşıyan Dövlət
Şurasının rəyi alınandan sonra Nazirlər Sovetində baxılır.
Qanunverici
təkliflər parlamentin bir və ya bir neçə üzvü tərəfindən və ya üzvləri
olduqları palatanın bürosundakı fraksiyaların adından verilir. Qanunverici
layihənin başlığı olmalı və o heç olmasa bir müəllif tərəfindən
imzalanmalıdır. Təşəbbüskar olan siyasi partiyalar, həmkarlar təşkilatları,
müxtəlif assosiasiyalar tərəfindən verilmiş qanunverici təkliflər heç olmasa
parlamentin bir üzvü tərəfindən imzalanmalı və onun vasitəsilə palataya
daxil edilməlvdir.
İsveç
Qanunvericilik təşəbbüsü hüququna hökumət, deputatlar, riksdaqın (İsveçin
parlamenti) daimi komissiyaları, öz səlahiyyətlərinə daxil olan məsələlər
üzrə digər parlament orqanları, Riksbankın (İsvecin Dövlət bankı) və Milli
borc idarəsinin müvəkkilləri, parlamentin müfəttişləri, ombudsmenlər
(parlamentin xüsusi hüquqi səlahiyyətli nümayəndələri), həmçinin talmanın
(parlamentin sədri) yanında olan riksdaqın reqlament məsələləri üzrə
konfransı malikdirlər.
Hökumət qanun layihəsi ilə eyni zamanda bu məsələ üzrə protokolu, onun
müzakirəsi haqqında məlumatı, əgər varsa Qanunverici şuranın
əsaslandırmasını və rəyini təqdim etməlidir. Bir sıra qanun layihələrinə,
xüsusilə vətəndaşların demokratik hüquq və azadlıqları, ədliyyə, kommunal
vergi qoyulması məsələlərini əhatə edən layihələrə dair belə rəy vacibdir.
Praktiki olaraq hökumət qanun layihəsinin mətni ilə birlikdə parlamentə
məsələnin müzakirəsi zamanı nəzərə alına bilən geniş "Hazırlıq materialları"
təqdim edir. Belə ki, vətəndaşların demokratik hüquq və azadlıqları haqqında
"İdarə formaları" adlı 2-ci fəsildə dəyişiklikləri nəzərdə tutulan qanun
layihələri üçün tərtib edilmiş "hazırlıq materialları" 326 səhifə həcmində
olmuşdur.
Əgər talman
hökumətin təklif etdiyi qanun layihəsinin konstitusiyaya və ya riksdaq
haqqında Akta zidd hesab edirsə, onda o, səbəbləri izah edərək bu qanun
layihəsindən imtina etməlidir. Ancaq palata onun qərarı ilə razılaşmayaraq
məsələni konstitusiya komissiyasına verə bilər. Əgər komissiya bu layihənin
göstərilən aktlara zidd olmamasını təsdiq etsə, o baxılmaq üçün qəbul
edilir.
Yaponiya
Parlament
haqqında qanuna əsasən qanunvericilik təşəbbüsü hüququnun subyektləri
nazirlər kabineti, parlamentin hər iki palatası və onların daimi
komissiyaları, eləcə də ayrı-ayrı deputatlardır. Siyasi partiyalar da
qanunvericilik təşəbbüsünü parlamentin bu və ya digər palatasında olan öz
partiyalarının nümayəndələri vasitəsilə həyata keçirir.
Formal
olaraq subyektlərin qanunvericilik təşəbbüsü hüquqlarının bərabərhüquqlu
olmasına baxmayaraq qanun layihələrinin əksəriyyəti nazirlər kabineti
tərəfindən təklif olunur və müxtəlif nazirliklər və idarələr tərəfindən
tərtib edilir. Qanunvericilik təşəbbüsü subyektlərinin digər hissəsinin,
xüsusilə deputatların payına qanun layihələrinin çox az hissəsi düşür. Bu
həm də onunla əlaqədardır ki, nazirlər kabineti ilə müqayisədə deputatların
qanunvericilik təşəbbüsünü müstəqil həyata keçirmək üçün kifayət qədər
hüquqları yoxdur. Belə ki, parlament haqqında Qanuna əsasən, qanun
layihəsini palatalardan birinin müzakirəsinə vermək üçün parlamentin
deputatını təmsilçilər palatasında 20 nəfərdən az olmayan və müşavirlər
palatasında 10 nəfərdən az olmayan sayda deputat dəstəkləməlidir. Lakin
büdcə üzrə layihənin və ya hökumətə etimadsızlıq göstərmə haqqında
qətnamənin təqdim olunması üçün dəstəkləyici deputatların sayı uyğun olaraq
təmsilçilər palatasında 50-yə və müşavirlər palatasında 20-yə qədər artır.
Əgər təqdim edilmiş qanun layihəsinə baxılan zaman onu dəstəkləyən
deputatların sayı azalmışsa və müəyyən edilmiş saydan azdırsa, qanun
layihəsinin sonrakı irəliləyişi deputatların sayı dolanadək dayandırılır.
| 1 | 2 | |